A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə113/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   108   109   110   111   112   113   114   115   116

278 
 
biri  də  Bakı  metrosunun  xarici  vestibülləri  və  yeraltı  perronlarının  memarlıq 
quruluşudur.  İstər  xarici  pavilyonlarda,  istərsə  də  metronun  yeraltı  qurğularında 
memarlıq  vasitələrindən  və  bu  vasitələrin  başqa  sənət  növləri  ilə  sintezindən 
bacarıqla istifadə edilmişdir. 
Bakı  metropoliteninin  stansiyaları  milli  Azərbaycan  memarlığı 
nümunələrindən  bacarıqla  istifadə  olunması,  tikintisinin  yüksək  keyfiyyəti  və 
zövqlüyü ilə seçilirlər. 
"Nərimanov"  metro  stansiyasının  (memar  M.Hüseynov)  yeraltı  vestibülü 
tirsiz-sütunlu tiplidir. Yönəldilmiş işıqlar və genişlik yeraltı zala xüsusi əzəmət verir. 
Açılmış  çiçəyə  bənzər  qəşəng  biçimli  sütunlar  orta  keçid  yoluna  "Ulduzlu"  tavanı 
saxlayır. 
"Bakı  Soveti"  metro  stansiyası  (memarlar  Ş.Zeynalova,  H.Qədimov,  T. 
Xanlarov) İçərişəhərə  yaxın  tarixi hissədə tikilmişdir. Stansiyanın pavilyonu nazik 
çərçivələrlə  haşiyələnmiş  şüşə  vestibülü  küçədən  ayırır.  Zərif  portal  və  tava 
stansiyaya girişi qeyd edir. Metro stansiyası qarşısındakı  meydança Bakının  ən qədim 
ictimai bağı ilə həmsərhəddir. Tək-tək durmuş Eldar şamları və Vaşinqton palmaları 
həm  bağın  davamı,  həm  də  stansiyanın  baxılmasına  gözəllik  və  təkraredilməzlik 
verir. 
"Nizami"  metro  stansiyası  (memar  M.Hüseynov)  şəhərin  köhnə 
hissəsində,  üç-dörd  mərtəbəli  tikintilər  əhatəsindədir.  Yeraltı  stansiyanın 
memarlığında  milli  memarlıq  ənənələrindən  geniş  istifadə  olunmuşdur.  Stan-
siyanın yeraltı vestibülü dərindədir, pilon tiplidir. Onun memarlığında sıravi tağlar 
və  sənətdə  sintez  üçün  böyük  imkan  yaradan  dekorativ  tağlar,  pilonlar  aparıcı  rol 
oynayır. 
Bakıda  ilk  dəfə  olaraq,  "Nizami"  metro  stansiyasında  mozaikadan  geniş 
istifadə olunmuşdur. 
Xalq  rəssamı  M.Abdullayev  tərəfindən  yaradılmış  bu  rəngarəng 
mozaikalar  metroya  xüsusi  gözəllik  bəxş  edir.  Böyük  ideya  və  bədii  estetik 
əhəmiyyət  kəsb  edən  mozaik  lövhələr  stansiyanın  geniş  yeraltı  vestibüllərini  şəkil 
qalereyasına  bənzətmiş,  buraya  muzey  ab-havası  vermişdir.  Bu  əsərlərdəki 
monumental  divar  boyakarlığı  ilə  memarlığın  sintezi  nəinki  təkcə  rəssamın, 
həmçinin memarın da qarşısında bir sıra mühüm tələblər qoymuşdur. Çünki layihə 
müəllifi binanın memarlıq tərtibatında rəssamlıq əsəri üçün hansı guşəni ayıracağı 
haqqında  aydın  təsəvvürə  malik  olmaqla  yanaşı,  bu  əsərlərin  nə  kimi  məziyyət 
daşıdığını da bilmişdir. 
M.Abdullayevin "Xəmsə" süjetli bu mozaikalarının məhz tarixi zəmin üzərində 
qurulduğu  göz  qabağındadır.  Vestibülün  baş  divarında  şairin  portreti  ətrafındakı 
çatma taxçalarda isə poemalardan müxtəlif süjetlər təsvir edilmişdir. 
Stansiyasının  vestibülündəki  süjetli  mozaik  lövhələrin  üstün  cəhətlərindən 
biri də onların müəyyən qisminin, məsələn, "Nəqqaş Mani", "Kərpickəsən kişinin 
dastanı",  "Daranın  ölümü",  "Məcnun  və  atası"  və  s.  kimi  epizodların  Azərbaycan 
təsviri sənətində ilk dəfə fırçaya alınmasıdır. 


279 
 
Əsrin  axırlarında  respublikamızda  bir  neçə  yüksək  mahiyyət  kəsb  edən 
xatirə  abidələri  də  yaradılmışdır.  Bunlardan  Naxçıvandakı  Hüseyn  Cavid  (memar 
R.Əliyev),  Şuşadakı  Molla  Pənah  Vaqifin  abidələrini  (memarlar  Ə.Salamzadə, 
E.Xanıkov) göstərmək olar. 
Bu  xatirə  abidələrinin  hər  ikisini  də  memarlarımızın  yeni  nailiyyəti  kimi 
qiymətləndirmək lazımdır. Onlar müasir memarlığın ən yaxşı nümunəsi olmaqla yanaşı, 
həm  də  Azərbaycan  milli  memarlığının  ənənəvi  xüsusiyyətlərindən  yaradıcılıqla 
istifadə olunmasına parlaq misaldır. 
Şəhərimizin  estetik  simasının  formalaşmasında  sənaye  tikintiləri  də 
əhəmiyyətli  rol  oynamağa  başlayıblar.  Sənaye  qurğularının  yüksək  texnologiya  və 
təmizlik  səviyyəsi  onların  yaşayış  rayonlarında  yerləşdirilməsinə  imkan  vermişdir. 
Bunlardan  Bakı  məişət  kondisionerləri  zavodunu,  Şampan  çaxırları  zavodunu, 
Mərkəzi  Şəhər  telefon  stansiyasını,  Azərbaycan  nəşriyyatını,  Azərbaycan  Milli 
Bankını,  ən  müasir  tələblərə  uyğun  şəkildə  qurulmuş  Avropa  zal  kompleksini  və  s. 
göstərmək olar. 
Son  illər  memarlıq  cəhətdən  baxımlı  yaşayış,  ictimai  binalar  Naxçıvan, 
Quba, Lənkəran, Astara, Şəmkir və s. şəhər və rayonlarda tikilmişdir. 
Respublikamızda  gedən  mədəni  quruculuq  işləri  ilə  bərabər,  tarix  və 
mədəniyyət  abidələrinin  mühafizəsi,  bərpası,  təbliği  və  onlardan  istifadə  edilməsi 
də  mühüm  yerlərdən  birini  tutur.  Abidələrin  bərpasını  yaxşılaşdırmaq  məqsədilə 
Naxçıvanda,  Gəncədə,  Şamaxıda,  Şəkidə,  Qazaxda  və  s.  bərpa-istehsalat 
emalatxanalarının təşkili buna əyani sübutdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


280 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
SON SÖZ 
 
"Azərbaycan  incəsənəti"  kitabında  çoxəsrlik  incəsənətimizin  ən  qədim 
dövrlərdən  başlayaraq  inkişaf  tarixinin  əsas  mərhələləri  izlənmiş,  onun  müxtəlif 
sahələri, növləri, formaları, janrları təhlil olunmuşdur. 
İncəsənət  tariximizin  öyrənilməsi  göstərir  ki,  orta  yüzilliklərdə  Əcəmi 
Naxçıvani,  Soltan  Məhəmməd  Təbrizi  kimi  istedadlı  sənətkarlar  Yaxın  Şərq  və 
dünya  mədəniyyətini  zənginləşdirən  bir  sıra  qiymətli  sənət  abidələri  yaratmışlar. 
Hazırda  dünyanın  məşhur  muzeylərində  toplanan,  ümumdünya  sənət  tarixinin 
səhifələrində şərəfli yer tutan bir çox nadir əsərlər Azərbaycan incəsənətinin orijinal 
simasını, özünəməxsus bədii-estetik mövqeyini müəyyənləşdirir. 
XIX-XX  yüzilliyin  əvvəllərində  inqilabi-demokratik  ideyaların  və  estetik 
fikrin  müsbət  təsiri  nəticəsində  realizm  meyilləri  genişlənmiş,  bir  sıra  istedadlı 
sənətkarlar  yetişmiş,  yeni  peşəkar  yaradıcılıq  keyfiyyətləri  üçün  zəmin 
yaranmışdır. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə