A z ə r b a y c a n I q t I s a d I İ s L a h a t L a r



Yüklə 24,41 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü24,41 Kb.
#42873


Noyabr  2 0 1 7

A Z Ə R B A Y C A N 

  İ Q T İ S A D İ 

      İ S L A H A T L A R

İ C M A L I


2

“Azərbaycan Sənaye Korporasiyası” Açıq 

Səhmdar Cəmiyyətinin yaradılması haqqında 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol 

xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası 

Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının 

tətbiqi ilə əlaqədar dövlət əmlakının idarə edilməsinin səmərəliliyini 

artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq 

və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr 

arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal 

potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq 

məqsədilə Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyev 

tərəfindən 2017-ci il 6 noyabr tarixli Fərmana əsasən səhmləri dövlətə 

məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar 

Cəmiyyəti yaradılmışdır.



Ölkədə iqtisadiyyatın tarazlı, rəqabətqabiliyyətli 

və  dayanıqlı  inkişafını  təmin  etmək  dövlətin 

iqtisadi siyasətinin prioritetlərindəndir. Aparılan 

davamlı  iqtisadi  islahatlar  və  iqtisadiyyatın 

diversifikasiyası 

siyasəti 

nəticəsində 

iqtisadiyyatın  bütün  sahələrində  olduğu 

kimi, sənayenin inkişafında da böyük uğurlar 

qazanılmış,  sənaye  məhsulları  istehsalının 

həcmi xeyli artmışdır.

Uğurlu  inkişafın  təmin  edilməsi  üçün 

növbəti  dövrlərdə  də,  müasir  çağırışlar  və 

yeni  təşəbbüslər  nəzərə  alınmaqla,  iqtisadi 

islahatların  əsas  strateji  hədəflərinə  uyğun 

bir  sıra  tədbirlərin  həyata  keçirilməsi,  o 

cümlədən mövcud təbii və iqtisadi resursların 

təsərrüfat  dövriyyəsinə  cəlb  edilməsi,  dövlət 

mülkiyyətində olan və paylarının (səhmlərinin) 

nəzarət  zərfi  dövlətə  məxsus  olan  hüquqi 

şəxslərin balansına götürülmüş əmlakın daha 

səmərəli idarə olunması zəruridir.

Bu məqsədlə və eyni zamanda, “Milli iqtisadiyyat 

və  iqtisadiyyatın  əsas  sektorları  üzrə  strateji 

yol  xəritələrinin  təsdiq  edilməsi  haqqında” 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı 

il 6 dekabr

tarixli  1138  nömrəli  Fərmanının  tətbiqi  ilə 

əlaqədar  dövlət  əmlakının  idarə  edilməsinin 

səmərəliliyini  artırmaq,  korporativ  idarəetmə 

prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət 

sistemini  formalaşdırmaq,  dövlətə  məxsus 

müəssisələr  arasında  əlverişli  kooperasiya 

əlaqələrinin 

yaradılmasına 

və 


istehsal 

potensialının  dəyər  zəncirinin  həlqələri  üzrə 

artırılmasına nail olmaq məqsədilə Azərbaycan 

Respublikası  Prezidenti  tərəfindən  2017-ci 

il  6  noyabr  tarixli  Fərmana  əsasən  səhmləri 

dövlətə  məxsus  olan  “Azərbaycan  Sənaye 

Korporasiyası” (ASK) Açıq Səhmdar Cəmiyyəti 

yaradılmışdır..

Fərman çərçivəsində, eyni zamanda, aşağıdakı 

müddəaların tətbiqi öz əksini tapmışdır:

·  “ASK”  ASC-də  5  üzvdən  ibarət  Müşahidə 

Şurası yaradılması;

·  “ASK”  ASC-nin  fəaliyyətinə  cari  rəhbərliyin 

Baş direktor tərəfindən həyata keçirilməsi;

·  “ASK”  ASC-də  Azərbaycan  Respublikasının 

Mülki Məcəlləsi ilə ümumi yığıncağın müstəsna 

səlahiyyətlərinə  aid  edilmiş  məsələlərin 

Azərbaycan 

Respublikasının 

Prezidenti 

tərəfindən həll edilməsi;

· “ASK” ASC-nin strukturunun təsdiqini, işçilərinin 

əməkhaqlarının  müəyyənləşdirilməsini  və 

nizamnaməsi  ilə  Müşahidə  Şurasına  həvalə 

edilmiş  digər  səlahiyyətlərin  “ASK”  ASC-nin 

Müşahidə Şurası tərəfindən həyata keçirilməsi;

· “ASK” ASC-nin nizamnamə kapitalı və fəaliyyəti 

üçün digər aktivlər, əsasən, “Aqrarkredit” Qapalı 

Səhmdar Cəmiyyətinin “Azərbaycan Beynəlxalq 

Bankı”  Açıq  Səhmdar  Cəmiyyətindən  aldığı 

problemli  aktivlərin  (borcların)  əvəzində  əldə 

edilmiş, onun mülkiyyətində (balansında) olan 

və  “ASK”  ASC-nin  mülkiyyətinə  (balansına) 

veriləcək əmlak hesabına formalaşması.

Fərman 

çərçivəsində 



qarşıya 

qoyulan 


məqsədlər arasında, eyni zamanda, Azərbaycan 

Respublikası  Prezidentinin  Administrasiyası 

tərəfindən  bir  ay  müddətində  aşağıdakılarla 

bağlı  təkliflərin  hazırlanaraq  Azərbaycan 

Respublikasının  Prezidentinə  təqdim  edilməsi 

nəzərdə tutulmuşdur:

·  “Aqrarkredit”  Qapalı  Səhmdar  Cəmiyyətinin 

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar 

Cəmiyyətindən  aldığı  problemli  aktivlərin 

(borcların)  əvəzində  əldə  edilmiş,  onun 

mülkiyyətində (balansında) olan və “ASK” ASC-

nin  mülkiyyətinə  (balansına)  veriləcək  dövlət 

əmlakının siyahısı və həmin əmlakın ötürülməsi 

mexanizmləri;

·  “Aqrarkredit”  Qapalı  Səhmdar  Cəmiyyətinin 

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar 

Cəmiyyətindən  aldığı  problemli  aktivlərin 

(borcların)  əvəzində  əldə  edilmiş,  onun 

idarəetməsində  olan  və  “ASK”  ASC-nin 

idarəetməsinə  veriləcək  problemli  aktivlərin 

(borcların)  siyahısı  və  həmin  əmlakın 

idarəetməyə verilməsi mexanizmləri.



3


Fərmana 

uyğun 


olaraq, 

Azərbaycan 

Respublikasının 

Nazirlər 

Kabinetinin 

Azərbaycan 

Respublikası 

Prezidentinin 

aktlarının,  Nazirlər  Kabineti  və  mərkəzi  icra 

hakimiyyəti  orqanlarının  normativ  hüquqi 

aktlarının  bu  Fərmana  uyğunlaşdırılması  və 

eyni  zamanda  “ASK”  ASC-nin  fəaliyyətinin 

təmin  edilməsi  məqsədilə  onun  müvafiq 

inzibati  bina  ilə  təmin  olunması  ilə  bağlı 

təkliflərini 

hazırlayaraq 

Azərbaycan 

Respublikasının  Prezidentinə  təqdim  etməsi 

nəzərdə tutulmuşdur.

Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyi 

də  öz  növbəsində  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının  normativ  hüquqi  aktlarının  və 

normativ  xarakterli  aktların  bu  Fərmana 

uyğunlaşdırılmasını  təmin  edib  Azərbaycan 

Respublikasının Nazirlər Kabinetinə məlumat 

verməsi Fərman çərçivəsində öz əksini tapan 



məqamlar arasında yer almaqdadır.

4


Yüklə 24,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə