1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   12   13   14   15   16   17   18   19   ...   70

(Milli  Məclisi)  Azərbaycan  Respublikasının  deputatları  təşkil  edir.  «Deputat»  termini  serb  sözü  olub  hərfi 
mənası  «elçi  göndərilmiş»  deməkdir.  Deputatların  əsas  vəzifəsi  qanunvericilik  prosesində  iştirak  etmək  və 
qanunda göstərilmiş  funksiyaları  həyata keçirməkdir. Belə ki, Russo deyirdi:  «Deputat xalqın nümayəndəsi 
hesab olunmalıdır. O, seçicilərin müvəkkil olunmuş, səlahiyyətli nümayəndəsidir». Yəni xalq deputatı seçir 
və  o,  xalqın  ümumi  iradəsinə  uyğun  hərəkət  etməlidir.  Bu  fikirdən  «imperativ  mandat»  prinsipi  meydana 
gəlir  ki,  bu,  deputatın  hüquqi  statusunu  müəyyən  edir.  Bu  prinsipə  görə,  deputat  onu  seçən  şəxslərin  - 
seçicilərin qarşısında məsuliyyət daşıyır. Əgər deputat onların mənafeyinə uyğun hərəkət etməzsə, seçicilər 
onu  geri  çağıra  bilər.  Əslində  imperativ  mandat  məqsədəuyğun  deyil.  Çünki  parlamentdə  qanun  qəbul 
olunarkən deputat heç də bütün seçicilərin ayrı-ayrılıqda mənafeyini nəzərə ala bilməz. 
Başqa  bir  prinsip  «azad  mandat»  prinsipidir.  Bu  prinsip  alman  hüquqşünasları  tərəfindən  irəli 
sürülüb.  Mahiyyəti  ondan  ibarətdir  ki,  hansı  dairədən  seçilməsindən  asılı  olmayaraq  deputat  bütün  xalqın 
nümayəndəsidir. Yəni, deputat konkret seçicilərin deyil, xalqın mənafeyini təmsil edir. Prelo azad mandatın 
məzmununu aşağıdakı qaydada ümumiləşdirib: 
1)  bu  mandat  ümumi  hesab  olunur.  Yəni  deputatlar  ayrı-ayrı  dairələrdən  seçilməsinə  baxmayaraq, 
onlar bütün xalqı təmsil edir; 
2)  bu  mandat  imperativ  deyil,  konsultativdir.  Yəni  deputat  məcburiyyətdən  uzaqdır,  onu  konkret 
olaraq  nəyisə  etməyə  məcbur  etmək  qadağan  olunur,  deputat  seçicilər  qarşısında  məsuliyyət 
daşımır; 
3)  bu mandat geri çağırıla bilməz; 
4)  bu mandat, həyata keçirən deputat üzərinə öhdəlik qoymur 
Bu dörd xüsusiyyət azad mandatın əsas əlamətləridir və müxtəlif Konstitusiya normalarında öz əksini 
tapır. Əksər dövlətlərdə, o cümlədən Azərbaycanda da bu mandat tətbiq olunur. 
Deputatın  səlahiyyət  müddəti,  adətən  seçkilərdən  sonra  başlanır.  Azərbaycan  Respublikası 
Konstitusiyanın  84-cü  maddəsinə  görə,  deputatın  səlahiyyət  müddəti  Azərbaycan  Respublikası  Milli 
Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 
ildir.  Deputatlıqdan  çıxanların  yerinə  yeni  seçkilər  keçirilərsə,  yeni  seçilən  deputatın  səlahiyyət  müddəti 
deputatlıqdan  çıxanın  qalan  səlahiyyət  müddəti  ilə  məhdudlaşır.  87-ci  maddəyə  görə,  deputatların 
səlahiyyətləri  Milli  Məclisin  yeni  çağırışının  ilk  iclas  günü  bitir.  Milli  Məclisin  deputatlıqdan  çıxanların 
yerinə  yeni  seçkilər  Milli  Məclisin  səlahiyyət  müddətinin  bitməsinə  120  gündən  az  müddət  qalarsa, 
keçirilmir. Milli Məclis 83 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətli hesab olunur. 
«Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatının  statusu  haqqında»  1996-cı  il  17  may  tarixli 
Qanunun  4  və  5-ci  maddələrində  deputatın  səlahiyyətləri  və  fəaliyyət  formaları  göstərilir.  Qanuna  görə 
deputatın aşağıdakı səlahiyyətləri var: 

Milli Məclisin iclaslarında iştirak etmək; 

Milli Məclisin orqanlarına seçmək və seçilmək; 

qanunvericilik təşəbbüsünü həyata keçirmək; 



deputat sorğusu vermək; 

məlumat almaq və yaymaq; 

toxunulmaz olmaq; 

Konstitusiya ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina etmək; 

vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək. 
Qanuna görə deputat aşağıdakı formalarda fəaliyyət göstərir: 
1)  Milli Məclisin iclaslarında iştirak edir; 
2)  komissiyaların işində iştirak edir; 
3)  Milli Məclisin sədrinin, komissiyaların tapşırıqlarını yerinə yetirir; 
4)  deputat sorğuları verir; 
5)  seçicilərlə iş aparır. 
Konstitusiyanın  89-cu  maddəsinə  görə,  Milli  Məclisin  deputatı  aşağıdakı  hallarda  mandatdan 
məhrum edilir: 

seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda; 

Azərbaycan  Respublikası  vətəndaşlığından  çıxdıqda  və  ya  başqa  dövlətin  vətəndaşlığını  qəbul 
etdikdə; 

cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda; 

dövlət  orqanlarında  vəzifə  tutduqda,  din  xadimi  olduqda,  sahibkarlıq,  kommersiya  və  başqa 
ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla); 

özü imtina etdikdə. 
Deputat  öz  səlahiyyətlərini  daimi  icra  edə  bilmədikdə  və  qanunda  nəzərdə  tutulmuş  digər  hallarda 
onların  səlahiyyətləri  itirilir.  Bu  haqda  qərarın  qəbul  olunma  qaydası  qanunla  müəyyən  olunur.  Belə  ki, 
1996-cı  il  17  may  tarixli  qanuna  görə  bu  barədə  intizam  komissiyası  rəy  verir.  Rəyə  Milli  Məclis  növbəti 
iclasında  baxır.  Milli  Məclis  bu  məsələyə  bir  qayda  olaraq  səlahiyyətlərinin  itirilməsi  qaldırılan  deputatın 
iştirakı ilə baxır. Tələb olunan səs çoxluğu ilə bu haqda qərar qəbul olunur. 
1996-cı  il  17  may  tarixli  Qanununa  əsasən  deputatın  hüquq  və  vəzifələri  göstərilir.  Deputatın 
hüquqları aşağıdakılardır: 
1. 
Deputatın  Milli  Məclisin  iclaslarında  iştirak  etmək  hüququ  və  səs  hüququ.  Deputat  müzakirə 
olunan məsələ barədə fikrini bildirə, təklif və qeydlərini verə bilər. 
2.  Deputatın  seçmək  və  seçilmək  hüququ.  Milli  Məclisin  sədrinin,  sədr  müavinlərinin,  komissiya 
sədrlərinin və üzvlərinin seçkiləri zamanı deputat özünün və başqa deputatların namizədliklərini 
irəli sürə bilər, namizədlərin müzakirəsində və səsvermədə iştirak edə bilər. 
3.  Deputatın  qanunvericilik  təşəbbüsü  hüququ.  Deputat  qanunvericilik  hüququnu  aşağıdakı 
formalarda həyata keçirir: 
 

yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə