49. Abş D. Eyzenhauerin prezidentliyi dövründə (1952-1960-cı illər). 1952-ci ilin noyabrında keçirilən prezident seçkilərində Avropada müharibə dövründə Abş qoşunlarının baş komandanı olmuş, «Overlord»


ABŞ Bill Klintonun prezidentliyi dövründə (1992-2000-ci illər)



Yüklə 29,84 Kb.
səhifə7/7
tarix31.05.2022
ölçüsü29,84 Kb.
#88438
1   2   3   4   5   6   7
Türkan 49-54 imtahan sualları.

ABŞ Bill Klintonun prezidentliyi dövründə (1992-2000-ci illər). 1992-ci ildə keçirilən prezident seçkilərində demokratlar təşəbbüsü ələ aldılar. 1946-cı ildə anadan olmuş, «Amerikaya yeni dəyişikliklər lazımdır» şüarı altında prezident seçkilərinə qoşulan Arkanzas ştatının qubernatoru Bill Klinton bu vəzifəyə seçildi. Bill Klinton hakimiyyətə gəldikdən sonra bildirdi ki, o nə respublikaçıların, nə də demokratların yeritdiyi siyasəti müdafiə etməyəcəkdir. O, ikisinin də müsbət cəhətlərini götürüb «üçüncü yol» siyasətini həyata keçirəcəyini bildirdi. Bill Klinton hakimiyyətə gələndə ABŞ-da 300 milyard dollar büdcə kəsiri var idi. O hakimiyyətə gəldikdən sonra dərhal sosial xərclərin artırılmasını təmin etdi. Klintonun ən başlıca məqsədlərindən biri beynəlxalq aləmdə ABŞ-ın liderlik mövqeyini təmin etmək üçün ABŞ iqtisadiyyatının çiçəklənməsini və daxili sabitliyi təmin etmək idi. Bunun üçün o, sərbəst rəqabətin olmasını başlıca vasitə hesab edirdi. Klinton inzibati idarəsi əvvəl iqtisadiyyatı sabitləşdirmək, sonra isə onun inkişafını təmin etməyə müvəffəq oldu. Bütün bunlar B.Klintona imkan verdi ki, 1996-cı il prezident seçkilərində də qalib gəlsin.
Öz prezidentliyi dövründə o, sosial təminat sahəsində islahatlar keçirmək xəttini götürdü. Onun dövründə ABŞ əhalisinin həyat səviyyəsi yüksəldi. Hərbi xərclər xeyli ixtisar edildi. Klintonun dövründə federal büdcənin 1/3 hissəsi elmin inkişafına ayrılmışdı. 1999-cu ildə isə ABŞ tarixində ilk dəfə olaraq kəsirsiz büdcəyə nail olundu.
Bill Klinton öz xarici siyasətində liberal mövqe tutdu. Klinton inzibati idarəsinin xarici siyasət strategiyası ABŞ üçün «dünya lideri» rolunu saxlamağa yönəldilmişdi. 1994-cü ildə ABŞ-ın təşəbbüsü ilə «Amerika azad ticarət zonasının təşkili » haqqında qərar qəbul edildi. ABŞ-ın Asiya-Sakit okean regionu ölkələri ilə iqtisadi əməkdaşlıqda fəal iştirakı təmin edildi. Yeni «Avroatlantik bazarı»nın təşkili haqqında plan işə başladı. NATO-nun Şərqə doğru genişlənməsi məsələsində ABŞ Rusiyaya güzəştə getməli oldu. 1997-ci ildə ABŞ-Rusiya danışıqlarında ABŞ öhdəsinə götürdü ki, Polşa, Çexiya, Macarıstan NATO-ya qəbul olunsa da, həmin dövlətlərin ərazisində ABŞ-ın hərbi bazaları yaradılmayacaqdır.
Bill Klinton Yuqoslaviya ilə əlaqədar 1995-ci ildə münasibətlərin sahmana salınmasına və Deyton müqaviləsinin (1995-ci il dekabr) bağlanılmasına nail oldu. Yaxın və Orta Şərq məsələsində 1996-cı ildə Oslo müqaviləsi əsasında Fələstinə muxtariyyat verildi. ABŞ 1990-cı illərdə SSRİ-dən ayrılmış Pribaltika respublikalarında öz nüfuzunu gücləndirməyə xüsusi səy göstərdi. 1997-ci ildən ABŞ ATƏT-in Qarabağ məsələsini nizama salmaq üçün hələ 1992-ci ildə təşkil etdiyi Minsk qrupunun həmsədrlərindən biri oldu. Amerika-Azərbaycan münasibətləri haqqında birgə bəyanat adlanan sənədi B.Klintonla Azərbaycan prezidenti H.Əliyev bu dövrdə imzaladılar. Bu sənəd iki ölkə arasındakı münasibətlərin prinsip və gələcək istiqamətlərini göstərirdi.
1998-ci ildə ABŞ yenidən İraqa qarşı möqeyində sərtləşdi. Belə ki, ABŞ İraqı kimyəvi silahlar istehsalında günahlandırmağa başladı. Lakin Bill Klinton vəziyyəti müharibə həddinə gətirmədi. 1999-cu ilin payızında ATƏT-in İstanbul sammitində ABŞ Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin çəkilməsi haqqında sazişi bəyəndi. Klintonun dövründə ABŞ-ın demokratiya və azad bazar iqtisadiyyatı konsepsiyası bütün dünyada qəbul edildi. İqtisadi amirlik metodllarından əl çəkildi, informasiya mübadiləsi artdı, azad bazarla demokratiyanın yanaşı addımladığı yeni şərait yaranmış oldu. Bill Klinton İkinci cahan müharibəsindən sonrakı dövrdə ABŞ-ın ən ağıllı prezidenti kimi tarixə düşdü.
Yüklə 29,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə