1. Verilmiş sözlərdən birində k-y əvəzlənməsi baş verir


Məntiqi ardıcıllığı tamamlayın



Yüklə 0,75 Mb.
səhifə6/7
tarix24.10.2017
ölçüsü0,75 Mb.
#6493
1   2   3   4   5   6   7

35. Məntiqi ardıcıllığı tamamlayın:

Xoş gördük! Xoş gəlmişsiniz!...

A) Sağ olun! B) Gözünüz aydın!

C) Mübarəkdir! D) Allah kömək olsun!

E) Gün aydın!

ÜSLUBİYYAT
1. Məktəbi yenicə bitirmiş Ramin Məşğulluq idarəsinə işə düzəlmək üçün müraciət etməlidir. Bunun üçün o, hansı müraciət formasını seçməlidir?

A) elan B) reklam C) ərizə D) arayış E) akt


2. “İbtidai sinif müəllimlərindən Sabirova Lalə, Həsənov Qasım 1 iyun 2006-cı il tarixindən məzuniyyətə buraxılsınlar” cümləsi hansı sənədin tərkib hissəsidir?

A) arayış B) əmr C) ərizə

D) elan E) protocol
3. Aşağıdakılardan birini rəsmi-işgüzar üslubun ən sərbəst forması hesab etmək olar.

A) məktub B) ərizə C) protokol

D) bildiriş E) arayış
4. Obrazlı dil hansı üslub üçün səciyyəvidir?

A) elmi B) rəsmi C) rəsmi-işgüzar

D) rəsmi və elmi E) bədii
5. “… xüsusi formada tərtib edilən sənəddir. Bu, qiymətli bir əşyanı müəyyən bir təşkilatdan almaq üçün şəxsə verilən sənəd formasıdır. Onu idarə və təşkilat etibar etdiyi şəxsin adına yazarkən müəssisənin möhürü ilə təsdiq edir və imza qoyur“. Söhbət hansı sənəddən gedir?

A) protokoldan B) xasiyyətnamədən C) arayışdan

D) vəkalətnamədən E) aktdan
6. “Hər hansı bir şəxs özü haqqında ətraflı məlumat verməlidir. O, bu sənəddə bütün ailə üzvləri haqqında geniş yazmalıdır“. Bu sözlər hansı sənəd haqqındadır?

A) etibarnamə B) akt C) protokol

D) ərizə E) tərcümeyi-hal
7. Müfəssəl təşbeh hansı nümunədədir?

A) Güləcəksən hər bir zaman,

Azərbaycan, Azərbaycan!

B) Gül üzlü yarım niyə getdi?

C) Üzün güldür, yanağın alma.

D) Onun baxışı sanki maral baxışı idi.

E) Göy kişnər, bulud ağlar.
8. “Mətbuat dili“ ifadəsi aşağıdakı sözlərdən hansını əvəz edə bilər?

A) elmi üslubu B) rəsmi üslubu

C) məişət üslubunu D) bədii üslubu

E) publisistik üslübu


9. “… hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə bu və ya digər təşkilat tərəfindən verilən sənəddir”. Söhbət hansı sənəddən gedir?

A) arayışdan B) protokoldan

C) ərizədən D) elandan

E) vəkalətnamədən


10. Səlcuq və Ərturan zarafat edərkən bilmədən sinfinizin pəncərəsini sındırmışlar. Sən isə sinif nümayəndəsi kimi bu hadisəni görən şagirdlərlə birlikdə bir sənəd hazırlamalısan. Bunun üçün aşağıdakılardan hansını seçsən, daha məqsədəuyğun olar?

A) ərizə B) akt C) məktub D) rəy E) arayış


11. “Sifət əşyanın əlamətini, keyfiyyətini bildirir“ cümləsi hansı üslubdadır?

A) məişət B) rəsmi C) elmi

D) bədii E) publisistik
I. Azərbaycan şifahi xalq ədəbiyyatı
1. Lirik növün şifahi xalq

ədəbiyyatındakı janrları:

1- layla; 2- ağı; 3- vəsfi-hal;

4- lətifə; 5- əfsanə; 6- oxşama;

7- mahnı

A) 1,2,4 B) 3,4,5

C) 5,6,7 D) 1,2,3,6,7

E) 1,2,3,4,7


2. Şeir şifahi xalq ədəbiyyatının hansı janrındadır?

Qızıl öküzüm, yeri,



Qoyma şum qala geri,

İti tərpən, maralım,

Düşmənlər baxır bəri.”

A) əmək nəğmələri B) mərasim nəğmələri

C) bayatı D) mahnı

E) sayaçı sözlər


3. “Nənəm, a narış qoyun,

Yunu bir qarış qoyun

Çoban səndən küsübdür,

Südü ver, barış qoyun.”

Şeir şifahi xalq ədəbiyyatının hansı janrındadır?

A) holavar B) mərasim nəğməsi

C) layla D) sayaçı söz

E) ağı
4. “Qızıl üzüyümün qaşı,



Bişdi bağrımın başı.

Mən deyən yar olmasa,

Yandırram dağı, daşı”.

Şeir məzmununa görə necə adlanır?

A) yas mərasim nəğməsi

B) toy nəğməsi

C) mövsüm nəğməsi

D) yaş nəğməsi

E) qəhrəmanlıq nəğməsi


5. “Laylay, beşiyim, laylay,

Evim, eşiyim, laylay,

Sən get şirin yuxuya,

Çəkim keşiyin, laylay.”

Şeirin janrını göstərin:

A) oxşama B) layla C) bayatı

D) holavar E) mahnı
6. “Bostanda tağım ağlar,

Basma, yarpağım ağlar,

Sağ durduqca mən özüm,

Ölsəm, torpağım ağlar.”

Şeirin janrını müəyyənləşdirin:

A) sayaçı sözü B) holavar

C) bayatı D) oxşama

E) ağı
7. Hansılar xalq əfsanələridir?



1- “Maral”; 2-“Qu quşu”;

3- “Ayın əfsanəsi”; 4- “Pəri qala”;

5- “Ayla Günəş”

A) 1,2,4,5 B) 2,3,4,5

C) 1,2,3,4 D) 1,3,4,5

E) 3,4,5
8. Nağıllar mövzularına görə bir neçə yerə bölünürlər:

1. sehrli 2. sentimental

3. heyvanlar haqqında 4. əfsanəvi

5. tarixi 6. ailə-məişət

A) 2,3,4,6 B) 1,3,5,6

C) 2,3,4,5 D) 1,2,3,4

E) 1,3,4,6


9. “Yeddi qardaş, bir bacı”,

Usta Abdulla”, “Yetim İbrahim”,

Qazanılmış manat” məzmununa görə hansı nağıllara aiddir?

A) sehrli B) heyvanlar haqqında

C) məişət D) tarixi

E) sentimental


10. Biri nağıl nümunəsidir:

A) “Dədəgünəş” B) “Beşbarmaq dağı”

C) “Ağ atlı oğlan” D) “Oğuz”

E) “Bayat”


11. Lətifələr ən çox kimin adı ilə bağlıdır?

1- Bəhlul Danəndə. 2- Sərdar Mikayıloğlu.

3- Molla Nəsrəddin. 4- Abdal Qasım.

5- Səməd Vurğun. 6- Ayrım Qasım.

7- Mirzə Bağı.

A) 1,2,3,7,8 B) 1,3,4,6,7

C) 2,3,4,5,7 D) 3,4,5,6,7

E) 1,3,4,5,6


12. Biri məsəldir:

A) “Bu günün işini sabaha qoyma”

B) “Sən çaldın”

C) “İşləməyən dişləməz”

D) “Qalan işə qar yağar”

E) “Könüldən könülə yollar görünür”


II. Qədim dövr Azərbaycan ədəbiyyatı
1. “... Bıldır-bıldır gözünün yaşı rəvan oldu...

Güz alması kibi al yanağın dartdı, yırtdı.

Qarğa kibi qara saçını yoldu. “Oğul! Oğul!”-

deyibən zarlıq qıldı, ağladı”. Bu sözlər “Dədə- Qorqud”

eposunda kimin dilindən söylənmişdir?

A) Selcan xatunun B) Qazan xanın

C) Burla xatunun D) Beyrəyin anasının

E) Dəli Domrulun anasının


2. “Dədə Qorqud” dastanı haqqında elm aləminə ilk məlumat verən:

A) Azərbaycan alimi H.Araslı

B) alman alimi Fridrix fon Dits

C) türk alimi Məhərrəm Ergin

D) türk alimi Orxan Şaiq Gökyay

E) Azərbaycan alimi S.Əlizadə


3. “Dədə Qorqud”da verilmiş oğuzun düşmənləri:

A) Şöklü Məlik, Qara Məlik, Yeynək

B) Səgrək, Bəvil, Basat

C) Şöklü Məlik, Qara Məlik, Trabzon təkuru

D) Təpəgöz, Dəli Domrul, Şöklü Məlik

E)
4. Qazan xan düşməndən nəyi qaytarmağı tələb edir?

A) var-dövlətini B) Oğlu Uruzu

C) Burla Xatunu D) qoca anasını

E) oğlu və Burla Xatunu
5. Dastanın müqəddiməsində Dədə Qorqudun dilindən nə söylənilib?

A) rəvayətlər B) məsəllər

C) nağıllar D) atalar sözləri

E) bayatılar


6. “Dədə Qorqud” dastanında müqəddəs sayılır:

A) ağac B) su C) qopuz

D) qurd E) at
7. “Xəmsə”nin yazılma ardıcıllığı:

1. “Xosrov və Şirin”

2. “Leyli və Məcnun”

3. “İsgəndərnamə”

4. “Sirlər xəzinəsi”

5. “Yeddi gözəl”

A) 1,4,5,2,3 B) 4,1,2,5,3

C) 2,3,4,1,5 D) 3,5,2,1,4

E) 5,4,2,1,3


8. N.Gəncəvinin vahid süjet xətti və baş qəhrəmanı olmayan poeması:

A) “Sirlər xəzinəsi” B) “Xosrov və Şirin”

C) “Leyli və Məcnun” D) “Yeddi gözəl”

E) “İsgəndərnamə”


9. Nizami hansı əsərində İran və türk əxlaqını qarşılaşdırır?

A) “Sirlər xəzinəsi”

B) “Xosrov və Şirin”

C) “Leyli və Məcnun”

D) “Yeddi gözəl”

E) “İskəndərnamə”


10. Nizami hansı poemasında qadınları ərəb geyimli türk adlandırır?

A) “Xosrov və Şirin”də - Məhinbanu və Şirini

B) “Yeddi gözəl”də Fitnəni

C) “Leyli və Məcnun”da Leylini

D) “Sirlər Xəzinəsi”ndə Sultan Səncərə ibrət verən qarını

E) “İsgəndərnamə”də Nüşabəni


11. “Erkəksiz yaşayan bu dişi ceyran

Gözəldi, göycəkdi erkək tovuzdan.

Xoşsöhbət, ürəyi saf, mətanətli,

Bir pəri əndamlı, xoş təbiətli”

Şeir N.Gəncəvinin hansı əsərindəndir?

A) “Sirlər xəzinəsi” B) “Xosrov və Şirin”

C) “Leyli və Məcnun” D) “Yeddi gözəl”

E) “İskəndərnamə”


12. “İskəndərnamə” poemasında Nüşabəni rusların

əsirliyindən kim xilas edir?

A) Dara B) İskəndər C) Pələngər

D) Çin xaqanı E) Əflatun

III. Orta dövr Azərbaycan ədəbiyyatı
1. “Səndən iraq, ey sənəm,

şamü səhər yanıram,

Vəslini arzularam, daxi betər yanıram”

şeirin müəllifi:

A) N.Gəncəvi B) Q.Bürhanəddin

C) İ.Nəsimi D) Ş.İ.Xətayi

E) M.Füzuli


2.Aşağıdakı şeirlərdən hansı İ.Nəsiminin deyil?

A) “Nədir” B) “Ağrımaz” C) “Ayrılır”

D) “Yanıram” E) “Mən mülki-cahan”
3.Panteizm fəlsəfəsinə əsərlərində tez-tez rast gəlinən şair:

A) Q.Bürhanəddin B) Ş.İ.Xətayi

C) M.Füzuli D) S.Təbrizi

E) İ.Nəsimi


4. “Eşqilə şövqün odu canıma kar eylədi…”

misrası İ.Nəsiminin hansı əsərindəndir?

A) “Mən mülki-cahan…”

B) “Yanıram”

C) “Məndə sığar iki cahan…”

D) “Bulunmaz”

E) “Ağrımaz”


5. Şeirlərində “Tanrı öz mənasını insanın

surətində bəyan etmişdir” fikrini əks etdirən şair:

A) N.Gəncəvi B) Nəbati

C) Q.Bürhanəddin D) Ş.İ.Xətayi

E) İ.Nəsimi


6. “Mən ərşilə fərşü kafünunam,

Mən şərhü bəyan, bəyan mənəm, mən”,

beytinin müəllifi:

A) N.Gəncəvi B) Nəbati

C) Q.Bürhanəddin D) Ş.İ.Xətayi

E) İ.Nəsimi
7. Qızılbaşlıq ideyası hansı şairə məxsusdur?

A) Q.Bürhanəddin B) İ.Nəsimi

C) M.Füzuli D) Ş.İ.Xətayi

E) M.P.Vaqif


8. Ana dilində ədəbi irsi divandan, didaktik mənzumələrdən,

Nəsihətnamə” və “Dəhnamə”dən ibarət olan şair:

A) Q.Bürhanəddin B) İ.Nəsimi

C) Ş.İ.Xətayi D) M.Füzuli

E) S.Təbrizi
9. “Ənəlhəq sirri uş könlümdə gizli

Ki həqqi-mütləqəm, həq söylərəm mən”,

beyti ilə Xətayi hansı görüşlərini əks etdirir?

A) sufilik B) hürufilik

C) qızılbaşılıq D) ələvilik

E) həllacilik
10. “Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,

Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır”,

- beytilə başlayan qəzəlin müəllifi:

A) Q.Bürhanəddin B) İ.Nəsimi

C) Ş.İ.Xətayi D) M.Füzuli

E) S.Təbrizi


11. Ş.İ.Xətayinin “Ayrılır” qəzəlinin bəhri:

A) rəcəz B) həzəc C) xəfif

D) səri E) rəməl
12. Ş.İ.Xətayi hansı əsərində baharın füsunkarlığı ilə insan gözəlliyini vəhdətdə təqdim edir?

A) “Dəhnamə”

B) “Ayrılır”

C) “Mövsimi-qış getdi...”

D) “Nəsihətnamə”

E) “Bahar oldu ki, aləm gülşən oldu”


13. Şeirin janrı və müəllifi:

...Ey müəllim, aləti-təzvirdir əşrarə elm,



Qılma əhli-məkrə təlimi-məarif, rinhar,

Hiylə üçün elm təlimin qılan müfsidlərə,

Qətli-anı üçün verir cəlladə tığı-abidar.”

A) tuyuq, Q.Bürhanəddin

B) rübai, İ.Nəsimi

C) qəzəl, Ş.İ.Xətai

D) qitə, M.Füzuli

E) qoşma, Həbibi


14. “Bir yarə bu dərdi eylədim faş,

Olmadı mənə bu yolda yoldaş.

Səbr eyləmədi bu dərdü dağə,

Qatlanmadı, düşdü daşə, dağə.”

M.Füzulinin “Leyli və Məcnun” poemasında bu sözləri kim söyləyir?

A) Məcnun B) Leyli

C) İbn Salam D) Zeyd

E) Məcnunun anası


15. “Xosrov deyiləm ki, mənə dilbər,

Şirin ola gah, gah Şəkkər”.

Bu sözlər N.Gəncəvinin “Xosrov və Şirin” poemasında kimə məxsusudur?

A) Şapura B) Xosrova

C) Fərhada D) Məcnuna

E) İbn Səlama


16. “Bir sınmışa mumiya dilərdim,

Bir xəstə üçün şəfa dilərdim.

Gördüm, görünür bu əmr müşkül,

Bimar deyil əlaca qabil.”

Füzulinin “Leyli və Məcnun”dan verilmiş bu misralarda özünə bəraət qazandıran:

A) Məcnun B) İbn Səlam

C) Zeyd D) Nofəl

E) Leylinin atası


17. M.Füzuli “Leyli və Məcnun” poemasında baş qəhrəmanın faciəsinin əsas səbəbini nədə görür?

A) Nofəlin verdiyi sözü yerinə yetirməməsində

B) İbn Səlamın Leyliyə elçi düşməsində

C) Zəmanənin adət-ənənələrində

D) Leylinin atasının mühəfizəkarlığında

E) Məcnunun atasının qətiyyətsizliyində


IV. Yeni dövr Azərbaycan ədəbiyyatı

I mərhələ. XVII – XVIII əsrlər Azərbaycan ədəbiyyatı
1. “Koroğlu” dastanı neçənci əsrlərdə yaranmışdır?

A) XV-XVI

B) XVI-XVII

C) XVII-XVIII

D) XIV-XV

E) XVIII-XIX


2. “Koroğlu” dastanı hansı tarixi hadisələrlə səsləşir?

A) məzdəkilərlə

B) cəlalilərlə

C) kəndli üsyanı ilə

D) xürrəmilərlə

E) babilərlə


3. Koroğlunu məğlubedilməz edən ən böyük qüvvə:

A) qırat B) misri qılınc

C) dəli nərəsi D) xalq məhəbbəti

E) Nigar xanım


4. “Utan, qoç Koroğlu, utan!

Dağların damənin tutan!

Sənin kimi başa çatan

Elin qədrini nə bilər?!”

Koroğlu kimin dililə tənbeh edilir?

A) Nigar xanımın B) Dəli Həsənin

C) Aşıq Cununun D) Bəlli Əhmədin

E) Eyvazın


5. “Həmzənin Qıratı qaçırması” qolu ilə bağlı səhv fikri göstərin:

A) Dastanda Koroğlunun aldadılması və öz səhvlərini təkbaşına düzəltməsi təsvir edilir.

B) Dastanda “İgidin arxası xalqdır”, “El məsləhətini dinləyən ziyan çəkməz” fikirləri təbliğ olunur.

C) Dastanda mərdliklə- hiyləgərlik üz-üzə gəlir.

D) Koroğlu Həmzənin diribaşlığını görüb, onun adını Kaloğlan qoyur.

E) Hasan paşaya rəğbət bəsləyən Keçəl Həmzə Toqata gələn Koroğlunu ələ verir.


6. “Koroğlu” dastanında iştirak etməyənlər:

A) Dəmirçioğlu, Bəlli Əhməd

B) Dəli Həsən, Eyvaz

C) Yeynək, Dəli Domrul

D) Aşıq Cünun, Keçəl Həmzə

E) Ərəb Reyhan, Alı kişi


7. “Gah zaman başına tirmə şal bağlar,

Gah olur ki, zülf gizləyib xal bağlar,

Kalağayın qabağına al bağlar

Yaşılın altından, ağın üstündən.”

Şeirin müəllifi və janrı:

A) Q. Zakir, gəraylı B) M. P. Vaqif, qoşma

C) M.V.Vidadi, qoşma D) B. Şakir, müxəmməs

E) X. Natəvan, qəzəl


8. M.P.Vaqifin «Bəri bax» şeirinin janrı:

A) qəzəl B) müxəmməs



C) gəraylı D) qoşma

E) rübai
9. M. P. Vaqifin müxəmməsləri:

A) “Zeynəb”, “Qurbanı olduğum”

B) “Bax”, “Hayıf ki, yoxdur”

C) “Var”, “Görmədim”

D) “Küsmüşəm”, “Bax”

E) “Zeynəb”, “Var”

V. II mərhələ. XIX əsr Azərbaycan ədəbiyyatı
1. “Gümüş kəmər, incə belli,

Ağ biləkli, nazik əlli,

Ay qabaqlı, siyah telli,

Ürəyimi üzən gözəl”- şeirin müəllifi:

A) M.P.Vaqif B) M.V.Vidadi

C) Q.Zakir D) B.Şakir

E) Aşıq Alı


2. Zakirin aşağıdakı qoşmalarından biri ictimai motivli deyil.

A) “Üzünə”

B) “Dost yolunda cəfa çəkdim, can üzdüm”

C) “Gözüm yolda qaldı, könül intizar”

D) “Dost yolu bağlandı, ümid kəsildi”

E) “Durnalar”


3. “Diyari-qürbətdə müddətdi varam,

Gecə-gündüz canan deyib ağlaram.

Mən də sizin kimi qəribi zaram,

---------------------------------------”

Axırıncı misra hansı olmalıdır?

A) Təğafül etməyin, Allahı sevər

B) Var isə canandan sizdə bir xəbər

C) Eyləməyin məndən haşa, durnalar!

D) Dönməsin bağrınız daşa, durnalar!

E) Zakirəm, od tutub alışıb ciyər


4. Q. Zakirin ruhaniləri tənqid etdiyi şeir:

A) “Bax” B) “Eylər”

C) “Gəlsin” D) “Qarabağ qazisi”

E) “Durnalar”


5. M.F.Axundzadənin “Hekayəti- vəziri- xani Lənkəran”

komediyasında əsas gülüş hədəfləri:

A) Şölə xanım və Mirzə Həbib

B) Şölə xanım və Nisə xanım

C) Lənkəran xanı və onun vəziri

D) Teymur ağa və Nisə xanım

E) Mirzə Həbib və Teymur ağa


6. Hacı Kərim, Ağa Zaman, Molla Salman, Məşədi Cabbar, Səfər bəy M.F.Axundzadənin hansı komediyasının tənqid hədəfləridir?

A) “Hekayəti - xırs quldurbasan”

B) “Hekayəti – vəziri - xani Lənkəran”

C) “Hekayəti - mərdi-xəsis”

D) “Mürafiə vəkillərinin hekayəti”

E) “Hekayəti - molla Ibrahimxəlil kimyagər”


7. M.F.Axundzadənin “Hekayəti – molla - Ibrahimxəlil kimyagər” komediyasında dövrünün açıqfikirli adamı:

A) Zərgər Hacıkərim B) Hacı Nuru

C) Ağa Zaman D) Səfər bəy

E) Məşədi Cabbar


8. Dialoq, monoloq, remarka kimi bədii nitq formalarını ilk dəfə ədəbiyyatımıza gətirən ədib:

A) Ə. Haqverdiyev B) N. Vəzirov

C) Ə. Gorani D) C. Məmmədquluzadə

E) M. F. Axundzadə


9. M. F. Axundzadənin «Hacı Qara» komediyasında hansı obraza münasibətdə gizli, üstüörtülü satira hiss olunur?

A) Heydər bəyə B) Hacı Qaraya

C) Ohan yüzbaşıya D) naçalnikə

E) Tükəzə


10. M. F. Axundzadənin «… Müsyö Jordan» komediyasında təsvir olunan məkan:

A) Fındıqlı dərəsi

B) Təklə Muğanlı obası

C) Şəki


D) Lənkəran şəhəri

E) Təbriz şəhəri


VI. Yeni dövr Azərbaycan ədəbiyyatı III mərhələ

XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı

1. “Molla Nəsrəddin” jurnalının ədəbiyyatımıza gətirdiyi janrlar

A) hekayə, təmsil, povest, felyeton

B) məsnəvi, pyes, satirik hekayə, taziyanə

C) satirik hekayə, felyeton, satirik şeir, taziyanə

D) hekayə, povest, oçerk, roman

E) xatirə, qəsidə, fəxriyyə, məsnəvi


2. Kim C.Məmmədquluzadəni “Molla Nəsrəddin”çilərin “ağsaqqal yoldaşı” adlandırmışdır?

A) Ö.F.Nemanzadə

B) Ə.Qəmküsar

C) M.Ə.Sabir

D) C.Məmmədquluzadə

E) Ə.Nəzmi


3. “Molla Nəsrəddin” jurnalı hansı ədəbi cərəyanı formalaşdırmışdır?

A) romantizm B) tənqidi realizm

C) realizm D) maarifçi realizm

E) sentimentalizm


4.“Molla- Nəsrəddin ədəbi məktəbinin nümayəndələri:

1. Ö.F.Nemanzadə 2.M.Hadi 3. M.Ə.Sabir

4. A.Şaiq 5.M.S.Ordubadi 6. Ə.Qəmküsar

7. H.Cavid 8. Ə.Haqverdiyev

A) 1,3,5,6,8 B) 2,3,5.8 C) 4,5,6,7,8

D) 1,4,5,7,8 E) 2,3,6,7
5. “Molla Nəsrəddin”in başlıca məramı:

A) nöqsanları tənqid etmək və açıb göstərmək

B) xalqın oyanışını və dirçəlişini təmin etmək

C) çar rejiminin rüşvətxorluğunu və ikiüzlülüyünü göstərmək

D) mollaları, qazıları düz yola dəvət etmək

E) xalqı silahlı üsyana hazırlamaq


6. Ə.Haqverdiyevin “Molla Nəsrəddin” jurnalının ürəyi adlandırdığı şəxs:

A) Ə.Qəmküsar

B) M.M.Şəbüstəri

C) C.Məmmədquluzadə

D) Ö.F.Nemanzadə

E) Ə.Nəzmi


7. “Molla Nəsrəddin” jurnalının təsirilə Cənubi Azərbaycanda satirik şeirlər yazmış şair:

A) M.Şəhriyar B) M.Möcüz C) Ə.Nəzmi

D) S.Behrəngi E) Ə.Qəmküsar
8. “Füyuzat” jurnalı hansı ideyaların təbliğatçısı idi?

A) ruslaşmaq, fransızlaşmaq, iranlılaşmaq

B) türkçülük, islamçılıq, müasirlik

C) millətçilik, beynəlmiləlçilik, xalqlar dostluğu

D) tərkidünyalıq, itaətkarlıq, dözümlülük

E) millilik, dünyəvilik, xristianlıq


9. “Füyuzat” jurnalı neçənci ildə və harada çap olunmuşdur?

A) 1906-1907-ci illərdə ,Tiflisdə

B) 1909-1910-cu illərdə, Bakıda

C) 1908-1909-cu illərdə, Təbrizdə

D) 1915-1916-cı illərdə, Gəncədə

E) 1906-1907-ci illərdə, Bakıda


10. “Ucundadır dilimin həqiqətin böyüyü,

Nə qoydular deyəyim, nə kəsdilər dilimi”,- şeirin müəllifi:

A) M.Hadi B) A.Səhhət C) H.Cavid

D) Ə.Hüseynzadə E) A.Şaiq
11. Romantizm ədəbi cərəyanına mənsub olan şairlər:

A) H.Cavid, M.Hadi, A.Şaiq

B) H.Cavid, M.Hadi, Ə.Nəzmi

C) A.Səhhət, A.Şaiq, M.Ə.Sabir

D) Ə.Hüseynzadə, Ə.Qəmküsar, A.Sur

E) M.Hadi, A.Şaiq, M.S.Ordubadi


12. C.Məmmədquluzadənin ilk qələm təcrübəsi:

A) “Çay dəstgahı” B) “Poçt qutusu”

C) “Usta Zeynal” D) “Ölülər”

E) “Anamın kitabı”


13. C.Məmmədquluzadənin hekayələri sırasında verilə bilməz:

A) “Poçt qutusu” B) “Qurbanəli bəy”

C) “Saqqallı uşaq” D) Ölülər

E) “Usta Zeynal”


14. C.Məmmədquluzadənin “Anamın kitabı” əsərinin mövzusu və əsas qayəsi:

A) avamlığın, geri qalmanın tənqidi

B) milli müstəqillik, birlik, soykökə bağlılıq

C) insanları dini xurafatdan qorumaq

D) erməni-müsəlman münaqişəsi

E) ictimai quruluşda olan süründürməçilik


15.“...Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar...”-

C.Məmmədquluzadənin “Anamın kitabı” əsərindən verilmiş bu fikirlər kimə məxsusdur?

A) Rüstəm bəyə

B) Mirzə Məhəmmədəliyə

C) Səməd Vahidə

D) Gülbahara

E) Əbdüləzim kişiyə


16. C.Məmmədquluzadənin sovet dövründə baş verən hadisələri əks etdirən əsərləri:

1.”Bəlkə də qaytardılar”. 2.”Taxıl həkimi”.

3.”Dəllək”. 4.”Quzu”. 5.”Şeir bülbülləri”.

6.”Nigarançılıq”. 7.”Proletar şairi”.

8.”Konsulun arvadı”

A) 1,2,5,7 B) 3,4,5,7 C) 2,6,7,8

D) 1,4,5,8 E) 4,5,6,7
17. “Biz çobanıq, dağdı, daşdı yerimiz,

Yoldaşımız qoyun-quzu sürümüz,

Dərs almayıb, haqdı ki, heç birimiz,

Amma zövqü səfalıdı çobanlar,

Qardaşlıqda vəfalıdı çobanlar”

Şeir C.Məmmədquluzadənin hansı əsərindəndir?

A) “Ölülər” B) “Şeir bülbülü”

C) “Poçt qutusu” D) “Anamın kitabı”

E) “Qurbanəli bəy”


18. M.Ə.Sabirin təxəllüsləri

A) “Hophop”, “Nizədar”, “Məşədi Sijimqulu”

B) “Kefsiz”, “Lağlağı”, “Hophop”

C) “Hophop”, “Nizədar”, “Çuvalduz”

D) “Səbuhi”, “Molla Nəsrəddin”, “Nizədar”

E) “Məşədi Sijimqulu”, “Kefsiz”, “Hophop”


19. M.Ə.Sabirin satirik şeirimizə gətirdiyi janrlar:

A) qəzəl, taziyanə, qırmanc, satirik marş, sual-cavab

B) taziyanə, qırmanc, satirik marş, bəhri-təvil, sual-cavab

C) qəsidə,qırmanc,məsnəvi,qitə, qəzəl

D) qoşma,rübai,tuyuq,qəzəl,məsnəvi

E) taziyanə, qəsidə,qəzəl, tuyuq, bəhri-təvil


20. Biri M.Ə.Sabirin uşaq şeiri deyil:

A) “Uşaq və buz” B) “Yaz günləri”

C) “Cütçü” D) “Bura say!”

E) “Ağacların bəhsi”


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə