8-
ci Beynəlxalq Bacsa Konfransı
“İqlim dəyişilikləri və yeni kimyəvi baramaçılıq problemləri”
Bioekoloji amillərin tut ipəkqurdunun bioloji göstəricilərinə
təsiri
Aqrar elmləri üzrə fəlsəfə doktoru
Adıgözəlova D.M.
İsgəndərov T.F.
Azərbaycan Dövlət Aqrar Universiteti
Gəncə şəhəri
e-mail: dursun.adigozalova@ mail ru
Adıgözəlova Dursun Miri qızı
Kənd təsərrüfatı elmləri namizədi (aqrar elmləri üzrə fəlsəfə doktoru), dosent
Azərbaycan Dövlət Aqrar Universitetinin “Əczaçılıq və BSE” kafedrasını dosenti
Mobil: 055 682 19 57 e- mail: dursun.adigozalova @ mail ru
Tut ipəkqurdunun üzərində işləyərkən
Tut ipəkqurdunun üzərində işləyərkən
Tut ipəkqurdları V yaşda
Kəsilmiş və içərisində barama toxuyan
tut ipəkqurdu olan barama
Tut ipəkqurdunun yetkin kəpənəkləri
XÜLASƏ
Açar sözlər: tut ipəkqurdu, barama, ipək, bioloji göstərici
Məqalədə qeyd olunur ki, son 30-50 il arasında kəskin iqlim dəyişkənlikləri baş verir. BMT-
nin“İqlim dəyişkənlikləri haqqında” 2014-cü il açıqlamalarından aydın oldu ki, 39 ölkədə
iqlim kəskin dəyişəcək; kəskin istilər, kəskin soyuqlar olacaq. Azərbaycan da bu ölkələr
sırasındadır. Belə iqlim dəyişkənlikləri bütün canlılara, o cümlədən tut ipəkqurduna da təsir
edəcək. Məsələ ilə bağlı 10-12 dekabr 2015-ci ildə Fransanın paytaxtı Paris şəhərində 195
ölkənin nümayəndələrinin iştirakı ilə Beynəlxalq konfrans keçirildi və “Paris-iqlim sazişi
bağlandı. Belə kəskin iqlim dəyişkənliklərinin tut ipəkqurdunun bioloji göstəricilərinə
təsirinin öyrənilməsi və təkliflərin hazırlanması qarşıya məqsəd qoyulmuşdur. Tədqiqatlardan
aydın olmuşdur ki, 2012-2013-cü illərdə makroiqlim dəyişkən olduğu halda, yemləmələrdə
mikroiqlim göstəriciləri demək olar ki, eyni olmuşdur. 2013-cü ildə vaxtından əvvəl kəskin
istilərin baş verməsi səbəbindən bir çox bioloji göstəricilər aşağı düşmüşdür. İllər üzrə diri
baramanın ipəkliliyini müqayisə etsək 2013-cü ildə bu göstərici 0,12% aşağı olmuşdur.
Xüsusən barama kütləsini 2012-ci illə müqayisə etdikdə 0,03 q aşağı məhsul alınmışdır. Bu
rəqəmi tona və onuda pul vahidinə çevirdikdə məlum olur ki, tonlarla məhsul, manatlarla pul
vahidi itkiyə gedir. İtkinin qarşısını almaq üçün illərin iqlim xüsusiyyətlərinə müvafiq cins və
hibridlərdən istifadə olunmalıdır. Kəskin xarici mühit şəraitinə dözümlü xətt və
populyasiyalar yaratmaq vacibdir. İllərin makroiqlim göstəriciləri nəzərə alınmaqla uyğun
çəkil sortları ilə yemləmə aparılmalıdır. Ekoloji-iqlim amilləri nəzərə alınmaqla tut
ipəkqurdunun təbii iqlim şəraitinə görə rayonlaşdırılması məqsədəmüvafiqdir.
ВЛИЯНИЕ БИОЭКОЛОГИЧЕСКИХ ФАКТОРОВ НА
БИОЛОГИЧЕСКИЕ ПОКАЗАТЕЛИ ТУТОВОГО ШЕЛКОПРЯДА
РЕЗЮМЕ
Ключевые слова: тутового шелкопряда, кокон, щелк, биологические показатели
В статье указывается, что за последние 30-50 лет происходят сильные климатические
изменения. В записях ООН «О климатических изменениях» в 2014-ом году, стало ясно
что, климат в 39-и странах сильно изменится; будет резкое потопление и резкое
похолодание. Это ожидалось и в Азербайджане. Такое изменение климата подействует
на все живые организмы, в том числе и на тутовый шелкопряд. В связи с этим 10-12-ого
декабря 2015-ого года в столице Франции Париже был заключен договор «Париж-
климат!». Было поставлена задача изучение действия таких климатических изменений
на биологические показатели тутового шелкопряда и подготовки предложений.
Результаты исследований 2012-2013-их годов подтвердили, что несмотря на изменения
макроклимата во время кормления показатели микроклимата, можно сказать, не
изменились. В 2013-ом году в результате преждевременного потепления биологические
показатели были низкими. По сравнению живой шелковой оболочки с прежними
годами в 2013-ом году эти показатели были низкими на 0,12%. И особенно масса
кокона уменьшилось на 0,03г по сравнению с 2012-ым годом. В результате чего
потерю несколько тонн продукта и денежных единиц. Чтобы предотвратить потерю,
необходимо использовать гибриды и породы характерные годовым климатическим
условиям. Необходимо выращивание устойчивых к окружающей среде линий и
популяций. Кормление должно проводится с такими сортами шелковицы
макроклиматические показатели у которых учитаны годами. Учитывая климато-
экологические факторы целесообразно районизровать тутовый шелкопряд по
естественным климатическим условиям.
THE INFLUENCE OF BIOECOLOGICAL FACTORS ON
BIOLOGICAL PARAMETRES OF SILKWORM
SUMMARY
Key words: silkworm, cocoon, silk, biological parameters
In the article, it is pointed out that during the last 30-50 years, there were intense climatic
changes. According to the records, “About climatic changes “of the UN in 2014, it became
clear that climate will considerably change in 39 countries; it will be cold snap or warming. It
was expected in Azerbaijan too. Such a change of climate will affect all animate organisms as
well as silkworm. Concerning that on the 10-12th of December in the France-Paris was made
an agreement “Paris- climate”. There was set a goal to study impacts of climatic changes on
biological parameters of silkworm and preparation of suggestions. The results of
investigations of 2012 and 2013 confirmed that despite the changes of macroclimate during
feeding, parameters of microclimate, practically, did not change. In 2013, as a result of
premature warming biological parameters were low. By comparison of silkiness of alive
cocoon, in 2013 this parameter was low of 0, 12%. Especially, the bulk of cocoon decreased
by 0, 03 q in comparison with 2012. If convert this number into ton and this into a currency
unit, it became clear that tones of products and plenty of money are going to waste. In order to
prevent this loss, it is necessary to use hybrids and breeds specific to animal climatic
conditions. It is necessary to cultivate populations and lines which are resistant to
environment. Feeding must be conducted with such sorts of mulberry, climatic parameters of
which are considered. Taking into account climatic and environmental factors, it is effectually
to regionalize silkworm based on climatic conditions.
Tədqiqatın məqsədi.
1850-
ci illərdən bu günə qədər planetimizdə ən isti illər 2005-
2010-
cu və 1994-1995-ci illər olmuşdur. Proqnozlar göstərdi
ki, arxada qalan tarix ərzində 2013-cü il daha isti il oldu. Son
30-
50 ildə gedən çox böyük iqlim dəyişilmələri tut
ipəkqurduna da təsir edir. Belə dəyişkən iqlim amillərinin tut
ipəkqurdunun bioloji göstəricilərinə təsirinin öyrənilməsi və
təkliflərin hazırlanması qarşıya məqsəd qoyulmuşdur.
Material və metodika.
Əsasən yerli cins və hibridlərdən istifadə olunmuşdur. Klassik cins kimi
Şəki 1 və Şəki 2 cinslərinin göstəriciləri əsas götürülmüşdür. Qışlamış
qrenalar inkubasiyaya qoyulmuş və qrenalar kütləvi dirildikdən sonra
müvafiq sayda qurdlar saxlanılmış (4 təkrarda – 4-cü təkrar ehtiyatdır) və
1 q-
da olan qurdun miqdarını bilmək üçün 50 mq qurd çəkilib formalin
məhlulunda fiksasiya edilmiş və sayılmışdır. 3-cü yaşın axırında 4
təkrarda (4-cü təkrar ehtiyat rolunu oynayır) və hər təkrarda 150 qurd
yemləməyə götürülmüşdür. Qurdların yemləndirilməsinə tut ağaclarında
kütləvi 3-5 yarpaq açılması zamanı başlanılmış və respublika üzrə ümumi
qəbul olunmuş aqrozootexnikaya əsasən yemləndirilmişdir.
Tədqiqatın nəticələri.
İllər üzrə temperatur və nisbi nəmlik göstəriciləri
Cədvəl 1.
Yaşlar
2012
2013
Temperatur,
So
Nssbi
nəmlik,%
Temperatur,
So
Nssbi
nəmlik,%
I-III
25,5
70
26
65
IV
23,5
70
24
65
V
24
65
24,4
65
Barama
sarıma
dövründə
23,5
65
24
60
İllər üzrə baramaların bioloji göstəriciləri
Cədvəl 2
İllər
Qrenaların
dirilməsi, %
1q-da qur-
dun
sayı,ədəd
Diri barama-
nın kütləsi, q
Diri barama-
nın ipəkliliyi,
%
2012
98,4
2460
1,71
21,12
2013
96,4
2480
1,68
21,00
NƏTİCƏ
•
2012-2013-
cü illərdə makroiqlim dəyişkən olduğu halda, yemləmələrdə
mikroiqlim göstəriciləri demək olar ki, eyni olmuşdur.
•
Baramaların bioloji göstəricilərindən diri baramanın kütləsi 2012-ci illə
müqayisədə 2013-cü ildə 0,03 q azalmışdır.
•
İllər üzrə diri baramanın ipəkliliyini müqayisə etsək 2013-cü ildə bu göstərici
0,12% aşağı olmuşdur.
•
Quru-
isti iqlim çəkil yarpaqlarının keyfiyyətinə və qidalılıq dəyərinə pis təsir
göstərdiyindən 2013-cü ildə tut ipəkqurdunun məhsuldarlıq göstəriciləri də aşağı
olmuşdur.
•
Qeyri-
əlverişli mühit şəraitinin tut ipəkqurduna dolayısı ilə təsiri nəticəsində əsas
göstərici olaraq barama kütləsinə görə illər üzrə müqayısə aparılaraq məlum
olmuşdur ki, tonlarla məhsul və manatlarla pul itkiyə gedir.
•
Baramaların bioloji göstəriciləri tut ipəkqurdunun cins və hibridlərinin öz
xüsusiyyətləri ilə yanaşı, onların yemləndirilməsindən, göstərilən aqrozootexniki
qulluqdan, sanitar-
gigiyeniki vəziyyətdən, makro- və mikroiqlim amillərindən
çox asılıdır.
TÖVSİYƏLƏR
•
İllərin iqlim xüsusiyyətlərinin təsirindən göstəricilərdən
xüsusən barama və ipək pərdəsinin kütləsinin dəyişkən olması
sort-
sınaq yemləmələrində nəzərə alınmalıdır.
•
İllərin dəyişkən iqlim şəraitinə dözümlü, az dinamik cins və
hibridlərin yemləməyə götürülməsi daha məqsədəuyğundur.
•
Kəskin xarici mühit şəraitinə dözümlü populyasiya və xətlər
yaratmaq məqsədə müvafiqdir.
PRAKTİK TƏKLİFLƏR
•
Tut ipəkqurdunun məhsuldarlıq göstəricilərinin bilavasitə asılı
olduğu çəkil (tut) ağaclarına aqrotexniki qulluq sabit qayda
üzrə deyil, illərin iqlim xüsusiyyətləri nəzərə alınmaqla
aparılmalıdır.
•
İllərin makroiqlim göstəriciləri nəzərə alınmaqla tut ipəkqurdu
cins və hibridləri uyğun çəkil sortları ilə yemləndirilməlidir.
• Ekoloji-
iqlim amillərini minimuma endirmək üçün tut
ipəkqurdunun konkret təbii iqlim şəraitinə görə
rayonlaşdırılması nəzərə alınmalıdır.
DİQQƏTİNİZƏ GÖRƏ
TƏŞƏKKÜR EDİRƏM!
Document Outline - AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
- 8-ci Beynəlxalq Bacsa Konfransı“İqlim dəyişilikləri və yeni kimyəvi baramaçılıq problemləri”
- Adıgözəlova Dursun Miri qızıKənd təsərrüfatı elmləri namizədi (aqrar elmləri üzrə fəlsəfə doktoru), dosentAzərbaycan Dövlət Aqrar Universitetinin “Əczaçılıq və BSE” kafedrasını dosenti Mobil: 055 682 19 57 e- mail: dursun.adigozalova @ mail ru
- Tut ipəkqurdunun üzərində işləyərkən
- Tut ipəkqurdunun üzərində işləyərkən
- Tut ipəkqurdları V yaşda
- Kəsilmiş və içərisində barama toxuyantut ipəkqurdu olan barama
- Tut ipəkqurdunun yetkin kəpənəkləri
- XÜLASƏAçar sözlər: tut ipəkqurdu, barama, ipək, bioloji göstərici
- ВЛИЯНИЕ БИОЭКОЛОГИЧЕСКИХ ФАКТОРОВ НА БИОЛОГИЧЕСКИЕ ПОКАЗАТЕЛИ ТУТОВОГО ШЕЛКОПРЯДАРЕЗЮМЕКлючевые слова: тутового шелкопряда, кокон, щелк, биологические показатели
- THE INFLUENCE OF BIOECOLOGICAL FACTORS ONBIOLOGICAL PARAMETRES OF SILKWORM SUMMARYKey words: silkworm, cocoon, silk, biological parameters
- Tədqiqatın məqsədi.
- Material və metodika.
- Tədqiqatın nəticələri.
- İllər üzrə baramaların bioloji göstəriciləri
- NƏTİCƏ
- TÖVSİYƏLƏR
- PRAKTİK TƏKLİFLƏR
-
Dostları ilə paylaş: |