676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   2   3   4   5   6   7   8   9   ...   51

Firidun Ağasıoğlunun işlətdiyi “qamər”,”saqa” və “saqat” terminləri doğru, məntiqi və
cəlbedici görünsə də, artıq qəbul e dilmiş formalarla birləşərək lazımsız qarmaqarışıqlıq
yaradır ki, buna da, fikrimizcə, ehtiyac yoxdur.
Məlumat üçün bildirək ki, rus elmi ədəbiyyatında “iskit” etnonumi “skif” formasında
işlənməkdədir və bu forma uzun illər, rus dilindən Azərbaycan elmi ədəbiyyatına keçərək,
Azərbaycan elmi ədəbiyyatında da işlək olmuşdur. Məsələn, Q.Qeybullayevin içindən sitatlar
təqdim etdiyimiz kitabında bəzən “iskit”, bəzənsə “skif” yazılmışdır (55). “İskit” termininə
gəlincə, bu, Türkiyədə qəbul olunmuş formadır və son dövrlər Azərbaycan elmi ədəbiyyatında
da geniş istifadə edilməkdədir. Biz də doğru olmamasına rəğmən, eyni formadan istifadə
etməyi lazım bildik. Çünki bu forma artıq Azərbaycan ədəbiyyatında “vətəndaşlıq hüqu -qu”
qazanmışdır. Hərçənd ki, onu “skit” formasında işlədənlər də vardır. Bu baxımdan Yusif
Yusifovu misal çəkə bilərik (1.102-105).
Qeyd edək ki, ingilis dilində sözügedən etnonim “scyth” formasında yazılmaqda, “skiz” kimi
oxunmaqdadır. Türkiyə və Azərbaycan ədəbiyyatında işlək olan “iskit” termini i ngiliscədəki
“scyth” yazılış formasının türkcə oxunuşu və tələffüzü nəticəsində ortaya çıxmışdır. Ruslar
isə həmin sözü, yəni “scyth” yazılış formasını özlərinə məxsus şəkildə “skif” kimi oxumuş və
bu şəkildə də qəbul etmişlər. Yuxarıda qeyd etdiyimiz kimi , eyni forma uzun müddət
Azərbaycan elmi ədəbiyyatında da geniş işlənmiş və bu gün ondan, demək olar ki, bütünlüklə
imtina edilmişdir.
Fikrimizcə, kəlmənin düzgün formasına ingiliscə tələffüz forması olan “skiz” forması daha
yaxındır və Herodot həmin formanı Aşşur mənbələrindəki “işquz” etnonimindən ya birbaşa,
ya da sələfləri vasitəsilə əxz etmiş , fəqət ümumiləşdirici və daha geniş mənada işlətmişdir.
Bu baxımdan tədqiqatçı alim Zaur Həsənovun fikirləri xüsusi diqqətə layiqdir (75.122 -123).
Bu barədə bir qədər sonra söhbət açacağıq. Hələlik isə qeyd edək ki, Herodotdan öncə iskitlər
barədə Aristey, ondan öncə isə e.ə. Vlll əsrdə yaşamış Hesiod məlumat vermişdir. T.
Sulmirski bldirir ki, “iskit” terminini ilk dəfə məhz Hesiod işlətmişdir (138.282).
Herodotun əsərlərində rast gəldiyimiz “iskit” etnoniminin düzgün oxunuşunun “skuthai”, yəni
“skuzay” olduğunu əsaslandıran İ.Dyakonov bu fikrini Aşşur mənbələində adlarına “asquzay”
(aşquzlar), Babil mənbələrində “işquzay” (işquz-lar), qədim yəhudi mənbələrində isə “aşquz”
kimi rast gəlinən etnik qrupun adı ilə əsaslandırmış və tamamilə haqlı olarq, qədim yunan


mənbələrindəki “iskit” (skuz) adının bu etnik qrupun adından qaynaqlandığını bildirmişdir
(132.242-243).
Onun bu fikri ilə razılaşan Qiyasəddin Qeybullaye v yazır:
“Vll əsrə aid aşşur mənbələrində iskitlər “aşquzay” (aşğuzay) və “işquzay” (işğuzay)
adlandırılır. İ.M.Dyakonov yazır ki, aşquzay və işquzay onların (iskitlərin) özlərinin-özlərinə
verdikləri addır. Çünki aşşurlar yeni gələn tayfalara özlərindən yeni ad verə
bilməzdilər…İ.M.Dyakonov haqlı olaraq hesab etmişdir ki, yunan termini olan “iskit”
kəlməsi aşşurların “aşquzay”, “işquzay” kəlməsindən törəmişdir. Lakin etnonimin
əvvəlindəki “a”,”i” hərflərinin guya aşşur dilinin əlavəsi olduğunu və guya “d ” səsinin “z”
hərfi vasitəsi ilə ifadə edildiyini söyləyəndə səhvə yol vermişdir.” (55.276).
“Çar iskitləri” adlı çox sanballı əsərində bütün bu deyilənləri dərindən təhlil edən, İ.
Dyakonovun oxunuşunu və mülahizələrini düzgün sayan Zaur Həsənov Herodotun sözügedən
etnonimi qədim sami (Aşşur, Babil, yəhudi) mənbələrindən birbaşa deyil, sələfi Aristey
vasitəsi ilə əxz etdiyini vurğulamaqdadır. Onun fikrincə, Aristey də həmin termini sözügedən
sami mənbələrin yazıldığı dövrdə yaşamış Hesioddan qəbul etmiş dir (75.122-124). Tədqiqatçı
“skuz” oxunuşunu düzgün saymaqla bərabər, həmin etnonimin “quz” (oğuz) etnonimi ilə
bağlılığını önə sürmüşdür. Şübhəsiz ki, o, tamamilə haqlıdır. Biz də o fikirdəyik ki, qədim
sami mənbələrində adlarına rast gəldiyimiz işquzla rla (aşquzlar, asquzlar) oğuzlar arasında sıx
bağlılıq var və bu fikri bizdən çox-çox öncələr söyləmişlər (48.224). Bu barədə sırası gəldikdə
söhbət açılacaqdır. Lakin bu fikri istisnasız olaraq, sami mənbələrində konkret etnik qrup kimi
qeyd edilən işquzlara aid edirik. Zaur Həsənov isə eyni fikirlə iskitlərə, daha dəqiq desək,
xaqan iskitlərinə münasibətdə də çıxış etməkdədir. Şübhəsiz ki, bu mövqe məntiqi və
cəlbedici görünsə də, hələlik, sadəcə, bir ehtimaldır və tam sübut edilmədiyi və
əsaslandırılmadığı üçün onu sübut edilmiş həqiqət kimi qəbul etmək hələlik mümkün deyil.
Çünki antik müəlliflər “iskit”(“skuz” kimi oxunsa da) termini ilə konkret bir etnik qrupu
deyil, bir-biri ilə qohum olan və eyni dildə danışan bir çox etnik qrupları adlandırmışlar.
Lakin bu da faktdır ki, Herodot sözügedən adın məhz “çar (xaqan) iskitləri”nə aid olduğunu
bildirmişdir. Məsələyə sırf bu baxımdan yanaşsaq, “çar iskitlərinin” oğuzlar olduğu barədə
Zaur Həsənovun irəli sürdüyü fikrin tam məntiqi olduğunu etiraf etməkdən başqa çarə
qalmayacaq.
Konkret olaraq saklar barədə bizə nələr məlumdur?


Yuxarıda artıq qeyd edildiyi kimi, “sak” etnoniminə ilk dəfə e.ə.Vll əsrin ortalarına aid Aşşur
mənbələrində rast gəlinmişdir. Eyni dövrə aid Aşşur mənbələrində işquzlardan (asquz, aşqu z)
da ayrıca söhbət açılmaqdadır. Yəni Aşşur mənbələri sakları və işquzları ayrı -ayrı etnik
qruplar kimi tanımaqda və təq-dim etməkdədir. Sözügedən dövrə aid mənbələrdə kimmerlərin
adı da “qimiraya” kimi çəkilmişdir.
Maraqlıdır ki, Aşşur mənbələrində işquzlarla saklar arasında dəqiq fərq qoyulsa da, saklarla
kimmerlər arasında qoyulan fərq konkret cizgilərə sahib deyildir, eyni hadisələrin iştirakçısı
olan etnik qrup bəzən “kimmer”(qimiraya), bəzən isə “sak” adlandırılır. Bu barədə
E.Qrantovski yazmışdır:
“1933-cü ildə Aşşurbanipalın (e.ə.668 -663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər
lövhə üzərindəki yazısı dərc edildi. Başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan
Tuqdamme bu yazıda (146-cı sətirdə)”Saka ölkəsi”nin və ya sakların hökmdarı kimi təqdim
edilir. Mətnin naşiri R.Tompson “saka” (sak) ifadəsindən sonra gələn mixi işarəni
özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini
əsaslandırmaq istəmişdir.Lakin sonralar X. Tadmor sübut etdi ki, ifadəni “Saka və Qutium”
(Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki,
kimmelərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduqları məlum olan
iskitlərin (sakların) üzərində də hökm sahibi imiş, Qutium isə Mannanın başqa bir adı
olmuşdur.” (139.84).
Əlbəttə, X. Tadmorun məntiqi ilə razılaşmamaq çətindir. Aşşurbanipalın yazısı gerçəkdən də
sübut edir ki, onun yaşadığı dövrdə Tuqdamme həm kimmerlərin, həm sakların, həm
kutilərin, həm də bütövlükdə Manna dövlətinin hökmdarı idi. Hərçənd ki, ola bilər ki, həmin
dövrdə saklar kimmerlərdən yox, əksinə, kimmerlər saklardan asılı vəziyyətdə olmuşdur.
Mətndən başqa bir ehtimal da doğur: Burada ya “sak” konkret bir etnik qrupun adıdır,
“kimmer” etnonimindən ümumiləşdirici ad kimi istifadə edilmişdir, ya da əksinə. Bu, həmin
dövrdə hakimiyyətdə kimin-sakların, yoxsa kimmerlərin olmasndan asılıdır. Çünki tarixi
mənbələrdən anlaşıldığı kimi, çox zaman tabeçilikdə olan soy və boylar da hakim soy və ya
boyun adı ilə yad edilir. Yəni bu zaman hakim soyun adı bütün digər soy və boyların
ümumiləşdirici adı kimi çıxış edir.
Qeyd edək ki, əgər sakların adına e.ə. Vll əsrin ortalarından rast gəlinməyə başlayırsa (1.102),
kimmerlərin adı e.ə. Vlll əsrə (1.103), kutilərin adı isə e. ə. lll-ll minilliklərə aid mənbələrdə


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə