«a m ea xəbərlər. İctimai və humanitar elmlər seriyası». 2012.№ Cild S. 68-73



Yüklə 56,94 Kb.
Pdf görüntüsü
tarix05.10.2017
ölçüsü56,94 Kb.
#3360


«A M EA  Xəbərlər. İctimai və humanitar elmlər seriyası».-2012.-№ 1.-Cild 8.-S.68-73.

D İA SPO R LA  Ə LA Q Ə LƏ R, D Ö V LƏ T-D İA SPO R  M Ü N A SİBƏ TLƏ R İ

RÖVŞƏN MƏMMƏDOV

Bakı Slavyan Universiteti E-mail:  Rovshan_m@rambler.ru

Hər  bir  dövlətin  milli-mənəvi  sərvəti,  potensial  təsir  qüvvəsi  və  təbliğatçılıq  işində  güvənə  biləcəyi  strateji 

silahlardan  sayılan diaspor məsələsi bu gün də beynəlxalq münasibətlər sistemində  əsas amillərdən  sayılır.  Xüsusən 

də  müstəqilliyə  yenicə  qovuşmuş  respublikalar  öz  dövlətçilik  prinsiplərində  bu  mühüm  amili  nəzərə  alır, 

diasporçuluq  işini  məqsədyönlü  şəkildə  həyata  keçirməklə  dünyanın  aparıcı  ölkələrinin  dəstəyini  qazanır,  onların 

daxili  siyasətinə  təsir  etmək  imkanı  əldə  edirlər.  Məhz  bu  baxımdan  diasporilizasiya  (diaspor  hərəkatının  təşkili, 

diasporlaşma prosesi  R.M.)  hər bir dövlətin  öz mədəniyyətini,  dilini, tarixini,  adət-ənənəsini  təbliğ  etmək yolunda 

önəm verdiyi əsas amillərdən biri və bəlkə də birincisidir.

Açar sözlər:  təbliğat,  diaspora,  siyasət,  adət-ənənə,  tarix,  dövlət.

Diaspor  (diaspora)  xalqın  (etnik  birliyin)  xeyli  hissəsinin  yaşadığı  ölkədən  xaricdə  olması.  Diaspor  zorla 

köçürtmə, genosid təhlükəsi,  iqtisadi və  coğrafı amillərin təsiri  nəticəsində  yaranmışdır.  "Diaspor"  termini  ilk  dəfə 

yəhudilərin  e.ə.  VI  əsrin  əvvəlində  Babilistan  padşahı  II  Navuxodonosor  və  sonra  isə  eramızın  I-III  əsrlərində 

romalılar tərəfındən qovulub  Fələstindən kənarda yaşamaları  ilə  əlaqədar işlənirdi.  Sonralar  "Diaspor"  termini bəzi 

etnik (məs.  İrlandiyalılar, çinlilər) və dini (məs.  İlkin xristianlar) birliklərə aid edildi  [1,  s.437].

Bir  çox  elmi  mənbələrdə  "diaspor"  anlayışı  məhz  yuxanda  qeyd  olunduğu  kimi  izah  edilsə  də,  əksər 

tədqiqatçıların  fıkrincə  bu  termin  yalnız  səpələnmə,  dağılma,  hər  hansı  bir  etnik  qrupun  öz  milli  və  tarixi 

yuvasından ayrı düşməsi demək deyil.  Diasporu insan münasibətlərinin yeni və xüsusi  forması kimi də  qəbul etmək 

olar. Ümumiyyətlə isə mütəxəssislər diasporları yaranma tarixi, fəaliyyət genişliyi baxımından üç qrupa bölürlər:

1)  Qədim və orta əsr diasporu;

2)  Nisbətən gənc diaspor;

3)  Müasir diaspor [9];

Qədim  və  orta  əsrlərdən etibarən fəaliyyət  göstərən  diasporlar  sırasına  Yəhudi,  Yunan,  Çin  və  Hindistan

(bəzi  tədqiqatçılar  bu  sıraya  erməni  millətini  də  əlavə  edir  R.M.)  xalqları  daxildir.  Nisbətən  yeni  diasporlar 

sırasında Türkiyə,  Polşa,  Əlcəzair,  Mərakeş, Koreya, Yaponiya və  sair dövlətlərin  nümayəndələri  yer alır.  1970-ci 

ildən yaranmağa  başlayan  diaspor isə  yeni  diaspor kimi  qeyd  olunur.  Onlara misal  olaraq,  Fars  körfəzi,  Ərəbistan 

yarımadası kimi ərazilərdə yaranan diasporları göstərmək olar.

Bu  gün  dünyada  elə  bir  ölkə  tapmaq  mümkün  deyil  ki,  onun  diasporu  olmasın.  Dünya  sanki  göz  önündə 

diasporlaşır.  Köhnə  diasporlar  genişlənir,  daha  geniş  əraziləri  əhatə  edir,  eləcə  də  yeni  diaspor  nümayəndələri 

peyda olur.  Təsadüfi deyil ki, bu gün təşəkkül tarixi hətta bir neçə ili əhatə edən diaspor xalqlar mövcuddur.  Onlara 

misal  olaraq  Rusiyada məskunlaşan  Əfqan  diasporu,  Şimali  Qafqazda Koreya diasporu,  cənubi  Hindistanda  Tibet 

diasporu  və  s.  göstərmək  olar.  Diasporlaşma  prosesini  isə  müxtəlif  cür  qiymətləndirmək  mümkündür.  Belə  ki, 

dünya  ölkələrinin  müasir  dövr  dinamik  inkişaf  tempi  ilə  bütün  dünyanı  əhatə  edən  diasporlaşma  və  ya 

diasporilizasiya prosesinə  münasibəti  heç  də  birmənalı deyil.  Bəziləri  gəlmələrə  rəqib,  öz  geyimi,  manerası və  bir 

çox  halda  fizioloji  quruluşuna  görə  fərqlənən  insan  kimi  yanaşmaqla,  onları  öz  ölkələrindən  qovmağa  çalışırlar. 

Rasist  qruplar,  millətçi  təşkilatlar tərəfındən  daim  basqına məruz  qalan  gəlmələrə  çox  zaman  cinayətkar  ünsürlər 

kimi  baxılır,  baş  verən  kriminal  hadisələrdə  səbəbi  oldu-olmadı  ilk  növbədə  məhz  onlar  günahlandırılır.  Odur ki, 

əksər hallarda müstəqil  dövlətlər öz  daxilində  belə  bir prosesin  cərəyan  etməsinə  arzuolunmaz  hal  kimi yanaşırlar 

[8,  s.  44].  Lakin diasporlaşmanın və ya mühacir axınının  qarşısını almaq  sadəcə  olaraq qeyri mümkündür.  Odur ki, 

əksər  dövlətlər  bu  prosesi  bir  qədər  də  olsa  zəiflətmək  üçün  müxtəlif  üsullara  əl  atırlar.  Bura  əsasən  viza 

qaydalarının tətbiqi, əcnəbi vətəndaşlara ikili münasibət (onların ciddi nəzarət altına götürülməsi, əcnəbilərin  səbəb 

oldu-olmadı kriminal ünsürlər kimi qəbul edilməsi, bir çox halda dövlətin himayəsi və ya bilavasitə nəzarəti  altında 

olan  rasist  qruplar  tərəfindən  döyülməsi,  hətta  məcburən  ölkədən  köçürülməsi,  deportasiya  hallarının  kütləvi  hal 

alması  və  s.), yaşamaq,  işləmək  və  ya  vətəndaşlıq  hüquqlarını  verən  sənədlərin  verilməsində  yaradılan  süni

problemlər  daxildir.  Etiraf edək  ki,  bir zamanlar demək  olar ki,  heç  kəsi  narahat  etməyən  bu  amillər  illər ötdükcə 

daha da radikallaşır və gəlmələrə münasibət bəzi hallarda artıq düşmənçilik həddinə  çatır.

Diasporlaşma prosesi  yaratdığı bir  sıra mənfi  tendensiyalar və  narazılıqlarla yanaşı, müsbət keyfiyyətləri  də 

özlüyündə  əks  etdirir.  İlk  növbədə  isə  diaspor  amilli  mədəniyyətlərarası  inteqrasiya  prosesi  olmaqla,  beynəlxalq 

əlaqələrin  əsasını  qoyur,  bununla  da,  dünya  mədəniyyətinin,  dilinin  beynəlxalq  ictimaiyyət  arasında  təbliğinə 

çalışır.  Belə  ki,  miqrasiya  proseslərinin  artması  nəticəsində  zəif  inkişaf  etmiş  ölkələrdən,  sənayecə  daha  yaxşı 

inkişaf etmiş  ölkələrə mühacirət edən qruplar daha güclü mədəniyyətin qarşısında tab gətirə bilmir, yerli dəyərlərin 

müəyyən  etdiyi  normalara tabe  olur,  nəticədə,  bikulturallıq  yaranır.  Bikulturallıq  iki  mədəniyyətin  nümunələrinin 

bir yerdə təcəssümünə  deyilir. Yaranmış  şərait nəticəsində  dildə  də müəyyən dəyişikliklər yaranır.  Bu  dəyişikliklər 

dominant xalqın dilində də baş verə bilər.  Tədqiqatlar göstərir ki, gəlmələrin yerli dilə gətirmiş  olduqları yeni üslub


xüsusilə  gənclər  tərəfindən  mənimsənilir.  Son  vaxtlar  Almaniyada  bu  ölkənin  gəncləri  danışarkən  türk  və  ərəb 

mənşəli  sözlər  işlətməyə  başlayıblar.  Məhz  bu  səbəblər  qloballaşma  proseslərinin  davam  etdiyi  şəraitdə,  inoetnik 

cəmiyyətdə azlıqlara aid dillərin tədqiq edilməsini tələb edir [3,  s.  266].

Kaliforniya  Universitetinin  professor-sosioloqu  R.Brubeyker  diaspor  sahəsinə  yeni  termin  gətirib.  Bu, 

"Kataklizm  diasporu",  başqa  sözlə  "Çevriliş  diasporu"dur.  Həmin  diaspor nümayəndələri  dezinteqrasiya  (bütövün 

öz tərkib hissələrinə parçalanması R.M.), böyük imperiyaların çökməsi nəticəsində yaranır.  R.  Brubeyker kataklizm 

diasporunu  adi  diasporlardan  fərqləndirir.  Onun  sözlərinə  görə,  ikincilər,  yəni  adi  diasporlar  daha  çox  könüllü 

olaraq  yerdəyişmələr  nəticəsində  yaranan  diasporlardır.  Onların  formalaşması  üçün  on  illər  lazımdır.  Lakin 

kataklizm  diasporu  siyasi  dönəmin  və  beynəlxalq  aləmdə  yaşanan  siyasi  proseslərin  qəflətən  dəyişməsi  ilə  ortaya 

çıxan əlverişli şəraitin məhsulu kimi tez bir zamanda yaranır.

Kataklizm  diasporunun  ən  bariz  nümunəsi  Azərbaycan  diasporudur.  Soydaşlarımız  hələ  diasporçuluq 

prinsiplərini,  bu  sahədə  mövcud  metodları  yeni  öyrənsə  də,  diasporumuz  quruluş  etibarı  ilə  yeni  formalaşsa  da 

Azərbaycan  diasporunu  məhz  bu  növə  aid  etmək  olar.  Sovet  imperiyasının  çökməsi  yeni  müstəqil  dövlətlərin  və 

həmin ölkələri təmsil edən yeni-yeni diasporların meydana gəlməsinə şərait yaratdı.  Mütəxəssislərin fıkrincə, bu tip 

diasporların  fəaliyyətində  yer  alan 

çətinliklər 

daha  böyük 

və 

daha  çox  olur.  Ən 

böyük  çətinlik  isə 

ilk  növbədə

psixoloji  amillərlə  bağlıdır.  Belə  ki,  uzun  illər  böyük  imperiyaların  əsarətində  yaşayan  və  sonradan  hər  hansı bir 

inqilab,  çəkişmələr  və  ya  dövlət  çevrilişləri  nəticəsində  müstəqillik  qazanan  xalqlar  özünü  sərbəst,  azad, 

imperiyanın  təsirindən  qurtulmuş  kimi  hiss  etməsi  üçün  xeyli  vaxt  lazımdır.  Həmin  vaxt  çərçivəsində  onlar 

özlərinin  müstəqil  dövlətə,  dilə,  vahid  pul  sisteminə  və  ən  nəhayət  ümummilli  mənafe,  vahid  strategiya  və 

dövlətçilik  prinsiplərinə  malik  olduqlarını  dərk  edir,  müstəqil  düşünməyi  öyrənirlər.  Bəzi  xalqlar bu  keyfiyyətləri 

tez,  bəziləri  gec 

əxz 

edir. 

Təsadüfı deyil  ki,  şüur,  əqidə 

və  mənən 

Vətənə  bağlı  olan, 

Vətən  təəssübü  ilə 

yaşayan

diasporlar  öz  aktivliyi,  səmərəli  işi,  ictimai-siyasi  dəyərləri  ilə  ölkəsinə  daha  çox  fayda  gətirir.  Odur  ki,  hər  bir 

dövlət öz diasporunun vahid proqram,  düzgün  struktur və  düşünülmüş  siyasi xətt çərçivəsində  səmərəli  fəaliyyətinə 

çalışır.  Bunu  reallaşdırmaq  nə  dərəcədə  mümkün  olur  və  ya  güclü  təsir  gücünə  malik  diaspor  yaratmaq  istəyi  nə 

dərəcədə  uğurlu alınır,  bu  artıq  həm  dövlətdən,  həm  də  diaspordan  asılıdır.  Yalnız  qarşılıqlı  əməkdaşlıq  və

məqsədyönlü  iş  birliyi  nəticəsində  hər  hansı  məqsədə  nail  olmaq  mümkündür.  Məhz  bu  prinsipləri  rəhbər  tutan 

Azərbaycan  Respublikası  da  güclü  diaspora  nail  olmaq  üçün  müstəqilliyinin  ilk  günlərindən  səmərəli  və 

məqsədyönlü  iş  aparır.  Təsadüfı deyil  ki,  xaricdə  yaşayan  soydaşlarımızla əlaqələr dövlətimizin xarici  siyasətinin 

prioritet istiqamətlərindən biridir.  Əsası ümummilli  lider Heydər Əliyev tərəfındən  qoyulmuş  bu  siyasətin məqsədi 

dünya  azərbaycanlılarının  tarixi  vətənlə  hərtərəfli  münasibətlərini  qurmaq,  milli  özünəməxsusluğunu  qorumaq  və 

inkişaf etdirmək, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdir [4].

Bu  baxımdan,  Dünya  Azərbaycanlılarının  I  Qurultayı  bu  birliyin  və  əməkdaşlığın  artması,  dünya 

azərbaycanlılarının  vahid  amal,  vahid  ideya  ətrafında  birləşməsi  yolunda  böyük  addım,  gələcəyə  istiqamətlənmiş 

önəmli tədbirlərdən  idi.  Qurultay milli  ideologiyamız  olan  azərbaycançılıq  ideyası ətrafında  soydaşlarımızın birlik 

və həmrəyliyini nümayiş etdirdi.

Qurultayda  iştirak  etmiş  ümummilli  lider  Heydər  Əliyev  azərbaycanlıların  təşkilatlanması  üçün  bir  çox 

vəzifələrin  həllinin  vacibliyini  xüsusi  ilə  vurğulamışdır.  O,  Azərbaycan  icmalarının  fəaliyyətini  əlaqələndirmək 

üçün  əlahiddə  bir dövlət orqanının  yaradılması  ideyasını irəli  sürməklə,  bu tarixi  missiyanın daha müvəffəqiyyətlə 

həyata keçirilməsinin konkret yollarını da müəyyənləşdirmişdi.

Prezident  Heydər  Əliyevin  "Xaricdə  Yaşayan  Azərbaycanlılarla  İş  üzrə  Dövlət  Komitəsinin  yaradılması 

haqqında"  2002-ci  il  5  iyul  tarixli  fərmanı  Azərbaycan  diasporunun  fəaliyyətinin  mütəşəkkil  şəkildə 

əlaqələndirilməsi,  dünya  azərbaycanlılarının  siyasi  və  mənəvi  birliyinin  təmin  olunması  baxımından  müstəsna 

əhəmiyyət kəsb edən mühüm tarixi sənəddir.

Diaspor  quruculuğunun  mühüm  sahələrindən  biri  də  xaricdə  yaşayan  azərbaycanlılarla  bağlı  dövlət 

siyasətinin  hazırlanması  və  həyata  keçirilməsidir.  Bu  siyasət  uzun  illər  boyu  Heydər  Əliyevin  bilavasitə 

məqsədyönlü  fəaliyyəti  sayəsində  reallaşdırılmışdır.  2002-ci  ilin  dekabr  ayının  27-də  qəbul  edilmiş  "Xaricdə 

Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu XXI əsrdə xaricdə 

yaşayan  soydaşlarımız  və  həmvətənlərimiz  qarşısında  çox  geniş  perspektivlər  açır  və  onların  ölkəmizin  milli 

mənafeləri  ətrafında  daha  sıx  birləşməsini  nəzərdə  tutur.  Qanun  Azərbaycan  diasporunun  inkişafına  dövlət 

qayğısının  daha  da  artırılması,  bu  sahədə  ciddi  nailiyyətlər  əldə  olunması  məqsədi  ilə  vahid  strategiyanın 

hazırlanması  kimi  mühüm  məsələlərin  həllinə  imkan  yaradan  hüquqi  prinsipləri  müəyyənləşdirir.  Görülən  işlər 

dünya  azərbaycanlılarının  təşkilatlanması  və  diaspor  quruculuğu  sahəsində  həmvətənlərimizin  mənəvi-ideoloji 

birliyinin  yaradılmasına  ciddi  təkan  vermişdir.  Diasporçuluq  istiqamətində  rəhbər  tutduğumuz  əsas  məqsəd 

azərbaycançılıq  ideologiyasının  fundamental  prinsiplərini  ölkənin  hüdudlarından  kənarda  həyata  keçirməkdən 

ibarətdir.

Hazırda  dünyanın  əksər 

ölkəsində  300-ə yaxın  icma 

və 

birliyimiz 

fəaliyyət 

göstərir və 

diasporumuzun

təşkilatlanma  prosesi  bu  gün  də  davam  edir.  Hələ  diaspor  komitəsi  yaranmamışdan  əvvəl  formalaşmış  və 

ayrı-ayrılıqda  fəaliyyət  göstərən  çoxsaylı  cəmiyyət  və  birliklər  bir  araya  gələrək,  Azərbaycan  federal  birlikləri 

yaratmağa  başladılar.  Onların  sırasında  Ümumrusiya  Azərbaycan  Konqresini,  Ukrayna  Azərbaycanlıları 

Konqresini,  Rusiya Azərbaycanlılarının  Federal  Milli-Mədəni  Muxtariyyətini,  Almaniya Azərbaycan  Cəmiyyətləri


Federasiyasını,  İsveç-Azərbaycan  Federasiyasını,  Qazaxıstan,  Qırğızıstan  və  Özbəkistan  Azərbaycanlılarının 

"Tutan"  Konqresi  və  Qırğızıstanda  "Azəri"  İctimai  Birliyini  qeyd  etmək  olar.  Zaman-zaman  yeni  birliklərin 

yaradılması istiqamətində  də  işlər görülür.  Bunun nəticəsidir ki,  Belarus  Azərbaycan  icmaları Konqresi,  Mol  dova 

Azərbaycanlıları  Konqresi,  Özbəkistan  Azərbaycan  Mədəniyyət  Mərkəzləri  Assosiasiyası,  Azərbaycan-Norveç 

Assosiasiyası öz  qüvvələrini bir mərkəzdə  birləşdirmək niyyəti  ilə  bu  sıraya  qatılmışlar.  Diasporumuzun inkişafmı 

dövlət  siyasəti  kimi  qarşıya  qoyan  müstəqil  Azərbaycan  Respublikası  əsasən  qeyd  olunan  birliklərlə  mütəmadi 

əlaqələr  yaratmaq,  onların  milli-mənəvi  dəyərlər,  ideoloji  prinsiplər  uğrunda  mübarizəsini  dəstəkləməklə 

təşkilatlanma  prosesini  süratləndirməyə  çalışır.  Federal  birliklərin  fəaliyyətini  gücləndirmək,  çevikliyini  artırmaq 

məqsədilə  onların regional təşkilatlan da təsis  edilmişdir.  Bu gün Rusiya Federasiyasının 67  regionunda konqresin 

73  regional  təşkilatı uğurla  fəaliyyət  göstərir.  Həmin  regional  təşkilatların  fəaliyyətini  əlaqələndirmək,  onlar

arasında  əlaqələri  tənzimləmək  məqsədilə  Rusiya  Federasiyasının  Fe  deral  dairələrində  ÜAK-nin  Dairə  Şuraları 

yaradılmışdır.  Hazırda  özündə  ÜAK-nin  15  regional  təşkilatını  birləşdirən  Privoljsk,  6  regional  təşkilatmı 

birləşdirən Ural,  9 regional təşkilatını birləşdirən  Şimal-Qərb,  17 regional təşkilatım birləşdirən  Sibir və Uzaq  Şərq 

Dairə  Şuraları  təsis  edilərək  uğurla  fəaliyyət  göstərirlər.  Bundan  başqa,  ÜAK  Rusiyada  mövcud  olan  digər 

Azərbaycan diaspor təşkilatlarının birləşdirilməsi  istiqamətində  də  fəaliyyətini  genişləndirməkdədir.  Bu qurumların 

fəaliyyətlərinin  əlaqələndirilməsi  və  həmvətənlərimiz  arasında  həmrəyliyin  möhkəmləndirilməsi,  onların 

maraqlarının  müdafiə  olunmasının  təminatı  məqsədilə  Azərbaycan  diaspor  təşkilatlarının  Koordinasiya  Şurası  da 

təsis edilmişdir.

Aparılmış  məqsədyönlü  işlər  nəticəsində  yalnız  2004-cü  ildə  Avropada  və  MDB  məkanında,  о  cümlədən, 

Özbəkistan,  Qırğızıstan,  Norveç,  Niderland,  Almaniya,  İspaniya,  İtaliya,  Belçika,  Bolqarıstan,  Çexiya,  Finlandiya, 

Estoniya,  Polşa,  Birləşmiş Ərəb  Əmirlikləri,  Misir  Ərəb  Respublikası,  Türkiyə  və  ABŞ-da  40-a  yaxın  yeni

Azərbaycan icmaları yaradılmışdır.  Proses bu gün də davam edir.

ƏDƏBİYYAT

1) ASE,  Bakı, III c„  1979.

2) Əliyev Z.  Beynəlxalq münasibətlərdə diasporların rolu.  Bakı: Nurlan, 2001.

3) Həsənov Ə.M. Azərbaycanın xarici siyasəti:  Avropa dövlətləri və ABŞ (19911996).  Bakı: Azərnəşr,  1998.

4)  Шукуров  И.  Дипломатия  мира  об  итогах  визитов  Президента  Азербайд жанской  Республики 

Гейдара Алиева в зарубежные  страны (1993-1997 гг.).  Баку: Азербайджан,  1997.

5)  Dünya Azərbaycanlılarının  II  Qurultayından  keçən  dövr  ərzində  diaspor  quruculuğu  sahəsində  görülmüş 

işlərlə bağlı məlumat (17-20 dekabr).  Bakı, 2008.

6) Tahirli A. Azərbaycan mühacirət mətbuatı (1921-1991).  Məlumat-soraq kitabı.  Bakı: Çinar-çap, 2007.

7) Arzumanlı V. Azərbaycan diasporu (reallıqlar,  qayğılar, problemlər).  Bakı:  Qartal, 2001.

8)  "Dirçəliş  XXI  ƏSR",  120-121\2008  fevral-mart,  Azərbaycan  dövlət  quruculuğu  və  beynəlxalq 

münasibətlər institutu.

9) www.diaspora.az.

Ровшан Мамедов

ОТНОШЕНИЯ ГОСУДАРСТВА С ДИАСПОРАМИ 

В  СВЯЗИ С ФАКТОРОМ ДИАСПОРИЗАЦИИ

Одним  из  стратегических  орудий,  на  которые  может  положиться  каждая  страна  в  работе  по 

пропаганде  национально-моральных богатств и потенциальной силы влияния, считается фактор диаспоры, и 

сегодня явля  ющийся одним из главных факторов в системе международных отношений.

В 

особенности 

республики, 

недавно 

получившие 

независимость, 

в 

своих 

принципах 

государственности  учитывают  этот  важный  фактор,  це  лесообразно  осуществляя  работу  с  диаспорой, 

получают поддержку веду  щих стран мира и возможность воздействия на их внутреннюю политику.

Именно  с  этой  точки  зрения  придаётся  очень  большое  значение  фактору  диаспоризации  каждого 

государства на пути пропаганды своей культуры, языка, истории и традиций.

Ключевые слова:  пропаганда,  диаспора,  политика,  традиция,  история,  государство.

Rovshan Mammadov

COMMUNICATIONS WITH DIASPORA,

STATE-DIASPORA RELATIONS

One of strategic tools which each country can rely on in popularization of national-moral riches and potential 

force  of influence  is  considered  the  diaspora  factor;  it  is  one  of principal  factors  in  the  system  of international 

relations even today.


In particular the republics which have gained independence recently, in their principles of statehood take  into 

account this  important  factor,  rationally  carry  out work  with  diaspora,  thereby  gain  support  o f the  leading  world 

powers, are permitted to influence on their internal policy.

From  this  point  of view  each  state  attaches  great  importance  to  the  factor  o f diasporization  on  the  way  of 

popularization of its culture, language, history and traditions.

Keywords:  popularization,  diaspora,  politics,  tradition,  history,  state.  (AMEA-ntn  müxbir  üzvü,  t.e.d 

V.B.Baxşəliyev tərəfindən təqdim edilmişdir)

Yüklə 56,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə