49. Abş D. Eyzenhauerin prezidentliyi dövründə (1952-1960-cı illər). 1952-ci ilin noyabrında keçirilən prezident seçkilərində Avropada müharibə dövründə Abş qoşunlarının baş komandanı olmuş, «Overlord»


ABŞ Corc Buşun prezidntliyi dövründə (1988-1992-ci illər)



Yüklə 29,84 Kb.
səhifə6/7
tarix31.05.2022
ölçüsü29,84 Kb.
#88438
1   2   3   4   5   6   7
Türkan 49-54 imtahan sualları.

54. ABŞ Corc Buşun prezidntliyi dövründə (1988-1992-ci illər). 1988-ci ilin prezident seçkilərində Amerika xalqı öz sevimli prezidenti olan Ronald Reyqanla vidalaşmalı oldu. Onun dövründə vitse-prezident olan Corc Buş prezident seçildi. O, prezident olan kimi «Yeni küləklər əsir» tezisini irəli sürdü. Bu dövrdə ölkə bir sıra maliyyə problemləri ilə qarşılaşdı. 1991-ci ildə iqtisadi inkişafın aşağı düşməsi C.Buşu məcbur etdi ki, Reyqanın mühafizəkar maliyyə proqramını davam etdirmək xəttindən əl çəksin. C.Buşun inzibati idarəsi tezliklə vergiləri artırdı, sosial və nisbətən də hərbi xərcləri azaltdı. Eyni zamanda kiçik sahibkarları müdafiə və azad ticarəti təmin edən proqram işlənib hazırlandı. Lakin o, bu proqramı həyata keçirə bilmədi.
Corc Buş ABŞ-ın İkinci dünya müharibəsində iştirak etmiş sonuncu prezidenti idi. Xarici siyasətdə o, SSRİ ilə danışıqları davam etdirdi. 1989-cu ilin dekabrında Malta adasındakı görüş SSRİ-nin dağılması, Almaniyanın birləşdirilməsi, Avropadakı sosialist dövlətlərin əvvəlki quruluşa qayıtması və dünya xəritəsində yeni geosiyasi dəyişikliklərin əmələ gəlməsi üçün bir siqnal rolunu oynadı. 1991-ci ilin fevralında Corc Buş 30-a qədər dövlətin birgə iştirakı ilə «Səhrada tufan əməliyyatı» adı altında İraqa hücum təşkil etdi. ABŞ təkid edirdi ki, İraq Küveytin müstəqilliyini yenidən tanısın. Lakin Səddam Hüseyn bu tələblə razılaşmadı. Belə olduqda BMT-nin Təhlükəsizlik şurasının 4 üzvü-İngiltərə, Fransa, ABŞ, SSRİ İraqa hücumun lehinə, Çin isə bitərəf qaldığını bildirdi. Lakin bir ay keçməmiş İraq Küveyti azad etməyi və ona olan borcunu verməyi öhdəsinə götürdü.
Corc Buşun dövrü həm də onunla xarakterik idi ki, hələ İkinci dünya müharibəsinin sonlarında başlamış olan «soyuq müharibə» SSRİ-nin dağılması ilə başa çatdı. O, «Yeni beynəlxalq qaydalar» doktrinasını irəli sürdü. Böyük Corc Buşun dövründə ABŞ-ın dünyanın yeganə lideri kimi tanınması və dünyanın «amerikasayağı» idarə olunması üçün imkan yaradılmış oldu. Qloballaşma, həqiqətdə isə «amerikanlaşma» prosesi surətləndi.Dünya təsərrüfatı dolların musiqisi altında rəqs etməyə başladı.

Yüklə 29,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə