№3 Humanitar elmlər seriyası



Yüklə 200,43 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü200,43 Kb.
#52017


 

45 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 

 

 

UOT 821 (091) 

47.09.91 Müxtəlif ölkələrin və xalqların ədəbiyyat tarixi 

 

VALTER SKOTTUN “KVENTİN DORVARD”  

ROMANI VƏ TARİXİLİK 

 

A.R.ƏLİYEV 

Bakı Dövlət Universiteti 

aqshin_aliyev@mail.ru 

 

Məqalədə Valter Skottun Kventin Dorvard romanı tədqiq olunur. Bu əsər tarixi roman 

janrına  aiddir.  V.Skott  Dünya  ədəbiyyatında  tarixi  roman  janrının  banisi  hesab  edilir. 

“Kventin Dorvard” romanında hadisələr orta əsrlər dövründə Fransada baş verir. Romanda 

bir çox 

tarixi şəxsiyyətlərin, o cümlədən, Fransa kralı Lüdovikin adı çəkilir. Məqalədə Kventin 

Dorvard obrazı hərtərəfli tədqiq olunur. 

 

Açar sözlər: Valter Skott, “Kventin Dorvard”, tarixi roman, İzabella, kral Lüdovik 

 

Valter Skott dünya ədəbiyyatşünaslığında tarixi roman janrının banisi və 



ustad sənətkarlarından biri hesab edilir. O, Avropa ədəbiyyatında roman janrı-

na yeni bir nəfəs gətirmiş, tarixi roman janrının əsasını qoyaraq yaradıcılığında 

həyat həqiqətlərindən təsirli bir şəkildə istifadə etmişdir. O gördüyü abidələri, 

ya da dinlədiyi hekayələri təsvir etdiyi əhvalatın mərkəzində yerləşdirərək on-

ları  təsiredici  və  inandırıcı  hadisələr  zənciri  kimi  təsvir  edir.  Əsərləri  avto-

bioqrafik xüsusiyyətlər daşıyarkən belə, universallığını qoruyub saxlayır. Yaşa-

dığı əsrin yaxşı bir müşahidəçisi olan yazıçı, bu müşahidələrini öz əsərlərində 

ustalıqla əks etdirmişdir. V.Skotta yüksək qiymət verən V.Q.Belinski yazırdı: 

“Bu  adam  Avropanın  ən  yeni  sənətinə  tarixi  və  ictimai  istiqamət  vermişdir. 

V.Q.Belinskinin 

çox  doğru  və  son  dərəcə  dürüst  ifadəsinə  görə,  V.Skott  öz 

romanlarında “tarixin yaylarını açıb göstərir” (2, 67). 

V.Skott tarixi mövzularda romanlar yazmamışdan əvvəl bu sahədə ətraflı 

tədqiqatlar aparmışdır. Belə ki, V.Skott bir neçə il ərzində Şotlandiyanın ucqar 

yer

lərini gəzərək üç cilddən ibarət topladığı xalq nəğmələrinin “Şotlandiyanın 



sərhəd nəğmələri” adlı nəğmələr kitabının iki cildini 1800-cü ildə, üçüncü cil-

dini isə 1803-cü ildə çap etdirir. Bu topluya daxil edilmiş xalq şeirinin əsl nü-

munələrində Şotlandiya tarixinə aid çox zəngin material vardı.  



 

46 


Bu  nəğmələr  toplusundan  sonra  yazıçı  dalbadal  “Sonuncu  menestrelin 

mahnısı”,  “Marmion”,  “Göl  qızı”,  “Rokbi”  adlı  romantik  poemalarını  yazır. 

Xüsusən, “Sonuncu menestrelin mahnısı” (1805) əsəri müəllifə, qədim Şotlan-

diyanı çox gözəl təsvir etdiyinə görə böyük şöhrət qazandırdı. Yazıçı “Marmi-

on” əsərində şotlandiyalıların ingilislər əleyhinə apardıqları mübarizəni, “Göl 

qızı” əsərində kralın feodallarla mübarizəsini, “Rokbi”də XVII əsrdə İngiltərə-

də baş  verən  inqilabı  təsvir  etmişdir.  Bütün  bunların  təsviri,  poemanın  şifahi 

xalq  ədəbiyyatı  ilə  bağlı  olması,  Orta  əsrlərə  böyük  maraq  V.Skottun  poe-

malarının gələcəkdə onun geniş lövhələri əhatə edən tarixi romanlar yazması 

üçün bir növ hazırlıq idi (4, 358). 

Tarixi məlumat baxımından tarixi roman haqqında aşağıdakıları vurğula-

maq olar. Tarixi roman yazıçısı üçün tarix, bitməz-tükənməz qaynaqlar toplu-

su

dur. Hər sənətkar, bu qaynaqdan öz fikirinə, dünyagörüşünə, meyllərinə uy-



ğun şeyləri seçərək seçdiklərini şərh edir. Ancaq, sənətkar əsərini, sırf tarixi ha-

disələri izah etmək məqsədi ilə yazmır. Bu baxımdan tarixi roman yazıçısının 

tarixi fakt və hadisələri olduğu kimi əks etdirməsini gözləmək doğru deyildir. 

Bu  baxımdan  Valter  Skott,  tarixi  sənədlərə,  tarixi  məna  və  məzmun  daşıyan 

faktlara, tarixçilərin keçmişi tədqiq etmək baxımından əldə etdiyi materiallara 

rəngarəng don geyindirərək, quru və cansıxıcı görünən bu məlumatları maraqlı 

və cazibədar etmişdir (3, 139). 

İlk romanı “Ueverli”ni 1814-cü ildə nəşr etdirən V.Skott 28 roman bir ne-

çə  povest  və  hekayə  yazmışdır.  Yazıçının  romanları  mövzusuna  görə,  3  qrupa 

bölünür. Bu romanların bir hissəsi doğma vətəni Şotlandiyanın tarixi keçmişinə 

həsr  edilmişdir.  “Şotlandiya  romanları”  ədəbi  silsiləsinə  daxil  olan  “Ueverli, 

yaxud  altmış  il  əvvəl”,  (1814),  “Qay  Mannerinq”  (1815),  “Antikvar”  (1816), 

“Puritanlar” (1816), “Rob Roy” (1817) və başqalarının adlarını çəkmək olar.  

V.Skottun  digər  romanlarında  isə  İngiltərənin  keçmişi  təsvir  edilir.  Bu 

qismə  “Ayvenqo”  (1819),  “Monastır”  (1820),  “Rahib”  (1820),  “Kenilvort” 

(1820), “Vudstok” (1826) əsərlərini aid etmək olar.  

V.Skottun  romanlarının  bir  qismi  də  digər  ölkələrin  tarixinə  həsr  edil-

mişdir. Belə əsərlərə “Kventin Dorvard” və “Talisman” romanları aiddir.  

Tarixi romanlardan başqa V.Skott tarixə dair bir neçə əsər də yazmışdır 

ki, bunlardan ən məşhuru “Şotlandiya tarixi” və “Napoleon Bonapartın həyatı” 

adlı əsərlərdir. Lakin bu əsərləri bədii-estetik baxımdan tarixi romanlardan heç 

də  zəif  deyildir.  Lakin  V.Skottun  romanlarında  həyatın  canlı  müşahidəsi, 

tarixin həyatverici qüvvəsinin real təsviri mühavizəkarlığa üstün gəldiyi halda, 

tarixə aid elmi əsərlərində mühavizəkarlıq üstünlük təşkil edir.  

Tarixin dəqiq göstərilməsi V.Skottun romanlarının əsas xarakterik cəhət-

lərindən  biridir.  Onun  başqa  romanlarında  olduğu  kimi,  “Kventin  Dorvard” 

romanında da hadisələrin baş verdiyi ölkələrin həyat və məişətinə aid bir çox 

həqiqi faktlar, tarixi simalar, dəqiq və real təsvirlər vardır. Romanda V.Skott 

Şotlandiya və Fransa haqqında, XIX əsrdə Belçikanın əyalətinə çevrilən, XV 

əsrdə isə hələ müsətəqil şəhər olan qədim Lyej şəhəri haqqında danışır. Əsərdə 




 

47 


V.Skott, tarixi və mədəni abidələr əsasında, ölkənin həyatını gözlərimiz önündə 

canlandırmağa  meyl  edir,  mövzu  və  motivlərdə  yerli  koloriti,  milli-məhəlli 

xüsusiyyətləri saxlamağa çalışır (3, 276). 

Romanda  gənc,  cürətli  və  sədaqətli  şotlandiyalı  Kventin  Dorvardın 

qazanc və dolanışıq dalınca Fransaya səfər edərkən başına gələn macəralardan 

danışılır.  Kventin  istəmədiyi  halda,  məcburən  öz  vətənini  tərk  etməli  olur. 

Çünki o dövrdə Avropa ölkələrinin hər birində tez-tez qanlı ara müharibələri 

baş  verirdi.  Belə  müharibələrdən  birində  onun  bütün  ailəsi  həlak  olmuşdur. 

Kventinin özü də ölümdən təsadüfən qurtula bilmişdir.  

An

ası düşmənlərə yalvara-yalvara, onu ağır yaralanmış halda, bu  şərtlə 



xilas edə bilmişdir ki, Kventin ömrünü monastırda başa vuracaqdır. Düşmənlər 

Kventinin  cismani  oldürməmişlər.  Lakin  düşmənləri  Dorvardlar  nəslinin  da-

vam  etməməsi  üçün  Kventini  monastırda  yerləşdirib  ömürlük  rahibliyə  məh-

kum etmişlər. Lakin rahiblik həyatı bu gənc oğlanın ürəyincə olmadığından o, 

Şotlandiyadan qaçır. Kventinin öz qüvvəsinə inamından və sədaqətlə özünə bir 

parça çörək qazanmaq arzusundan başqa heç nəyi yoxdur. Lakin o, zadəgandır, 

o zamankı zadəgan adət və inamlarına görə, onun üçün sənətkarlıq və ya kəndli 

kimi dinc zəhmətlə yaşamaq mümkün deyildir. Ara müharibələri və yoxsulluq 

ucbatından  öz  ana  yurdlarından  qovulmuş  olan  bir  çox  gənc  şotlandiyalılar 

kimi, Kventin də fransız kralı XI Lüdovikin Şotlandiya qvardiyasının muzdlu 

əsgəri olur. Onun dayısı qoca cəngavər də çoxdan vətənini tərk edib həmin bu 

qvardiyada xidmət edir.  

Valter  Skott  Kventini  açıq-aşkar  öz  müsbət  qəhrəmanı  kimi  vermişdir. 

Kventin Dorvard kral tərəfindən ona tapşırılan bütün əmrləri qüsursuz başa çat-

dırır. Lakin Kventin Dorvardın təbiətində bir çox ziddiyyətlər mövcuddur. Belə 

ki o, Lüdovikin zalımlığına və günahsız adamları amansızcasına öldürən kral 

cəlladı Tristana qarşı qəzəblənirsə də, amma feodal zülmünə qarşı üsyan etmiş 

lyejlilərə  qarşı  da  açıq  –  aşkar  mənfi  münasibət  bəsləyir.  Nəhayət  artıq 

Lüdovikin  ikiüzlülüyünü  yəqin  etdikdən  sonra  da,  Kventin  Lyejə  qarşı  cəza 

yürüşündə iştirak edir və öz şəhərlərini müdafiə edən lyejlilərə qarşı vuruşmaq-

la

, öz üzərinə düşən muzdlu kral əsgəri vəzifəsini canfəşanlıqla yerinə yetirir.  



Bundan başqa Kventin bir qədər xəyalpərəstdir. Bu gənc oğlan öz təcrü-

bəsizliyindən,  ətrafında  baş  verən  hadisələrdən  bir  çoxunun  fərqinə  varmır, 

onların  mənasını  belə  anlamır.  Lüdovikin  məqsədinə  görə,  özünün  siyasi 

oyunlarda ən adi bir vasitə olduğunu dərk etmir.  

Gənc  Dorvardın  xidməti  xeyli  qəribə  olur,  o  təsadüfən  Fransa  kralı  XI 

Lüdovikin  özünün  diqqətini  cəlb  edir.  Kral  ondan  ən  təhlükəli  və  mühüm 

tapşırıqlarda  istifadə  edir.  Şotlandiyanın  ucqarlarından  çıxmış  bu  gənc  o 

zamanın ən qüdrətli iki hökmdarı olan Fransa kralı ilə Burqundiya hersoqu İgid 

Karlın arasında gedən ən kəskin siyasi mübarizənin mərkəzində durur.  

Ancaq  Kventin  Lüdoviqin  tapşırıqlarını  yerinə  yetirəndə,  yalnız  bu 

tapşırıqlar barədə düşünmür. O, geniş və zəngin mülklərinin sahibi olan gənc 

qrafin


ya İzabella de Kruaya aşiq olur. Qrafinya İzabella, demək olar ki, kiçik 


 

48 


də  olsa,  şəhərləri,  qəsrləri,  meşələri,  çayları  olan  tam  bir  dövlətin  sahibidir. 

Yoxsul


, amma nəcabətli gənc şotlandiyalı əsgər, gözəl gənc qrafinyaya cənga-

vərsayağı vurulduğu üçün onu təhlükəli səyahət zamanı Fransa yollarında bü-

tün təhlükələrdən qoruya-qoruya ötürərək, nəhayət gətirib Cəsur Karlın dəbdə-

bəli  sarayına  çatdırır.  Bu  əhvalat  Kventinin  özünə  də  yaxşı  tanış  olan  qədim 

cəngavərlik romanlarındakı hər hansı bir epizoda bənzəyir. Valter Skottun özü-

nün göstərdiyinə görə, Kventin özü də belə romanları həvəslə oxuyanlardan bi-

ri imiş.  

Bütün bunlar çox şairanə və təsirli olmaqla bərabər, XV əsrin real həyatı-

na nisbətən kəskin bir təzad kimi görünür. O dövrün həqiqi həyatında qarşılıqlı 

nifrət, hakimiyyət və qızıl düşkünlüyü, ən alçaq intriqalar, riyakarlıq və zorakı-

lıq hökm sürməkdə idi. “Kventin Dorvard” romanında təsvir edilən dövrün ən 

səciyyəvi  xüsusiyyətlərini  öz  simalarında  təmsil  edən  adamlar  olan  casuslar, 

kral  cəlladları,  sərxoş  muzdlu  əsgərlər,  alçaq  kübarlar,  amansız  və  hiyləgər 

hökmdarlar  idi.  Kventin  bunlarla  qarşılaşmalı  olur.  Bunlar  onun  həyatını  hər 

gün  təhdid  edirlər.  Kventin  onların  yırtıcı  rəftarlarını,  riyakarlıqlarını  görüb 

tanıyır və öz cəsarəti və sədaqəti ilə onlara qalib gəlir.  

Yoxsul bir şotlandiyalı nişançı üçün qədim aristokrat nəslindən olan belə 

adlı-sanlı və varlı bir qızın məhəbbətinə nail olmaq inandırıcı görünməsə də, 

hadisələr elə cərəyan edir ki, Kventin gənc qrafinyanın qəlbini ələ almağa mü-

vəffəq olur. Qız onun sədaqətinə, səmimiyyətinə, mənəvi nəcabətinə və dərin 

məhəbbətinə  inanır.  O  görür  ki,  Kventin  onu  qəsrlərinə  və  torpaqlarına  görə 

sevmir. 


İzabellanı həm də adlı-sanlı bir aristokrat – gələcəkdə Fransa taxt-tacına 

yilyələnmək hüququna malik Orleon hersoqu və digər əyanlar da istəyir. Onlar, 

hər  şeydən  əvvəl,  XI  Lüdovikin  və  burqundiyalı  Karlın  saraylarında  gedən 

siyasi oyunların iştirakçıları, diplomatlar, öz qərəzkar siyasi planlarının yerinə 

yetirilməsi  arzusunda  olan  şöhrətpərəst  adamlardır.  Qrafinya  de  Kruanın 

pulları,  torpaqları  və  gurultulu  adı,  onlara  bunun  üçün  lazımdır.  Qız  özü  isə 

onlar üçün öz siyasi intriqalarında bir alətdir.  

Kventin Dorvard kral ilə tanış olduğu qısa müddətdə kral Lüdovikin in-

sanların həyatı ilə oynayan məkrli və qəddar bir adam olmasını, ona inananlara 

asanlıqla xəyanət etməsini, ən alçaq cinayətlərdən də çəkinməməsini və kralın 

ən  yaxın  xidmətçiləri  olan  –  casus  bərbər  Olivye  ilə  cəllad  Tristanın 

vəhşiliklərini  görən  Kventin,  İzabella  ilə  evləndikdən  sonra  XI  Lüdovikin 

muzdlu qvardiyasında xidmət etməkdən imtina edir. 

Əsərin  sonunda  müəllif  qeyd  edir  ki,  bəzi  yazıçılardan  fərqli  olaraq 

Kven

tinin İzabellaya qovuşduqdan sonra onların toyu, uşaqlarının sayı, xoşbəxt 



yaşaması  və  bundan  sonra  onların  həyatlarının  necə  keçməsi  barədə 

təfərrüatlara varmayıb əsəri burada kəsmişdir. Bu da, gördüyümüz kimi, yazıçı 

tərəfindən  atılan  ən  doğru  bir  addım  olub  həm  romanın,  həm  də  Kventin 

obrazının mükəmməlliyinə xidmət etmişdir.  

 



 

49 


ƏDƏBİYYAT 

1.

 



Kolesnikov B.İ. və Mixalskaya N.P. XIX əsr xarici ədəbiyyat tarixi, tərcümə edən İ.Şıxlı. 

Bakı: Azərbaycan dövlət tədris-pedaqoji ədəbiyyatı nəşriyyatı, 1964, 652 s. 

2.

 

Belinski V.Q. 



Məqalələr. Bakı: Azərbaycan dövlət nəşriyyatı, 1961, 130 s. 

3.

 



Oрлов С.А. Исторический роман Вальтера Скотта. М.: Худож. лит., 1965, 311 с. 

4.

 



Реизов Б.Г. Творчество Вальтера Скотта. М.-Л.: Худ. литература, 1965, с. 456. 

5.

 



Allan G. Life of Sir Walter Scott, Baronet; with critical notices of his writing. Philadel-

phia, Crissie, Waldie, 1934, 411 p. 



 

РОМАН ВАЛЬТЕРА СКОТТА "КВЕНТИН ДOРВAРД" И ИСТОРИЗМ 

 

А.Р.АЛИЕВ  

 

РЕЗЮМЕ 

 

В статье был исследован роман "Квентин Дoрвaрд" Вальтера Скотта. Это произ-



ведение относится к жанру исторического романа. В.Скотт считается основателем этого 

жанра  в  мировой  литературе.  События  в  романе  «Квентин  Дoрвaрд»  происходят  во 

Франции в средние века. В романе упоминаются имена многих исторических деятелей, в 

том числе и французского короля Людовика. В статье образ Квентина Дoрвaрда подвер-

гается всестороннему исследованию.  

 

Ключевые  слова:  Вальтер  Скотт,  «Квентин  Дорвард»,  исторический  роман, 

Изабелла, король Людовик 



 

WALTER SCOTT’S NOVEL "QUENTIN DURWARD" AND HISTORISM 

 

A.R.ALIYEV  

 

SUMMARY 

 

Walter S



сott’s novel "Quentin Durward" has been researched in this article. This work 

belongs to the genre of the historical novel. W.Scott is considered the founder of the genre of 

the historical novel in the world literature. In the novel of Quentin Durward  the  events take 

place in France during the Middle Ages. In this novel the names of many historical figures, 

including Ludovich,  the King of  France have been  mentioned. In this article Quentin Dur-

ward’s image is comprehensively researched. 



 

Key words: Walter Scott, "Quentin Durward", historical novel, Isabella, King Ludovich 

 

 



Yüklə 200,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə