№3 Sosial-siyasi elmlər seriyası



Yüklə 429,32 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix17.11.2018
ölçüsü429,32 Kb.
#80850
1   2   3   4   5   6   7   8   9

oynadı. 1830-1833-cü illərdə çapdan çıxan həmin əsərində o, fəlakətlər nəzəriyyəsinə 

ciddi zərbə vuraraq çoxlu faktların təhlili əsasında müəyyənləşdirdi ki, Yerin inkişaf 

tarixi  ərzində baş verən dəyişikliklər indi də  təsir göstərərək eyni amillərin təsiri 

altında baş vermişdir. Buna görə də həmin dəyişikliklərin izahı üçün qəfləti fəlakətlər 

haqqında təsəvvürlərə əl atmaq lazım deyildir. 

J.B.Lamarkın və Ç.Lyayelin ideyaları XIX əsrin ortalarında biologiyada təka-

mül nəzəriyyəsinin daha da təkmilləşməsinə kömək etdi. Hələ 30-cu illərdə botanik 

M.Şleyden (1804-1881) bütün bitkilərin, bioloq T.Şvann (1810-1882) isə bütün 

heyvanların hüceyrələrdən təşkil olunduğunu söyləmişdi. 1838-ci ildə görüşdükdən 

sonra onlar birlikdə bütün bitki və heyvan orqanizmlərinin hüceyrədən təşkil 

olunduğu fikrini irəli sürmüşdülər. Bu kəşf bütün bitki və heyvan orqanizmlərinin 

qarşılıqlı  əlaqəsini, vəhdətini və  təkamülün məhsulu olduğunu sübut etdi. Onların 

təkamül ideyasını daha da inkişaf etdirən böyük ingilis təbiətşünası Çarlz Darvin 

(1809-1882) özünün 1859-cu ildə çapdan çıxan «Növlərin mənşəyi» kitabında 

paleontologiya, embriologiya, müqayisəli anatomiya, bitki və heyvan coğrafiyası 

sahəsindəki çoxlu təbii-elmi materialların hərtərəfli və dərindən təhlili əsasında canlı 

orqanizmlərin təkamülü nəzəriyyəsini irəli sürüb əsaslandırdı. 

Təbiətşünaslığın qeyd etdiyimiz nailiyyətləri ilə yanaşı o zaman fizika və 

kimya sahəsindəki bir sıra kəşflər də  təbiətə metafizik baxışları aradan qaldırmaqla 

yanaşı  təbiət elmlərinin dialektikləşməsinə  dəlalət edirdi. Məsələn, 40-cı illərdə 

enerjinin saxlanması  və çevrilməsi qanununun kəşfi dünyanın vəhdəti və qarşılıqlı 

əlaqəsini daha dərindən nümayiş etdirərək göstərdi ki, təbiətdə mövcud olan 

mexaniki, istilik, işıq, elektrik, maqnetizm kimi bütün fiziki, habelə kimyəvi qüvvələr 

qarşılıqlı  əlaqədə olub müəyyən  şəraitdə  kəmiyyətcə saxlanmaqla keyfiyyətcə bir-

birlərinə çevrilirlər. 

Beləliklə, XVIII əsrin ortalarından etibarən təbiətşünaslığın, xüsusilə XIX əsrin 

30-50-ci illərində baş verən canlı orqanizmlərin hüceyrə quruluşunun, enerjinin 

saxlanması  və çevrilməsi qanununun, elementlərin dövri sistemi qanununun kəşfi, 

Darvinin təkamül nəzəriyyəsi təbiət hadisələrinin dialektik xarakterini aşkara çıxar-

maqla təbiətə metafizik baxışları dağıtmaqla aləmə dialektik baxışların işlənməsinə 

gətirib çıxarırdı ki, bu da «elmlər elmi» kimi qələmə verilən naturfəlsəfənin 

lüzumsuzluğunu göstərirdi. 

Naturfəlsəfə  və  təbiətşünaslığın münasibəti tarixinə ümumi nəzər saldıqda 

məlum olur ki, təbiətşünaslığa münasibətində  fəlsəfə ikili rol oynamışdır. Bir tə-

rəfdən, təbiətin müxtəlif elmlər tərəfindən öyrənilən sahələri arasındakı  əlaqələrin 

hələ  məlum olmadığı, aralıq hərəkət formalarını öyrənən fiziki kimya, biofizika, 

biokimya, geofizika, astrofizika və s. kimi sintetik elmlərin olmadığı dövrdə dünyanın 

bütöv elmi-fəlsəfi mənzərəsini verməyə çalışan naturfəlsəfə bu zaman hadisələrin 

hələ  məlum olmayan əlaqələrini xəyali, fantastik rabitələrlə, çatışmayan faktları 

uydurma faktlarla əvəz edir (Engels), anlaşılmaz görünən hadisələrin hələ  dərk 

olunmamış gerçək səbəbləri və əlaqələrini əqli surətdə uydurulmuş səbəblər və rabi-

tələrlə əvəz edir, xüsusi tədqiqat tələb edən məsələlərə əqli quraşdırmaların köməyilə 

qəti cavab verməyə çalışır, sonralar elm tərəfindən rədd edilən bəzi ideyalar irəli 

sürürdü. 

Səbəbi məlum olmayan təbiət hadisələrinin mahiyyətini izah etmək üçün natur-

fəlsəfə  tərəfindən irəli sürülən belə ideyalardan biri flogiston (yunanca phlogistos – 

alışan, yanan deməkdir) anlayışı idi. Həmin fərziyyəyə görə, yanma flogistonla 

 

113




bağlıdır; tərkibində çoxlu flogiston olan cisimlər daha yaxşı, az olanlar isə pis yanır. 

Həmin təlimi özünün «Kimyəvi və fiziki təcrübələr, müşahidələr və düşüncələr» 

kitabında daha tam şərh edən alman kimyaçısı H.E.Ştala (1600-1734) görə flogiston 

yanma, közərmə, bişmə proseslərinin izahına kömək edən çox yüngül maddi 

substansiyadır. Hələ Aristotelin baxışları üçün səciyyəvi olan yanmanın maddənin 

dağılması kimi başa düşülməsi ilə uzlaşan flogiston fərziyyəsini görkəmli fransız 

alimi Antuan Loren Lavuazyenin (1743-1794) qoyduğu təcrübələr sayəsində  təkzib 

etmək mümkün oldu. Həmin fərziyyəni rədd edərək Lavuazye yanma prosesini yanan 

maddənin hava (o zaman oksigen hələ məlum deyildi) ilə birləşməsi kimi izah edərək 

göstərdi ki, cisim ancaq təmiz havada yanır, yanma zamanı «təmiz hava udulur və 

yanan cismin kütləsi udulan havanın kütləsi qədər artır». Bununla da belə bir mühüm 

müddəa irəli sürüldü ki, yanan maddənin kütləsinin artması havanın müəyyən tərkib 

hissəsinin ona birləşməsi nəticəsində baş verir (9, 106). 

Flogistondan xeyli sonra istilik nəzəriyyəsində uzun müddət mühüm rol 

oynamış olan digər naturfəlsəfi anlayış – teplorod qovulub elmdən çıxarıldı. Uzun 

müddət istilik nəzəriyyəsində hökm sürən teplorod bir cisimdən başqasına axaraq 

istilik ötürülməsini təmin edən xüsusi fantastik «istilik mayesi» sayılırdı. Teplorodun 

istilik törədən xüsusi substansiya kimi anlaşılmasını  rədd edərək istilik hadisəsinin 

ona  əks olan yeni izahını M.B.Lomonosov verdi. O, 1750-ci ildə  dərc olunmuş 

«İstilik və soyuqluğun səbəbi haqqında düşüncələr» əsərində teplorod konsepsiyasını 

tənqid edərək istiliyin kinetik fərziyyəsini irəli sürərək göstərdi ki, istilik kiçik maddi 

hissəciklərin – korpuskul yaxud molekulların hərəkəti formasıdır; istiliyin səbəbi 

həmin hissəciklərin fırlanma hərəkətidir (17, 142). 

Lakin XVIII əsrin ortalarında M.B.Lomonosovun irəli sürdüyü kinetik fərziyyə 

teplorod haqqında naturfəlsəfi fərziyyəni tamamilə aradan qaldıra bilmədi və o, hələ 

bir  əsr öz mövqeyini saxladı. Yalnız XIX əsrin ortalarında enerjinin saxlanması  və 

çevrilməsi qanununun kəşfindən sonra fiziklər teplorod anlayışından qəti surətdə 

imtina edərək istiliyin kinetik nəzəriyyəsinə qayıtdılar. Həmin qanunun kəşfi orqa-

nizmin «həyat qüvvəsi» adlanan daha bir naturfəlsəfi təsəvvürü rədd etməyə imkan 

verdi. Həmin naturfəlsəfi təsəvvürə  əsaslanan və vitalizm adlanan (latınca vitalis-

həyati, canlandırıcı, canlı deməkdir) təlimin tərəfdarlarına görə canlı orqanizm ondakı 

qeyri-maddi «həyat qüvvəsi» sayəsində fəaliyyət göstərir. Beləliklə, orqanizmlərdəki 

fizioloji proseslər fiziki və kimyəvi qanunların fəaliyyəti sahəsindən çıxarılır və bu 

mifik, sirli «qüvvə» ilə  şərtləndirilirdi. Biologiyadakı bu vəziyyət R.Mayerin canlı 

orqanizmlərin təbii-kimyəvi qanunlarla və hər şeydən əvvəl, enerjinin saxlanması və 

çevrilməsi qanunu ilə idarə olunduğunu göstərməsinədək davam etdi. 

Naturfəlsəfi anlayışlar içərisində daha çox davam gətirəni və sonuncusu dünya 

efiri fərziyyəsi idi. Bütün dünya fəzasını dolduran hipotetik mühit – dünya efiri 

haqqında XIX əsrdə demək olar ki, fiziklərin hamısı  tərəfindən qəbul olunan 

konsepsiyaya görə o, hər şeyə nüfuz edən və elektromaqnit (işıq) qarşılıqlı təsirinin, 

yayılmasını  təmin edən elastiki mexaniki mühitdir. Yalnız XIX əsrin 80-cı illərində 

efirə  nəzərən Yerin nisbi hərəkətini müəyyən etmək məqsədilə gənc amerikan alimi 

A.A.Maykelsonun (1852-1931) dəfələrlə qoyduğu təcrübə  əks nəticə verdi, yəni 

Yerin heç bir nisbi hərəkəti aşkara çıxarılmadı  və  işıq sürətinin bütün hesablama 

sistemlərində eyni olduğu, bununla da efirin mövcudluğu fikrinin səhv olduğu 

müəyyənləşdirildi. 

Naturfəlsəfədə qeyd etdiyimiz əqli uydurmalarla yanaşı Hegel kimi dialektik-

 

114




cəsinə düşünən mütəfəkkirlər tərəfindən elmin inkişafını xeyli qabaqlayan bir sıra 

dahiyanə fikirlər də söylənmişdir. 

Təbiətşünaslığın nailiyyətlərinə əsaslanan materialist naturfəlsəfənin nümayən-

dələrindən Demokrit, Epikur, Qassendi, Nyuton, Kopernik, Qaliley, Bruno, Hobbs, 

Lomonosov və b. öz təlimlərində dünyanın materialistcəsinə anlaşılmasının bir çox 

müddəalarını formulə etmiş, onların fəlsəfi baxışları naturfəlsəfə ilə  əlaqədə inkişaf 

etmişdir. Materialist fəlsəfənin inkişafında mühüm rol oynayan XVIII əsr fransız 

materialistlərinin və sonrakıların naturfəlsəfi təlimlərində materialist dünya anlamının 

materiya və  hərəkətin saxlanması, ayrılmazlığı, materiya ilə  məkan və zamanın 

vəhdəti, dünyanın məkan və zamanda sonsuzluğu, səbəbiyyətin obyektivliyi və 

ümumiliyi və s. kimi mühüm prinsipləri söylənmişdir. XIX əsrdə materalist 

naturfəlsəfə Laplas, Dalton, L.Feyerbax, Gertsen, Çernışevski, Faradey, Maksvell, 

Mendeleyev, Ç.Darvin, E.Hekkel, L.Bolsman, K.A.Timiryazev və bir çox başqaları 

tərəfindən inkişaf etdirilmişdir. Təbiətşünaslığın nailiyyətləri əsasında təbiətin fəlsəfi 

anlaşılmasını işləyən bu mütəfəkkirlərdən bəziləri mühüm kəşflərin və nəzəriyyələrin 

müəllifləri olmuşlar. Həm də yeni təbii-elmi konsepsiyalar əvvəlcə  fəlsəfi ideyalar 

şəklində ifadə olunmuş, sonralar işlənib hazırlandıqca elmi və  nəzəri surətdə 

əsaslandırıldıqca konkret elmi nəzəriyyələrdə  təcəssüm olunmuşlar. Təbiətin dərk 

olunması  və anlaşılmasında naturfəlsəfənin tarixi rolunu qiymətləndirərkən öz 

dünyagörüşü istiqamətliliyinə və təbiətşünaslığın inkişafı üçün əhəmiyyətinə görə bir-

birinə  əks olan idealist və materialist istiqamətlər fərqləndirilməlidir. Belə etdikdə 

aydın olur ki, idealist və metafizik quraşdırmalar nəzəri tədqiqatçıları  çıxılmaz 

vəziyyətə salıb təbiətin dərk olunmasını ləngitdiyi halda dünyanın düzgün materialist 

və dialektik anlamı konstruktiv funksiyanı yerinə yetirməklə  təbii-elmi idrakı 

irəlilətmiş, onu bir sıra mühüm ideyalar və müddəalarla zənginləşdirmişdir. Elmin 

nailiyyətlərinə əsaslanmaqla düzgün fəlsəfi dünya anlamını verən materialist fəlsəfədə 

materiyanın atom quruluşu fərziyyəsi, materiya və  hərəkətin ayrılmazlığı  və 

saxlanması lap qədimdən heç nəyin heç nədən yaranmadığı  və heçə çevrilərək yox 

olmadığı, materiya, məkan və zamanın vəhdəti prinsipləri, dünyanın sonsuzluğu və 

əbədiliyi ideyası, inkişafın, səbəbiyyətin obyektivliyi və ümumiliyi və s. və i.a. 

haqqında ümumi təsəvvürlər formulə olunmuşdur. Təbiətşünaslığın kifayət qədər 

inkişaf etmədiyi, gerçəklik predmet və hadisələri arasındakı real əlaqələrin məlum 

olmadığı, hələ  dərk olunmamış qarşılıqlı  təsirlərin uydurma əlaqə  və münasibətlərlə 

əvəz olunduğu dövrdə dünyanın bütöv mənzərəsini verməyə çalışan naturfəlsəfə 

zəruri olub müəyyən dərəcədə bəraət qazanırdı.   

Lakin konkret elmlərin inkişafı dərinləşdikcə, xüsusilə XIX əsrin birinci yarı-

sında fizikanın daha da inkişafı, kimya, geologiya, biologiya elmlərinin qərarlaşması 

və inkişafı, xüsusilə getdikcə artan dialektikləşməsi metafizik naturfəlsəfənin 

məhdudluğunu aşkara çıxararaq onun dağılmasını zəruri edirdi. Bu belə bir faktdan da 

irəli gəlirdi ki, artıq həmin bilik sahələrinin verdikləri  əsasında təbiətin özündə 

mövcud olan əlaqələrin aşkara çıxarılması nəticəsində təbiətşünaslıq empirik elmdən 

nəzəri elmə çevrilirdi. XIX əsrin ortalarına doğru təbiətşünaslıqda metafizik təfəkkür 

üsulunu dağıdaraq dünyaya dialektik baxışın işlənməsinə  gətirib çıxaran mühüm 

nailiyyətlər  əldə edirdi. Təbiətşünaslığın öz inkişafında kifayət qədər yüksək səviy-

yəyə çatdığı və çoxlu faktik materialların toplanıb sistemləşdirildiyi, hadisələrin, hə-

qiqi səbəblərinin aşkara çıxarılıb öyrənildiyi, onlar arasındakı real əlaqələrin açıldığı 

həmin dövrdə naturfəlsəfənin gərəksizliyi aşkara çıxdı  və onun sonu çatmış oldu. 

 

115




Təbiətin dərk olunmasının inkişafı gedişində yaranmış olan belə bir şəraitdə natur-

fəlsəfənin saxlanması elmin tərəqqisi yolunda onu ləngidən və düz yoldan sapdıran 

maniəyə çevrilir. Bu halda naturfəlsəfəni dirçəltmək üçün göstərilən hər cür cəhd 

vaxtilə F.Engelsin haqlı olaraq qeyd etdiyi kimi, «nəinki yersiz olardı, habelə geriyə 

bir addım olardı» (12, 417). 

Qeyd edək ki, naturfəlsəfənin sonunun çatması heç də təbiət fəlsəfəsinin sonu-

nun çatması, təbiətin fəlsəfi idrakın obyekti olmaqdan qalması kimi başa düşül-

məməlidir. Məlumdur ki, təbiətin dialektikası, təbiətşünaslıq fəlsəfəsi, yaxud artıq 

çoxdan adlandırıldığı kimi, təbiətşünaslığın fəlsəfi problemləri mövcuddur və onun 

işlənməsi sahəsində çox böyük işlər görülmüş, hərtərəfli tədqiqatlar aparılmış  və 

aparılmaqdadır. Akademik P.N.fedoseyevin qeyd etdiyi kimi, biz naturfəlsəfəni onun 

haqqında F.Engelsin dediyi mənada, məhz konkret, təbii-elmi problemləri xüsusi 

elmlərin  əvəzinə  fəlsəfi  əqli quraşdırmalar yolu ilə  həll etmək metodu mənasında 

inkar edirik (5, 9). 

Təbiətşünaslığın dialektik inkişaf yoluna düşdüyü, dialektikanın elmin metodo-

loji  əsasına çevrildiyi şəraitdə naturfəlsəfənin mövcudluğu elm və praktikanın veril-

miş səviyyəsi üçün əlçatmaz olan və yeni yanaşma üsulu tələb edən məsələlərə natur-

fəlsəfi cavabın mümkünlüyü haqqında sadəlövh təsəvvürlərlə bağlı idi. Bəzən təbiət-

şünaslığın xüsusi məsələlərinin də həllində belə iştirak açıq-aşkar fəlsəfənin rolunun 

şişirdilməsinə, konkret elmlərin xüsusi problemlərini onların  əvəzinə  həll etməsi 

cəhdinə gətirib çıxarır. Belə hal təbiətşünaslığa bu və ya başqa konsepsiyanı sırımaq, 

zorla qəbul etdirmək deməkdir ki, bu da təbiətşünaslıqda və fəlsəfədə səriştəsizliyin 

ifadəsidir. Keçmiş Sovet İttifaqında  şəxsiyyətə  pərəstişin geniş yayıldığı 30-50-ci 

illərdə ideolojiləşmiş bəzi filosofların və təbiətşünasların (E.Kolman, A.A.Maksimov, 

D.İ.Lısenko və b.) təbiət elmlərinin (fizika, biologiyanın) nailiyyətlərinin qiymətlən-

dirilməsinə belə səriştəsiz və xüsusilə də qərəzli müdaxiləsi onlara münasibətdə xoşa-

gəlməz və  zərərli nəticələrə  gətirib çıxarmışdı. Bunu XX əsr elminin ən böyük 

nailiyyətləri olan nisbilik nəzəriyyəsinə, kvant mexanikasına, genetikaya, kiberne-

tikaya münasibətdə aydın görmüşük. Belə qərəzli, səriştəsiz yanaşma təbiətşünasların 

nəzərində fəlsəfəni hörmətdən salırdı. 

Əslində  şəxsiyyətə  pərəstişin elm və  fəlsəfənin inkişafına vurduğu zərərli 

nəticələrin aradan qaldırıldığı dövrdə təbiət elmlərinin ümumi dünyagörüşü xarakterli 

metodoloji problemlərini ayrılıqda nə xüsusi elm nümayəndələri, nə də filosoflar həll 

edə bilməzlər. Həmin problemləri bu hər iki bilik sahələri nümayəndələrinin qarşılıqlı 

etimada  əsaslanan  əməkdaşlığı  şəraitində müvəffəqiyyətlə  həll etmək olar və artıq 

yaranmış olan belə əməkdaşlığın daha da möhkəmləndirilməsi zəruridir. 

 

ƏDƏBİYYAT 

1.

 



Бернал Дж. Наука в истории общества. Л.-М.: Наука, 1956, 735 с. 

2.

 



Бройль Луи де. По тропам науки. Л.-М.: Наука, 1962, 408 с.  

3.

 



Вавилов С.И. Исаак Ньютон. М.: Наука, 1989, 236 с. 

4.

 



Гегель.  Энциклопедия  философских  наук  В 2-х  т.  Т.2,  Философия  природы.  М.: 

Мысль, 1975,  695 с. 

5.

 

Диалектика и современное естествознание. М.: Наука, 1970, 455 с. 



6.

 

Эйнштейн А. и Инфельд Л. Эволюция физики. М.: Технико-теоретическая литера-



тура, 1956, 279 с. 

7.

 



Engels F. Anti-Dürinq. Bakı: Azərnəşr, 1953, 379 s. 

8.

 



Engels F. Təbiətin dialektikası. Bakı: Azərnəşr, 1966, 360 s. 

 

116




9.

 

Концепции современного естествознания Ростов-на-Дону: Феникс, 2000, 576 с. 



10.

 

Zeynalov M. Xarici ölkələrin fəlsəfə tarixi. Bakı: Şərq-Qərb, 2009, 677 s. 



10.

 

Копнин П.В. Гносеологические и логические основы науки. М.: Мысль, 1974, 568 с. 



11.

 

Marks K. və Engels F. Seçilmiş əsərləri 3 cilddə, III c., Azərnəşr, Bakı, 1983, 667 s. 



12.

 

Мир философии. Книга для чтения. М.: Политиздат, 1991, 672 с.  



14.

 

Слуцкий М.С. Взаимосвязь философии и естествознания. Высщая школа, М.: 1973, 



119с. 

13.


 

Философский энциклопедический словарь. М.: Советская энциклопедия, 1989, 815 с. 

14.

 

Чанышев А.Н. Курс лекций по древней философии. М.: Высшая школа, 1981, 374 с.  



15.

 

Ломоносов  М.В.  Избранные  философские  произведения.  М.:  Госполитиздат, 1950, 



758 с. 

 

   



НАТУРФИЛОСОФСКОЕ ПОНИМАНИЕ ВЗАИМООТНОШЕНИЯ  

ФИЛОСОФИИ И ЕСТЕСТВОЗНАНИЯ  

 

В.М.КЕРИМОВ 

 

РЕЗЮМЕ 

 

В  статье  раскрывается  сущность  натурфилософии,  возникшей  как  первоначаль-

ная форма и философии, и науки, выступающей как «наука наук» и излагается вопрос ее 

обусловленности  уровнем  и  особенностями  развития  философии  и  естествознания.  В 

работе показывается, что натурфилософия играла двоякую роль в развитии философии 

и науки: с одной стороны, при объяснении явлений природы она заменяла неизвестные 

ей действительные связи идеальными и вымысленными вздорами, а с другой стороны, 

при этом ею был предсказан ряд гениальных принципов и идей. 

Анализ  важнейших  достижений  естественных  наук,  революционизирующих 

естествознание, показывает, что эти достижения обнаруживая ограниченность натурфи-

лософии, приводили к научному, диалектико-материалистическому пониманию взаимо-

отношения философии и естествознания. 

 

NATURAL PHILOSOPHICAL COMPREHENSION OF INTERRELATION 

BETWEEN PHILOSOPHY AND NATURAL SCIENCE 

 

V.M.KARIMOV  

 

SUMMARY 

  

The article deals with the essence of natural philosophy that arose a prototype of both 

philosophy and science and appears as the «science of sciences» and the issue of the 

dependency on the level and specifics of development of philosophy and natural science. The 

paper indicates that natural philosophy played a dual role in the development of philosophy 

and science: on the one hand, it replaced unknown actual relations with ideal fictional 

nonsense during explanation for natural phenomena and, on the other hand, it predicted a 

number of great principles and ideas. 

The analysis of the most important achievements of natural sciences revolutionizing 

natural science shows that these achievements, displaying limitation of natural philosophy, 

lead to scientific and dialectial-mateterialistic comprehension of interrelation between 

philosophy and natural science.  



 

 

117



Yüklə 429,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə