676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   2   3   4   5   6   7   8   9   ...   51

(1.81) qeyd edilmişdir. Sakların yazılı mənbələrdə gec peyda olmasını mütəxəssislər onların
Azəbaycan ərazisinə sonradan gəlmələri ilə izah edirlər ki, bu barədə artıq məlumat vermişik.
Lakin bu fikir gerçəyi o zaman əks etdirmiş olardı ki, “sak” etnoniminə Aşşur-Babil
qaynaqlarından daha qədim qaynaqlarda rastlanmış olaydı və həmin qaynaqlarda bu etnik
qrupdan başqa ölkənin sakinləri kimi söz açılaydı. Lakin belə mənbələr yoxdur. Saklardan
bəhs edən ən qədim qaynaqlar məhz Aşşur-Babil mixi kitabələridir və həmin kitabələr
saklardan məhz Azərbaycan və Ön Asiya sakinləri kimi söz açmaqdadırlar. Orta Asiya
saklarından bəhs edən mənbələrə gəlincə, onlar, haqqında söz açdığımız kitabələrdən çox-çox
sonrakı əsrlərə aiddirlər. Bu isə o deməkdir ki, mənbələr sakların Orta Asiyadan Ön Asiya və
Azərbaycana gəldiklərini deyil, əksinə Azəbaycandan Orta Asiya istiqamətinə köç etdiklərini
təsdiqləyir. İrəlidə görə -cəyimiz kimi, arxeoloji tapıntılar da eyni şeyi isbat etməkdədir.
Sakların adının kuti, subar, turuk, kumen və kimmerlərə nisbətən mənbələrdə daha sonra
peyda olması isə onların gəlmə olduqlarından deyil, öncəki dövrlərdə qeyri -fəal olmaları və
aparıcı mövqelərə sahib olmamaları ilə bağlıdır. Yəni onlar aktivləşdikdən, geosiy asi arenada
daha fəal rol oynamağa başladıqdan və hakim mövqeyə yüksəldikdən sonra adlarını
duyurmağa başlamışlar və bu üzdən də dövrün yazılı mənbələrində əsas personajlardan birinə
çevrilmişlər. Bu, e.ə.Vll əsrin ortalarında baş vemişdir. Ən azı e.ə. Vl əsrdən etibarən isə
saklar bütün qohum etnik qruplarını öz hakimiyyətləri altında toplaya bilmişlər. Elə bu üzdən
də Əhəmənilər dövrünə aid qədim fars mənbələri saklardan gen-bol bəhs etdiyi halda, nə
kutiləri, nə də kimmerləri tanımamaqdadır. Halbuki, Bis itun kitabəsinin farsdilli mətnində
“sak” yazıldığı halda, eyni mətnin akkadca olan tərcüməsində ənənəvi olaraq, “kimmer”
(qimiraya) yazılmışdır. Bu onu göstərir ki, həmin dövrdə kimmerlər artıq öncəki önəmini
itirmiş və saklardan asılı vəziyyətə düşmüşdül ər. Əslində isə kimmerlərin kutilərlə birlikdə
sakların başçılığında qurulmuş yeni tayfa ittifaqına daxil olmaları e.ə. Vll əsrin ortalarında baş
vermişdir ki, bunu Aşşurbanipalın kitabəsi sübut etməkdədir. Bundan öncələr isə saklar kuti
və kimmerlərin növbə ilə başçılıq etdikləri tayfa ittifaqlarına daxil idilər və bu üzdən də heç
kəsə məlum deyildilər.
KUTİLƏRDƏN KİMMERLƏRƏ
Qədim Anadolu və Azərbaycanın ərazisində yaşamış prototürk etnoslarından biri də adı
qədim mənbələrdən “kuti” kimi çəkilən tayfa olmuşdur. “Kuti” etnonimi e.ə. III-II, eləcə də I
minilliklərə aid qaynaqlarda yad edilir. Kutilər bir tərəfdən turukkilərlə, digər yandan isə
suvarlarla ittifaqda olmuşlar. Bu tayfanın adı eyni zamanda Diyala çayının yuxarı axarlarında


yerləşən Tukriş ölkəsi ilə yanaşı çəkilir (Bu ölkənin adına bənzər Tikriş adı daşıyan bir
şəhərin də olduğu məlumdur). Həmin ölkədə Arisen adlı hökmdar hakimiyyətdə olmuşdur.
Tədqiqatçılar Arisen adını Arslan adı ilə, Tukriş adını isə Türkeş qəbiləsinin ad ı ilə
eyniləşdirirlər.
Tədqiqatçı B.Landeberqer kutilərin türk etnosuna mənsub olduğunu, etnonimin isə “quz”
(oğuz) etnoniminin dəyişilmiş fonetik (z-d-t) forması olduğunu irəli sürmüş, Kamal Balkan
isə, kuti şəxs adlarını türk dilində izah edərək, B.Lande berqerin fikrini təsdiqləmişdir (1.81 -
82). Eyni fikrə Firidun Ağasıoğlu da şərik çıxmışdır. O, kuti hökmdarlarından Yarlaqın adını
qədim türk yazılarındakı Yarlakar Kan Atanın, İbranın adını “Kitabi -Dədə Qorquddakı
İmrənin, Kurumun adını qədim bulqarların xanı Kurum xanın və Altun Orda xanı Kurum
xanın, Elulameşin adını məlum Elalmış və İlalmışın adları ilə və s. tutuşduraraq kuti
hökmdarlarının türk adları daşıdıqlarını ortaya qoymuşdur (7.149).
S.N. Kramer “Tarix Şumerdən başlayır” kitabının XlV fəslind ə 450 sətirlik “Enki və Kainat”
adlı poema barədə məlumat verir. Təqribən 5000 il öncə qələmə alınmış bu poemanı bizim
üçün maraqlı edən Mahan toponimidir:
“Ölkələr… Mahan və Dilmun baxaraq mənə,
Dilmun gəmiləri şalban daşıyır.
Mahan gəmiləri göyə qədər yüklənib,
Meluhhidən “mahilum” yelkənli gəmilər
Qızıl və gümüş gətirir onlar.
Hamısı daşıyırlar Nippura.” (104.42-43).
Burada rast gəldiyimiz Mahan toponimini bizim üçün maraqlı edən əsas cəhət ona türk tarixi
mənbələrində və folklor nümunələrində də rast gəlinməsi, bu yerlərin oğuz yurdu kimi yad
edilməsidir. Belə ki, Övliya Çələbidə də eyni ölkə adını görürük. Övliya Çələbi Axlat
şəhərinin təsviri zamanı bildirmişdir ki, tarixçilər bu şəhərin adını Dərmalə adlandırırlar və bu
da “Oğuz şəhəri” deməkdir. O, Axlat oğuzları haqqında əfsanəni misal gətirərək yazır:


“Qədim zamanlarda bu şəhər Mahan ölkəsinin şahına mənsub idi. Şah Samanqana gəlib,
axlatlılardan yüz min yumurta tələb edir. Oğuzlar bu qədər yumurtanı toplayırlar, ancaq
fikirləşirlər ki, onu göndərmək üçün at, dəvə lazımdır. Ağsaqqallar yığışıb məsləhətləşirlər.
Bunu eşidən Mahan şahı öz adamını onların yanına göndərir və bildirir ki, mən gümüş
yumurta nəzərdə tutmuşdum, toyuq yumurtası yox, amma onların ağır vəziyyətini nəzərə
alaraq onları vergidən azad edirəm. Oğuzlar gəlib yumurtalarını geri alırlar. Amma
yumurtalar nişanlanmadığından kiminə böyük, kiminə kiçik yumurta düşür. Bunu ədalətli
hesab etməyən oğuzlar Allahın qəzəbini gözlməyə başladılar. Belə də oldu. Taun xəstəliyi
gəldi. Bir gecədə şəhəri 12 min çadır tərk etdi. Onlar Misirə gəldilər. Abbasi xəlifəsi əl -
Mustakfibillah Misirin Şərqində onlara yer ayırdı. Burada onlar özlərinə kərpicdən ev tikdilər
. O vaxta qədər Misirdə heç kim özünə kərpicdən ev tikməmişdi. İndi də Qahirədən şərqə
xarabalıq qalır. . Bu yeri “Axlat məhəlləsi” adlandırırlar.” (85.62-63).
Görəsən, Şumer əfsanəsindəki Mahanla haqqında Övliya Çələbinin məlumat verdiyi Mahan
eyni ölkədirmi, yoxsa, bu, adların təsadüfi bir bənzəyişidir, axı, iki məlumatın qeydə
alındıqları dövrlər arasında təqribən 4700-5000 illik məsafə var?! Doğrudanmı, bu
böyüklükdə zaman kəsiyi ərzində yer adları dəyişmədən və ya cüzi dəyişikliklə
dövrümüzədək ulaşa bilmişdir? Faktlar göstərir ki, bu suallara müsbət cavab vermək lazımdır.
Yuxarıda içərisindən sitat gətirdiyimiz Şumer dastanından belə aydın olur ki, Mahan
ölkəsindən gəmilər yüklə qədim Şumerin Nippur şəhərinə gələrmişlər. Bu şəhərin yerini
amerikalı alimlər 1883-cü ildə müəyyənləşdirə bilmişlər. Yerli ərəblərin “Nuffar” (Nippur
adının bir qədər dəyişikliyə uğramış adı) adlandırdıqları yerdə aparılan arxeoloji qazıntılar ilk
nəticəsini elə həmin il versə də bədəvilərin alimlərə hücumu onları tədqiqatları yarıda
kəsməyə məcbur etmişdi. 1893 -1896 və 1899-1900-cu illərdə aparılan qazıntılar Fərat çayının
aşağı sahilində yerləşən qədim Şumer şəhərini gün üzünə çıxardı (43.140).
Deməli, Mahan ölkəsindən gəmilər Nippura Fərat çayı vasitəsi ilə gəlirmiş. Övliya Çəlbinin
Mahan ölkəsinin şəhərlərindən olduğunu söylədiyi Axlat Dəclə çayının yuxarı axar ında,
Bağdad yaxınlığında yerləşirdi (85.60). Bu isə o deməkdir ki, Mahan ölkəsi Dəclə və Fərat
çaylarının yuxarı axarında, bu iki çayın bir-birinə çox yaxınlaşdığı yerdə imiş və həm Şumer
dastanında, həm də Övliya Çələbidə söhbət eyni ölkədən gedir.
Övliya Çələbinin bu ölkə ilə bağlı söylədiklərində diqqəti ən çox çəkən məqamlardan biri də
Bayandur xanın həmin ölkə ilə əlaqəli yad edilməsidir. Mövzu ilə bağlı Xalıq Koroğlu yazır:


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə