Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
82
Allahdır. Haqqında danışılan yaradıcı da mənim üçün çox da önəmli deyil. O
sadəcə bəzən öz fikirlərini xatırladan tərəfsiz adamdır. Söhbət ondan getdiyi
üçün o çox şeyə qarışmır. Başqalarının fikri də onun üçün çox da önəmli deyil.
Bir şey də deməyə bilmərəm ki, ayrı-ayrı zamanların formulunu, ayarını
tapmış, böyük məktəb yaratmış dahilər əbədi dahi və ya qəhrəman sayılmaz.
Əbədi olan Allahdır. Bu anlamda əbədi olanı anlamağa, dərk etməyə çalışmaq
büsbütün başqa bir dünya, başqa bir dünyabaxışıdır. İlahi aləmlə real aləmin,
sonsuzluqla konkret zamanın və zəminin qarşılaşdırılması doğru sayıla bilməz.
Və konkret bir yaradıcı şəxsiyyətin tarixi xidmətləri, əsərləri heç vaxt unudula
bilməz. Unutmayaq ki, sevənlərini də, sevməyənlərini də, onu inkar edəni də,
etməyəni də Allah özü yaradıb. Peyğəmbərləri də, şeytanı da, mələkləri də,
iblisi də Allah özü yaradıb. Biz hər yerdə Allahın vəkilliyini yapa bilmərik.
Bizim Allaha inanmaq, onu sevmək və ondan qorxmaq haqqımız var.
Mirzə Fətəli kimi biz insanlar da Allahın zərrəsiyik. Mühakimə haqqı
yalnız və yalnız Allahındır.
Qoy o böyük Allah məni bu ziddiyyətli yazıma görə bağışlasın. Allah
Mirzə Fətəliyə rəhm eləsin...
Vallah, məni qınamayın. Mirzə Fətəlinin Avropaya ilk pəncərə də,
qapı da açan kişinin məqalələrini oxuyanda əsəbiləşirəm. Şərqə, ümumən
özlərindən olmayanlara, özəlliklə müsəlmanlara ikinci dərəcəli insan kimi
baxan Avropa əhli Şərqin tarixini niyə unutdu? Tarixin təkərrür etmədiyinəmi
qərar verdi? Müstəmləkəçi vampirliyini əbədiyyətəmi qovuşdurmaq istəyir,
əla həzrət Avropa?! Xristian klubu olan Avropa Birliyinin müsəlmanlara qarşı
barışmazlığı hansı demokratiya maddəsinə yazılıb, görəsən?
Oxucum, mən əsla Avropa düşməni – filan deyiləm. Avropa standartlı
həyat tərzini, elm-texnika səviyyəsini, əsl sənət örnəklərini sevənlərdən,
sayqı duyanlardan biriyəm. Əgər hər Avropa millətində başqalarına qarşı ciftə
standart varsa daha mənim sözüm yoxdur. Gücüm acığımı Mirzə Fətəliyə
tökməyə çatır. Ürəyimdə deyirəm: “Kişi, sən bizi göbəyimizdən Avropaya
bağlayanlardan birisən, bəlkə də birincisisən. Al, bu da sənin millətini adam
yerinə qoymayan Avropa. Ustad, Avropa yolunun ideal olması fikri Şərqin
gələcəyinə, özü də tarixdə təsdiq olunmuş gələcəyinə son qoymadımı?
Avropanın ideal model olmadığını tarix isbat etməkdədir. Ədalətsizlik və
ikili standart heç bir vaxt ideal dövlət anlayışına sığmayıb və sığmayacaq
da. Fransanın, İngiltərənin, Almaniyanın, Yunanıstanın, İsveçrənin... Rusiya
sayağı erməni canyanalığı soyqırım hay-küyü hansı tarixi həqiqətə, hüquqa
sığar?
Suallar çoxdur, Mirzə Fətəli. Tarazlaşdırılmamış, ayarı qoyulmamış
Avropapərəstliyin Şərq üçün fəlakət olduğunu isbat etməyə ehtiyac yoxdur.
Hər şey göz qabağındadır.
Kamil Vəli NERİMANOĞLU
83
Türk Dünyası 34. Sayı
Görünür, Günəşin Şərqdən deyil, Qərbdən doğduğunu isbat edənlər bizi öz
yalanlarına inandırdılar. Bizim başımızın üstündən öz dinlərini uca tutdular,
bizim dini təhrif etdikləri Tövratın, İncilin gününə salmaq istədilər Quranı.
Gücləri çatmadı. Gücləri çatmayan məkrli islam düşmənçiliyini, Qurana
atılan ucuz iftiraları sənin və sənin kimilərin əli ilə etdilər. Təəssüf, ustad,
təəssüf. Xamnədən Şəkiyə, Şəkidən Tiflisə, Tiflisdən dünyayasəsi yayılan
Mirzə Fətəli, böyük insan, səni sevdiyim qədər də qınayıram... Bağışla məni
ustad, uman yerdən küsərlər...
Bizim hamımızın yaddaşındakı damarlarda həm də Mirzə Fətəlinin qanı
axır. Qazandıqlarımız da, qeyb etdiklərimiz də, uğurumuz da, ziddiyyətimiz də
həmin qandan gəlirsə, doğrudan da, olacağa çarə yox imiş.
Tarix müasirləşmənin Yapon modelini, eləcə də Çin, Güney Koreya...
modellərini də ortaya qoydu. Məlum oldu ki, müasirləşmə yalnız Qərbləşmə
deyil. Öz dininə, ənənəsinə, tarixinə, mentalitetinə bağlı qalaraq elmdə,
texnikada, iqtisadiyyatda, həyat tərzində müasirləşə bilərsək. Mirzə Fətəli
yolunun ziddiyyətinin bir tərəfi də budur. Öz kökünə bağlı olmayan xalqlar
əriməyə, assimilə olmağa məhkumdur. Şərqin üzünə açılan qapı Şərqin öztarixi
dəyərləri üzərində ucalmalı, insanı dəyərlərin hamısını ehtiva etməlidir.
Canlı aləmdə, xüsusən insanlarda irsiyyət deyilən bir bioloji qanun var.
Hər kəsin təsdiqi və davamı onun öz övladıdır. Bu bioloji qanun sosial həyatda
təsdiq olunur. Mühit, tərbiyə, təhsil faktorlarını nəzərə almadan bu qanunun
sosial gerçəkliyindən danışmaq çox çətindir və onların ayarı, tarazlığı da çox
mühümdür. Amma çox şeyin irsiyyət, gen amili həll etdiyini də inkar etmək
çətindir.
Yaradıcılıq aləmində də irsiyyət, davam, gen yaddaşı mühüm rol oynayır.
Yaradıcı insanın bir təsdiqi də onun estetik, fəlsəfi, poetik dəyərlərdə, başqa
sözlə yaratdığı məktəbdədir. Yuxarıda qeyd etdiyimiz kimi Mirzə Fətəlinin
məktəbi modern düşüncə və yaradıcılıq məktəbidir. Həsən bəy Zərdabinin (həm
də müasiri), Nəcəf bəy Vəzirovun (dramaturgiya və teatr), Ə.Haqverdiyevin
(dramaturgiya, nəsr), Ə.Hüseynzadənin (fəlsəfə, ictimai fikir, mətbuat-
publisistika), Mirzə Cəlilin (dramaturgiya, nəsr, mətbuat, publisistika), Mirzə
Ələkbər Sabirin (şeir), Üzeyir bəy Hacıbəyovun (dramaturgiya, teatr, mətbuat-
publisistika), Ömər Faiq Nemanzadə (ictimai fikir, mətbuat-publisistika),
Məhəmməd Ağağ Şahtaxtinskini (mətbuat, əlifba, ictimai-siyasi fikir), İsmayıl
bəy Qaspralı (mətbuat, ictimai-siyasi fikir), Ə.Ağaoğlu (ictimai-siyasi fikir,
fəlsəfə), Məhəmməd Əmin Rəsulzadə (ictimai-siyasi fikir, mətbuat-publisistika),
Mirzəli Möcüz (şair)...
Əlbəttə, bu siyahı bütöv deyil və hardasa şərtidir. Modern və ən modern
Azərbaycan ədəbiyyatının, ictimai-siyasi fikrinin Mirzə Fətəlinin çuxasından
çıxdığını da təsdiq etməmək olmaz. Azərbaycanın Güneyi və Quzeyi,
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
84
bədii düşüncə, ictimai-siyasi fəaliyyət sərhədlərinə sığmır. Çünki, o yalnız
bütövAzərbaycanın deyil, həm də bütün türk dünyasının Qafqazların, Yaxın və
Orta Şərqin, Hindistanın... böyük fikir öndəri, sənət, ədəbiyyat nəhəngidir və bu
mənada həqiqətən də “baniyi-kar”dır.
Mənim məqsədim bu məktəbi uzun-uzadı təsvir etmək, fərqli yanları və
yönləri ilə araşdırmaq deyil. Niyyətim bu günümüzə qədər davam edən bu
böyük məktəblə bağlı bir önəmli amili vurğulamaq və dolayı yolla Mirzə Fətəli
məktəbində nəyin bar verdiyini törəyib artdığını, davamlılığı daşıdığını, nəyin
qısır qaldığının, intişar etmədiyinin altını qırmızı xətlə cızmaqdır.
Mirzə Fətəli məktəbi tam şəkildə dərindən araşdırsaq biramil qabarıq
şəkildə ortaya çıxacaqdır.
Mirzə Fətəlinin komediyaları və nəsri onun ən sağlam yerdən davamını
şərtləndirən təməldir. Zaman keçdikcə arılaşıb-durulaşan bu məktəb milli və
bəşəridəyərlərin vəhdətidir desək səhv etmərik.
Mirzə Fətəlinin ictimai-siyasi, ədəbi tənqidi, ədəbi dil nəzəriyyəsi və
təcrübəsi, mətbuat publisistika istiqamətindəki xidmətlərini və birinciliyini
kimsə inkar etməz, edən olsa da, haqsızlıq edər. Fəqət Mirzə Cəlilin din,
islam əleyhinə yazıları, fikirləri, bəzi inkarçılıq meylləri qısır qaldı, davam
etdirilmədi desək, həqiqəti ifadə etmiş olarıq.
Doğrudur, bu tendensiya cəhalətə, mövhumata, dini irticaya, yobazlığa
qarşı çox əhəmiyyətli olmuşdur. Ancaq Allahsız olmamış, “Külli-ədyanı”
inkar etməmişdir, Füzulini özünə doğma bilmişdir.
Törəyib artmayan ateist Mirzə Fətəli 70 illik ateist ideologiyalı hakim
olduğu zaman içində də boğazdan yuxarı olmuş, rejim şərti, şüar kimi
göstərmişdir. Dinə, “tiryək”, “bar verməyən çiçək” deyən Marks və marksistlər,
leninistlər, stalinistlər, maoistər... iflasa uğramış, ateizm çıxmaza girmişdir.
Din-əxlaqdır. Amma mən bütün dinsizləri əxlaqsız hesab etməyənlərdənəm.
Səmimi dinsiz səmimi aldanmışdır. Fəlsəfə dinləri daşıyanlara sayqım var.
Elmi, sənəti özünə din hesab edənləri də anlamağa çalışıram. Dini kitabları
oxuyub aradan cəhalət, şarlatanlıq, cindarlıq, əbləhlik... çıxaranlara qarşı
amansızam və onları xalqıma, insanlığa düşmən hesab edirəm.
Siyasiləşdirilmiş dinin din olmadığını da açıq şəkildə bildirmək istəyirəm.
Din reformatorlarını və yorum özbaşınalığını da bəyəndiyimi söyləməkdə
çətinlik çəkirəm.
Hz. Əlinin, Qəzalinin, Əl-Ərəbinin, Yunis Əmrənin, Mövlananın, Füzulinin,
İbrahim Haqqı Əfəndinin, Əli bəy Hüseynzadənin, M.Ə.Rəsulzadənin... din
yorumu, islama baxışı mənim üçün daha doğmadır.
Bu mənada da Mirzə Fətəli bizi düşündürən mütəfəkkirdir. Onun bəzi
fikirlərini, baxışlarını qəbul etməsək də, zərərli bilsək də onun dühasını inkar
edə bilmərik.
Kamil Vəli NERİMANOĞLU
85
Türk Dünyası 34. Sayı
İnsan dühasının düz xətt üzrə inkişaf etdiyini düşünmək yanlışdır.
Ziddiyyətlər, inkarlar, yanlışlar, ifratlar, uc nöqtələrdə dolanmalar insan zəkası
üçün təbii proseslərdir. Bütün bunları canlı şəkildə yaşayan Mirzə Fətəli bizə
doğma və əzizdir.
...Həyat çox qəribədir. Öncə yolun başından baxırsan, İlahi, bu uzun yol nə
vaxt bitəcək?! – deyə düşünürsən. Elə ki, yolun sonuna yaxınlaşırsan “İlahi,
bu ömür nə tez keçib getdi?!” – deyə heyrətlər içində qovrulursan.
Mirzə Fətəli bitməz-tükənməz ömrün sonuna yaxınlaşmışdı. Yalnız
günlər, aylar, illər deyil, dostlar, düşmənlər, tanış-bilişlər arxada qalmışdı.
Ömrün anları ulduzlar kimi sayrışırdı. Uzun ömür anlayışı nə qədər gülməli
və anlamsız bir şey imiş. Uzun an ola bilər, uzun ömür olmaz. Vaxtsız
ölüm olmadığı kimi vaxtlı ömür də yox imiş. Hər şey nisbi imiş: qələbə də,
məğlubiyyətdə vicdan da, əclaflıq da, gözəllik də, çirkinlik də...
Bəlkə ömür bir yuxu imiş. Amma heç bir yuxu sadəcə yuxu deyil. Hər bir
insanın yuxusu onun mif dünyasıdır. O, tərəfdən baxanda mif gerçəkdir, bu
tərəfdən baxanda mif yalandır, əfsanədən – nağıldan başqa bir şey deyil.
Mirzə Fətəli Qərb mifini də, Şərq mifini də ədəbiyyatları, tarixləri kimi
gözəl bilirdi. Amma onun yaşadığı həyat miflərdən uzaq rasional, real həyat
idi. Onun yazıb yaratdığı həyat da rasional baxışla qələmə alınmış real
həyat idi. Onun fikir mücadiləsi dəkifayət qədər radikal həyatı və amansız
mücadiləsi uzunluğundan – qısalığından (nə fərq edər ki...) asılı olmayaraq
anlamlı insanın ibrətli həyatı idi.
Mirzə Fətəlinin xalqlara, qövmlərə baxışı olduqca ədalətlidir. İrqə, qana
bağlı ayrı-seçkilikdən uzaq duran böyük maarifçi elmin, mədəniyyətin
səviyyəsinə görə xalqları bölür, Şərqin problemlərini göstərir. Əgər Mirzə
Fətəli “Məktublar”ında “Dünyada əfsanə uydurmaqda ərəblərin, əfsanəyə
inanmaqda farsların misli-bərabəri yoxdur”, - yazısı bu gəlişigözəl bir atmaca
da ola bilər, incə bir zarafat da, yumor da. (Komediyaları Mirzə Fətəlinin
yüksək səviyyədə yumor hissi olduğunu göstərmirmi?)
Məncə, bu sözlərdə məkr, yuxarı-aşağı sinifləndirmə aparmaq, yaradan və
yamsılayan xalqlar təsnifini gerçəkləşdirmək doğru sayıla bilməz. Şübhəsiz ki,
inkişaf etmiş və etməmiş xalqlar var. Maarif, mədəniyyət, texnika meyarları
ilə yanaşsaq bölgü aparmaq xalqları bir-birinə qarşı qoymaq deyil, əksinə
inkişaf yolunu göstərmək, tənqid və özünü tənqidlə, gülüş və özünə gülüşlə
yeni perspektivə çıxarmaqdır.
Məncə, Mirzə Fətəli komediyalarında çox ustalıqla bacardığı bu idealını
məqalələrində daha sərt və bəzən birtərəfli şəkildə gerçəkliyə qovuşdurmuşdur.
Fikir, düşüncə həyatı belədir. Orada dəqiq reseptlərdən, hökmlərdən daha çox,
arayış, axtarış var. Mən bu baxımdan da Mirzə Fətəli yaradıcılığına diqqətlə
yanaşmanın vacibliyini bildirmək istəyirəm...
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
86
... Mirzə Fətəli ömrü boyu özünü yazmışdır. Bəzən külüngü daşa dəymiş,
bəzən qazdığı quyunun boşluğuna düşmüş, xəsarət almış, fəqət heç vaxt durub
dayanmamış, özünü qazdıqca qazmışdı.
Nə tapmışsa, içindəki quyudan tapmış, nə itirmişsə içindəki quyuda
itirmişdi.
Mirzə Fətəli erkən rəhmətə gedən balalarını bu quyuda dəfn etmişdi.
Reallıq qazanmayan əlifbasını da, əlyazmasını yandırdığı əsərlərini də, həyat
ona qarşı çevrilmiş kini, nifrəti, böhtanları da bu quyuda basdırmışdı. Mirzə
Fətəli vəfat etdi. Onu öz içindəki quyuya dəfn etdilər. Qəbr üstündə adam
da az idi, ağlayan da. Gələnlər ağır, qara torpağı deyil, onu gələcəyə yola
salan doğmaları idi. Qəbrin içi soyuq idi. Yalnız ona görə yox ki, torpağın üzü
soyuqdur. Həm də ona görə ki, həyat kimi, ölüm də onu soyuq qarşılamışdı.
Bundan sonra onu iki həyat gözləyirdi. Torpağın üstündə isti sənət, ictimai
fikir, elm həyatı və torpağın altında balaları ilə birgə olacağı soyuq məzar
həyatı. Mirzə Fətəlinin öz əli ilə qazdığı qəbrin bir daşı isti, bir daşı soyuq, bir
daşı xoşbəxtlik, bir daşı bədbəxtlik, bir daşı gülüş, bir daşı göz yaşları, bir daşı
keçmiş və bir daşı gələcək, bir daşı məhəbbət, bir daşı nifrət idi...
Sarsılmış insanın, ağır xəstəliyə yaxalanmışın, fəlakətin bir addımlığında
dayanmışın Allaha münasibəti bir başqa şəkildə təzahür edir. O insanlara Allah
daha çox görünür. Ekstremal vəziyyət insanın daxilindəki pəncərələri Allahın
üzünə açır. Allaha yol yaxınlaşır. Kim ağacların, suların dualarını eşitmirsə,
insandan başqa canlıların Tanrıya minnətdarlığını duymursa, o Allahdan uzaq
düşmüşlərdəndir. Azmışları Allah doğru yola gətirsin.
Mirzə Fətəli bir anın əbədiyyətini yaşayanlardandır. Onun anını əbədiyyətə
çevirən amil uğur, sevinc, zəfər deyil, qəfil mənəvi zərbə, böhran, çıxılmazlıq
olmuşdur. O anlarda Mirzə Fətəli ömrün qaynadılmış qətran kimi boğazına
töküldüyünü, ağrının yavaş-yavaş yayılaraq bütün varlığına hopduğunu hiss
edirdi. Hiss etdikcə əzabı-zilləti daha da artırdı.
Canişin dəftərxanasından görünən rus imperiyasının iç üzü onu tədirgin
etməyə bilməzdi. Anlayan bütün adamlar kimi Mirzə Fətəli də dərdə boğulur,
anlar dönüb ay, il olurdu.
Mirzə Fətəli sonunu bilən, ancaq silahı əlindən yerə qoymayan əsgər idi.
Böyük əsgərlər savaşı uduza bilər, ancaq məğlub olmaz.
Qocalıq ölümdən də betərdir. Hər şeyi görürsən, anlayırsan, amma
heç bir şeyi dəyişdirməyə gücün çatmır. Zamanın da öz sahibləri var. Sənə
get-gedə bu zamanda artıq olduğunu eyhamla, işarə ilə, sonra açıq-aydın
şəkildə bildirirlər: dostlar da, düşmənlər də, doğmalar da, yadlar da. Əyilmiş
belin, titrəyən barmaqların, tez-tez yaşaran gözlərin, titrəyən dodaqların
səni sonsuzluğa doğru itələdikcə, sözünün urvatsızlığını, məsləhətinin
Kamil Vəli NERİMANOĞLU
87
Türk Dünyası 34. Sayı
keçərsizliyini anlayırsan. Sən “ağsaqqal” deyil-deyil bir quruşluq edildikcə
yaşamaq istəmirsən. Bu dünya xidmətlərdən, zəfərindən asılı olmayaraq
hamını ucuzlaşdırır, qədirsiz-qiymətsiz edir. Tez, ya gec... Ay gidi dünya...
Mirzə Fətəli qocalığın acı dadını hiss etməmiş deyildi. Onun qocalıq illəri
məhzun və kədərli idi. Onun məfkurə, sənət yolunda on illər boyu gerçəkləşən
mücadiləsi bitirdi. Sözlər kəsərini itirir, ömrün son baharının acı küləkləri
yorğunluq, ümidsizlik sovururdu.
Ümid uzaq gələcəyə, uzaq nəsillərə qalmışdı. Mirzə Fətəlinin solğun bənizi,
heysiz bədəni, heç bir şey vəd etməsə də onun gözünün dərinliklərindəki bir
zərrə işıq gələcəyin memarlarından birinin Mirzə Fətəli olacağını açıq-aydın
ifadə edirdi.
Zülmət içində bir nur sönürdü...
...Bu yazını yazdığım qısa zamanda nəvəm balaca Kamil böyür-başımda
oldu. Mənim yazmamağım, onunla oynamağım üçün çıxardığı o oyunları heç
vaxt unutmayacağam. O tez-tez qələmimi əlimdən alıb hara gəldi atır, ya da
gizlədirdi. Mən də çox tədirgin olsam da, əsəbiləşsəm də, heç onun qəlbini
qırmırdım. Nəvə babanın sönməyən eşqinə məhkumdur. O ki, balaca Kamil
ola...
Yazı bitdikdən sonra başa düşdüm ki, Mirzə Fətəli haqqında ən gözəl
yazını balaca Kamil yazacaq, ya da onun çağdaşları. Qələmin mənim əlimdən
alınıb atılmağını da qəbul etdim. Zaman keçdikcə Mirzə Fətəlinin daha aydın
görünəcəyi həqiqətinə də inandım. Belə-belə işlər, Kamil kişi. İnşallah.
Sənin əlindən də qələmini (və ya bilgisayarını) öz nəvən alıb atanda lütfən
əsəbiləşmə. Oldumu?!
P. S. Yazı – qurmaq, tikmək, əkməkdir. Yazı yazmaq qurmağın, tikməyin,
əkməyin dadını-duzunu dadmaq xoşbəxtliyidir. Yazını bitirmək çox sevdiyin
həmdəmini, həmdərdini həmişəlik itirməkdir. Gedənlər gəlmir, yazı da
pozulmur. Səndən ayrı öz taleyini yaşayır.
Yazıda ilk baxışda təkrar kimi görünən yerlər problem baxış bucaqlarının
dəyişməsi ilə bağlıdır. “Bütün yollar Romaya aparır” ifadəsinin məntiqinə
uyğun olaraq fikirlərin, düşüncələrin, yorumların, tənqidlərin, təxminlərin,
hökmlərin də hamısı bizi, yəni məni və sizi Mirzə Fətəliyə aparır.
İstanbul, 2011
Dostları ilə paylaş: |