8 sentyabr 2017-ci il, cümə 6



Yüklə 79,15 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü79,15 Kb.
#37900


8 sentyabr 2017-ci il, cümə

6

 

ˆ

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar 



nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniyadakı 

Berkli Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da yerli 

vaxtla səhər saat 7:30 radələrində dünyasını dəyişib. O, bu ali 

təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs idi, 

Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan diaspor təşkilatının 

fəxri sədri idi.

Lütfi Zadə (əsl adı Lütfəli Rəhim 

oğlu Əsgərzadə) 1921-ci il fevralın 

4-də Bakıda anadan olub. Lütfinin 

atası Rəhim Ələsgərzadə İranın 

Ərdəbil şəhərində ziyalı ailəsində 

dünyaya göz açıb. Birinci dünya 

müharibəsi illərində Ərdəbildən 

Bakıya köçüb və burada ticarətlə 

məşğul olaraq özünə yaxşı güzəran 

düzəldib. İşgüzar fəaliyyəti ilə 

yanaşı, Azərbaycan Universiteti-

nin şərqşünaslıq fakültəsində təhsil 

alıb və İranda çap olunan həftəlik 

qəzetlərin Bakıdakı müxbiri kimi 

işləyib. Bakıda gələcək həyat yoldaşı 

Fanya ilə tanış olub və valideynlərinin 

razılığı ilə onunla ailə qurub.

Belə bir ailədə həyata göz 

açan Lütfi ilk təhsilinə Bakıdakı 

16 saylı məktəbdə başlayıb. Lakin 

1932-ci ildə Sovet İttifaqının İran 

vətəndaşı olan azərbaycanlılarla 

bağlı qəbul etdiyi qərara görə, onlar 

iki yoldan birini seçməli idilər: ya 

Sovet Azərbaycanında qalıb buranın 

vətəndaşlığını qəbul etməli, ya da 

ölkəni dərhal tərk edib getməli idilər. 

Ələsgərzadələr ailəsi İrana geri qayıt-

maq qərarına gəlir. 

Bir çoxları, xüsusilə də yaxın 

qohumları bu addımın gələcəkdə Lütfi 

Zadə fenomeninin formalaşmasında 

böyük rolu olduğunu qeyd edirlər. 

Çünki o illərdə SSRİ-də kibernetika, 

informatika, genetika kimi elmlərə 

qarşı mənfi münasibət var idi və çətin 

ki, belə mühitdə Lütfi Zadə öz elmi 

ilə irəli gedə bilərdi.

Beləcə, o, 11 yaşındaikən ailəsi 

ilə birlikdə Bakını tərk edərək 

Tehrana köçüb. Balaca Lütfi o vaxt 

rusdilli məktəbin üçüncü sinfini 

bitirmişdi. Tehrana köçdükdən sonra 

təhsilini amerikalıların Albors missi-

oner məktəbində davam etdirib. Bu 

məktəbdə o, ilk dəfə olaraq ABŞ elmi 

və mədəniyyəti haqqında məlumat 

əldə edib. Orada elmin inkişafı üçün 

yaradılmış şərait onu hələ məktəb 

illərindən Amerikaya çəkib. Orta 

təhsilini tamamladıqdan sonra 

Lütfi Tehran Universitetinin elektrik 

mühəndisliyi fakültəsinə daxil olub. 

Böyük alimin Amerika həyatı 

isə 1944-cü ildən başlayır. Tehran 

Universitetini uğurla başa vurduqdan 

sonra o, Amerika Birləşmiş Ştatlarına 

gəlib və təhsilini Massaçusets Tex-

nologiya İnstitutunda davam etdirib. 

1947-ci ildə valideynlərini də öz 

yanına gətirən alim artıq bu vaxt Ko-

lumbiya Universitetində çalışırdı. O, 

1948-ci ildə bu universitetdə elektron 

mühəndisliyi üzrə magistr, 1957-ci 

ildə isə professor dərəcəsi alıb. 

Həmin vaxt Lütfi Zadə məşhur 

alim, kibernetikanın atası hesab 

olunan Norbert Vinerin tövsiyəsilə 

Kaliforniyaya, bu ştatdakı Berkli 

Universitetinə gəlib. Burada ilk 

vaxtlar bir qədər çətinliklər çəkən 

alim sonralar şəraitə uyğunlaşıb və 

ömrünün son  gününə qədər də Berkli 

Universitetinin professoru olaraq 

qalıb.


Bu gün dünya elminə Lütfi Zadənin 

6 mühüm nəzəriyyəsi məlumdur. 

Hazırda onlar elm və istehsalatda 

geniş şəkildə tətbiq olunur. Ona 

dünya şöhrəti qazandıran, onun 

dünya elmində inqilab hesab olunan 

qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu 

nəzəriyyə riyaziyyatın əsası olan ikili 

çoxluq anlayışına yeni ifadə vermiş-

dir: qeyri-səlis çoxluq. Elmdə qeyri-

səlis ölçünün daxil edilməsi təbiətdə 

və cəmiyyətdə gedən proseslərin 

qeyri-müəyyənliyini daha adekvat 

nəzərə almağa imkan yaradır.

Aparıcı dünya şirkətləri 

tərəfindən tətbiq olunan bu nəzəriyyə 

1965-ci ildə işlənib hazırlanmışdır. 

Nəzəriyyə uzun müddət Amerika 

elmi ictimaiyyəti tərəfindən qəbul 

edilməsə də, ötən əsrin 80-ci illərində 

yapon alimlərinin diqqətini cəlb etmiş 

və yaponlar bu unikal nəzəriyyədən 

yararlanmaq qərarına gəlmişlər. 

Lütfi Zadə nəzəriyyəsinin tətbiqi 

“gündoğar ölkə”yə milyardlar qa-

zandırmışdır. Bu gün Yaponiyanın 

“Mitsubishi”, “Toshiba”, “Sony”, 

“Canon”, “Sanyo”, “Nissan”, “Hon-

da” və digər nüfuzlu şirkətləri qeyri-

səlis məntiq nəzəriyyəsindən foto və 

videokameralar, paltaryuyan maşınlar, 

vakuum kimyəvi təmizləyiciləri is-

tehsalında, avtomobillərin, qatarların, 

sənaye proseslərinin idarə olunmasın-

da geniş istifadə edirlər. 

Yaponiya dövləti dünya şöhrətli 

alim Lütfi Zadənin əməyini yüksək 

qiymətləndirib. Belə ki, o, 1989-cu 

ildə qeyri-səlis məntiq nəzəriyyəsinin 

sənayedəki uğurlarına görə Yaponiya-

da görkəmli elm adamlarına verilən 

ən yüksək mükafat – “Honda” müka-

fatı ilə təltif olunub. 

Lütfi Zadənin Yaponiyadakı qey-

ri-adi uğurlarından sonra artıq ameri-

kalılar da bu nəzəriyyənin qiymətini 

anlamağa, ondan yararlanmağa baş-

layıblar. Bu gün bu nəzəriyyə ABŞ-ın 

“General Motors”, “General Electric”, 

“Motorola”, “Dupont”, “Kodak” və 

başqa şirkətləri tərəfindən istehsalatda 

geniş tətbiq olunur. Yeri gəlmişkən, 

bu nəzəriyyədən iqtisadiyyatla yanaşı, 

psixologiya, linqvistika, siyasət, 

fəlsəfə, sosiologiya, dini məsələlərdə, 

münaqişə problemlərində də istifadə 

olunur.

Qeyri-səlis məntiq nəzəriy-



yəsindən əlavə, Lütfi Zadə 5 funda-

mental elmi nəzəriyyə təklif etmişdir: 

“Təəssüratlar nəzəriyyəsi”, “sistemlər 

nəzəriyyəsi”, “sözlə işləyən kompü-

ter nəzəriyyəsi”, “optimal süzgəclər 

nəzəriyyəsi” və “soft kompütinq”.

Lütfi Zadənin elmdə Z-çevirmə 

kimi tanınan işi diskret və rəqəmli 

idarəetmə, informasiya və kommuni-

kasiya sistemlərinin yaradılmasının 

əsasını qoymuş elmi nəzəriyyədir. 

Onun məşhur vəziyyətlər fəzası, 

dinamik sistemlərin idarə olunma 

və müşahidə olunma nəzəriyyələri 

müasir idarəetmə elminin əsasını 

təşkil edir. ABŞ-ın Milli Kosmik 

Tədqiqatlar Mərkəzi (NASA) bu 

nəzəriyyələr əsasında idarəetmə 

sistemlərini tədqiq edir, layihələndirir 

və tətbiq edir.

Lütfi Zadənin qeyri-səlis 

məntiqini obrazlı şəkildə belə izah 

etmək olar: “Aristotel məntiqi” ilə 

mühakimə yürüdən beyin dünyanı 

yalnız ağ və ya qara rəngdə qavrayır, 

“Zadə məntiqi” isə dünyanı bütün 

çalarları ilə qavramağa imkan verir. 

Çünki, “Aristotel məntiqi” ikili 

(binar) məntiqdir, “Zadə məntiqi” 

çoxmənalı (kəsilməz qiymətli) 

məntiqdir. Aristotelə görə, bir 

müddəa ya doğru, ya da yalan ola 

bilər. Lütfi Zadəyə görə, hər bir 

müddəanın doğruluq dərəcəsi doğru 

və ya yalan arasında (və ya sıfırla 

bir arasında) kəsilməz qiymətlər alır. 

“Zadə məntiqi”ndə real həyatı daha 

dürüst inikas etmək qabiliyyəti var, 

bu məntiqin mahiyyətində üstünlük 

təşkil edir. 

Dünyanın görkəmli alimləri, 

mütəxəssisləri əmindirlər ki, Lütfi 

Zadənin zəngin elmi irsi hələ uzun 

onillər boyu elm və texnologiyaların 

inkişafına xidmət edəcək. Xatırla-

daq ki, 2016-cı ildə Lütfi Zadənin 

nəzəriyyəsi əsasında yapon alimləri 

tərəfindən ilk dəfə olaraq süni-

intellektə malik robot hazırlanıb.  

“Alter” adlı robot Tokiodakı 

Beynəlxalq Elm Muzeyində sərgilənib. 

Böyük azərbaycanlı alimin dünya 

elmi qarşısındakı görkəmli xidmətləri 

təkcə Yaponiya və ABŞ-da deyil, dün-

yanın başqa qabaqcıl ölkələrində də 

yetərincə yüksək dəyərləndirilmişdir. 

Yalnız iki  faktı çəkməyi lüzum 

görürük: 2013-cü il iyunun 19-20-də 

Madrid şəhərində İspaniyanın BBVA 

(Banco Bilbao Vizcaya Argenta-

ria) Fondunun elm və mədəniyyət 

sahəsi üzrə təsis etdiyi mükafatların 

təqdimetmə mərasimi keçirilib. Fond 

tərəfindən informasiya-kommunika-

siya texnologiyaları kateqoriyasında 

Lütfi Zadə 400 min avro dəyərində 

mükafata layiq görülüb. İkinci fakt 

isə budur ki, Macarıstanda Obu-

da Universitetinin nəzdində Antal 

Beyçzi adına İntellektual Robotiks 

Mərkəzi ilə əməkdaşlığına görə Lütfi 

Zadənin fotosu bu mərkəzin divarında 

yerləşdirilib.

Lütfi Zadə bir sıra xarici ölkə 

akademiyalarının üzvüdür. O, çoxlu 

sayda mötəbər cəmiyyətlərin və fond-

ların mükafatlarına layiq görülmüş, 

medallarla təltif edilmişdir. Onlarca 

xarici dövlət və ictimai təşkilatların 

fəxri doktorudur. Lütfi Zadə dünya-

da əsərlərinə ən çox istinad edilən 

alimlərdən sayılır. Təkcə 1990-2000-

ci illərdə onun əsərlərinə 36000-dən 

çox istinad edilmişdir.

Kaliforniyanın Berkli şəhərində 

"İnformasiya Texnologiyaları üzrə 

Zadə İnstitutu" yaradılmışdır. Lütfi 

Zadə Azərbaycan Milli Elmlər Akade-

miyasının İnformasiya Texnologiyala-

rı İnstitutunun “İnformasiya texnolo-

giyaları problemləri” və “İnformasiya 

cəmiyyəti problemləri” jurnallarının 

fəxri baş redaktorudur.

O, Avrasiya Akademiyasının 

qurucu üzvlərinin biridir.

Böyük alim həyatda isə son 

dərəcə sadə, təvazökar, xeyirxah bir 

insan olub. O, Vətəni Azərbaycanı 

çox sevir, müstəqil dövlətimizin bü-

tün sahələrdəki uğurlarına sevinirdi. 

Görkəmli alim dəfələrlə Azərbaycan 

Prezidenti cənab İlham Əliyevə 

məktub yazaraq, müstəqil ölkəmizin 

bütün sahələrdəki parlaq uğurla-

rına heyran qaldığını bildirmişdir. 

Lütfi Zadə Vətənin inkişafı, tərəqqisi 

barədə düşüncələrini bu sözlərlə 

ifadə etmişdir: “Azərbaycan mənim 

doğma Vətənimdir. Mən həmişə 

Azərbaycanın uğuru gələcəyi barədə 

düşünürəm və bu istiqamətdə atılan 

hər bir addım məni sevindirəcək”. O, 

dəfələrlə Bakıda olmuş, paytaxtda 

aparılan geniş  quruculuq-abad-

lıq işlərindən razı olduğunu dilə 

gətirmişdir. 

Böyük alim bütün ruhu, qəlbi ilə 

doğma Bakıya, Azərbaycana bağlı 

idi. Təsadüfi deyil ki, Lütfi Zadə öz 

vəsiyyətində məhz anadan olduğu 

Bakıda dəfn olunmasını arzu edib. 

Dünya şöhrətli azərbaycanlı alimin bu 

son arzusunun da həyata keçəcəyinə 

şübhə etmirik. Azərbaycanın elmi 

ictimaiyyəti, xalqımız, müxtəlif 

ölkələrdə yaşayan soydaşlarımız 

dünya şöhrətli alim Lütfi Zadənin 

görkəmli xidmətlərini heç vaxt unut-

mayacaq, böyük alim və şəxsiyyətin 

əziz xatirəsini dərin hörmət və ehti-

ram hissi ilə yad edəcəklər.  

Hazırladı:   

Məsaim ABDULLAYEV,  

 “Xalq qəzeti” 

Dünya elminin Lütfi Zadə zirvəsi

Böyük azərbaycanlı alim ömrünün 97-ci ilində dünyasını dəyişib

Qarabağ müharibəsi veteranları 

fəxri döyüş növbəsində

 

ˆ

Qurban bayramı münasibətilə Silahlı 



Qüvvələrdə keçirilən “Açıq qapı günü” tədbirlərindən 

birində Tərtər rayonunun Qarabağ müharibəsi 

veteranlarından bir qrupu Müdafiə Nazirliyinin 

rəhbərliyinə ön səngərə – döyüş mövqeyinə gedərək 

şəxsi heyətlə görüşmək, gənc əsgərlərlə birlikdə döyüş 

növbəsinə çıxmaq arzularını bildiriblər.

Müdafiə Nazirliyindən 

verilən məlumatda deyilir ki, 

veteranların bu təşəbbüsünün 

şəxsi heyətin döyüş ruhunun, 

mənəvi-psixoloji hazırlığının 

və vətənpərvərlik hissinin daha 

da yüksəldilməsində mühüm 

əhəmiyyət kəsb edəcəyini 

nəzərə alan müdafiə naziri 

yerindəcə aidiyyəti üzrə tap-

şırıqlar vermiş və veteranların 

istəklərinin tezliklə reallaşaca-

ğını bildirmişdir.

Artıq keçmiş döyüşçülərdən 

bir qrupu Tərtər şəhər Heydər 

Əliyev Parkından düşmənlə 

üzbəüz döyüş mövqelərinə yola 

salınmışdır.

Yolasalma mərasimində 

rayon icra hakimiyyətinin 

başçısı Müstəqim Məmmədov 

və ictimaiyyət nümayəndələri 

iştirak ediblər.

İcra başçısı bildirib ki, 

xalqımızın ümummilli lideri 

Heydər Əliyevlə başlanan 

müstəqil respublikamızın ordu 

quruculuğu prosesi bu gün 

möhtərəm Prezidentimiz, Ali 

Baş Komandan cənab İlham 

Əliyev tərəfindən uğurla davam 

etdirilir. Ölkəmizin dövlət 

müstəqilliyini, ərazi bütövlü-

yünü qoruyan güclü və qüdrətli 

Silahlı Qüvvələrimiz vardır. 

Azərbaycan Ordusunun uğur 

və nailiyyətləri bütün xalqımız 

kimi tərtərliləri də sevindirir, 

hər bir rayon sakini ordumuza 

arxalanır, ona güvənir. Etibarlı 

şəkildə müdafiə olunan rayonun 

bərəkətli torpaqlarında əkin-

biçinin geniş vüsət alması, kənd 

təsərrüfatının dinamik inkişafı 

məhz ölkə başçısının apardığı 

məqsədyönlü daxili və xarici 

siyasətin, eləcə də, ordumu-

zun gücü sayəsində mümkün 

olmuşdur.

Azərbaycan Preziden-

tinin və Müdafiə Nazirliyi 

rəhbərliyinin mütəmadi olaraq 

cəbhəboyu zonaya gəlişləri, 

hərbi qulluqçularla yanaşı, 

rayon sakinləri ilə görüşləri 

həm ordunun şəxsi heyətinin, 

həm də yerli əhalinin iş-

ğal altında olan torpaqların 

tezliklə azad ediləcəyinə 

inamlarını daha da artırır. 

Ordu ilə xalqın birliyi daha 

da möhkəmlənir. Gənclərin 

vətənpərvərlik tərbiyəsi, orduya 

hazırlanması rayonda prioritet 

məsələlərdəndir.

Ehtiyatda olan mayor Pənah 

Məmmədov çıxış edərək deyib: 

“Uzun illərdən sonra yenidən 

hərbi libas geyinməyimiz hər 

birimiz üçün qürurvericidir. 

Yaxşı bilirik ki, güclü ordumuz 

var, onun igid döyüşçüləri var. 

Biz Azərbaycan əsgərinin nəyə 

qadir olduğunu aprel döyüşləri 

zamanı bir daha gördük. Həmin 

günlərdə bütün tərtərlilər də 

ayaq üstə idi. Hamı döyüşə can 

atırdı. Ancaq ehtiyac olma-

dığını bildirdilər. Bu gün də 

bizə ehtiyac yoxdur. Ancaq biz 

bu gün fəxri döyüş növbəsinə 

gedirik. Vətən müdafiəçiləri ilə 

görüşəcək, keçdiyimiz döyüş 

yolu barədə söhbət açacaq, on-

lara mənəvi dayaq olacağıq.”

Polkovnik Abdulla Qurbani 

“Əsgər oğul, ürəyini aç mənə” 

aksiyası çərçivəsində Tərtər 

veteranlarının hər bir əsgərlə 

fərdi söhbət aparacaqlarını, 

onların problem və qayğıları 

ilə yerindəcə tanış olacaqla-

rını, döyüşlərdə qazandıqları 

təcrübədən bəhrələnmələri üçün 

gənc zabitlərlə məşğələlər təşkil 

edəcəklərini və fəxri döyüş 

növbəsi çəkəcəklərini nəzərə 

çatdırıb.

Veteranlar əsgərlər üçün 

Tərtər bağlarından dərilmiş 

xeyli meyvə sovqatları da 

aparıblar.

Döyüş mövqelərində 

veteranlar səmimiyyətlə qar-

şılanıb. Onları müşayiət edən 

A.Qurbani keçmiş döyüşçüləri 

şəxsi heyətə təqdim edib. On-

ların 90-cı illərin əvvəllərində 

Ağdərə və Tərtər rayonları uğ-

runda göstərdikləri qəhrəmanlıq 

və şücaət nümunələrindən 

söhbət açılıb. Şəhidlərin xatirəsi 

ehtiramla yad edilib. Tərtər 

qəhrəmanlarına həsr olunmuş 

“Batalyon” sənədli filmi nüma-

yiş etdirilib. Əsgərlərin sualları 

cavablandırılıb. Polkovnik-ley-

tenant Babək Səmidli bu cür 

görüşlərin davamlı olacağına 

əminliyini bildirib.

Qarabağ Müharibəsi 

Veteranları, Əlilləri və Şəhid 

Ailələri İctimai Birliyinin 

Tərtər rayon filialının sədri 

Suliddin Yusifov, keçmiş 

döyüşçülərdən Mətləb Mana-

fov, Elbrus Sadıqov, Elman 

Quliyev, Rövşən  Məmmədov, 

Vüqar Quliyev və başqalarının 

çıxışları şəxsi heyətin böyük 

marağına səbəb olub.

Veteranlar aprel döyüşləri 

zamanı azad edilmiş 

yüksəkliklərə qalxaraq, xidmət 

şəraiti ilə tanış olub,  düşmən 

mövqelərini müşahidə edib, 

əsgərlərə məsləhətlər verib, 

düşmən təxribatlarının qarşısını 

qətiyyətlə alan şəxsi heyətin 

peşəkarlığının və döyüş ruhunun 

yüksək səviyyədə olduğundan 

böyük fərəh hissi keçirdiklərini 

bildirib, fəxri döyüş növbəsində 

hər bir gəncə örnək olacaq 

xidmət nümayiş etdiriblər.



“Xalq qəzeti”

TAP ilə bağlı işlər İtaliyada 

qrafikə uyğun aparılır

 

ˆ

Transadriatik boru kəməri (TAP) layihəsinin 



icrası ilə bağlı işlər İtaliya ərazisində qrafikə uyğun 

aparılır.

Trend-in məlumatına görə, 

bunu İtaliyanın Azərbaycandakı 

səfiri Auqusto Massari deyib.

Diplomat qeyd edib: 

"Bizim əsas məqsədimiz işlərin 

tam yekunlaşması və boru 

kəmərinin 2020-ci ilə istismara 

verilməsidir. Deyə bilərəm ki

bütün işlər müəyyən edilmiş 

qrafikə uyğun aparılır".

Boru kəmərinin keçəcəyi 

ərazidə zeytun ağacları ilə bağlı 

problemə gəlincə, A.Massari 

bildirib ki, fikir ayrılığı artıq 

aradan qaldırılıb:

"Ağaclar kökləri ilə birlikdə 

götürülüb və boru kəmərinin 

çəkilişindən sonra yenidən 

basdırılacaq".



Sindzo Abe:

 

Putinlə Yaponiya və 



Rusiya arasında sülh müqaviləsini 

imzalamağa qərar verdik

 

ˆ

“Rusiya-Yaponiya 



münasibətlərində ən başlıcası sülh 

müqaviləsinin imzalanmasıdır”.

APA-nın Rusiya bürosunun 

məlumatına görə, bunu Yaponiyanın 

baş naziri Sindzo Abe Vladivostokda 

keçirilən Şərq İqtisadi Forumundakı 

çıxışında bildirib. O, Rusiya Prezidenti 

Vladimir Putinlə Rusiya və Yaponiya 

arasında sülh müqaviləsini imzalayacaq-

larına dair razılığa gəldiklərini deyib: 

“Bu dəfə qərara gəldik ki, məhz öz 

əllərimizlə sülh müqaviləsini imzala-

yaq”. 


Qeyd edək ki, Rusiya və Yaponiya II 

Dünya müharibəsinin sonunda 4 ada ilə 

bağlı anlaşılmazlığa son qoyacaq rəsmi 

sülh sazişini imzalamayıb.



Erməni silahlı qüvvələri atəşkəs rejimini  

sutka ərzində 119 dəfə pozub

 

ˆ

Ermənistan silahlı qüvvələrinin bölmələri 



cəbhənin müxtəlif istiqamətlərində iriçaplı 

pulemyotlardan da istifadə etməklə sutka ərzində 

atəşkəs rejimini 119 dəfə pozub. 

Müdafiə Nazirliyi-

nin mətbuat xidmətindən 

AZƏRTAC-a bildiriblər ki, 

Ermənistanın Noyemberyan ra-

yonunun Şavarşavan, İcevan ra-

yonunun Berkaber kəndlərində 

və adsız yüksəkliklərdə 

yerləşən mövqelərdən Qazax 

rayonunun Qaymaqlı, Fərəhli, 

Quşçu Ayrım, Qızılhacılı, 

Bala Cəfərli kəndlərində və 

adsız yüksəkliklərdə, Berd 

rayonunun Mosesqex, Çina-

ri və Ayqedzor kəndlərində 

yerləşən mövqelərdən Tovuz 

rayonunun Ağdam, Koxanəbi 

və Muncuqlu kəndlərində, 

Krasnoselsk rayonu ərazisindəki 

adsız yüksəkliklərdə yerləşən 

mövqelərdən Gədəbəy rayo-

nunun Zamanlı kəndində və 

adsız yüksəkliklərdə yerləşən 

mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal 

altında olan Göyarx, Çiləbürt, 

Ağdam rayonunun Tağıbəyli, 

Şıxlar, Baş Qərvənd, Cəvahirli, 

Qaraqaşlı, Kəngərli, Sarıcalı, 

Novruzlu, Mərzili, Xocavənd 

rayonunun Kuropatkino, Fü-

zuli rayonunun Aşağı Veysəlli, 

Qərvənd, Qaraxanbəyli, Qor-

qan, Kürdlər, Horadiz, Cəbrayıl 

rayonunun Nüzgar və Mehdili 

kəndləri yaxınlığında, həmçinin 

Goranboy, Tərtər, Ağdam və 

Xocavənd rayonları ərazisindəki 

adsız yüksəkliklərdə yerləşən 

mövqelərdən də Silahlı 

Qüvvələrimizin mövqeləri atəşə 

tutulub.


“Elm və təhsil İlham Əliyev siyasətinin 

prioritet istiqamətlərindən biri kimi”

 

ˆ

Binəqədi Rayon İcra Hakimiyyətində 



“Elm və təhsil İlham Əliyev siyasətinin prioritet 

istiqamətlərindən biri kimi” mövzusunda “Məlumat 

saatı” keçirilib. Tədbirdə rayon icra hakimiyyəti 

başçısının müavini Aygün Əliyeva, Azərbaycan 

Respublikasının Prezidenti yanında Bilik Fondunun 

aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan 

Vəliyev, AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat 

və Mexanika İnstitutunun direktoru, professor Misir 

Mərdanov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz 

Göyüşov, rayon gənclər və idman idarəsinin rəisi Elvin 

Aslanov, RİH başçısı aparatının şöbə müdirləri və 

əməkdaşları, rayon bələdiyyələri, icra nümayəndəlikləri, 

təhsil işçiləri, ASAN könüllüləri iştirak ediblər. 

Tədbiri YAP Binəqədi rayon 

təşkilatının sədri R.Göyüşov 

açaraq mövzunun əhəmiyyətini 

vurğulayıb. Bilik Fondunun 

aparat rəhbəri İsaxan Vəliyev 

Binəqədi rayonunda məlumat 

saatının ənənəvi olaraq Bilik 

Fondu ilə birgə keçirildiyi-

ni vurğulayıb və qarşılıqlı 

əməkdaşlığın davamlı olacağını 

bildirib. 

Professor Misir Mərdanov 

ümummilli lider Heydər 

Əliyevin “Təhsil millətin 

gələcəyidir” fikrini xatırla-

daraq, Azərbaycanda təhsil 

sahəsinə həmişə diqqət və qayğı 

göstərildiyini deyib. Ulu öndər 

deyib ki, “təhsil sisteminə çox 

diqqətli yanaşmaq lazımdır 

və bu sistemə münasibət çox 

həssas olmalıdır”. Bu həssaslığı 

ulu öndərimiz SSRİ dövründə 

Azərbaycana rəhbərlik edərkən 

və ölkəmiz müstəqillik qazan-

dıqdan sonra da göstərmişdir. 

Bunu onun təhsil sahəsindəki 

xidmətləri də sübut edir. 

Azərbaycan müstəqil olduqdan 

sonra da təhsildə əldə edilmiş 

nailiyyətlər Heydər Əliyevin adı 

ilə bağlıdır. Heydər Əliyevin 

hakimiyyətə gəlişindən sonra 

yeni məktəblərin tikilməsi, yeni 

dərs metodlarının tətbiq olunma-

sı ilə bağlı ciddi işlər görülməyə 

başlandı”.

Son illərdə ölkədə təhsilin 

inkişafı istiqamətində mühüm 

addımlar atıldığını vurğulayan 

natiq təhsilin normativ hüquqi 

bazasının təkmilləşdirildiyini, 

maddi-texniki təminat 

istiqamətində Azərbaycan 

Respublikası Prezidentinin 

sərəncamları əsasında geniş 

tədbirlər həyata keçirildiyini və 

təhsil müəssisələrində informa-

siya-kommunikasiya texnologi-

yalarının tətbiqinin əhəmiyyətli 

dərəcədə genişləndiyini  vurğu-



layıb.

Məruzə ətrafında suallar 



cavablandırılıb. 

“Xalq qəzeti”

Yüklə 79,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə