1 namiZƏDƏ qadağandir



Yüklə 30,17 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü30,17 Kb.
#1605


 

                                                              

4

 

 



 

 

                      



1

 

NAMİZƏDƏ QADAĞANDIR: 

- imtahana mobil telefon, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər 

yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək; 

- yandırıcı, partlayıcı, kəsici, deşici və digər bu növ əşyalarla imtahan binasına girmək, özü ilə 

siqaret gətirmək; 

- sual kitabçaları paylandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib yenidən 

geri dönmək; 

- nizam-intizam qaydalarını pozmaq;  

- zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq və bu kimi hallarla imtahanın gedişinə 

mane olmaq; 

- başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına 

başqasının baxması üçün şərait yaratmaq;  

- nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək; 

-“Cavab kartı”nı və “Sual kitabçası” nı nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq. 

Belə hallar aşkar olunarsa, namizəd imtahandan xaric olunacaq və onun imtahan 

nəticələri ləğv olunacaqdır. 

 

 



Əgər siz imtahan zamanı qaydaların pozulması halları ilə rastlaşsanız, mütləq nəzarətçiyə 

müraciət edin, nəzarətçi lazımi ölçü götürməzsə, səlahiyyətli şəxsin zala gəlməsini tələb 

edin. 

 



Nəzarətçinin  vəzifəsi  imtahanın  gedişi  zamanı  nizam-intizam  yaratmaqdır.  İmtahanın 

başlandığı elan edildikdən sonra sizin ona sual verməniz, onun sizə yaxınlaşıb hər hansı 

bir məlumat almaq üçün müraciət etməsi imtahan qaydalarına ziddir. 

 



Nəzarətçinin  fəaliyyəti  imtahan  prosesinin  tələblərinə  uyğun  olmazsa,  bu  barədə 

səlahiyyətli  şəxs  zala  gəldikdə  ona  məlumat  verin.  İmtahan  binasından  çıxdıqdan  sonra 

imtahanın gedişi ilə əlaqədar şikayətlərə baxılmayacaqdır. 

 

Sizə müvəffəqiyyətlər arzulayırıq! 

 

 

 

 

  

2013

 

     

 

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ 

www.socar.az 

YADDAŞ  

   KİTABÇASI 

(ARDNŞ-nin Təlim Mərkəzlərinə şagird qəbulu imtahanı) 

Aşağıdakıları imtahana gətirmək qəti QADAĞANDIR! 

 

 

 

DİQQƏT! 

İmtahan  binasına giriş zamanı üzərində  mobil  telefon,  konspekt və 

digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunur, onların 

imtahan sənədləri alınır və imtahan binasına buraxılmırlar. 

 

İmtahan nəticələrinizi  



www.socar.az  

internet səhifəmizdən öyrənə bilərsiniz! 



BAKI - 2013 


 

                                                              

2

 

 



 

 

         



3

 

 



İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA  

ƏMƏL ETMƏLİSİNİZ: 

1.  Siz  imtahan  günü  buraxılış  vərəqənizdə  göstərilən  vaxtda  imtahanın  keçiriləcəyi  binanın 

qarşısına gəlməli (imtahanın keçiriləcəyi yer haqqında məlumat imtahana buraxılış vərəqənizdə 

göstərilmişdir),  özünüzlə  mütləq  qara  və  ya  tünd  göy  rəngdə  yazan,  mürəkkəb  axıtmayan 

diyircəkli qələm və aşağıdakı sənədləri gətirməlisiniz: 

 



Şəxsiyyət vəsiqəsi; 

 



“İmtahana buraxılış vərəqəsi”. 

    DİQQƏT! 

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında 

uyğunsuzluq olduqda imtahana buraxılmayacaqsınız! 

2. Göstərilən sənədləri imtahan binasının giriş qapısında sənədləri yoxlayan əməkdaşlara 

təqdim edib, müvafiq zala gedin. 

İDDİAÇININ İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR: 

1. İmtahan zalında göstərilən sırada və yerdə oturduqdan sonra nəzarətçinin izahatını diqqətlə 

dinləyin. Aydın olmadıqda əlinizi qaldırıb nəzarətçiyə müraciət edin.  

2. İzahat qurtardıqdan sonra sizə “Cavab kartı” paylanır. “Cavab kartı”nı qara və ya tünd göy 

rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə doldurun. Dairələri tam qaralayın, kartın 

əks üzünün qabarmaması üçün qələmi bərk basmayın. Kartı əzmək, ləkələmək, zədələmək və 

cırmaq olmaz. 

3.  “Cavab  kartı”nızın  “İmtahan  verən  şəxs  haqqında  qısa  məlumat”  bölməsində  soyadınızı, 

adınızı,  atanızın  adını  müvafiq  sətirlərə  yazın  və  bunu  “Cavab  kartı”nızın  digər  bölməsində 

imzanızla  təsdiq  edin.  Sizə  “Cavab  kartı”nızda  göstərilən  varianta  uyğun  “Sual  kitabçası” 

paylanılır.  

    DİQQƏT! 

Sizə  verilən  “Sual  kitabçası”nın  variantı  “Cavab  kartı”nızda  qeyd 

olunan  varianta  uyğun  olmazsa,  dərhal  nəzarətçiyə  müraciət  edin.  Belə  ki,  imtahan 

nəticələriniz qiymətləndirilərkən cavablarınız “Cavab kartı”nızda göstərilmiş varianta 

uyğun  “Sual  kitabçası”nın  doğru  cavabları  ilə  müqayisə  ediləcəkdir.  “Sual 

kitabçası”nın sizə düzgün təqdim olunmasına əmin olun. 

4.  Nəzarətçi  “Sual  kitabçası”nı  açmağa  icazə  verdikdən  sonra  onu  vərəqləyərək  çap 

qüsurlarının olub-olmadığını yoxlayın. Belə qüsurlar varsa, nəzarətçiyə müraciət edin. 

5.  “İmtahan  başlandı!”  elan  edilən  andan  suallara  cavab  vermək  üçün  ayrılan  2  saat  vaxtdan 

səmərəli  istifadə  edin.  Cavabların  “Cavab  kartı”nızda  qeyd  olunması  (uyğun  dairələrin 

qaralanması) üçün sərf olunan vaxt bu müddətə daxildir. 

6. “Cavab kartı”nızın cavablar üçün ayrılmış hissəsi sual kitabçasındakı sualların ardıcıllığına 

uyğun olaraq sıralanmışdır. Cavablarınızı yazarkən, hər bir sualın cavabını “Cavab kartı”nızda 

həmin  suala  uyğun  sırada  qeyd  edin.  Hər  bir  sualın  düzgün  cavabı  bir  balla  qiymətləndirilir. 

Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.  

Ballarınız hesablanarkən yalnız “Cavab kartı”nızda qaraladığınız cavablar nəzərə 

alınır. 

“Sual  kitabçası”nda  hər  suala  verilmiş  beş  cavabdan  (bunlar  A,  B,  C,  D,  E  hərfləri  ilə 

işarələnmişdir) düzgün hesab etdiyiniz yalnız bir cavabı seçin və “Cavab kartı”nızda ona uyğun 

dairəni qaralayın. Əgər bir suala cavab olaraq iki və daha çox dairə qaralanarsa, həmin cavab 

səhv hesab edilir.  

DİQQƏT! 

Başqasının  cavablarını  köçürməyin.  Özünüz  də  diqqətli  olun  ki,  sizin 

cavablarınızı heç kim köçürməsin. Nəticələriniz yoxlanarkən xüsusi araşdırma zamanı köçürmə 

faktı aşkar edilərsə, imtahan nəticələriniz ləğv olunacaqdır.  

7. Sizə 70 test sualı təqdim olunur: 

 



Riyaziyyat  

- 25 sual; 

 

Fizika 



 

- 15 sual; 

 

Kimya 



 

- 15 sual; 

 

Milli dövlətçilik və Azərbaycan tarixi - 10 sual; 



 

Məntiqi təfəkkür 



- 5 sual. 

8.  Hesablamaları  və  qeydləri  aparmaq  üçün  “Sual  kitabçası”nda  boş  yerlər  nəzərdə 

tutulmuşdur. Buna görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir. 

“Cavab kartı”nın və “Sual kitabçası”nın təhvil verilməsinə görə namizəd şəxsən  

məsuliyyət daşıyır. 

9. Hər hansı sualınız olduqda, nəzarətçinin sizə yaxınlaşması üçün əlinizi qaldırın. 

10.  Vaxtından  əvvəl  imtahanı  tərk  etmək  istəyisinizsə,  əlinizi  qaldırmalı,  nəzarətçi  sizə 

yaxınlaşdıqdan  sonra  “Sual  kitabçası”  və  “Cavab  kartın”nı  ona  təhvil  verib,  otağı  tərk 

etməlisiniz. 

11. İmtahanın son 15 dəqiqəsi ərzində cavab kartını doldurmusunuzsa, otağı tərk etmək üçün 

imtahanın başa çatmasını gözləməlisiniz. 

12. İmtahan vaxtı başa çatdıqdan sonra “Sual kitabçası” və “Cavab kartın”nı nəzarətçiyə təhvil 



verməlisiniz. 

 

Yüklə 30,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə