676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   2   3   4   5   6   7   8   9   10   ...   51

Bu ox sənə
Tuş getdi.
Maldar mal-qaranı canavardan qorumaq üçün bıçaq və ya qayçını bü-külmüş halda parçaya
sarıyaraq deyir:
Qurdun ağzını bağladım.”(8.27).
Azərbaycanda geniş yayılmış ovsun folkloru nümunələrindən biri də
“Qurd ağzı bağlama” ovsunudur.Maraqlıdır ki,Gəmiqaya təsvirləri içərisində rast gəlinmiş bir
təsvir bilavasitə qurd ağzı bağlama ovsunu ilə birbaşa bağlıdır. Sözü-gedən petroqlifdə qurd
və qoyun,eləcə də onların arasından keçərək onları bir -birindən ayıran və ucu yumağa
çevrilən ip şəkli çəkilmişdir.
Gəmiqayadan tapılmış bu petroqlifin əhəmiyyəti ondadır ki,onun ifadə etdiyi
təsviri informasiyanın səsli-sözlü variantı da dövrümüzədək gəlib çatmışdır və o da “yağış
çağırmaq” və “yağış kəsmək” ovsunları kimi sadə bayatı formasın -dadır.
Yağladım,
Dağladım,
Qurdun ağzın
Bağladım.
İstər bu fakt,istərsə də Qarğalı abidəsindən tapılan magik daşlar və müvafiq ovsun mə tnləri
folklor ədəbiyyatımızın, oğuz türkcəsində olan şerimizin ən azı 6 -8 min il bundan öncə
Azərbaycan ərazisində formalaşdığını sübut edir.
Oğuzların Azərbaycan ərazisində “kuti” etnoniminin Şumer-Akkad mənbələrində peyda
omasından çox-çox öncələr yaşadıqları barədə çoxsayda təkzibedilməz dəlillər mövcuddur.
Bu dəlillər içərisində ən maraqlılarından biri Azərbaycanın mərhum alimləri Ə.Hüseyni və
C.Cəfərovun Qobustan və Gəmiqayadan üzə çıxardıqları t ürk soy və boylarının tamğalarıdır
ki, onların da önəmli bir hissəsini oğuz tamğaları təşkil edir. Professor Cəfər Cəfərovun
yazdığına görə, türk soy və boylarının ən qədim düşərgələrini, ata -baba yurdlarını,onların


doğma vətənlərini,habelə mövcud olmuş ünvanlarını müəy-yənləşdirmək üçün həmin
tamğaların müstəsna əhəmiyyəti vardır.Tamğa və işarələr, bir sıra başqa xalqlarda olduğu
kimi,türk xalqlarının,o cümlədən Azərbaycan türklərinin də etnogenezində iştirak etmiş soy
və soybirləşmələrinin qədim yazı nümu nələri kimi qiymətlidir.Azərbaycanın bir sıra
rayonlarından tapılmış və 10-12 min əvvələ və daha sonrakı dövrlərə aid edilən müxtəlif işarə
və tamğalar haqqında Cəfər Cəfərov və Əbülfəz Hüseyni kimi tədqiqatçılar fikir söyləmiş,
Əbülfəz Hüseyni Gəmiqaya təsvirləri,Cəfər Cəfərov Qobustan petroqlifləri içərisindən üzə
çıxartdıqları, Firəngiz Muradova isə Şirvan zonasında tapdığı tamğalardan söhbət
açmışlar.Müəlliflər bu işarələrin hansı soya mənsub olduğunu,həmin işarələrin qədim türk
yazı sistemində paralellərini müəyyənləşdirə bilmişlər.
Maraqlıdır ki, həmin işarələrin paralellərinə digər qədim xalqların əlifba -larında da rast
gəlinir.Məsələn,Yazıçıoğlu Əliyə görə 11 -ci oğuz tayfası olan beg-
dililərin soy damğasına Gəmiqaya işarələri arasında cüzi fərqlə ra st gəlinir. Qara-
noqayların as və ya az soyunun tamğası isə Sofu Novruz pirində tapılmış işarə ilə eyni
olmaqla yanaşı, həmin işarəyə eramızdan əvvəl 3-cü əsrdə Hindistanda formalaşdığı ehtimal
edilən brahmi əlifbasının “ça” və “ba” hecalarının qrafik tə svirində də rast gəlinir.(6.29-36).
Həmin əlifbada “tha”hecasını bildirən qrafem də ağnoqayların türkmən soyunun tamğası
ilə eynidir və bu işarənin ən qədim nümunəsi gəmiqayadan tapıl -mışdır. Brahmi əlifbasındakı
“dha” hecasının işarəsi isə qaranoğayların konqes və ya kəngər soyunun tamğası ilə üst-üstə
düşür və eyni işarəyə Sofu Novruz pirində də rast gəlinməkdədir.
Maraqlıdır ki, Şirvan damğalarından bəziləri də sami əlifbalarındakı hərflərə uyğun
gəlməkdədir.Belə ki,qaranoğayların qazan boyunun ergenekli soyunun damğası ilə eyni olan
işarə eramızdan əvvəl 5-3 -əsrlərdə işlənmiş arami əlif -basının “h”hərfi ilə üst-üstə düşür.
Şirvan tamğalarından bir qismi Dəməşq -səmud və Dəməşq -səfaid əlif-basının bəzi hərfləri ilə
eynilik təşkil edir.
Qobustan və Gəmiqyadan tapılmış türk tamğalarının bir qisminin paralellərinə də Orxon və
Yenisey əlifbalarında rast gəlinir.Beləki,bu tamğalarla sözügedən əlifbalardakı “nt” və ya
“nd”, “ s” və ya “ş”, “ı” və ya “i”, “p”, “b”, “d”, “t”,“z”, “k”, “ç”səslərinin qrafik təsvirləri
ilə eynidir (6.29-36).


Bütün bu faktlar Qobustan və Gəmiqaya təsvirlərini yaradan xalqın məhz əcdad türklər
olduğunu təkzibedilməz şəkildə sübut etməklə yanaşı,ulu babalarımı -zın soy tamğalarının
sonrakı dövrlərdə ən qədim fonetik və ideoqrafik əlifbaların qrafemlərinə çevrildiyini
göstərir.Bu isə o deməkdir ki,Azərbaycan dünya yazı mə -dəniyyətinin ilk beşiyi olmuşdur. Bu
taşğalardan bəzisi ağlasığmayacaq dərəcədə qədim dövrlərdən yadigar qalmışdır.
Mahmud Kaşğarlıya görə 6-cı oğuz boyu olan əfşarlara aid olan tamğaya, eləcə də
Yazıçıoğlunun əfşarlara aid etdiyi , fəqət Mahmud Kaşğarlının təsvir etdiyi tamğadan
fərqlənən tamğaya Gəmiqaya işarələri sırasında, eləcə də Abşeronun Duvannı
qəsəbəsinin şimal -qərbində yerləşən Sofu Novruz qəbristanlığında qeydə alınmış tamğalar
içərisində rast gəlinir.
Mahmud Kaşğarlının 3-cü oğuz tayfası kimi qeyd etdiyi bayandurların tam-
ğası isə Şamaxının Quşçu kəndində yerləşən Abdal damı mağarasında qeydə alın -mışdır.
Maraqlıdır ki, bu işarənin ekvivalentinə Egey yazılarında da “şərab”mənası verən heroqlif
kimi rast gəlinir.Yazıçıoğlu Əlidə 11 -ci oğuz boyu kimi qeyd edlmiş begdelilərin tamğaları
Gəmiqaya işaələri içərisində də qeydə alınmışdır.Eyni müəllifin 16 -cı oğuz tayfası kimi
göstərdiyi çepnilərin tamğası da eyni təsvirlər içərisində yer almaqdadır. Gəmiqayada rast
gəlinən tamğalar içərisində Yazıçıoğlu Əlinin 19 -cu oğuz boyu olduqlarını söylədiyi ulay-
unduğların və Bahadır xanın 17 -ci oğuz boyu kimi təsvir etdiyi samurların tamğaları da vardır
(6.29-36).
Oğuzların ən azı Mezolit dövründən ölkəmizdə məskun olduqlarının başqa bir sübutu da var.
Məlum olduğu kimi, Mezolit,yəni orta Daş dövrünün son mərhələsi üçün uzunluğu iki metrə
çatan böyük öküz təsvirləri xarakterikdir.Bu rəsmlər konturlu xətlərlə ,əsasən realistik səpgidə
işlənmişdir.Onlardan yuxarı mərəbədə yerləşmiş 42№ -li daşın şərq tərəfindəki və 29№-li
daşın mağara divarında cızılmış öküz təsvirlərini göstərmək olar.Bu təsvirlərdə sözügedən
heyvanların güc və əzəməti ifadə edilmişdi r (8.15).
Tarixçi alim İ.Avşarov yazır:
“Azərbaycan ərazisindən tapılan maddi mədəniyyət abidələri üzərində təsvir edilən
heyvan rəsmləri və zoomorf elementlər qədim mifologiyada xüsusi yerə sa-hibdirlər.Təbii
ki,bu,heyvanat aləminin ibtidai insanların həyatlarında oynadığı rolla bağlıdır.Təsadüfi deyil
ki,bəzi heyvanlar qədim tayfa və qəbilələrin totemi kimi çıxış etmişlər.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə