6 az?Rbaycan kitabxanalarinda



Yüklə 162,4 Kb.
Pdf görüntüsü
tarix14.01.2018
ölçüsü162,4 Kb.
#20613


İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60  

 

50                                                                  www.jpis.az 



 

UOT 

025:004

 

 

Cəfərov C.A. 

AMEA Mərkəzi Elmi Kitabxanası, Bakı, Azərbaycan 

cavid@lit.az 

 

AZƏRBAYCAN KİTABXANALARINDA  

ELEKTRON KATALOQLARIN İNKİŞAF PERSPEKTİVLƏRİ 

 

Məqalə  Azərbaycan  kitabxanalarında  elektron  kataloqun  inkişaf  etdirilməsi    və  e-kataloqa 



əlyetərlilik  səviyyəsinin  yüksəldilməsinin  bəzi  konseptual  məsələlərinə  həsr  olunmuşdur. 

Kitabxana  işi  sahəsində  RFID,  3G  və  Web  3.0  kimi  yeni  nəsil  texnologiyalarının  tətbiqinin 

zəruriliyi  əsaslandırılmışdır.  Milli  Avtomatlaşdırılmış  Kitabxana-İnformasiya  Sisteminin 

(MAKİS) yaradılması, nitqin tanınması texnologiyasının e-kataloqlaşdırma işinə tətbiq olunması 

təklif edilmişdir. 

Açar sözlər: Elektron kataloq, e-kitabxana, MAKİS, RFID, 3G, Web 3.0. 

Giriş 

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən  təsdiq  olunmuş  

“Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında» sərəncam və “Azərbay-

can Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət 

Proqramı”  kitabxanalarımızın  inkişaf  strategiyası  kimi  qəbul  edilir  və  onların  fəaliyyəti  bu  mü-

hüm sənədlərin tələbləri üzərində qurulur [1]. 

Həmin sərəncama əsasən, Azərbaycan kitabxanaları ən yaxın zamanda tam modernləşdiril-

məli,  yeni  texnoloji  avadanlıqlarla  təmin  edilməli,  elektron  kataloq  və  elektron  kitabxana  quru-

culuğu işləri sürətləndirilməlidir. 

Azərbaycanda  bir  çox  iri  kitabxanalar  artıq  10  ilə  yaxındır  ki,  modernləşməyə  hazırlıq 

dövrünü  yaşayır,  elektron  kataloq  sistemini  qurur,  elektron  kitabxana  üçün  baza  formalaşdırır. 

Lakin  yaxın  gələcəkdə  kitabxanalarımızda  elektronlaşma  proseslərinin  daha  mütərəqqi  istiqa-

mətlərini  müəyyənləşdirmək üçün bir sıra yeniliklərə ehtiyac duyulur.  

Məqsəd və vəzifələr 

Azərbaycan  kitabxanalarında  yaradılan  elektron  kataloq  sistemlərinin  yaxın  5  il  ərzində 

inkişafı üzrə vəzifələri aşağıdakı kimi müəyyənləşdirmək olar:  

1.

 



Azərbaycan  kitabxanalarında  elektron  kataloqu  inkişaf  etdirmək  üçün  MAKİS  yara-

dılmalıdır. 

2.

 

Kitabxanalardakı elektron kataloq sistemi RFID (ing. Radio Frequency Iddentification



radiotezlik identifikasiyası) texnologiyaları ilə uzlaşdırılmalıdır. 

3.

 



Veb-kataloq sistemi elektron sənədlərin göndərilməsi mexanizmi ilə təchiz edilməlidir. 

4.

 



Elektron  kataloqa  əlyetərliliyin  səviyyəsini  yüksəltmək  üçün  3G  və  Web  3.0 

texnologiyalarından istifadə olunmalıdır. 

5.

 

Elektron  kataloq  sisteminin  təhlükəsizlik  məsələləri  həll  olunmalı,  kibertəhlükələrə 



qarşı önləyici tədbirlər görülməlidir. 

6.

 



Nitqin  tanınması  sistemi  və  mətnin  nitqə  çevrilməsi  sistemi  ilə  elektron  kataloqun 

yaradılması işi uzlaşdırılmalıdır. 



Milli Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi  

 

Azərbaycan  kitabxanalarında,  əsasən  Rusiya  və  ABŞ  istehsalı  olan  Avtomatlaşdırılmış 

Kitabxana-İnformasiya Sistemləri (AKİS) olan IRBIS-64 və VTLS  kimi proqram vasitələrindən 

istifadə olunur. Bu proqram vasitələri digər ənənəvi kitabxana proseslərini (kitab verilişi, oxucu 

qeydiyyatı,  komplektləşdirmə  və  s.)  avtomatlaşdırmaqla  bərabər,  elektron  kataloqun  yara-

dılmasına  da  şərait  yaradır.  MAKİS-in  tətbiqi  ilə  bağlı  təkliflər  haqqında  danışarkən  bir  haşiyə 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60 

 

 



       www.jpis.az                                                                      51 

 

çıxmaq istərdik: bəzən MARC (maşınla oxunan kataloq formatı) sistemi ilə AKİS eyniləşdirilir. 



Halbuki  MARC  AKİS-in  yazı  dilidir,  yazı  formatıdır  və  bu  iki  anlayışı  eyniləşdirmək  doğru 

deyil.  Məsələn,  IRBIS  Avtomatlaşdırılmış  Kitabxana-İnformasiya  Sistemidir  və  biblioqrafik 

yazıları  MARC  formatının  digər  variantları  olan  UNIMARC  və  ya  RUSMARC  formatı  ilə  emal 

edir.  Beləliklə,  aydın  olur  ki,  MARC  bir  format  kimi  invariantdır,  UNIMARC  beynəlxalq, 



RUSMARC  isə  Rusiyanın  milli  adaptiv  formatıdır.  MARC-ın  Azərbaycan  variantı  AZMARC-ın 

yaradılmaması  ölkəmizin  müstəqilliyinə  qədər  bu  məsələnin  aktual  olmaması  və  ona  görə  də 

həmin problemin aradan qaldırılması üçün təşəbbüslərin göstərilməməsi ilə bağlıdır. Lakin artıq 

2008-ci  ildə  kitabxanaların  inkişafı  ilə  bağlı  Dövlət  Proqramında  bu  məsələ  öz  əksini  tapıb  və 

2013-cü  ilədək  AZMARC-ın  yaradılması  məsələsinin  həll  olunması  tapşırığı  verilib.  Milli 

AZMARC formatının yaradılmasının zəruriliyi ondadır ki, milli-mənəvi irsimizə, ədəbiyyatımıza, 

incəsənətimizə,  musiqi  və  folklorumuza  edilən  biblioqrafik  istinadlar  UNIMARC-ın  milli 

identifikasiya bölməsi (9-cu bölmə) vasitəsilə deyil, məhz əsas bölmələr vasitəsilə qeyd olunsun. 

AZMARC formatının yaradılması bizə, məsələn, Azərbaycanın folklor nümunələrinə dair biblio-

qrafik yazıları altbölmə rəqəmlərindən əsas bölmə rəqəmləri sisteminə inteqrasiya etməyə imkan 

verəcək.  Lakin  nə  AZMARC  formatının  mövcudluğu,  nə  də  UNIMARC-ın  Azərbaycan  dilinə 

tərcüməsi  MAKİS-in  yaradılması  deməkdir.  MAKİS  bütövlükdə  (yalnız  interfeysi  deyil) 

Azərbaycan  dilində,  milli  göstəricilərə  müvafiq  idarəetmə  sistemi  milli  kitabxana  proseslərinin 

idarə edilməsi prinsiplərinə uyğun bir proqram təminatı olmalıdır [2]. Əlbəttə, belə bir sistemin 

yaradılması  gərgin  əmək,  güclü  kadr  potensialı  (kitabxanaçılar,  proqramçılar,  dilçilər  və  digər 

zəruri mütəxəssislər), texnoloji və maddi vəsaitlər tələb edir. Bu sahədə uğurlu nəticə əldə etmək 

üçün  Azərbaycan  Respublikasının  Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyi,  iri  kitab-

xanalarımız  olan  AMEA  Mərkəzi  Elmi  Kitabxanası,  Milli  Kitabxana,  Prezident  Kitabxanası, 

BDU-nun Elmi Kitabxanası, Naxçıvan Dövlət Universitetinin Kitabxanası və AMEA-nın bir sıra 

Elmi Tədqiqat İnstitutları, o cümlədən İnformasiya Texnologiyaları İnstitutu və Dilçilik İnstitutu 

birgə  fəaliyyət  göstərməlidir.  Yalnız  belə  olan  təqdirdə  milli  əhəmiyyətli  Avtomatlaşmış 

Kitabxana  Sistemi  qurmaq,  onun  elmi  əsaslarını  işləyib  hazırlamaq,  linqvistik  və  hüquqi 

təminatını  bərqərar  etmək  mümkündür.  Son  zamanlar  informasiya  texnologiyaları  sahəsində 

ixtisaslaşmış bir sıra  yerli müəssisələr bu sahədə  ilkin addımlar atıblar. Məsələn, MEGA şirkəti 

yeni  elektron  kataloq  və  kitabxana  sistemi  yaradıb.  Bu  sistem  ədəbiyyatın  elektron  formada 

kataloqlaşdırılmasını,  reyestrinin  aparılmasını,  sistemləşdirilməsini  təmin  edən  bir  proqram 

vasitəsidir. Proqramın "Elektron kataloq" adlanan platformasının köməyi ilə kitabxanadakı sənəd 

massivləri bir neçə parametr (qeydiyyat nömrəsi, sərlövhə, müəllif, nəşr tarixi, xülasə və s.) üzrə 

elektron  kataloqa  daxil  edilir.  "Elektron  kitabxana"  platforması  isə  elektron  kataloqu  olan 

kitabların tam mətnini verilənlər bazasına yükləməyə imkan yaradır. 

Həmin proqram təminatı aşağıdakı imkanlara malikdir: 

 



Kitab haqqında məlumatın kataloqa daxil edilməsi;  

Unikal identifikasiya nömrəsinin (UİN) təyin edilməsi (reyestrin aparılması); 



Kitabın adı; 

Müəllif haqqında məlumat; 



Nəşr tarixi; 

Xülasə; 


 

Kataloqda olan mövcud məlumatların redaktə edilməsi; 



 

Məlumatların strukturlaşdırılması və qruplaşdırılması; 



 

Məlumatların kataloqdan silinməsi; 



 

Axtarış sistemi (müxtəlif parametrlər üzrə); 



İdentifikasiya nömrəsinə görə; 

Açar sözlərə (kitabın adı, müəllif, xülasə və s.) görə; 



Kateqoriya üzrə. 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60  

 

52                                                                  www.jpis.az 



 

Məlumatların  düzgünlüyü  və  saxlanmasının  təmin  edilməsi  baxımından  proqramın 

aşağıdakı imkanları mövcuddur: 

 



Avtomatik back-up (serverdəki bazanın ehtiyat nüsxəsinin çıxarılması); 

 



Kataloqda aparılmış redaktə əməliyyatlarının tarixçəsinin saxlanması; 

 



Kitabxanaçılar  üçün 2 pilləli səlahiyyət bölgüsü. 

Bu kimi təşəbbüslər təqdirəlayiq olsa da, göründüyü kimi, sistem yalnız kitabxana proses-

lərinin  avtomatlaşdırılması  işinin  bir  hissəsini  yerinə  yetirməyə,  elmi-nəzəri  əsaslara 

söykənmədən  məhdud  proqram-mexanizm  funksiyasını  icra  etməyə  hesablanıb.  Çünki  proqram 

təminatı  linqvistik  məsələləri,  müxtəlif  nəşr  tiplərinin  (notlar,  xəritələr,  əlyazmalar) 

mövcudluğunu  və  xüsusiyyətlərini  nəzərə  almayıb.  Başqa  sözlə,  kitabxana  fondları  yalnız 

kitablardan  ibarət  olmadığından  və  kitabxana  prosesləri,  sadəcə  elektron  kataloq  yaratmaqla 

məhdudlaşmadığından, bu və buna bənzər təşəbbüslər hələlik milli, vahid AKİS konsepsiyasına 

cavab vermir.  

Azərbaycanda  MAKİS-in    yaradılması  aşağıdakı  məsələlərin  öz  həllini  tapmasına  imkan 

verər: 

1.

 



Milli elektron kataloqun tezaurus linqvistik təminat məsələsi həll olunar, mətnləri avto-

matik  olaraq  dilimizin  orfoqrafik  qaydalarına  uyğunlaşdırmaq,  biblioqrafik  yazıların,  mə-

lumatların  latın  qrafikalı  Azərbaycan  əlifbası  üzrə  avtomatik  sıralanmasını  həyata  keçirmək 

asanlaşar. (Qeyd: Hazırda kitabxanalarımızda tətbiq olunan AKİS-lərdə bu əməliyyatı yalnız rus 

və  ingilis  dilində  yazılmış  biblioqrafik  yazıları  sistemləşdirərkən  aparmaq  mümkündür.  Milli 

ədəbiyyatın  biblioqrafiyasını  elektron  kataloq  sistemindən  köçürmə  yolu  ilə  kitab  halında  nəşr 

edən kitabxanalarımız əlifba üzrə sıralamanı avtomatik yerinə yetirə bilmirlər.) 

2.

 



Müəllif  işarələrinin  latın  qrafikalı  Azərbaycan  əlifbasına  uyğun  sıralanması  mümkün 

olar. Məsələn, adı və ya soyadı “Ə”, “Ö”, “Ü” ilə başlanan müəlliflərimizin əsərlərinin elektron 

biblioqrafik  təsvirini  yaradarkən  sistem  onları  ingilis  və  ya  rus  dilinin  əlifbasına  uyğun  deyil, 

avtomatik olaraq Azərbaycan əlifbasının qaydalarına uyğun düzər. 

3.

 

Avtomatlaşdırma,  o  cümlədən  elektronlaşdırma  prosesləri  üzrə  tədrisin  və  tədrisi 



mənimsəmənin  keyfiyyəti  yüksələr.  Belə  ki,  xarici  ölkələrdən  alınan  VTLS  və  IRBIS    AKİS-

lərinin təlimatları həddindən artıq texniki informasiya ilə yükləndiyindən, onu tam mənimsəmək 

hələ  heç  bir  kitabxanamıza  müəssər  olmayıb.    Bu  səbəbdən,  kitabxanalarımızda  əlavə  xərc  çə-

kilərək  təlimatlar  hissə-hissə  (təlimatlar  yeniləndikcə)  dilimizə  tərcümə  edilir,  bir  çox  hallarda 

isə həmin AKİS-lərin tətbiqi sahəsində təcrübə toplamış kənar mütəxəssislərin köməyinə ehtiyac 

duyulur. Belə mütəxəssislərin sayı isə ölkəmizdə olduqca azdır. Bəzən bir mütəxəssis respublika-

mızın bir neçə kitabxanasında çalışmalı, həmin problemləri təkbaşına aradan qaldırmalı olur. Bu 

problemin  səbəbi  təkcə  kadr  çatışmazlığı  deyil,  həm  də  tətbiq  olunan  avtomatlaşdırılmış 

sistemlərin  xarici  dillərdə  olması,  texniki  məlumatlandırmanın  humanitar  ixtisas  sahibi  olan 

kitabxanaçıların  bilikləri  ilə  üst-üstə  düşməməsidir.  Məsələn,  Qərb  kitabxanalarında  çalışan 

proqramçılar,  informasiya  texnologiyaları  üzrə  mütəxəssislər,  ixtisasca,  əsasən  kitabxanaçı 

olurlar.  Yaxud  da,  kitabxanaçılar  bir  neçə  illik  təcrübədən  sonra  asanlıqla  AKİS-lərin  idarə 

olunması,  tətbiqi  məsələləri  üzrə  informasiya  texnologiyaları  mütəxəssisinə  çevrilə  bilirlər.  Bu 

isə  dil  baryerinin  olmaması,  AKİS-in  kitabxanaçı  üçün  tam  açıq  və  anlaşılan  olması  ilə 

əlaqədardır. 

4.

 



Bütün növ avtomatlaşdırılmış kitabxana əməliyyatlarının yerinə  yetirilməsində “Dövlət 

dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları təmin edilmiş olar.  

  Bundan  əlavə,  Azərbaycanda  yaradılacaq  MAKİS  bütün  kitabxanalarımızın  (sahəvi, 

universal,  kütləvi,  elmi  və  s.)  ümumi  iş  prinsiplərinə  uyğunlaşdırılmalı,  həm  kitabxanalararası 

abonoment, həm korporativ-toplu elektron kataloq, həm də milli elektron kitabxana üçün zəmin 

yaratmalıdır.  Hazırda  kitabxanalarımızda  istifadə  olunan  IRBIS  və  VTLS  AKİS-ləri  qapalı 

proqram  kodlaşmasına  malik  olduğundan  müştəri-kitabxanaların  onların  arxitekturuna  əlavələr, 

dəyişikliklər  etmək  imkanı  yoxdur.  Bu  səbəbdən  kitabxanalarımız  istifadə  etdikləri  xarici 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60 

 

 



       www.jpis.az                                                                      53 

 

sistemlərin  istehsalçılarına  hər  yenilənmiş  versiya  və  ya  dəyişilmiş  modul  üçün  əlavə  pul  ödə-



yirlər. Bu kimi halların da aradan qaldırılması üçün MAKİS-in yaradılması olduqca vacibdir.  

Qeyd edək ki, 2010-cu ildə Qazaxıstanda “KABIS” MAKİS-i yaradılarkən bu sistemə mü-

nasibət birmənalı olmamışdır. Belə ki, ölkə kitabxanalarının böyük əksəriyyətində tətbiq olunan 

IRBIS AKİS-in asanlıqla öz yerini yeni sistemə verəcəyi inandırıcı görünmürdü. Lakin AKİS-in 

yaradılmasından  bir  müddət  sonra  Qazaxıstan  Universitetləri  Assosiasiyasının  qərarı  ilə  yeni 

sistemin  ali  məktəb  kitabxanalarında  tətbiqi  icbariləşdirildi.  Bu  məqam  Qazaxıstan  kitab-

xanalarının  fəaliyyətində  dönüş  nöqtəsi  oldu.  Bu  ölkənin  toplu  elektron  kataloqu 

gözlənildiyindən  daha  tez  istifadəçilərin  ixtiyarına  verildi,  milli  elektron  kataloqun  yaradılması 

işində əsaslı dəyişikliklər baş verdi [3]. 2009-cu ildə eyni təcrübədən Özbəkistan da yararlanaraq 

KARMAT-M”  adlı  MAKİS-ni  yaratdı  və  sistemi  uğurla  tətbiq  etdi  [4].  Həm  qloballaşmanın, 

həm  də  müstəqilliyimizin  tələblərinə  müvafiq  olaraq  ölkəmizdə  də  bu  sahədə  ciddi  addımların 

atılmasına zərurət yaranıb.  

Elektron kataloq sistemi və RFID (radiotezlik identifikasiyası) texnologiyaları 

RFID  texnologiyası  vasitəsilə  obyektləri,  daha  dəqiq  desək,  transporder  və  ya  RFID 

çiplərini  avtomatik  eyniləşdirmək,  onların  yerini  müəyyənləşdirmək,  hərəkətini  izləmək  müm-

kündür. Həmin obyektlərdə mühafizə olunan məlumatlar radiosiqnal vasitəsilə oxunduğundan və 

ya  yazıldığından  onları  hətta  böyük  məsafələrdən  pult  vasitəsilə  də  idarə  etmək,  izləmək 

mümkündür [5, 6].  

Bəzi mənbələrdə rus ixtiraçısı Lev Termenin (1896-1993) 1945-ci ildə ixtira etdiyi audio-

informasiyanı təsadüfi radiodalğalara yükləyən qurğu RFID texnologiyasının ilk nümunəsi kimi 

qələmə  verilsə  də,  M.Bxuptani  və  Ş.Moradpur  kimi  tədqiqatçılar  bununla  razılaşmır  və  həmin 

texnologiyanın  yaranma  tarixini  bir  qədər  də  əvvəlki  illərdə  axtarırlar    [7,  8].  Bu  müəlliflərə 

görə,  müasir  RFID  texnologiyasının  əsasını  hələ  1937-ci  ildə  ABŞ  Hərbi  Dəniz  Qüvvələrinin 

tədqiqat  laboratoriyasında  hazırlanan  “doğma-yad”  (ing.,  FFI-  Identification  Friend  or  Foe

prinsipli  aşkarlayıcı  qurğu  təşkil  edir.  Yeri  gəlmişkən,  həmin  sistem  indiyədək  həm  hərbi,  həm 

də mülki aviasiyada  (səmadakı təyyarələrin kimə məxsus olduğunu müəyyən etmək məqsədilə) 

istifadə  olunur.  Bütün  bu  iddialara  baxmayaraq,  RFID  termini  ilə  bağlı  ilk  patent  1983-cü  ildə 

Amerika alimi Çarlz Uoltona təqdim olunub [Bax: “Google kitablar” layihəsi-Patent üzrə axtarış 

bölməsi.  Sorğu:  ABŞ  Patenti  №  4,384,288]  və  elmi  ictimaiyyət  həmin  texnologiyanın 

yaranmasını  məhz  bu  şəxsin  adı  ilə  bağlayır.  Lakin  yüksək  texnologiyalarla  təchiz  olunmuş 

müasir  RFID-lərin  yaranması  bir  neçə  il  bundan  öncəyə  təsadüf  edir.  Müasir  dövrümüzdə  bu 

texnologiyanın  ən  mükəmməl  nümunələri  hətta  inkişaf  etmiş  ölkələrdə  belə  məhdud  şəkildə 

tətbiq olunur. Azərbaycanda da müasir RFID texnologiyaları hələlik istismar mərhələsinə qədəm 

qoymayıb.  Ölkəmizdə bu texnologiya ilk dəfə 2010-cu ildə Bakutel-2010 İnformasiya Texnolo-

giyaları  sərgisi  çərçivəsində  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin 

iştirakı  ilə  “Azercell  Telekom”  Şirkəti  tərəfindən  nümayiş  olunub.  Hazırda  həmin  şirkət  RFID 

texnologiyasının tətbiqi istiqamətində işlərini davam etdirir.  

Sənayedə,  nəqliyyatda,  tibbdə,  kənd  təsərrüfatında,  şəxsiyyəti  təsdiq  edən  sənədlərdə, 

ticarətdə  olduğu  kimi,  kitabxana  işi  sahəsində  də  RFID  texnologiyalarının  tətbiqi  və  onların 

elektron kataloq sistemi ilə uzlaşdırılması mümkün və zəruridir. 

Kitabxanada həmin sistemdən qeyd edilən ardıcıllıqla istifadə etmək mümkündür: Əvvəlcə 

kitabxanadakı hər bir sənəd vahidinə (kitab, jurnal, xəritə, not və s.) radiotezlikləri qəbul edən və 

ötürən xüsusi RFID-çip yapışdırılır. Beləliklə, bütün nəşr vahidləri unikal elektron eyniləşdirmə 

nömrəsi qazanmış olur. Xüsusi cihaz (oxuyucu) həmin çipi kitabın qəbulu, verilişi, çeşidlənməsi, 

inventarlaşdırılması, yerinin müəyyənləşdirilməsi zamanı istifadə edir. 

İlk  növbədə,  bu  sistem  kitabxanadan  kitabın  oğurlanmasının,  icazəsiz  aparılmasının 

qarşısını  alır.  Belə  ki,  nişanlanmış  istənilən  nəşr  vahidi  RFID  müəyyən  olunmuş  ərazidən  

keçərək kənara çıxarılarkən həyəcan siqnalı eşidilir və icazəsiz daşınma halı aşkarlanır. 



İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60  

 

54                                                                  www.jpis.az 



 

RFID texnologiyasının köməyi ilə kitabxanalarımızda aşağıdakı prosesləri həyata keçirmək 

mümkündür: 

 

Kitabxana daxilində kitabın hərəkətini və yolunu izləmək; 



 

Nəşrlərin verilişini və qəbulunu asanlaşdırmaq; 



 

İnventarlaşdırma proseslərini sürətləndirmək; 



 

Ədəbiyyatın oğurlanmasının və dəyişdirilməsinin qarşısını almaq; 



 

Kitabların çeşidlənməsində, seçimində, axtarışında insan faktorunun rolunu azaltmaq; 



 

Kitab verilişini və qəbulunu kitabxanaçının iştirakı olmadan həyata keçirmək.  



Qeyd  etdiklərimizdən  belə  qənaətə  gəlmək  olar  ki,  bütün  bunlar  hər  gün  yeni  tipli  ticarət 

mərkəzlərində rastlaşdığımız texnologiyadır. Məsələn, indi Bakının bir çox ticarət mərkəzlərində 

müştəri  satıcının  iştirakı  olmadan  lazımi  malı  seçərək  kassaya  yaxınlaşır,  satıcı  əlindəki  xüsusi 

cihaz  vasitəsilə  malın  üzərində  əks  olunmuş  ştrix-koddan  həmin  məhsulun  adını,  qiymətini 

“alaraq”  kompyuterə  ötürür  və  yekunda,  bizə  alınan  malların  çeşidi  və  qiyməti  qeyd  olunmuş 

kassa  çeki  təqdim  olunur.  Və  yaxud  geyim  dükanlarında  quraşdırılan  siqnal  aparatları  RFID 

darvazalarını xatırladır və oğurluğu aşkar edir. Lakin bizim rastlaşdığımız həmin texnologiyalar 

ştrix-kodla  eyniləşdirmə  mexanizmi  (bar-kod  texnologiyası)  olduğundan,  RFID-dən  əvvəlki 

yenilik  hesab  olunur.  Azərbaycan  kitabxanalarından  fərqli  olaraq,  dünya  kitabxanalarının 

əksəriyyəti ştrix-kodla eyniləşdirmə, radiodalğa vasitəsilə ştrix-kodu oxuma texnologiyalarından 

istifadə edib və ya etməkdədir. Kitabxanalarımızda ştrix-kodla eyniləşdirmə texnologiyalarından 

istifadənin  zəruriliyi  məsələsini  ilk  dəfə  AMEA  Mərkəzi  Elmi  Kitabxanasının  direktoru,  filo-

logiya  elmləri  doktoru  A.Əliyeva-Kəngərli  qaldırıb  [9].  Əfsuslar  olsun  ki,  yekunda  heç  bir 

kitabxanamız bu yenilikdən bəhrələnməyib. Halbuki kitabxanalarımızda istifadə edilən AKİS-lər 

buna  imkan  verir.  Məsələn,  kitabxanalarımız  IRBIS-64  AKİS-indən  istifadə  etməklə  elektron 

kataloq  yaradarkən  “Kitabın  ştrix  kodu”  bölməsini  həmişə  boş  buraxır,  əvəzində  “Kitabın 

inventar  nömrəsi”ni  daxil  edirlər.  Belə  ki,  birinci  əməliyyatı  yerinə  yetirmək  üçün  fonddakı 

bütün kitablara xüsusi ştrix-kod yapışdırılmalıdır. Kitabxanalarımız isə həmişə vaxt qıtlığını önə 

çəkib,  bunu  etməkdən  yayınıblar.  Nəzərə  alsaq  ki,  mövcud  texnologiyalara  yiyələnəndən  in-

diyədək kitabxanalarımız əks xronologiya üzrə, milli ədəbiyyatın elektron kataloqunu yaradırlar 

və elektronlaşdırma prosesi əsasən, gündəlik daxilolmaları, çox ləng şəkildə isə retrospektiv milli 

və  xarici  ədəbiyyatı  əhatə  edir,  onda  deyə  bilərik  ki,  bunlar  bəhanədir  və  kitabxanalarımız,  heç 

olmasa, yeni daxil olan ədəbiyyatı ştrix-kodla təmin edə bilərlər.  

Hazırda kitabxanalarımızda bir kitabxanaçı gün ərzində, ən yaxşı halda, 50-70 ədəbiyyatın 

elektron  kataloqunu  yarada  bilir.  Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  bu  zaman  o,  retrospektiv 

əməliyyat  aparmadığından,  başqa  sözlə,  kitabın  kartotekadakı  kartoçkasından  istifadə  edib 

elektron təsvir yaratmadığından, elektronlaşdırdığı biblioqrafik yazıları, əsasən kitabla bilavasitə 

təmasdan əldə edir. Demək, haqqında biblioqrafik məlumat toplanılan və elektron kataloqa daxil 

ediləcək nəşr, hardasa fondun bir küncündə, uzaqda deyil, kitabxanaçının bilavasitə əlindədir və 

belə  olan  halda  kitaba  ştrix-kod  yapışdırmaq  və  onun  unikal  nömrəsini  IRBIS-64  AKİS-in 

müvafiq  bölməsinə  yerləşdirmək  olduqca  asandır.  Kitabxanaçılarımız  isə  bunun  əvəzinə  köhnə 

qaydalara müvafiq olaraq, yenə də kitaba inventar nömrəsi yazırlar. İnventar nömrəsini elektron 

kataloqa  daxil  etməkdə  məqsəd,  sonradan  həmin  nəşrin  fondun  hansı  hissəsində,  hansı  şifrə  ilə 

yerləşdiyini  aşkar  etməkdir.  Bunun  nəticəsidir  ki,  hazırda  kitabxanalarımızda  oxucu-fond 

münasibətlərində  vəziyyət  dünya  standartları  baxımından  qənaətbəxş  deyil.  Belə  ki,  oxucu 

əvvəlcə  kitabxanaya  gələrək  oxu  zalındakı  kompyuter  vasitəsilə  lokal  elektron  kataloqda  və  ya 

ənənəvi  kataloqda  axtarış  aparır,  ona  lazım  olan  ədəbiyyatın  biblioqrafik  təsvirini  tapır,  həmin 

ədəbiyyatın  fondda  saxlanma  şifrəsini  özü  üçün  qeyd  edir  (bloknotuna  və  ya  vərəqə)  və  sonra 

tələbnaməyə  (yenə  də  kağızda!)  eyni  şifrəni  köçürərək  kitabxanaçıya  təqdim  edir.  Kitabxanaçı 

həmin tələbnaməni fonda ötürür. Fond işçisi kitabın inventar nömrəsi ilə onu axtarmağa başlayır. 

Hesablamalarımıza görə, müxtəlif kitabxanalarımızda hər bir oxucunun, lazımi ədəbiyyatın əldə 

olunmasına  sərf  etdiyi  vaxt  yarım  saatdan  iki  saata  qədər  uzana  bilir.  Əlbəttə,  bəzilərinə  bu 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60 

 

 



       www.jpis.az                                                                      55 

 

müddət bir qədər şişirdilmiş görünə bilər, lakin nəzərə almaq lazımdır ki, burada söhbət irihəcmli 



fondlara malik kitabxanalardan gedir.  

Demək, bu vaxta qədər kitabxanalarımızda ştrix-kod texnologiyası tətbiq edilsəydi, oxucu 

sorğularının  yerinə  yetirilməsi  zamanı  itirilmiş  vaxta  qənaət  etmək  mümkün  olardı.  İndi  isə  ki-

tabxanalarımız  ştrix-kodla  identifikasiya  sistemi  əvəzinə  yeni  nəsil  texnologiyalarla  -  RFID 

sistemləri ilə üz-üzədir və bu sistem ənənəvi ştrik-kod texnologiyasını sıradan çıxarır. 

RFID texnologiyası ştrix-kod texnologiyası ilə müqayisədə bir sıra üstünlüklərə malikdir: 

1.

 



RFID-texnologiyaları  ştrix-kod  texnologiyasından  fərqli  olaraq,  kitabxanada  kitab  ilə 

“oxuyucu  cihaz”ın  bilavasitə  təmasını  tələb  etmir.  Məlumdur  ki,  əvvəlki  tanıma  sistemləri 

kitabın  üzərindəki  ştrix-kodu  oxumaq  və  eyniləşdirmək  üçün  onunla  yaxın  təmasda  olmalı, 

“oxuyucu  cihaz”  kitabın  üzərindəki  koda  paralel  şəkildə  yaxınlaşdırılmalı  və  təsviri  dəqiqliklə, 

ultrabənövşəyi  şüa  vasitəsilə  yaddaşa  ötürməlidir.  RFID  texnologiyalarında  isə  “oxuyucu  

cihaz”la  çipin,  başqa  sözlə,  axtaran  quğru  ilə  kitabın  bir  məkanda  olması  vacib  deyil.  Belə 

çiplərin 2 növü olur: aktiv və passiv çiplər. Əgər kitaba aktiv çip yapışdırılarsa, həmin çip 10 il 

boyunca  lazımi  “axtarış  enerjisini”  qoruyub  saxlayacaq.  Çünki  aktiv  çiplərin  daxili  enerji 

mənbəyi  çox  güclü  olduğundan  və  özünü  lazımi  enerji  ilə  təmin  etdiyindən,  belə  çiplərin, 

“oxuyucu  cihaz”ın  antenindən  əlavə  qidalandırıcı  impulslar  almasına  ehtiyac  yoxdur.  Kitablara 

bu cür çiplərin yerləşdirilməsi əlverişli deyil. Əvvəla, bu tip çiplərin əldə olunması olduqca baha 

başa  gəlir  və  onlar  əsasən,  ekstremal  vəziyyətlər  üçün  (məsələn,  uzun  müddət  su  altında  qalan 

qurğuların, orbitdə gəzişən peyklərin, bəzən də yırtıcı heyvanların izlənməsi, vəziyyətlərinin öy-

rənilməsi  üçün)  istifadə  olunur.  İkincisi  isə,  aktiv  çiplərin  kitabxanada  istifadəsi  insan  orqaniz-

minə mənfi təsir göstərə bilər. Bu səbəbdən, kitabxanada passiv biblio-çiplərin istifadəsi daha -

məqsədəuyğundur. Bu cür çiplər həm ucuz başa gəlir, həm də azhəcmli əməliyyatlar üçün nəzər-

də tutulduğundan onlar vasitəsilə informasiyanı ötürmək və almaq daha sürətlə həyata keçirilir. 

2.

 



RFID  texnologiyası  ştrix-kod  sistemindən  fərqli  olaraq,  məlumata  çoxistifadəli 

yanaşmanı təmin edir.  

Əvvəlcə  aşağıdakı  misalla  ştrix-kodlu  nişanvurma  ilə  elektron  kataloq,  fond  və  oxucu 

arasındakı üçtərəfli münasibətləri nəzərdən keçirək: 



Təsəvvür  edək  ki,  kitabxana  əməkdaşı-kataloqlaşdırıcı  əvvəlki  texnologiya  (Ştrix-kodlu 

nişanvurma)  ilə,  məsələn,  prof.  Səlahəddin  Xəlilovun  Mərkəzi  Elmi  Kitabxanaya  yeni  daxil 

olmuş  “Elm  haqqında  elm”  adlı  əsərinin  elektron  kataloqunu  yaradır.  Kitabın  biblioqrafik 

təsvirini  elektronlaşdırarkən  o,  IRBIS  AKİS-in  “Kitabın  ştrix-kodu”  (876  Ştrix-kod)  adlı 

bölməsinə bir qədər əvvəl həmin kitaba yapışdırdığı ştrix-kodun unikal nömrəsini (məs., 200055) 

də  daxil  edir  və  kitabı  fonda  göndərir.  Oxucu  kitabxanaya  gələrək  elektron  kataloq  vasitəsilə 

həmin  kitaba  müraciət  etdikdə  kitabxanaçı  bu  sorğunu  yerinə  yetirmək  üçün  fonda  müraciət 

edərək,  kitabı  məhz  ştrix-kod  vasitəsilə  axtarır  və  tapır.  Daha  sonra  kitabı  ştrix-kodu  oxuyan 

xüsusi  cihaza  yaxınlaşdırmaqla  onun  haqqında  məlumatı  oxucu  biletinə  köçürür  və  kitabı 

oxucuya  verir.  Bir  qədər  sonra  kitaba  başqa  oxucu  da  müraciət  edərsə,  bu  dəfə  kitabxanaçı 

sistemdə qeyd olunmuş ştrix-kod vasitəsilə kitabın əldə (yəni başqa oxucuda) olduğunu görür. 

Beləliklə, elektron kataloqu ştrix-kod texnologiyası ilə uzlaşdıran kitabxanaçı kitabın əldə 

olub-olmamasını,  hansı  oxucuda  olmasını,  həmin  kitaba  müraciətlərin  statistikasını,  kitab 

haqqında müfəssəl məlumatı tez bir zamanda, avtomatik olaraq (kitabla, xüsusi cihazın yaxından 

təması vasitəsilə) əldə edir.  

Bu,  ştrix-kod  texnologiyasının  kitabxanalara  verdiyi  əsas  üstünlüklərin  məcmusudur  və 

bundan artığına nail olmaq mümkün deyil.  

İndi isə eyni vəziyyəti RFID texnologiyasının tətbiqi fonunda nəzərdən keçirək: 



Kataloqlaşdırıcı  eyniadlı  əsərin  elektron  kataloqunu  yaradarkən  “Kitabın  RFID  kodu” 

adlı  bölməyə  (biz  ümid  edirik  ki,  kitabxanalarımızın  istifadə  etdikləri  sistemlər  tezliklə  belə  bir 

modulla  təmin  olunacaqlar)  bir  qədər  əvvəl  kitaba  yapışdırdığı  RFID-çipin  unikal  nömrəsini 

(məs.,  200055)  də  daxil  edir  və  kitabı  fonda  göndərir.  Oxucu  müraciəti  zamanı  kitabxanaçı 


İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60  

 

56                                                                  www.jpis.az 



 

sorğunu  təmin  etmək  üçün  bu  dəfə  də  fonda  müraciət  edir.  Lakin  indi  o,  vizual  axtarış 

aparmadan,  yəni  kitabın  fiziki  axtarışını  həyata  keçirmədən  “oxuyucu  cihaz”  vasitəsilə  uzaq 

məsafədən  kitabın  yerini  müəyyən  edir  və  vaxt  itkisinin  qarşısını  alır.  Kitabxanaçı  bu  yolla 

oxucuya  lazım  olan  başqa  əsərləri  də  eyni  vaxtda  tapa  bilir.  Ştrix-koddan  fərqli  olaraq,  RFID-

çip  sərbəst  şəkildə  informasiya  daşıya  bilir.  Yəni  oxucuda  və  ya  rəfdə  olmasından  asılı 

olmayaraq,  kitabxanaçı  istənilən  məsafədən  kitabın  çipinə  məlumat  daxil  edə  və  ya  məlumatı 

redaktə  edə  bilər.  Təsəvvür  edək  ki,  RFID  nişanlı  kitab  əldədir  və  kitabxanaçı  həmin  kitabın 

elektron  kataloquna  yeni  məlumat  daxil  edir  (məsələn,  professorun  əsərinin  hər  hansı  bir 

mükafata layiq görüldüyü və ya əsərin ikinci cildinin kitabxanaya daxil olması barədə və s.). Bu 

zaman kitabxanaçı kitab haqqında elektron kataloqa və müəllifin nüfuz faylına həmin yenilikləri 

daxil  edərkən,  avtomatik  olaraq  məlumatları  kitabın  çipinə  də  yükləyə  bilir.  Başqa  sözlə,  ştrix-

kod texnologiyasından fərqli olaraq, RFID nişanlı kitabı məsafədən “idarə etmək” mümkünləşir. 

Beləliklə, RFID nişanlı kitab sərbəst şəkildə həm də elektron kataloqa çevrilir. Bu isə o deməkdir 

ki, kitab haqqında informasiyanı, o cümlədən kitabın yerini, oxunma tarixçəsini, xüsusiyyətlərini 

kitabxanada bütün avtomatlaşdırılmış sistemin fəaliyyəti dayanarsa, elektron kataloq sistemində 

problem yaranarsa, kitabxanada elektrik enerjisi olmazsa, kitab uzaq məsafədə olarsa, “oxuyucu 

cihaz” vasitəsilə müəyyən etmək mümkündür. 

Misallardan  aydın  görünür  ki,  müasir  kitabxanaların  RFID  texnologiyaları  əsasında 

işləməsi,  elektron  kataloqla  bu  sistemin  uzlaşdırılması  daha  məqsədəuyğundur  və  kitabxana-

larımızda bu texnologiyaların tətbiqi ümumi işin xeyrinə olar. 



Veb-kataloq  sisteminin  elektron  sənədlərin  göndərilməsi  mexanizmi  ilə  təchiz  edilməsi 

məsələsi 

Bu  məsələ,  ilk  növbədə,  kitabxananın  bilavasitə  öz  oxucu  kontingentinə  xidmət  işini 

təkmilləşdirmək  məqsədi  daşısa  da,  toplu  elektron  kataloqdan  istifadə  edəcək  bütün  oxucu 

qruplarına  (hansı  kitabxananın  üzvü  olmasından  asılı  olmayaraq)  şamil  edilməlidir. 

Ümumiyyətlə,  elektron  sənəd  (informasiya  sistemində  istifadə  üçün  elektron  formada  təqdim 

edilən  sənəd)  təqdimat  formasına  görə  iki  formaya  -  daxili  və  xarici  təqdimat  formalarına 

bölünür.  Elektron  sənədin  informasiya  daşıyıcısında  (CD,  Fləş  yaddaş  qurğusu  və  s.)  yazılmış 

şəkli  onun  daxili  təqdimat  formasıdır.  Elektron  sənədin  informasiya  daşıyıcısından  fərqli  digər 

maddi  obyektdə  (displeydə,  kağızda  və  s.),  əyani  qavranılan  (vizual)  şəkildə  əks  etdirilməsi  isə 

onun  xarici  təqdimat  formasıdır.  Əlbəttə,  hələlik  elektron  sənədlərin  daxili  təqdimat  forması 

kitabxana  işi  sahəsində  öz  aktuallığını  tam  itirməyib.  Lakin  informasiya  cəmiyyətinin  tələbləri 

oxucu ilə kitabxana arasındakı fiziki əlaqələri minimuma endirməyi şərtdləndirdiyindən, bu növ 

təqdimatdan  çox  nadir  hallarda  istifadə  olunur.  Məsələn,  oxucu  kitabxanaya  gəlir  və  onu 

maraqlandıran  ədəbiyyatın  elektron  variantını  fləş  yaddaş  qurğusuna  köçürərək  tələbini  ödəyir. 

Bu,  qabaqcıl  təcrübədə  çox  az  istifadə  olunan  metoddur.  Elektron  sənədin  xarici  təqdimat 

forması  isə  müasir  kitabxana  işinin  tələblərinə  tam  cavab  verir.  Tutaq  ki,  AMEA  MEK-in 

Naxçıvan  Dövlət  Universitetində  müəllim  kimi  çalışan  bir  oxucusu  kitabxanada  fəaliyyət 

göstərən  “Azərbaycan  dövlətçiliyi  və  Heydər  Əliyev  kitabxanası”nın  fondu  ilə  tanış  olmaq 

istəyir və: 

1.

 



Ə

nənəvi  formada  -  (Bakıya)  kitabxanaya  gələrək  fondda  axtarış  aparır.  Ona  lazım  olan 

ədəbiyyatı əldə edib-etməməsindən asılı olmayaraq vaxt və maliyyə vəsaiti itirir.  



2.

 

Müasir formada İnternet vasitəsilə kitabxananın elektron kataloquna daxil olub, lazımi 

ədəbiyyatın fondda olub-olmadığını yoxladıqdan sonra kitabxanaya (Bakıya) gələrək ədəbiyyatı 

əldə edir. Birinci variantdan fərqli olaraq, tələbini ödəyəcəyinə əmin olduqdan sonra da vaxt və 

maliyyə vəsaiti itirir. 



3.

 

Ə

n  müasir  formada  -  İnternet  vasitəsilə  kitabxananın  elektron  kataloquna  daxil  olub 

lazımi ədəbiyyatı tapdıqdan sonra onun elektron variantını elektron poçt və ya xüsusi hiperkeçid 

vasitəsilə  əldə  edir  (Bakıya  gəlmədən).  Əvvəlki  variantlardan  fərqli  olaraq,  o,  nə  vaxt,  nə  də 



İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60 

 

 



       www.jpis.az                                                                      57 

 

maliyyə  itkisi  ilə  üzləşir.  Lakin  bu  məqamda  başqa  bir  sual  ortaya  çıxır:  bəs  “Azərbaycan 



dövlətçiliyi və Heydər Əliyev kitabxanası”nda oxucuya lazım olan ədəbiyyat yoxdursa, onda nə 

etməli? Bu halda, yenidən ədəbiyyatın axtarışını ənənəvi üsulla, əvvəlkindən daha çox vaxt itkisi 

ilə,  ayrı-ayrı  kitabxanaların  fondlarına  müraciət  etməklə  axtarıb  əldə  etmək  lazım  gələcək. 

Demək, oxucuya ən təkmil xidmət növü 3-cü formada da həyata keçirilə bilməz.  

4.

 

Təklif etdiyimiz formada isə respublika kitab fondlarını özündə cəmləyən Milli Elektron 



Kitabxana  yaradılır  və  ölkə  üzrə  vahid,  milli  toplu  elektron  kataloq  məhz  həmin  kitabxananın 

biblioqrafik təsvirini əks etdirir. Eyni zamanda, xarici elektron toplu kataloqlar (məsələn, OCLC 

kimi)  milli  toplu  kataloqumuza  inteqrasiya  olunur  (və  əksinə).  Belə  olan  təqdirdə,  oxucu  vaxt 

itirmədən, zamanından və məkanından  asılı olmayaraq, mənbənin hansı şəhərdə, hansı kitabxa-

nada yerləşməsini problemə çevirmədən ona lazım olan ədəbiyyatı əldə edə bilər.  

Elektron kataloqun əlyetərlilik səviyyəsini yüksəltmək üçün 3G və Web 3.0 texnologiyaları 

Müasir  informasiya  texnologiyalarının  sürətlə  inkişaf  etdiyi  bir  dövrdə  elektron  kataloqa 

əlyetərliliyin  artırılması  üçün  ən  son  texnologiyalardan  istifadə  etmək  zəruridir.  Fikrimizcə,  bu 

gün  mobil  rabitədə  istifadə  olunan  müasir  3G  texnologiyası  elektron  kataloqa  əlyetərlilik  vasi-

tələrindən  biri  kimi  nəzərdən  keçirilə  bilər.  Üçüncü  nəsil  mobil  kommunikasiya  texnologiyası 

olan  3G  (ing.  “Third  Generation”)  yüksəksürətli  İnternet  və  məlumatın  ötürülməsi  üçün  kanal 

rolunu  oynayan  radiorabitə  texnologiyalarının  məcmusundan  ibarət  bir  xidmət  növüdür.  Bu 

mobil  rabitə  paket  məlumatlarının  ötürülməsi  üzərində  qurulub.  Bu  tip  şəbəkələr  desimetrlik 

tezlik (adətən, 2Ghz ətrafında) diapazonunda işləyir. 3G şəbəkəsi mobil telefonda video-konfrans 

yaratmaq, kino və TV verilişləri izləmək və s. kimi imkanları yaratdığı kimi, ümumiyyətlə, mo-

bil  rabitədə  yüksək  səviyyəli  interaktivliyi  də  təmin  edir.    Belə  bir  texnologiyanı  kitabxana 

işində,  xüsusən  də,  veb-kataloqa  giriş,  ondan  istifadə  prosesində  tətbiq  etmək  kitabxananın 

istifadəçiləri  üçün  çox  geniş  imkanlar  açar.  Hələlik  dünyanın  heç  bir  kitabxanasında  bu  mövzu 

aktual  olmasa  da,  bu  barədə  danışılmasa  da,  düşünürük  ki,  kitabxanalar,  başqa  sözlə,  iri 

informasiya massivlərini mühafizə edən, istifadəçiyə çatdıran mərkəzlər, ən yaxın gələcəkdə bu 

yüksək texnologiyanın üstünlüklərindən yararlanacaqlar. Məsələn, təsəvvür edək ki, nəqliyyatda 

hərəkət  edən və  ya portativ kompyuteri  yanında  olmayan istifadəçi öz mobil telefonu vasitəsilə 

hər hansı bir kitabxanada ona lazım olan informasiyanın olub-olmamasını öyrənmək istəyir. Şərti 

olaraq  istifadəçinin  müraciət  etdiyi  informasiya  mərkəzi  kimi  -  Bakı  Müsiqi  Akademiyasının 

kitabxanasını,  daha  dəqiq,  kitabxanın  fonoteka  bölməsini  götürək  və  bu  zaman  meydana  gələn 

tələb-təklifin mümkün ardıcıllığına baxaq: 

İstifadəçi  3G  texnologiyasını  dəstəkləyən  mobil  telefonundan  (İnternet  vasitəsilə)  Bakı 

Müsiqi  Akademiyasının  kitabxanasının  veb-kataloquna  daxil  olur  və  məsələn,  1965-ci  ildə 

Moskvada  nəşr  olunmuş  "Песня  и  музыка  Азербайджана»  (Azərbaycan  mahnısı  və  musiqisi) 

adlı  kitabı  axtarır.  Kitabın  kitabxanada  olduğunu  müəyyən  edən  istifadəçiyə  məlum  olur  ki, 

nəşrin elektron biblioqrafik təsvirindəki açar sözlərdən biri də “Cabbar Qaryağdıoğlu”dur. Bu isə 

o  deməkdir  ki,  istifadəçi  görkəmli  Azərbaycan  bəstəkarı,  xanəndəsi,  musiqi  xadimi  Cabbar 

Qaryağdıoğlu haqqında əlavə məlumat əldə edə biləcək. Beləliklə, istifadəçi 3G texnologiyasının 

köməyi ilə (yüksək sürətli İnternet vasitəsilə) ona lazım olan kitabı mobil telefonunun yaddaşına 

köçürmək və üstəlik, xarici keçid vasitəsilə Cabbar Qaryağdıoğlunun nüfuz faylına daxil olmaq 

imkanı əldə edir.  Həmin kitabda qeyd olunub ki, Azərbaycan xanəndəlik sənətinin ən  görkəmli 

nümayəndələrindən  biri  olan  Cabbar  Qaryağdıoğlu  hələ  1906-cı  ildə  Varşavada  konsert  verib. 

(Təqdirəlayiqdir  ki,  xanəndə  bu  konsertdən  topladığı  pul  vəsaitini  Zaqafqaziyanın  müsəlman 

tələbələrinə  paylayıb  –  müəllif).  Ən  maraqlısı  və  bəlkə  də  ən  əsası  budur  ki,  mobil  telefonu 

vasitəsilə  kitabxananın  elektron  kataloquna  daxil  olan  istifadəçi  lazımi  ədəbiyyatı  kitabxanaya 

getmədən əldə etməklə  yanaşı, həm də Varşava konsertinin Bakı Müsiqi Akademiyasının fono-

tekasında mühafizə edilən lent yazısını dinləmək, videogörüntüsünü izləmək imkanı qazanır.   



İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60  

 

58                                                                  www.jpis.az 



 

Göstərdiyimiz  misaldan  aydın  görünür  ki,  3G  texnologiyasından  elektron  kataloqa 

əlyetərlilik  vasitəsi  kimi  istifadə  olunmasının  üstünlükləri  kifayət  qədərdir.    2012-ci  ildən 

etibarən  Azərbaycanın  mobil  rabitə  seqmentində  3G  texnologiyasından  istifadə  olunmağa 

başlanıldığından,  artıq  bu  tip  texnologiyaların  istismarı  deyil,  məhz  kitabxana  işi  sahəsində 

tətbiqi  yeniliyin  əsas  məzmununu  təşkil  edir.    Başqa  sözlə,  milli  İnternet  seqmenti  və  rabitə 

sektoru  texnoloji  baxımdan  təklif  etdiyimiz  xidmət  növünün  göstərilməsinə  tam  hazırdır.  Qarşı 

tərəfin,  yəni  kitabxanaların  öz  oxucularına  3G  texnologiyaları  vasitəsilə  xidmət  göstərə  bilməsi 

üçün bir çox texniki məsələlərin həll olunması gərəkdir.  

Oxucuların  elektron  kataloqla  işini  rahatlaşdırmaq  və  eyni  zamanda,  elektron  kataloqun 

keyfiyyət  göstəricilərini  yaxşılaşdırmaq  baxımından  vacib  olan  texnologiyalardan  biri  də  Web 

3.0 platformasıdır.  İndiki şəraitdə müasir Azərbaycan kitabxanaları üçün Web 1.0 texnologiyası 

tanış olsa da, sonrakı nəsil şəbəkə platformaları istifadə etmədiyimiz yeniliklərdir. İnternet saytı 

olan  və  həmin  sayt  vasitəsilə  veb-kataloqu  oxucularının  ixtiyarına  verən  hər  bir  kitabxanamız, 

demək  olar  ki,  Web  1.0  texnologiyasının  bütün  üstünlüklərindən  istifadə  edir.  Web  1.0 

texnologiyasının  şərtlərinə  uyğun  olaraq  kontenti  (informasiyanı,  mətni  və  s)  onu  hazırlayan 

tərəf təqdim edir. Yəni kitabxana elektron kataloqunu hazırlayıb, oxucusunun ixtiyarına verir. Bu 

prosesi  şərh  etməyə  ehtiyac  görmürük.  Daha  sonrakı  texnologiya  sayılan  Web  2.0  vasitəsilə 

oxucular  da  informasiya  təklif  edən  tərəfə  çevrilə  bilirlər.  Lakin  bu  zaman  məlumatların  idarə 

olunmasına  nəzarəti  yenə  də  kitabxanalar  həyata  keçirir.  Bu  halda  oxucu  kitabxananın  veb-

kataloqunda hər hansı bir yanlışlığa rast gələrsə, onu düzəltmək imkanına malik olur. Həmin dü-

zəliş kitabxanaçı tərəfindən qəbul və təsdiq olunandan sonra veb-kataloqda öz əksini tapır. Web 

3.0  texnologiyası  isə  kitabxanaçının  elektronlaşdırma  prosesinə  müdaxiləsini  tələb  etmir  və 

oxuculara  tam  səlahiyyət  verir.    Bu  səlahiyyətdən  istifadə  edən  hər  hansı  bir  oxucu-müəllif 

müstəqil şəkildə, məsələn, öz kitabını kitabxananın elektron bazasına yerləşdirə və onun elektron 

kataloqunu  yarada  bilər  (əvvəlcədən  müəyyən  edilmiş  parametrlər  üzrə).  Bu  isə  kitabxananın 

işinin  asanlaşmasına,  elektronlaşdırma  prosesinin  sürətlənməsinə,  maliyyə  vəsaitinə  qənaət 

olunmasına şərait yaradar. 



Elektron kataloq sisteminin təhlükəsizlik məsələləri  

Elektron  kataloq  sisteminin  təhlükəsizliyi  informasiya  təhlükəsizliyi  məsələsinin  tərkib 

hissəsi  kimi  çox  ciddi  aktuallıq  kəsb  edir.    İnternet  məkanında  günbəgün  artan  kibertəhlükə, 

kibercinayət halları digər İnternet resursları kimi, kitabxanaların da veb-kataloquna ciddi təhdid 

hesab olunur.  Bu kimi  hallara qarşı  önləyici tədbirlər görülməli, kitabxananın elektron kataloqu 

sanksiyalaşdırılmamış 

müdaxilədən 

qorunmalıdır. 

Hər 

bir 


kitabxanada 

informasiya 

təhlükəsizliyinin  qorunması,  kiber-hücumlara  qarşı  dayanıqlı  sistemin  qurulması  üçün,  texniki-

texnoloji, maliyyə və kadr resursları qaydasına salınmalıdır.  

Son dövrlərdə milli İnternet seqmentinə kiber-hücumların artması, dövlət saytlarının, eləcə 

də  kitabxanaların,  elektron  informasiya  resurslarının  hazırlanmasına  qarşı  sərt  tələblərin  qoyul-

masını  zəruri  edir  [10].  Belə  saytları    təftiş  edəcək  ciddi  audit  sisteminin  yaradılmasına, 

kibercinayətkarlıqla  bağlı  dövlət  qurumlarının  səlahiyyətlərinin  konkretləşməsinə,  təkcə 

nazirliklərin  deyil,  bütün  dövlət  qurumlarının,  o  cümlədən,  kitabxanaların  saytlarının,  veb-

kataloqlarının vahid, təhlükəsiz serverdə saxlanılmasına olan ehtiyacı artırır. 



Nitqin  tanınması  və  mətnin  nitqə  çevrilməsi  sistemi  ilə  elektron  kataloqun  yaradılması  və 

istifadəsi işinin uzlaşdırılması 

Müasir  dövrdə  elektron  kataloqların  yaradılması  işində  nitqin  tanınması  sistemindən 

faydalanmaqla müvafiq prosesin xeyli sürətlənməsinə nail olmaq mümkündür. Nitqin tanınması 

sistemi dedikdə, mikrofona deyilmiş nitqi kompyuterdə yazıya çevirən proqram nəzərdə tutulur. 

Belə sistemlər kompyuterlərin, avtomobillərin, robotların və digər qurğuların (məsələn, məişətdə 

istifadə  edilən  qurğuların)  Azərbaycan  dilində  daha  təbii  və  asan  yolla  -  nitq  vasitəsilə  idarə 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60 

 

 



       www.jpis.az                                                                      59 

 

olunmasını  təmin  edə  bilər.  Bununla  yanaşı,  nitqin  tanınması  sistemindən  elektron  kataloqun 



yaradılması işində də tam səmərəli şəkildə yararlanmaq olar.  

Aydın  məsələdir  ki,  biblioqrafik  yazının  əl  üsulu  ilə,  yəni  klaviaturanın  köməyi  ilə  AKİS 

Sisteminə  daxil  edilməsi  nitqin  tanınması  sistemi  ilə  daxiletmədən  qat-qat  çox  vaxt  tələb  edən 

prosesdir.  Kataloqlaşdırıcı  biblioqrafik  yazını  üzündən  oxumaqla    nitqin  tanınması  sistemi  va-

sitəsilə elektron kataloqa daha sürətlə daxil edə bilər. Əgər bir biblioqrafik yazının klaviatura ilə 

elektronlaşdırılması  üçün  orta  hesabla  2-4  dəqiqə  vaxt  sərf  olunursa,  nitqin  tanınması  sistemi 

vasitəsilə  bunu  30-40  saniyə  ərzində  yerinə  yetirmək  mümkündür.  Bu  isə  öz  növbəsində, 

təklifimizin  səmərəliliyinə  dəlalət  edir.  Yaxın  gələcəkdə  Azərbaycan  kitabxanalarında  elektron 

kataloqların  nitqin  tanınması  sistemi  vasitəsilə  yaradılması  işinə  başlanıla  bilər.  Belə  ki,  artıq 

bunun üçün Rabitə və  İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyilə “Dilmanc” adlı nitqin 

tanınması sistemi yaradılır. “Dilmanc” nitqin tanınması sistemi Azərbaycan dili üçün ilk belə bir 

sistemidir.  Yaradılmaqda  olan  bu  sistem  maşın  tərcüməsi  sisteminin  tərkib  hissəsi  olmaqla 

yanaşı,  həmçinin  digər  proqramlara  da  mətni  mikrofon  vasitəsilə  daxil  etməyə  imkan  verəcək. 

Lakin Azərbaycan dilinin morfoloji cəhətdən zəngin olması - bir söz kökünə şəkilçilər artırmaqla 

çoxlu sayda sözlər düzəltməyin mümkünlüyü - nitqin tanınması sistemlərinin yaradılmasında bir 

sıra  çətinliklər  yaradır.  Şübhəsiz  ki,  sistemin  tam  şəkildə  fəaliyyətə  başlaması  daha  dərin  elmi 

araşdırma,  elmi  analiz  tələb  edir.  Bütün  bunlara  baxmayaraq,  artıq  sistemin  pilot  variantı  elmi 

ictimaiyyətin,  dilçilərin,  filoloqların,  texnoloqların,  kitabxanaçı  və  tərcüməçilərin  müzakirəsinə 

verilib.  

Nitqin  tanınması  sisteminin  mövcudluğu  gələcəkdə  nitqin  digər  nitqə  sinxron  tərcüməsi 

sisteminin yaradılmasına da imkan verəcək. Belə ki, mikrofona deyilmiş mətn avtomatik yazıya 

çevrilərək  maşın  tərcüməsi  proqramına  ötürüləcək.  Proqram  mətni  tərcümə  etdikdən  sonra  isə 

mətnin  səsləndirilməsi  (yazılı  mətnin  nitqə  çevrilməsi)  sistemi  vasitəsilə  yenidən  nitqə 

çevriləcək.  Əgər  Azərbaycan  kitabxanalarında  yazılı  mətni  nitqə  çevirən  sistemlər  də  tətbiq 

olunarsa,  bu  bir  sıra  problərin  həllinə  yol  açar.  Xüsusilə,  marqinal  oxucu  qruplarının  -  görmə 

qabiliyyəti olmayan və ya məhdud olan oxucuların kitabxanalardan istifadə edə bilməsi (elektron 

kataloqa müraciət etməsi) reallığa çevrilə bilər. 

Bu  sahədə  millət  vəkili  Mehriban  xanım  Əliyevanın  rəhbərliyi  ilə  Heydər  Əliyev  Fondu 

ciddi  işlər  görür  və  uğurlu  nəticələr  əldə  edir.  Məhz  bu  Fondun  təşəbbüsü  ilə  gözdən  əlil  olan 

oxuculara,  Brayl  əlifbası  ilə  yeni  tipli  klaviatura  və  nəşrlər  təqdim  olunur,  görüntünü  dəfələrlə 

böyüdən xüsusi qurğular vasitəsilə mütaliə şəraiti yaradılır. Bu işlər həm gərgin əmək, həm çox 

vaxt,  həm  də  külli  miqdarda  maliyyə  vəsaiti  tələb  edir.  Haqqında  danışdığımız  sistem 

yaradılarsa,  yəni  mətni  nitqə  çevirən  proqamımız  olarsa,  biz  görmə  qabiliyyətini  itirmiş 

oxucularımıza daha çevik və daha geniş şəkildə xidmət göstərə bilərik. Təsəvvür edək ki, görmə 

qabiliyyətini itirmiş oxucu kitabxanaya gəlmək və yeni kitab “oxumaq” istəyir. İndiki şəraitimiz 

buna imkan vermir. Əgər dediyimiz şəraiti  yarada bilsək, həmin oxucu kitabxanaya gələr, nitqi 



yazıya çevirən sistem vasitəsilə elektron kataloqa müraciət edər (kitabın adını mikrafona demək 

kifayətdir)  və  nəticəni  (tapılmış  elektron  təsviri)  yazını  nitqə  çevirən  sistem  vasitəsilə  eşidə 

bilər.  Bununla  da,  həmin  oxucunun  sonradan  istənilən  kitaba  qulaq  asmaq  imkanı  yaranar 

(əvvəlcədən mikrofon vasitəsilə kitablar sistemin yaddaşına “oxunubsa”). 



Nəticə 

Beləliklə,  təklif  olunan  yeniliklər  tətbiq  olunarsa,  Azərbaycan  kitabxanalarının  elektron 

kataloquna  əlyetərliliyin  səviyyəsi  yüksələcək,  oxuculara  göstərilən  effektiv  informasiya 

xidmətinin  keyfiyyəti  artacaq,  kitabxanalararası  intellektual  informasiya  mübadiləsi  və  elmi 

kommunikasiya  imkanları  genişlənəcək,  milli  kitab  fondlarının  elektronlaşdırılması  və  idarə 

olunması asanlaşacaq.   

 

 



İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60  

 

60                                                                  www.jpis.az 



 

Ə

dəbiyyat 

 

1.

 



“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı 

üzrə Dövlət Proqramı”. Bakı:  2008. 

2.

 

Jafarov  J.A.  Next-generation  catalogues  and  automated  library-information  systems  in 



Azerbaijani  libraries  //  Energy  education  science  and  technology  (Part  B).  Social  and 

Educational Studies (ISI Thomson, SCI), 2012, Vol. 4, № 4, pp. 2457-2462.  

3.

 

Мамбеталиев  К.К.  «КАБИС»  -  Казахская  автоматизированная  библиотечно-инфор-



мационная система // Кітапхана, 2010, № 2-3, С.51-54.  

4.

 



Каримов  У.Ф.  Автоматизированная  информационно-библиотечная  система  «KAR-

MAT-M»  /  Материалы  16-й  междунар.  конф.  Крым.  Библиотеки  и  информационные 

ресурсы в современном мире науки, культуры, образования и бизнеса. Крым: 2009,  с. 

162-167. 

5.

 

Dobreva M. Making the Most of RFID in Libraries // Library Review, 2010, Vol. 59. Iss. 4, 



pp. 310 -311.     

6.

 



Əliquliyev  R.M.,  Mahmudov  R.Ş. Əşyaların  İnterneti,  Ekspress  informasiya,  İnformasiya 

cəmiyyəti seriyası,  Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2012, 48 s. 

7.

 

Hacking  Exposed  Linux:  Linux  Security  Secrets  &  Solutions  (third  ed.).  Ottawa:  McGraw-



Hill Osborne Media, 2008, pp. 298. 

8.

 



Бхуптани  М.,  Морадпур  Ш.  RFID-технологии  на  службе  вашего  бизнеса.  Москва: 

Альпина Паблишер, 2007, 290 с. 

9.

 

Əliyeva-Kəngərli A. Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar. Bakı: 



Elm, 2007, 394 s. 

10.


 

Əliquliyev  R.M.,  İmamverdiyev  Y.N.  E-dövlətin  informasiya  təhlükəsizliyi:  aktual  tədqiqat 

istiqamətləri // İnformasiya cəmiyyəti problemləri, 2010, № 1, s. 3-13. 

 

УДК



 

025:004

 

 

Джафаров

 Джавид А. 

Центральная Научная Библиотека НАНА, Баку, Азербайджан 

cavid@lit.az 

Перспективы

 развития электронных каталогов в  азербайджанских библиотеках 

В  статье  рассматриваются  некоторые  концептуальные  вопросы  совершенствования 

электронного  каталога  и  повышения  уровня  доступа  к  e-каталогу  в  азербайджанских 

библиотеках.  Обосновывается  необходимость  внедрения  таких  новых  технологий,  как 

RFID,  3G  и  Web  3.0,  в  библиотечное  дело.  Предлагается  создать  Национальную 

Автоматизированную  Библиотечно-Информационную  Систему  (НАБИС)  и  внедрить 

технологию распознавания речи в процесс e-каталогизации.   

Ключевые

 слова: электронный каталог, e-библиотека, НАБИС, RFID, 3G, Web 3.0. 

 

Javid A. Jafarov   

Central Scientific Library of ANAS, Baku, Azerbaijan 

cavid@lit.az 



Prospects for the development of electronic catalogs in Azerbaijani libraries 

Some conceptual issues to develop the electronic catalogue, and to improve the access to e-cata-

logue  in  Azerbaijan  libraries  are  described  in  the  article.  The  necessity  of  introducing  new 

technologies  such  as  RFID,  3G  and  Web  3.0  in  library  work  is  described.  Establishment  of 

National  Automated  Library-Information  System  (NALIS)  and  introduction  of  speech 

identification technologies to e-catalogue are proposed. 



Keywords: Electronic catalogue, e-library, NALIS, RFID, 3G, Web 3.0. 

 

Yüklə 162,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə