1722 Beynəlxalq hüquq



Yüklə 476,9 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix31.08.2018
ölçüsü476,9 Kb.
#65862
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

122 Hansı fikir səhvdir?  

a)  Dövlət yalnız öz razılığı ilə beynəlxalq müqavilənin iştirakçısı ola bilər  

b)  Görkəmli alimlərin əsərləri hüququn köməkçi mənbəyidir 

c)  Beynəlxalq müqavilə üçüncü tərəflər üçün hüquq və öhdəliklər yaradır  

d)  Məhkəmə qərarları köməkçi mənbədir 

e)  Hüquq normasının ifadə forması hüququn mənbəyi adlanır 

123Hansı fikir səhvdir 

a)  Beynəlxalq hüquqi adətin əsas ünsürlərindən biri dövlətlərin praktikasıdı 

b)  Beynəlxalq müqavilə iki və daha artıq dövlət arasında münasibətləri nizama salır 

c)  Beynəlxalq hüquq öz mənşəyini beynəlxalq adətlərdən götürmüşdür  

d)  Beynəlxalq təşkilatların qətnamələri beynəlxalq hüququn əsas mənbələrindən hesab olunur  

e)  Hazırda elə bir beynəlxalq müqavilə yoxdur ki, dünyanın bütün dövlətləri onun iştirakçısı olsun  

124 Hansı fikir səhvdir?  

a)  Dövlətlər arasında münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan 

hüquqi normalar sistemi bey- nəlxalq hüquq adlanır  

b)  Beynəlxalq hüquq normaları dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasındakı 

qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir  

c)  Hüquq normasının ifadə formasına hüququn mənbəyi deyilir 



d)  Beynəlxalq müqavilə beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi 

tanınmış davranış qaydasıdır  

e)  Hüququn ümumi prinsipləri hüququn təbiətini əks etdirən və bütün mövcud hüquqi sistemlər 

üçün ümumi olan prinsip və normalar başa düşülür  

125Hazırda dünyanın bütün dövlətlərinin iştirakçı olduğu müqavilə hansıdır?  

a)  Təcavüz haqqında müqavilə 

b)  Genosid haqqında müqavilə 



c)  Elə bir müqavilə yoxdur 

d)  Narkotik haqqında müqavilə 

e)  İnsan hüquq və azadlıqları ilə bağlı müqavilə 

126 Beynəlxalq hüquqi adətdə dövlətlərin praktikasına nə daxildir?  

a)  dövlətlərin faktiki fəaliyyəti; mübahisələrlə bağlı onların verdikləri bəyanatlar; beynəlxalq 

qanunvericilik; milli məhkəmələrin qərarları 




b)  dövlətlərin faktik fəaliyyəti (hərəkət və ya hərəkətsizlik); konkret situasiya və ya 

mübahisələrlə bağlı onların verdikləri bəyanatlar; dövlətdaxili qanunvericilik; milli 

məhkəmələrin qərarları; beynəlxalq təşkilatların praktikası  

c)  dövlətlərin faktiki fəaliyyəti; konkret situasiya ilə bağlı onların verdikləri bəyanatlar; beynəlxalq 

hüquq normaları; beynəlxalq məhkəmələrin qərarları; beynəlxalq təşkilatların əsas və xüsusi 

qətnamələri  

d)  dövlətlərin faktiki və ya formal fəaliyyəti; dövlətdaxili qanunvericilik; milli məhkəmələrin 

qərarları; beynəlxalq təşkilatların bəyanatları 

e)  beynəlxalq təşkilatların bəyanatları 

127 Beynəlxalq hüquqi adətin anlayışı?  

a)  beynəlxalq hüquqi adət dövlətlərin və xalqların qəbul etdiyi hüquqi normadır  

b)  beynəlxalq hüquqi adət beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi 

tanınmış davranış qaydasıdır 

c)  beynəlxalq hüquqi adət dövlətlər tərəfindən yaradılan, lakin elə dövlətlər üçün məcburi xarakter 

daşımayan normalardır 

d)  beynəlxalq hüquqi adət məcburi norma kimi tanınmayan, lakin beynəlxalq praktikada təşəkkül 

tapmış davranış qaydasıdır 

e)  beynəlxalq praktikada təşəkkül tapmış davranış qaydasıdır  

128 Beynəlxalq hüququn mənbələri 

a)  beynəlxalq hüquqi adət; məhkəmə qərarları 



b)  beynəlxalq konvensiya; sivil millətlərin tanıdıqları hüququn ümumi prinsipləri; məhkəmə 

qərarları; tanınmış alimlərin rəyləri 

c)  beynəlxalq müqavilə; beynəlxalq hüquqi adət; sivil millətlərin tanıdıqları hüququn ümumi 

prinsipləri  

d)  beynəlxalq konvensiyalar; beynəlxalq hüquqi adət; məhkəmə qərarları  

e)  beynəlxalq müqavilə; beynəlxalq hüquqi adət; məhkəmə qərarları; tanınmış alimlərin rəyləri  

129 Xüsusi konvensiyaların məzmunu və hüquqi təbiəti  

a)  xüsusi konvensiyalara regional səviyyədə müvafiq iştirakçıları olan müqavilələr aiddir və bu 

müqavilələr iştirakçılar üçün deklorativ xarakter daşıyır 



b)  xüsusi konvensiyalara məhdud sayda iştirakçıları olan müqavilələr aiddir və bu 

müqavilələrin müddəaları həmin iştirakçılar üçün məcburi xarakter daşıyır  

c)  xüsusi konvensiyalara müvafiq problem, predmet ilə bağlı müqavilələr aiddir və müqavilələrin 

müddəaları iştirakçılar üçün məcburi xarakter daşımır  

d)  xüsusi konvensiyalara ancaq BMT tərəfindən qəbul edilmiş konvensiyalar aiddir və orada qeyd 

edilən müddəalar iştirakçılar üçün əsas məcburi xarakter daşıyır 



e)  iki dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq razılaşmadır  

130Müəyyən adət normasının təşəkkül tapması üçün dövlətlərin təcrübəsi hansı tələblərə cavab 

verməlidir?  

a)  ardıcıl, lakin müxtəlif olmalıdır; ümumi olmalıdır; dövlətlərin təcrübəsi öz daxili məkanında 

mövcud olmalıdır 

b)  ardıcıl, eyni cür olmalıdır; ümumi olmalıdır, yəni dünyanın əksər dövlətlərinin bu 

təcrübədə “payı” olmalıdır; təcrübə uzunmüddətli olmalıdır  

c)  ardıcıl, lakin müxtəlif olmalıdır; xüsusi olmalıdır, yəni konkret dövlətin bu təcrübədə “payı” 

olmalıdır 

d)  ümumi olmalıdır, yəni dünyanın əksər dövlətlərinin bu təcrübədə “payı” olmalıdır; dövlətlərin 

təcrübəsi müvafiq dövrü əhatə etməlidir  

e)  dövlətlərin təcrübəsi müvafiq dövrü əhatə etməlidir 

131 Ümumi beynəlxalq konvensiyalar dedikdə nə başa düşülür?  

a)  ümumi beynəlxalq konvensiyalar dedikdə, ancaq konvensiya üzvü dövlətlərin iştirak etdiyi (birgə 

imzaladığı müqavilələr) müqavilələr başa düşülür, onların qanunvericiliyində isə məhz müvafiq 

regional beynəlxalq birliklər üçün məcburi olan normalar əks edilir 



b)  ümumi beynəlxalq konvensiyalar dedikdə bütün dövlətlərin iştirak etdiyi və iştirak edə 

biləcəyi müqavilələr başa düşülür, onların qanunvericiliyində isə bütün beynəlxalq birliklər 

üçün məcburi olan normalar, yəni ümumi beynəlxalq hüququn normaları əks edilir 

c)  ümumi beynəlxalq konvensiyalar dedikdə, konvensiya üzv-dövlətlərinin qəbul etdiyi dövlətlərin 

iştirak edə biləcəyi müqavilələr başa düşülür 

d)  ümumi beynəlxalq konvensiyalar dedikdə, iki və ya daha artıq dövlət arasında bağlanan, qarşılıqlı 

beynəlxalq razılaşmadır 

e)  ancaq konvensiya üzvü dövlətlərin iştirak etdiyi müqavilələr başa düşülür  

132Beynəlxalq hüququn əsəs prinsiplərinə aid fikirlərdən hansı səhvdir?  

a)  Ən yüksək hüquqi qüvvəyə malik olan normalardır 

b)  Beynəlxalq hüquq normaları beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olmalıdır 

c)  Beynəlxalq hüququn əsas prinsipləri Avropa Birliyinin nizamnaməsində əks olunmuşdur  

d)  Beynəlxalq hüququn əsas prinsiplərindən kənarda və onlarsız beynəlxalq hüquq yoxdur  

e)  Beynəlxalq hüququn əsas prinsipləri bir-biri üzvi surətdə Bağlıdır  

133Hansılar beynəlxalq hüququn əsas prinsiplərindəndir? 1 dövlətlərin ərazi bütövlüyü prinsipi 2 

beynəlxalq cinayətlərə yol verməmək prinsipi 3 əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi 

prinsipi 4 narkotikə qarşı mübarizə prinsipi 5 sərhədlərin toxunulmazlığı prinsipi 6 genosidə yol 

verməmək prinsipi  

a)  1 -2- 3  




Yüklə 476,9 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə