2021 – 2022 – ci tədris ilində Tədris istehsalat təcrübəsinin I həftəsinə dair refereat I



Yüklə 18,52 Kb.
tarix03.03.2022
ölçüsü18,52 Kb.
#84307
1. REFERAT


Gəncə Dövlət Universitetinin

Filologiya fakültəsinin

Filologiya ixtisasının (Azərbaycan dili və ədəbiyyatı)

IV kurs tələbəsi Primova Aytac Sədi qızının

2021 – 2022 – ci tədris ilində

Tədris istehsalat təcrübəsinin I həftəsinə dair
R E F E R E A T I

Rəhbər müəllim: dos. Məlikova Gülarə Aqaid qızı

Bədii əsərlərdən dialektizmlərə aid nümunələr

Nurəddin Qənbərin əsərlərində işlənən dialektlər

1933-cü ildə iyunun 20-də Azərbaycanın Ağcabədi rayonunun Qaradolaq kəndində anadan olub.1950 -ci Zərdab mərkəzindəki M.Qorki adına orta məktəbi bitirib. Bədii yaradıcılığa 60-cı illərdən başlayan nasir ilk hekayələrini rayon qəzetində dərc etdirmişdi. Həmçinin etdiyi tərcümələr ilə diqqəti cəlb edən N. Qənbərin "Meymunun dəfni", "Başsız meyit", "Zirzəmi", "Boğanaq", "Yoldaş, sən kim aparıb" adlı romanları, "Kiçik qardaş", "Qoşa söyüdün nağılı", "Yaralı qağayı", "Bir məhəllənin nağılı" adlı povestləri, habelə bir sıra hekayələri publisist yazıları, pyesləri dövri mətbuatda, həm də nəşriyyatlarda toplu halda çap olunmuşdur. Yazıçının əsərləri dialekt və canlı danışıq leksikası ilə zəngindir.



CİYƏ – kəndir. – Və çox keçmədən suyun axarında, kiçik qayığın burnuna ilişdirilən ciyənin ucunda qəribə, saytallı balıqlar çələkləndi ( Başsız meyit )

DƏLƏMƏ – yenicə maya tutmuş pendir. – Baharda – döl vədəsində Mürsələ suluq tutardı, dələmə kəsərdi, kətəməz bişirərdi

ARĞAZ – nə arıq, nə kök . – Badamı gözləri olan, yumrusifət, arğaz qız gülümsədi (Başsız meyit )

QIYXIRMAQ – bərkdən qışqırmaq, qıy vurmaq, qiyyə çəkmək. – Cəbi bu qarmaqarışıq yuxunun içində, qan-tərə batmış sifətini, başını yorğanın altında gizlətməyə çalışaraq, hələ də qıyxırırdı ( Başsız meyit )

BAĞRIM-BADAŞ – canbir qəlb, yaxın, dilbir, dost. – Zalışın arvadı ilə Mürşüdov son vaxtlar bağrım-badaş olmuşdular(Başsız meyit)

DUNUĞMAQ – keyləşmək, hərəkətsiz olmaq, donub qalmaq. – Mənim başıma xeyir, elə dunuğdum ki, unamıram bu oğlan mənim sənədlərimdən niyə əl çəkmir ( Başsız meyit)

BİTTƏ-BİTTƏ – bir-bir, bircə-bircə. – Gərək hamısını bittə-bittə buna

deyəsən?(Babamın son nağılı)



ÇÖŞGÜLÜN SALMAQ – köçünü salmaq, yerini rahatlamaq, oturmaq, lövbərini salmaq. – Darvazadan içəri girən kimi babamın yanında çoşgülün salardı ( Babamın son nağılı )

DARIMAQtoplamaq, yığmaq. – Düyünü əliynən məcməyinin bir kənarına darıyıb, qulaq kəsildi ( Babamın son nağılı )

QƏLİYƏTLİK ELƏMƏK – qulaq asmaq, dinləmək, əməl eləmək. – Sən ki, böyük deyənə qəliyətlik eləmirsən, səninlə danışmağa dəyməz ( Babamın son nağılı )

KÜPƏLƏMƏK – iş kəsmək, iş vermək, cəza kəsilmək, arxasından dəymək. – Beşcə il küpələdilər, getdi ( Babamın son nağılı)

HƏZZİYİB OLMAQ – həzz almaq, ləzzət almaq, feyziyab olmaq. – Babam onları danışmaqdan həzziyib alardı ( Babamın son nağılı )

BOYGÖRÜNCƏKLİYİ – toydan sonra təzə gəlini görmək üçün təşkil edilən mərasim. – Mürşüdovdan qalma “miras”dı, ikincisi də səni boygörüncəkliyinə çağırmamışam(Başsız meyit)

CAMAQ – ağzın yanları, cəhəng. – Ağbaşovun camaqlarından qızmış nər kimi köpük tökülürdü (Boğanaq)

HƏLLƏHUŞ – fırıldaqçı. – Bu indən bir güdül karandaş çıxarardı ( Boğanaq )

İYLİYİB-ÇUYLAMAQ – arayıb-axtarmaq, eşib-tapmaq, öyrənmək. – İyliyib-çuyluyub, bu tanrısız haradan bilib, görəsən? ( Boğanaq)

KƏRƏSKƏ – tövlədə və ya damda quzular üçün düzəldilmiş yer. – Qamış çəpərli kərəskələrin yırtıq-deşiyi uzaqdan görünürdü ( Boğanaq)

FASIQLIĞ – hiyləgərlik, biclik, yamanlıq, çoxbilmişlik. – Tahirli fikirləşdi ki, bu da fasıqlığın bir nişanəsidir ( Boğanaq )

QÜRƏH – bax: qürreh. – Ərkinaz deyirdi ki, oğlan bir az başdan qürəhdi deyəsən ( Boğanaq)

QABARMAQ – cavab, söz qaytarmaq, üzə ağ olmaq. – Dəfələrlə istəmişdi ki, o da qabarsın ( Boğanaq)

QADAQ – qıfıl – Ağzının qadağı boş adama oxşayır ( Boğanaq )

ƏCVƏL – zay, kara gəlməyən. – Doğrudanmı Tahirli comalağında Səbinə gəlin ola bilər? (Boğanaq)

QIMZANMAQ – durmaq, qalxmaq, tərpənmək.- Əvvəl-əvvəl çarpayıdan qımzanıb tərpənə bilmədi ( Boğanaq)

ÇİYƏ – maşınla emal olunan yağ. – Çiyəsi bir yana, altının gömgöy südü bir yana(Boğanaq)

CANAZIR – zəif, xəstə, xəstəhal, tez-tez xəstələnən . – Bizim bu gədəmiz bir az canazırdı ( Başsız meyit)

CƏLƏK-CƏLƏKdəstə-dəstə, sürü-sürü. – “Qonaq” orada qayığın burnunda olan dupduru suyun dibində cələk-cələk balıqları müştəri gözü ilə süzüb, öz təşəkkürünü bildirdi ( Başsız meyit )

CİKKƏ ÇƏKMƏK – ucadan qışqırmaq, bağırmaq. – Özümdən asılı olmadan cikkə çəkdim ( Babamın son nağılı )

Ədəbiyyat siyahısı

N.Qənbər.( Babamın son nağılı. Ulduz,1988)

N.Qənbər(. Başsız meyit. Azərb. jurnalı, 1989, №6,)

N.Qənbər. (Boğanaq. Azərb. jurnalı, 1991, №11-12,)

Yüklə 18,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə