Kamil Vəli NERİMANOĞLU
55
Türk Dünyası 34. Sayı
Öz xalqının təbii istedadına ürəkdən inanan Mirzə Fətəli gələcəyə nikbin
baxır, öz əməllərinə, öz yazdıqlarına, öz həqiqətinə, iman gətirdiyi yola ürəkdən
inanırdı: “Sağlıq olsun, yaxın gələcəkdə vətənimiz yadların ardınca gedənlərin
mənhus vücudundan təmizlənəcəkdir! Yurdumuz gülüstana çevriləcək və
keçmiş zamanlarda olan ədalət yenidən ehya olunacaqdır. Təəssüf ki, bizim
ömrümüz o gözəl və səadətli günləri görməyə vəfa etməyəcəkdir. Lakin yəqin
ediniz ki, o günlər gələcək və bizim övladımız o günlərin bəhrəsini görəcəkdir”.
Mirzə Fətəli Axundzadənin bəhs etdiyi tənqidi-estetik problemlərin
içərisində sənətdə forma və məzmun məsələsi də diqqəti cəlb edir. Vaxtilə
N.Q.Çernışevski yazırdı: “Orijinal olmaq barəsində qəsdən fıkirləşmək forma
qayğısına qalmaqdır. Kimdə məzmun var isə o orijinal olmağa cəhd göstərmir.
Əslində o, orijinal olmaya bilməz, çünki bu barədə fikirləşmir”.
Bu estetik meyarı Şərq bədii materialı əsasında M.F.Axundzadə həmin
mövqedən geniş və əhatəli şəkildə şərh etmişdir.
Məzmun və formanı dialektik vəhdətdə götürən M.F.Axundzadə öz fikrini
belə əsaslandırır: “İki şey şeirin əsas şərtlərindəndir: məzmun gözəlliyi və
ifadə gözəlliyi. Məzmun gözəlliyi olub, ifadə gözəlliyinə malik olmayan bir
nəzm Mollayi-Ruminin məsnəvisi kimi, məqbul nəzmdir, amma şeiriyyəsində
nöqsan vardır.
İfadə gözəlliyinə malik olub, məzmun gözəlliyindən məhrum olan mənzumə,
tehranlı Qaaninin şeirləri kimi zəif və kəsalət artırıcı nəzmdir, amma yenə şeir
növündəndir, yenə də hünərdir.
Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm,
Firdovsinin “
Şahnamə”
si, Nizaminin “
Xəmsə”
si və Hafizin divanı kimi, nəşə
artırıcı və həyəcanlandırıcı olub hər kəs tərəfindən bəyənilir. Belə nəzm
sahiblərini peyğəmbərlərlə bərabər tutmaq olar; çünki onlar bəşər növünün
fovqündə olub filosofanə xəyal və ilham sahibləridir”
.
Mirzə Fətəli məzmunu rəhbər tutur, yeni məzmunun yeni forma tələb
etməsi məsələsini qoyur. O, Süruşu tənqid edərkən onun qəsidələrində nə
məzmun, nə də ifadə gözəlliyinin olduğunu göstərir. Yeni məzmun, yeni həyat,
yeni dünyagörüş demək idi. Və Mirzə Fətəli yeni məzmunlu ədəbiyyatdan
danışarkən müasir ədəbiyyatın nəzəriyyəsinin təməl daşlarından birini
qoymuşdur.
Mirzə Fətəlinin dediyi həqiqət bu gün üçün də doğrudür, müasirdir:
“...nəsrdə də qafiyədən və uşaqcasına mübaliğələrdən və əbləhcəsinə
təşbehlərdən bütünlüklə çəkinəcəklər, ancaq rəğbətli məzmun (kursiv
bizimdir - K.V.) arxasınca gələcəkdir. Elə bir məzmun ki, oxucu ondan həzz
alsın və qulaq asan ləzzət aparsın və müəllif bunun sayəsində ad qazansın.
Belə ki, məzmun gözəl olduqda, kritika əvəzinə hər tərəfdən onun haqqında
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
56
tərifnamələr göndərəcəklər; çünki gözəl məzmun tapmaq, Allah vergisi olan
təbii xüsusiyyətlərindəndir, amma qafiyə düzmək, başqa sənətlər kimi öyrənilə
bilən bir şeydir”
.
***
Teatr və dramaturgiya Mirzə Fətəli yaradıcılığının ayrılmaz bir hissəsidir.
Azərbaycan dramarurgiyasının banisi, altı klassik komediyası ilə yeni sənətin
parlaq nümunələrini yaratmış, dahi sənətkar dram və teatr nəzəriyyəçisi,
tənqidçisi kimi də olduqca böyük işlər görmüşdür.
“Millətin işinə yaramaq” prinsipini hər şeydən üstün tutan
M.F.Axundzadəqəti inanırdı ki: “Bu gün millət üçün faydalı və oxucuların
zovqü üçün rəğbətli olan əsər - drama və romandır”
.
İctimai quruluşun eyblərini göstərməkdə, din və xurafatın xalqın sinəsinə
çəkdiyi dağları əks etdirməkdə, maarif işığını yaymaqda, demokratik idealları
təbliğ etməkdə dram sənəti, teatr, (doğrudan da), həlledici rol oynayırdı.
Savadsızlığın daha geniş yayıldığı Şərqdə teatrın oynayacağı mühüm rolu
Axundzadə çox aydın görürdü.
Mirzə Fətəlinin dram sənətinə baxışı nəzəri mühakimələrinin dərinliyi,
incəliyi ilə seçilən “Mirzə Ağanın pyesləri haqqında kritika” adlı məqalədə
öz əksini tapıb. Axundzadə bu məqalədə Mirzə Ağanın dörd pyesini təhlil
edir, mənfı-müsbət cəhətlərini göstərir, ideyalılıq və bədiilik baxımından bu
komediyaları saf-çürük edir. O, böyük sevinc içində üzünu öz ardıcılına tutaraq
yazır: “Sizin şirin məktubunuz yetişdi. Əsərinizi başdan-ayağa oxudum. Sizə
min təhsin və afərin göndərirəm; sizin qeyrət və zövqünüzdən vəcdə gəlirəm.
Ümid edirəm ki, həmişə vaxtınızı fransızların istilahınca “drama” fənni
adlanan bu şərəfli fənnə sərf edərək çox tərəqqi edəcəksiniz və bu fənndə
qeyri-vətəndaşlarınıza, həmməzhəblərinizə rəhbər olacaqsınız.
Amma hələlik işinizin başlanğıçı olduğu üçün, gərək mən əsərinizin bəzi
nöqsanlarını sizə göstərəm ki, bundan sonra gözüaçıq olasınız; yaniki bu
fənnə dair yazdığmız əsərdə tutulacaq yer qalmasın və sizin əsəriniz xass və
avamm xoşıma gəlsin”.
Sənətin digər növləri kimi dram da xəlqiliyini ən mühüm amil hesab edən
Mirzə Fətəli konkret təhlilə keçməzdən əvvəl ümumən “teatr nə olan şeydir?”
sualına cavab verir. Sonra isə Mirzə Ağanın pyeslərinin qüsurları üzərində
dayanır, ideya bədii nöqsanları səbr və təmkinlə şərh edir. Kiçicik bir detal
belə unutmayan həssas tənqidçi adi texniki qüsurları belə yaddan çıxarmır
və yol göstərə-göstərə, lazımi məqamlarda ruhlandıra-ruhlandıra təhlil aparır.
M.F.Axundzadə Mirzə Ağanın pyesləri içərisində “Sərgüzəşti-Ağa
Haşım”ı və “Əşruf xan” pyeslərini daha çox təqdir edir. Çünki bu pyeslər məişət
səviyyəsindən ictimai həyata keçid kimi maraqlı idi. Və Axundovu ictimai