1. Ъяряйанларын гаршылыглы тясири


İnduksiya elektrik hərəkət qüvvəsi



Yüklə 1,35 Mb.
səhifə11/91
tarix13.02.2022
ölçüsü1,35 Mb.
#83726
1   ...   7   8   9   10   11   12   13   14   ...   91
fizika imtahan sual və cavabı

13. İnduksiya elektrik hərəkət qüvvəsi

- Burulğanlı elektrik sahəsi. İnduksiya elektrik hərəkət qüvvəsi. Elektromaqnit induksiyası hadisəsi nəticəsində keçirici qapalı konturda induksiya cərəyanının yaranmasına səbəb dəyişən maqnit sahəsinin öz ətrafında burulğanlı elektrik sahəsi yaratmasıdır. Bu sahə konturdakı sərbəst elektronlara təsir edərək onları nizamlı hərəkətə gətirir - induksiya elektrik cərəyanı yaradır. Cərəyanın yaranması üçün müsbət vahid yükün keçirici kontur boyunca yerdəyişməsi zamanı burulğanlı elektrik sahəsinin gördüyü iş sifirdan fərqlidir. Həmin iş keçirici qapalı konturda yaranan induksiya elektrik hərəkat qüvvəsi (EHQ) adlanan fiziki kəmiyyəti xarakterizə edir.

induksiya elektrik hərəkət qüvvəsi — müsbət vahid elektrik yükünün qapalı kontur boyunca hərəkəti zamanı burulğanlı elektrik sahəsinin gördüyü işin həmin yükün miqdarına olan nisbətinə bərabər olan kəmiyyətdir.



ε = A
q
. (1)

Elektromaqnit induksiyası hadisəsinə aid apardığınız araşdırmalardan müəyyənləşdirdiniz ki, keçirici qapalı konturda yaranan induksiya cərəyanının qiyməti bu konturla hüdudlanan səthdən keçən maqnit selinin dəyişmə sürəti ilə mütənasibdir. Deməli, keçirici konturda induksiya cərəyanı yaradan induksiya EHQ də xarici maqnit selinin dəyişmə sürətindən asılıdır.

Çox kiçik zaman müddətində maqnit seli Δφ qədər dəyişirsə, Δφ
Δτ nisbəti maqnit selinin dəyişmə sürətidir.



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə