Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
36
Bu mənada Mirzə Fətəlinin həyatı və yaradıcılığı öz tərcümeyi-halından
çox-çox genişdir, xalqın tarixi inkişafının bütöv bir mərhələsidir.
Ancaq Mirzə Cəlil demişkən, “Mirzə Fətəli Axundovun barəsində ya çox
yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.
Mirzə Fətəli Axundovun barəsində ya yaxşı yazmaq lazımdır, ya heç
yazmamaq lazımdır”.
Mirzə Fətəliyə böyük bir sayqının, muqəddəs bir ehtiramın ifadəsi olan
bu sözləri oxuyanda inandım ki, Mirzə Fətəli haqqında onun özunə layiq sözü
biz hələ deməmişik. Ümid var, gələcək nəsil bu sözü desin, necə lazımsa, necə
layiqsə elə desin.
***
...Yeni dövr dünyaya qəflətən gəlmədi. Antik dövrdən başlamış butün
zamanların içində hüceyrə-hüceyrə yetişən, toxuma-toxuma cücərən yeni dövr
öz kökünə, mənbəyinə tamam yeni biçim vermiş, dünyanın indiyə qədər bəlli
olmayan yeni mənzərəsini çəkmiş, yeni arzu və ideallara, həvəs və istəklərə,
zövq və amallara yol açmışdı.
...Hər xalq da yeni dövrü eyni cür qarşılamadı. Zamanın və inkişafın ayrı-
ayrı mərhələlərini yaşayan, psixoloji iqlimin müxtəlif ərazilərində yaşayan
xalqlar üçun yeni mənəvi dünya ayrı cür də ola bilməzdi.
Amma bir cəhət büsbütün aydın idi: yaşamaq istəyən hər xalq bu dövrə
gəlib çıxmalı idi, bu dövrdən süzülüb keçməli idi və yaşamaq haqqı almalı idi.
Çağdaş mədəniyyətin astanasına gəlib çatmış butün xalqların tarixində
yeni dövrə keçid ideoloji zəminin yetişməsi, sosioloji, fəlsəfi, ədəbi-estetik
bəraət almaq dövrü şərəfli, ibrətli və mürəkkəb bir tarixi dövr kimi xatırlanır.
Hər nəsil bu dövrü həyat məktəbi kimi öyrənməyə çalışır.
Azərbaycan xalqının yeni dövrü Mirzə Fətəli Axundovun adı ilə bağlıdır.
O Mirzə Fətəli ki...
Azərbaycan xalqının mənəvi müqəddəratını həll etməkdə ilk addım atdı,
həyatını bu müqəddəs amala qurban verənlərin ilkiydi. Dəhşət və sarsıntı dolu
gərgin həyat bir xalqın gələcəyi üçün, bütün Şərqin sabahı üçün yandı.
Dahi, qeyri-adi istedad bir şeyi mütləq tapmalı idi: dirçəlişin, yeni oyanışın
milli formulasını.
Avropa xalqları üçün doğru olan çıxış və nicat yolları Şərqdə yoxlanmalı,
spesifık, ictimai-siyasi, milli-ənənəvi, tarixi-psixoloji şəraitin hər şeyi –
ictimai inkişafın və milli mədəniyyətin bütün komponentləri bu formula üzrə
hesablanmalı idi.
İki mədəniyyət arasında dayanmış dahi şəxsiyyətin beynində hər şey
süzulməli, zamanın ağır sınağı üçün dönə-dönə hesablanmalı, ölçülub-
Kamil Vəli NERİMANOĞLU
37
Türk Dünyası 34. Sayı
biçilməli idi, çünki xalqın “...qanı sorulmuş və hərəkətdən düşmüşdür.
Onların damarlarına təzə və isti qan tökmək və hərəkətə gətirmək lazımdır”.
(M.F.Axundzadə)
Xalqa təbiətin və tarixin vergisi olan Mirzə Fətəli yeni dövrü duyub dərk
eləyəndə öz milliyyətinin varlığını gələcəyini, yaşamaq haqqını gözündən bir
an da olsun uzaq tutmadı, sabah üçun, sabah naminə çarpışdı.
...Hər şey yenidən qurulmalı idi. Bu kəsif hava, bu iyrənc mühit, bu
mənəviyyat, bu əxlaq tamam dəyişməli idi, mütləq dəyişməli idi! Xalq bu
böyük cərrahiyyə əməliyyatına dözəcəkdimi? Cərrah bu ağır, çətin əməliyyatı
başa çatdıra biləcəkdimi?
Zaman Mirzə Fətəlini böyük imtahan qarşısında qoymuşdu. İslam
dünyasının mövhumat və cəhalət zehniyyəti hopmuş mühitdə, ənənəvi sənətlə
mayalanmış beyin yeni dövrün havasında yaşamaq üçün çox dəyişməli, əsaslı
şəkildə yenidən qurulmalı idi. Xalqın tarixində böyük və müqəddəs olan hər
şeyi saxlamaq və hər şeyi müasir dünyanın havasına uyğun, müasir inkişafın
tələbincə yenidən qurmaq ağır, çox ağır əməliyyat idi...
Çünki “bəhər hal Mirzə Fətəlinin günahı öz əsrinin əhli-imanları
nəzərində vaqeən nəhayət imiş; səbəb budur ki, o, əl vurduğu işlərin
hamısından “qan qoxusu” gəlirdi”(Mirzə Cəlil).
Bu sözlərdən “qan qoxusu” ifadəsini yadda saxlayıb, Mirzə Fətəlinin bu
uzun, ağır, məşəqqət dolu çarpışma yoluna üz tutaq...
***
...Rus imperiyası.
Bir adamın xoşbəxtliyi minlərlə adamın bədbəxtliyi uzərində qurulur, bir
adamın bədbəxtliyi kiminsə xoşbəxtliyinin dibində, lap onun görünməz bir
yerində gizlənir. Bir qrup adamı xoşbəxt etmək üçün yüzlərlə xalqın qanı, canı,
maddi və mənəvi sərvəti axıb gedirdi. Və bu bir qrup adamın “xoşbəxtliyi”
yüzlərlə xalqın bədbəxtliyi üzərində qurulurdu. Ancaq bu qrup adamın məxsus
olduğu xalqın da yüzlərlə, minlərlə öz bədbəxti var idi. Və ağır işgəncədən,
ziddiyyət və sarsıntıdan xəstələnən xalq Avropadan aldığı mənəvi sərvəti
özündən süzəndə aydın oldu ki, yalnız öz dərdi, kədəri böyüklüyündə mənəvi
qüdrətə malikdir.
Rus kəndlisinin, rus ziyalısının taleyi dünyaya dalbadal verdiyi dahilərdən
başqa, bir də həmin dahilərin ifadə etdikləri həyatın qəribəliyi, zənginliyi,
doluluğunda idi. Ziddiyyətlər içərisində yaşayan Rusiya sehrli, hələ qeyri-
müəyyən bir işığa hamilə qalmışdı.
“Xalqlar həbsxanası”nda tarixin yeganə ümidi həmin o bətndə yetişəcək
körpə idi. Tarix möcüzə gözləyirdi. Və bu möcüzənin vətəni o körpə idi.
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
38
Avropanın və Rusiyanın, Rusiya tərkibində məngənə içində yaşayan
onlarca xalqın böyük oğulları artıq o körpəni aydınca görür, o körpə üçün, o
körpənin yaşaması üçün yaşayırdılar.
...Rusiya qaynayırdı. Peterburqun saraylarından Dağıstan dağlarnacan,
Moskvanın tünlüyündən adamsızlığınacan... Ölkə öz sənayesi, iqtisadiyyatı,
mənəviyyatı, mədəniyyəti ilə yeni zaman qarşısında dayanmışdı. Yaşamaq
üçün yol arayıb axtarırdı.
Bu yolu tapmaq həmin o gələcək körpə üçün zəruri idi. Tarixin çıxış yolu
idi bu yol.
Tarixin çıxış yolunu tapmaq Mirzə Fətəlinin də alnına yazılıbmış.
...Deyirlər, insan yalnız öz dərdini yaşayır. Və zaman keçdikcə hər şeyi
unudur və nəhayət, yalnız özü ilə bağlı yaddaşını saxlayır. Axırda onu da
unudub ölür. Bəs bu necə olur ki, insan ulu babasının çəkdiyi ağrını da yaşayır,
quldarlıq çağındakı qulların ağrılan onun bədənində dolaşır, cəhad zamanları
məhv olan minlərlə fanatikin ölümünü bədənində gəzdirir, canında, qanında
insanın indiyə qədər çəkdiklərini yaşayırdı. Və bu ağrı elə dünyanın ağrısıydı.
Ağır dünyanın, fani deyilən dünyanın...
Ayrı-ayrı adamların çəkdiyi bu ağrını ovutmaqdan, qətrə-qətrə
azaltmaqdan söhbət getmir. Söhbət ondan gedir ki, belinə, ürəyinə bu qədər
ağır yük yüklənən adam hara gedəcəkdi, neyləyəçəkdi, bu dünya ondan başqa
qisaslarını necə alacaqdı.
Hamı qabağındakı cığırı görürdü, amma o, cığırın hansı yolla, bu yolun
özünün haraya aparıb çıxardığmı görürdü.
Hamı çörəyi görürdü, amma o, çörəyi yetişdirən torpağı görurdü.
Hər yaradıcı öz xalqını az-çox tanıyır. Amma o, bütün xalqları,
millətləribiryerdə, birdərddə, birsevincdə, bir ümiddə görürdü.
...Ağrı var ki, onun kökü insanın özündədir. Ağrının kökünü tapanda o
ağrı azalır. İnsanın elə ağrısı da var ki, onun mənbəyi insandan kənardadır. Bu
ağrının müalicəsi, təşxisi çətindir. Çünki bu ağrının kökü insanın bir parçası
olduğu toplumun, insan cəmiyyətinin ağrısıdır və nə qədər ki, çəmiyyət
xəstədir, o can ağrımalıdır...
“Kaş, anadan doğulmayaydıq! Doğulsaq da, kaş başqaları kimi olaydıq,
yeməkdən, içməkdən, geyinməkdən ləzzət alıb, nəticəsiz və aqibəti olmayan
arzu və məqsədlər ardınca gedəydik! Vallah, müasirlərimin vecsiz olmaları
nəticəsində yaşayış mənə haram olmuşdur. Zəhərdən acı bir həyat keçirirəm...”
“Böyük bədbəxtlikdir ki, insan elə bir millətin içərisində yoxluq aləmindən
varlıq aləminə qədəm qoysun və haqqı anlasın, ancaq öz nadan həmvətənlərinə
onu anlada bilməsin və bu dünyadan qüssə və həsrətlə getsin” .
Dostları ilə paylaş: |