1 C?Miyy?Tin informasiya t?Hluk?Sizliyin?



Yüklə 94,51 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü94,51 Kb.
#8591


İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 3-9 

 

 



       www.jpis.az                                                                      3 

 

UOT 004.9:351 



Ə

liquliyev R.M.

1

, İmamverdiyev Y.N.

2

,Yusifov F.F.

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

1

secretary@iit.ab.az



2

yadigar@lan.ab.az



3

farhadysuifov@gmail.com



 

CƏMİYYƏTİN  İNFORMASİYA  TƏHLÜKƏSİZLİYİNƏ 

DAİR  BƏZİ  KONSEPTUAL  BAXIŞLAR  

İnformasiya  təhlükəsizliyinin  təmin  olunması  üzrə  beynəlxalq  təcrübədə  mövcud  olan 

mexanizmlər  tədqiq  olunmuş,  bu  sahədə  milli  normativ-hüquqi  bazanın  formalaşdırılması 

istiqamətində  görülən  işlər  araşdırılmış  və  təkliflər  verilmişdir.  Cəmiyyətin  təhlükəsizliyinin 

mühüm  komponenti  kimi  informasiya  təhlükəsizliyinin  vəzifələri  müəyyənləşdirilmiş,  mövcud 

təhlükələr  və  onların  hədəfləri  araşdırılmış,  cəmiyyətin    informasiya  təhlükəsizliyinin  təmin  

olunmasına  dair təklif və tövsiyələr verilmişdir. 

Açar sözlər: informasiya təhlükəsizliyi, informasiya cəmiyyəti, elektron elm.  

Giriş 

Müasir  dövr  sənaye  cəmiyyətinin  informasiya  cəmiyyətinə  (İC)  transformasiyası  ilə 

xarakterizə  olunur.  İnformasiya  cəmiyyətinin  qurulmasının  əsas  vəzifələrinə  İC-nin  hüquqi 

əsaslarının  yaradılması,  insan  resurslarının  inkişafı,  vətəndaşların  məlumat  almaq  və  istifadə 

etmək hüquqları, elektron dövlətin, elektron ticarətin formalaşması, xüsusən, ölkənin intellektual 

potensialının  möhkəmləndirilməsi,  informasiya  və  biliklərə  əsaslanan  iqtisadiyyatın  qurulması, 

müasir  informasiya-kommunikasiya  infrastrukturunun  yaradılması,  milli  elektron  informasiya 

fəzasının  formalaşdırılması  və  informasiya  təhlükəsizliyinin  təmin  edilməsi  kimi  məsələlər 

daxildir.  İnformasiya  cəmiyyəti  sivilizasiyanın  inkişafının  müasir  mərhələsi  kimi  cəmiyyətdə 

informasiya  və  biliyin  rolunun  artması,  ümumi  daxili  məhsulun  tərkibində  informasiya 

sektorunun  payının  artması,  insanların  səmərəli  informasiya  mübadiləsini  və  onların  qlobal 

informasiya  resurslarına  çıxışını  təmin  edən  qlobal  informasiya  fəzasının  yaradılması  ilə 

xarakterizə  olunur.  Hal-hazırda  cəmiyyətin  müxtəlif  sferalarında,  o  cümlədən,  iqtisadi,  enerji, 

ekologiya  və  s.  sahələrdə  informasiya-kommunikasiya  texnologiyalarının  (İKT)  geniş  tətbiqi 

informasiya  təhlükəsizliyi  məsələsini  ön  plana  çıxarır.  Ümumiyyətlə,  cəmiyyətin  bütün 

sahələrinin və insanların İKT-dən asılılığı gücləndikcə informasiya təhlükəsizliyinin əhəmiyyəti 

özünü  daha  çox  büruzə  verir.  İnformasiya  cəmiyyətinin  qurulmasının  əsas  vəzifələrindən  biri 

kimi  informasiya  təhlükəsizliyi  dövlətin,  cəmiyyətin  və  şəxsiyyətin  təhlükəsizliyinin  təmin 

edilməsinin əsas istiqamətlərindən birinə çevrilir.  

İ

nformasiya təhlükəsizliyinin təmin olunmasına dair beynəlxalq təcrübə 

Cəmiyyət informasiyalaşdıqca insanlar informasiyadan daha  artıq dərəcədə asılı vəziyyətə 

düşürlər.  İnformasiya  təhlükəsizliyinin  təmin  olunmaması  isə  cəmiyyət  üçün  böyük  fəsadlar 

törədə bilər. Hər hansı ölkədə informasiya təhlükəsizliyinin prioritetləri dövlətin, cəmiyyətin və 

vətəndaşların  maraqlarının  balanslı  nisbəti  əsasında  müəyyənləşir.  Ölkədəki  siyasi,  hərbi, 

fövqəladə  və  s.  vəziyyətlərdən  asılı  olaraq  bu  nisbət  dəyişə  bilər.  Cəmiyyətin    təhlükəsizliyinin 

əsas  komponentlərindən  biri  kimi  informasiya  təhlükəsizliyinin  vəzifələri  informasiyanın 

konfidensiallığı, tamlığı, əlyetərliliyi və ziyanlı kontentlərlə mübarizədir. 

İlk  dəfə  1988-ci  ilin  noyabr  ayının  30-da  universitetlər,  elmi-tədqiqat  institutları  və  hərbi 

idarələr də daxil olmaqla, ARPANET-in minlərlə qovşağını sıradan çıxaran ilk kompyuter virusu 

meydana  gəldi  və  böyük  itkilərə  səbəb  oldu.  Yaradıcısının  adına  uyğun  olaraq  “Morris 

soxulcanı”  adlandırılan  bu  virusun  vurduğu  ziyan  təxminən  100  milyon  dollar  həcmində 

qiymətləndirilmişdi. 



İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 3-9 

 

4                                                                  www.jpis.az 



 

“Morris soxulcanı” göstərdi ki, informasiya təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir 

və insanlar tərəfindən böyük səylər və müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Buna 

görə də dünya ictimaiyyəti informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın 

zəruriliyi  haqqında  ciddi  düşünməyə  başladı.  Həmin  vaxtdan  bəri  informasiya  texnologiyaları, 

informasiya cəmiyyəti inkişaf etdikcə bu problem daha da aktuallaşır. Bunları əsas tutaraq, 1988-

ci  ildə  Kompüter  Avadanlığı  üzrə  Amerika  Assosiasiyası  30  noyabrı  Beynəlxalq  informasiya 

təhlükəsizliyi günü elan etdi. Ona görə ki, informasiya təhlükəsizliyi məsələsi bir ölkə üçün yox, 

bütün bəşəriyyət üçün mühüm əhəmiyyət daşıyır. 

İnformasiya təhlükəsizliyinin təmin edilməsi sistematik, kompleks yanaşma tələb edir. Bu 

sahədə  əlaqədar  qurumlar  tərəfindən  konseptual,  təşkilati,  elmi-metodoloji,  qanunvericilik, 

maddi-texniki  əsasların  yaradılması  üzrə  işlər  aparılmalıdır. Cəmiyyətin  informasiya 

təhlükəsizliyinin  təmin  olunması  üçün  zəruri  olan  tədbirlər  kimi  beynəlxalq  hüquqi 

mexanizmlərin  ciddi  araşdırılması,  milli  normativ-hüquqi  bazanın  formalaşdırılması, 

təhlükəsizlik  siyasətinin  işlənilməsi  və  reallaşdırılması,  xüsusi  texnologiyaların  tətbiqi,  ölkə  və 

korporativ  səviyyədə  informasiya  təhlükəsizliyinin  monitorinqi  və  menecmentinin  aparılması, 

kadr  hazırlığı,  əhalinin  maarifləndirilməsi  və  vətəndaşlarda  informasiya  mədəniyyətinin  tərkib 

hissəsi  kimi  informasiya  təhlükəsizliyi  mədəniyyətinin  formalaşdırılması  məsələləri  aktuallıq 

kəsb  edir.  Ümumiyyətlə,  informasiya  təhlükəsizliyinin  təmin  olunması  istiqamətində  zəruri 

tədbirlərin  həyata  keçirilməsi  üçün  beynəlxalq  hüquqi  mexanizmlərin,  milli  normativ-hüquqi 

bazanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır və bu məsələ ayrı-ayrı ölkələr kontekstində 

deyil, 


beynəlxalq 

qlobal 


informasiya 

təhlükəsizliyi 

kontekstində 

nəzərdən 

keçiril-

məlidir. Beynəlxalq təcrübədə qlobal informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə bir 

sıra  proqramlar,  layihələr,  mexanizmlər  işlənilmişdir.  Onların  sırasında  2002-ci  ildə  BMT 

tərəfindən  qəbul  etmiş  Qlobal  İnformasiya  Təhlükəsizliyi  Mədəniyyəti  haqqında  Qətnaməni, 

2008-ci  ildə  Beynəlxalq  Telekommunikasiya  İttifaqı  tərəfindən  qəbul  olunmuş  Qlobal 

İnformasiya  Təhlükəsizliyi  proqramını  göstərmək  olar  [1,2].  Bununla  yanaşı,  2010-cu  ildə 

NATO-nun Lissabon sammitində qəbul olunmuş Bəyannamənin 40-cı maddəsinə əsasən, 2012-

ci ildə Tam Operativ Hazırlıq (Full Operational CapabilityFOC) mərkəzləşdirilmiş qurumunun 

yaradılması  nəzərdə  tutulur  [3].  Bu  qurum  NATO-nun  bütün  infrastrukturunun  informasiya 

təhlükəsizliyini həyata keçirəcəkdir.  

Azərbaycan  Respublikasında  da  informasiya  təhlükəsizliyi  məsələləri  milli  təhlükəsizliyin 

əsas tərkib hissələrindən biridir və bu sahədə normativ-hüquqi bazanın formalaşması informasiya 

cəmiyyəti  quruculuğunda  prioritet  məsələlərdən  hesab  olunur.  Ölkəmizdə  informasiya 

təhlükəsizliyinin  təmin  edilməsinin  qanunvericilik  bazasının  formalaşdırılması  və  inkişaf 

etdirilməsi  istiqamətində  bir  sıra  mühüm  konseptual  sənədlər,  normativ-hüquqi  aktlar  qəbul 

edilmişdir. Bunlara misal olaraq 2007-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının Milli 

Təhlükəsizlik  Konsepsiyası”nı,  eləcə  də,  “İnformasiya,  informasiyalaşdırma  və  informasiyanın 

mühafizəsi  haqqında”,  “Dövlət  sirri  haqqında”,  “Elektron  sənəd  və  elektron  imza  haqqında”, 

“Elektron  ticarət  haqqında”,  “İnformasiya  əldə  etmək  haqqında”,  “Telekommunikasiya 

haqqında” qanunları və s. göstərmək olar [4-10].  

İnformasiya  texnologiyalarının  inkişafı  və  istifadəçilərinin  sayının  sürətlə  çoxalması 

kompyuter  sistemlərinə  olan  təhdidlərin  daha  geniş  xarakter  almasına  və  onların 

reallaşdırılmasının daha böyük fəsadlar törətməsi ehtimallarının artmasına səbəb olur. Buna görə 

də,  informasiya  təhlükəsizliyi  sistemlərində  baş  verən  anomal  hadisələrə  və  qeyri-qanuni 

hərəkətlərə  çevik  reaksiya  verilməsi,  kompüter  cinayətlərinin  müxtəlif  növlərinə  əks-təsir 

vasitələrindən  biri  də  dünya  təcrübəsində  geniş  istifadə  olunan  Kompüter  İnsidentləri  üzrə 

Yardım  Komandalarının  (Computer  Emergency  Response  Team,  CERT)  yaradılmasıdır. 

Dünyada  ilk  CERT  də  məhz  1988-ci  ilin  noyabr  ayında  baş  vermiş  virus  epidemiyasından 

bilavasitə sonra yaradılmışdı. Hazırda müxtəlif ölkələrdə çoxlu sayda CERT qurumları fəaliyyət 

göstərir. 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 3-9 

 

 



       www.jpis.az                                                                      5 

 

Cəmiyyətin  informasiya təhlükəsizliyinin təmin olunmasına dair konseptual yanaşmalar 

Məlumdur ki, qlobal informasiya  cəmiyyətində informasiya iqtisadiyyatın, elmin, təhsilin, 

siyasi və ictimai fəaliyyətin digər sahələrinin aparıcı amilinə çevrilir. Bu baxımdan, informasiya 

cəmiyyəti  çox  mürəkkəb  formada  qarşılıqlı  münasibətdə  olan  korporativ  və  açıq  informasiya 

fəzalarının  toplusundan  ibarətdir.  Ümumiyyətlə,  informasiya  cəmiyyətinin  formalaşması 

mərhələləri  beş  səviyyədən  ibarətdir:  kommunikasiyalaşma,  kompyuterləşmə,  şəbəkələşmə, 

informasiyalaşma  və  virtuallaşma.  Cəmiyyətin  informasiya  təhlükəsizliyinə    olan  təhlükələrin 

hədəfləri də məhz bu səviyyələrdir [11]. İnformasiya təhlükəsizliyinə olan təhlükələrin meydana 

çıxmasının  əsas  səbəblərindən  biri  kimi  isə  beynəlxalq  səviyyədə  İnternetin  fəaliyyətini 

tənzimləyən  mexanizmlərin  olmamasını  göstərmək  olar.  İnternetin  sürətli  inkişafı  və 

istifadəçilərinin  sayının  kütləvi  şəkildə  artması  ilə  kompyuter  və  kommunikasiya  sistemlərinə 

olan təhdidlər daha ehtimallı olur və onların realizəsi nəticəsində yaranan fəsadlar daha da geniş 

miqyas  alır. Müxtəlif  səviyyələrdə  təhlükələrin  olmasına  baxmayaraq,  istənilən  halda, 

təhlükələrin  mənbəyi  insandır.  Hər  bir  insanın  daxili  dünyası,  yaşadığı  mühit,  psixoloji 

durumundan  asılı  olaraq  cəmiyyət  qarşısında  məsuliyyətini  itirməsi  başqalarının  hüququnun 

pozulması  ilə  nəticələnir.  Statistik  hesabatlara  görə,  sistemin  öz  istifadəçilərinin  hərəkətləri 

nəticəsində  vurulan  ziyanın  həcmi  artıq  virusların  vurduğu  ziyanı  üstələyir.  Təhlükəsizlik 

sahəsində bir çox problemlər istifadəçilərin, sistem administratorlarının və digər mütəxəssislərin 

informasiya təhlükəsizliyi sahəsində biliklərinin lazımi səviyyədə olmaması nəticəsində yaranır. 

Təbii ki, insan amilinə bağlı olan bu problemlərin aradan qaldırılması informasiya təhlükəsizliyi 

mədəniyyətinin formalaşmasını zəruri edir.  

Vətəndaşlarda  informasiya  mədəniyyətinin  vacib  hissəsi  olan  informasiya  təhlükəsizliyi 

mədəniyyətinin  formalaşdırılması  istiqamətində  davamlı  və  məqsədyönlü  tədbirlərin  görülməsi 

də  müasir  dövrdə  mühüm  məsələyə  çevrilir.  Belə  ki,  istifadəçilərə  informasiya-kommunikasiya 

sistemlərində iş zamanı gözlənilən təhlükələr və onlarla mübarizə mexanizmləri haqqında zəruri 

biliklər  verilməlidir.  İnternet  şəbəkəsindən  istifadə  mədəniyyətini  formalaşdırmaq,  neqativ 

təsirlərə  qarşı  “immunitet”in  möhkəmləndirilməsi  üçün  bu  mədəniyyət  normalarını  aşılamaq 

lazımdır.  

Cəmiyyətin  informasiya  təhlükəsizliyinin  təmin  olunmasına  məsuliyyət  bölgüsü  də  qeyd 

olunan  bütün  səviyyələr  üzrə  aparılmalıdır.  Hər  bir  korporativ  informasiya  fəzasının 

təhlükəsizlik  siyasəti  işlənilməli  və  həyata  keçirilməlidir.  Xüsusən,  cəmiyyətin  informasiya 

təhlükəsizliyinin əsas komponenti sayılan enerji təhlükəsizliyi məsələsi daim diqqət mərkəzində 

saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, enerji təhlükəsizliyi hər hansı bir dövlətin daxili məsələsi 

olmadığı  üçün  istənilən  ölkədə  olan  serverin  sıradan  çıxması  mövcud  informasiya  resurslarına 

digər ölkələrdən də çıxış imkanının məhdudlaşdırılmasına gətirib çıxarır.  

İnformasiya təhlükəsizliyinin mühüm vəzifələrindən biri də informasiya azadlığının təmin 

olunmasıdır.  İnformasiya  azadlığının  təmin  olunmasının  mühüm  göstəricisi  kimi  fasiləsiz, 

məhdudiyyətsiz    informasiya  resurslarına  çıxış  imkanının  (əlyetərliliyin)  olmasıdır.  İnsanların 

İnternetə  çıxış  sürətinə  tələbatının  çox  yüksək  templə  artması  bəzi  ölkələrdə  informasiya 

azadlığının təmin olunması üçün vətəndaşların İnternetə çıxış sürətinin minimum həddi haqqında 

qanunlar  qəbul  olunmasını  zəruri  etmişdir.  Qeyd  etmək  lazımdır  ki,  2005-ci  ildə  “İnformasiya 

əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanundan irəli 

gələn  vəzifələrin  yerinə  yetirilməsi  məqsədi  ilə  Xüsusi  Dövlət  Mühafizə  Xidməti  ilə  birgə 

AMEA  İnformasiya  Texnologiyaları  İnstitutu  gov.az  domen  zonasında  fəaliyyət  göstərən  veb-

saytların yaradılması və istismarına dair qaydaları işləyib hazırlamışdır. 

Mühüm  məsələlərdən  biri  də  vətəndaşların  şəxsi  və  ailə  həyatı  ilə  bağlı  toplanan,  emal 

olunan və ötürülən məlumatların mühafizə olunması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, bir sıra 

ölkələrdə  İnsan  Hüquqları  haqqında  Bəyənnamənin  19-cu  və  21-ci  maddələrinin  həyata 

keçirilmə  vəziyyətinin  monitorinqi  məqsədi  ilə  “informasiya  ombudsmanı”,  “informasiya 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 3-9 

 

6                                                                  www.jpis.az 



 

tribunalı”, “informasiya telekommunikasiya ombudsmanı” kimi institutlar fəaliyyət göstərir [12]. 

Başqa  sözlə,  informasiya  ombudsmanları,  bir  tərəfdən,  informasiya  azadlığının  (19-cu  maddə), 

digər tərəfdən isə, fərdi məlumatların mühafizə vəziyyətinin (21-ci maddə) monitorinqini həyata 

keçirir.  İnformasiya  cəmiyyəti  quruculuğu  prosesində  ölkədə  formalaşan  fərdi  məlumatlar 

infrastrukturu  ən  önəmli  məsələlərdən  birini  təşkil  edir.  Ölkəmizdə  2010-cu  ildə  “Fərdi 

məlumatlar  haqqında”  qanun  qəbul  olunmuşdur  və  hal-hazırda  qanundan  irəli  gələn  vəzifələrin 

yerinə  yetirilməsi  məqsədilə  müvafiq  işlər  aparılır  [13].  Bu  sahədə  dünyada  olan  mövcud 

təcrübəni  nəzərə  alaraq  ölkəmiz  Avropa  Şurasının  1981-ci  il  tarixli  “Fərdi  məlumatların 

avtomatlaşdırılmış sistemlərdə emalı vaxtı fiziki şəxslərin qorunması haqqında” Konvensiyasına  

(108 saylı Konvensiya) qoşulmuşdur [14].  

Cəmiyyətin  təhlükəsizliyinin  təmin  olunmasında  biometrik informasiya  texnologiyaları  

böyük    imkanlara    malikdir.  Təcrübədən  məlumdur  ki,  informasiya-kommunikasiya 

sistemlərində,  xüsusən  də,  İnternet  mühitində  baş  verən  cinayətlərin,  qeyri-etik  davranışın  əsas 

səbəblərindən  biri  istifadəçilərin  zəruri  hallarda  identifikasiyası  mexanizmlərinin  mükəmməl 

olmamasıdır. 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror hadisəsindən sonra BMT-nin 

Təhlükəsizlik  Şurası  insanların  onlara  məxsus  biometrik  məlumatlara  əsasən  identifikasiyasının 

həyata  keçirilməsi,  yeni  nəsil  sənədlərin  tətbiqi  haqqında  qətnamə  qəbul  etmişdir.  2007-ci  ildə 

Azərbaycanda  da  “Biometrik  eyniləşdirmə  sisteminin  yaradılması  haqqında”  Dövlət  Proqramı 

qəbul  olunmuşdur  [15].  Hesab  etmək  olar  ki,  yaxın  gələcəkdə  on-layn  biometrik  servislərin 

tətbiqi  cəmiyyətin  təhlükəsizliyinin  yüksək  səviyyədə  təmin  olunması  üçün  geniş  imkanlar 

yaradacaqdır. 

Milli eyniləşdirmə sisteminin iki vacib elementinin - biometrik eyniləşdirmə sisteminin və 

elektron  imza  infrastrukturunun  yaradılması,  onların  imkanlarının  səmərəli  şəkildə 

birləşdirilməsi  və  istifadəsi  təkcə  bu  problemin  həllində  deyil,  ümumiyyətlə,  informasiya 

məkanının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. 

Cəmiyyətin  informasiya  təhlükəsizliyinin  təmin  olunmasında  İnternet  provayderlərinin  də 

rolu  böyükdür  və  onların  üzərinə  mühüm  vəzifələr  qoyulur.  Bu  gün  ölkə  üzrə  təxminən  40-a 

yaxın provayder tərəfindən İnternet xidmətləri göstərilir. Cəmiyyətin informasiya təhlükəsizliyi, 

əsasən,  bu  provayderlərdən  və  onların  administratorlarından  asılıdır.  Ona  görə  də  İnternet-

provayderlərin  və  administratorların  cəmiyyət  qarşısında  məsuliyyəti  hüquqi  mexanizmlərlə 

təsbit  olunmalıdır.  İnformasiya  cəmiyyəti  məsələlərinə  həsr  olunmuş  Ümumdünya  Sammitinin 

yekun  Bəyannaməsində,  beynəlxalq  qurumların,  Avropa  Birliyinin  və  inkişaf  etmiş  ölkələrin 

qəbul  etdiyi  hüquqi  sənədlərdə  spamlarla,  viruslarla,  ziyanlı  kontentlərin  yayılmasına  qarşı 

mübarizə məqsədi ilə şəbəkə operatorları və İnternet-provayderlərin qarşısında mühüm vəzifələr 

qoyulur.  Spamlarla,  viruslarla,  ziyanlı  kontentlərlə  mübarizə  şəbəkə  operatoru  və  provayderlər 

səviyyəsində aparılarsa, çox az vəsait hesabına kompyuterləri viruslardan  mühafizə etmək olar. 

Bununla  yanaşı,  beynəlxalq  təcrübəyə  əsaslanaraq  şəbəkə  operatorlarının  və  provayderlərinin 

maliyyələşdirməsi mexanizmlərinin işlənilməsinə də xüsusi diqqət yetirilməlidir [17]. 

Mühüm  məsələlərdən  biri  də  elektron  dövlət  proqramlarının  reallaşdırılması  zamanı 

təhlükəsizlik  məsələlərinin  təmin  edilməsidir.  Həyata  keçirilən  elektron  dövlət  proqramlarının 

məqsədlərinə  hakimiyyət  orqanlarının  fəaliyyətində  şəffaflığın  təmin  olunması,  səmərəliliyin 

yüksəldilməsi,  informasiya  azadlığının,  demokratiyanın  inkişafı  və  insan  hüquqlarının  təmin 

olunması, vətəndaşların (fiziki imkanlarından asılı olmadan) dövlətin idarə edilməsində yaxından 

iştirakı, onlayn mühitdə dövlət xidmətlərinin göstərilməsi, təhlükəsizliyinin təmin olunması və s. 

aid etmək olar. 

E-dövlət  proqramlarının  həyata  keçirilməsi  üçün  texniki  və  inzibati-hüquqi  xarakter 

daşıyan  bir  sıra  məsələlər  həll  olunmalıdır.  Bunların  arasında  idarələrarası  qarşılıqlı  əlaqə 

reqlamentlərinin  hazırlanması,  dövlət  xidmətlərinin  təsnifatının  yaradılması,  eləcə  də,  vahid 

texniki  arxitekturun  qurulmasını,  proqram-aparat  platformasının  reallaşdırılmasını  və 

informasiya təhlükəsizliyinin təmin olunmasını göstərmək olar. 



İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 3-9 

 

 



       www.jpis.az                                                                      7 

 

Ölkəmizdə formalaşan informasiya cəmiyyətinin bir seqmenti də e-elmdir. E-elmin şəbəkə 



platforması  AzScienceNet  Elm  kompyuter  şəbəkəsi  UNESCO-nun  xüsusi  komissiyasının 

tövsiyəsi  ilə  AMEA-nın  üzvlüyü  çərçivəsində  TERENA-da  (Trans-Avropa  Elmi-tədqiqat  və 

Təhsil  Şəbəkə  Assosiasiyası)  qeydiyyata  alınmışdır  [18].  Bunun  nəticəsində  Azərbaycan  elmi 

qurumlarının  Avropa  və  beynəlxalq  elmi  şəbəkələrə  inteqrasiyasının  həyata  keçirilməsi  üçün 

əlverişli  zəmin  yaranmışdır.    AzScienceNet  şəbəkəsinin  infrasturkturunun  genişlənməsi, 

təhlükəsizlik və monitorinq sisteminin etibarlı şəkildə qurulması, DATA mərkəzinin yaradılması, 

açıq  qrid,  cloud  computing  və  eduroam  servislərinin  tətbiqi,  videokonfrans  sisteminin  təşkili, 

beynəlxalq  səviyyədə  və  digər  ölkələrdə  fəaliyyət  göstərən  müvafiq  elmi  şəbəkə  qurumları  ilə 

inteqrasiya  istiqamətində  kompleks  işlərin  həyata  keçirilməsinə  kömək  edir.  Bu  baxımdan, 

AzScienceNet-in  informasiya  təhlükəsizliyinin  təmin  olunması  da  mühüm  əhəmiyyət  kəsb  edir. 

Bu  məqsədlə  AMEA  İnformasiya  Texnologiyaları  İnstitutunda  AzScienceNet-in  “İstifadə 

siyasəti”  və  “İnformasiya  təhlükəsizliyi  siyasəti”  işlənmiş  və  şəbəkənin  təhlükəsizliyinin  təmin 

olunması  üçün  kompleks  tədbirlər  həyata  keçirilir.  Həmçinin  AzScienceNet-in  monitorinq  və 

təhlükəsizlik xidməti təşkil olunmuş, şəbəkə mühiti üçün Az-CERT komandası  yaradılmışdır və 

hal-hazırda  fəaliyyət  göstərir  [19].  Eyni  zamanda,  AzScienceNet  institutda  informasiya 

təhlükəsizliyi  sahəsində  aparılan  elmi  tədqiqatların  tətbiqi  üçün  eksperimental  baza  rolunu 

oynayır. 

Hal-hazırda informasiya resurslarından və texnologiyalarından cinayət və terror məqsədləri 

ilə  istifadə  etməyin  qarşısının  alınması,  insan  hüquqlarının  qorunması,  o  cümlədən,  fərdi 

məlumatların  toxunulmazlığı  və  söz  azadlığının  təmin  olunması  da  aktuallıq  kəsb  edir.  İnsan 

haqlarının  qorunması  ilə  yanaşı,  İnternetdə  terrorizmin  bütün  formaları  və  təzahürlərinə  qarşı 

mübarizə  aparılmalı,  rəqəmsal  bərabərsizliyin  aradan  qaldırılması  üçün  ciddi  tədbirlər 

görülməlidir. Eləcə də, gənc nəslin şəxsiyyət kimi formalaşmasında, məhdud imkanlı insanların 

problemlərinin,  gender  məsələsinin  həllində  İKT-nin  rolunun  artırılması  cəmiyyətin  inkişafında 

informasiya  təhlükəsizliyinin  təmin  olunmasını  mühüm  məsələ  kimi  ön  plana  çıxarır.  Bütün 

bunlar  nəzərə  alınaraq,  Azərbaycanın  hüquqi  sistemi  də  beynəlxalq  səviyyədə  virtual  məkana 

dair qəbul olunmuş normativ sənədlərin tələblərinə uyğunlaşdırılmışdır. 

Ölkəmizdə  informasiya  cəmiyyətinin  inkişafı  yeni  keyfiyyət  mərhələsinə  –  elektron 

tranzaksiyaları,  elektron  xidmətləri  dəstəkləyən,  aparıcı  dövlətlərin  təcrübəsinə  əsaslanan  

elektron  dövlətin  formalaşması  mərhələsinə  qədəm  qoymuşdur.  Ona  görə  də  elektron  dövlətin 

dayanıqlı  və  təhlükəsiz  fəaliyyətini  təmin  etmək  məqsədi  ilə  vətəndaşlara  dövlət  orqanları 

tərəfindən  göstərilən  elektron  xidmətlər  və  interaktiv  münasibətlər  yüksək  informasiya 

təhlükəsizliyi  tələblərinə  cavab  verməlidir.  Bunun  üçün  də  dövlət,  elm,  biznes  və  vətəndaş 

sektorlarında  fəaliyyət  göstərən  müvafiq  qurumlar  ölkəmizdə  formalaşmaqda  olan  informasiya 

cəmiyyətinin  təhlükəsizliyinin  təmin  olunması  işlərində  səylərini,  intellektual  potensialını 

səfərbər etməli və qarşıda duran vəzifələri birgə həll etməlidirlər. 

Nəticə 

İnformasiya  cəmiyyəti  inkişaf  etdikcə  elektron  dövlətin  yaradılması  prosesində  vahid  və 

çoxsəviyyəli  ümumdövlət  informasiya  təhlükəsizliyi  sisteminin  yaradılması  zərurəti  meydana 

çıxır.  Ümumiyyətlə,  informasiya  cəmiyyətinin  formalaşdırılması  ölkələrin  informasiya 

təhlükəsizliyini  təmin  etmək,  immunitetini  artırmaq,  müxtəlif  təbiətli  və  miqyaslı  təhlükələrlə 

təkbaşına  mübarizə  aparmağı  xeyli  çətinləşdirir.  Ona  görə  də  qlobal  informasiya  təhlükəsizliyi 

mühitini formalaşdırmaq bütün ölkələrin, ictimai birliklərin, biznes sektorunun və vətəndaşların 

marağında olmalıdır. Ən əsası, ölkələrin informasiya təhlükəsizliyinin təmin olunmasında vəzifə 

və  məsuliyyət  bölgüsü  müəyyənləşdirilməlidir.  Hər  bir  korporativ  informasiya  fəzasının  öz 

CERT  komandası  yaradılmalı  və  dövlət,  biznes  və  vətəndaş  cəmiyyəti  sektorlarının  qarşılıqlı 

inam  mexanizmləri  əsasında  üfüqi  və  şaquli  münasibətlər  qurulmalıdır.  Beynəlxalq  təcrübəyə 

əsaslanaraq ölkə üzrə informasiya təhlükəsizliyinin  vəziyyətinin monitorinqinin (statistikasının) 



İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 3-9 

 

8                                                                  www.jpis.az 



 

aparılması üçün indikatorlar işlənilməli, təhlillər aparılmalı və səmərəli qərarların qəbul edilməsi 

üçün mexanizmlər yaradılmalıdır. 

 

Ə



dəbiyyat  

1.

 



Создание глобальной культуры кибербезопасности, 2002, http://www.un.org  

2.

 



Global Cybersecurity Agenda, 2008,  http://www.itu.int  

3.

 



Lisbon Summit Declaration, 20 November 2010, , http://www.nato.int  

4.

 



«İnformasiya,  informasiyalaşdırma  və  informasiyanın  mühafizəsi  haqqında»  Azərbaycan 

Respublikasının Qanunu, 3 aprel 1998-ci il, http:// www.e-qanun.az  

5.

 

«Dövlət  sirri  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu,  7  sentyabr  2004-cü  il,  



http://www.mia.gov.az   

6.

 



 «Elektron  sənəd  və  elektron  imza  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu,  9  mart 

2004-cü il, http:// www.e-qanun.az  

7.

 

«Elektron  ticarət  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu,   10  may  2005-ci  il,  



http://www.e-qanun.az 

8.

 



«İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu, 30 sentyabr 2005-

ci il, http://www.ikt.az  

9.

 

«Telekommunikasiya haqqında» Azərbaycan Respublikasının Qanunu, 14 iyun 2005-ci il,



  

http://www.e-qanun.az 

10.

 

“AR-nın Milli təhlükəsizlik konsepsiyası”, 23 may 2007-ci il, http://www.mns.gov.az  



11.

 

Əliquliyev R.M., Valehov C.F., Mahmudov R.Ş. İnternet-jurnalistikanın formalaşmasının 



bəzi aspektləri. Ekspress-informasiya. İnformasiya cəmiyyəti seriyası. Bakı: “İnformasiya 

Texnologiyaları” nəşriyyatı, 2008, 32 səh. 

12.

 

The Universal Declaration of Human Rights, http://www.un.org  



13.

 

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu, 



 

4 iyun 2010-cu il,   

http://www.e-qanun.az 

14.


 

Convention for the Protection of Individuals with regard to Automatic Processing of Personal 

Data, http://www.conventions.coe.int  

15.


 

“Biometrik eyniləşdirmə sisteminin yaradılması haqqında 2007-2012-ci illər üçün Dövlət 

Proqramı”, 13 fevral 2007-ci il, 

 http://

 www.


migration.gov.az  

16.


 

World Summit on the Information Society, http://www.itu.int/wsis 

17.

 

Əliquliyev  R.M.,  Mahmudov  R.Ş.  İnternetin    tənzimlənməsi    problemləri.  Ekspress-



informasiya. İnformasiya cəmiyyəti seriyası, Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 

2010,115 səh. 

18.

 

AzScienceNet Elm kompyuter şəbəkəsi, http://www.terena.org   



19.

 

AZ-CERT,  http://www.cert.az  



 


İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 3-9 

 

 



       www.jpis.az                                                                      9 

 

УДК



 004.9:351 

Алгулиев

 Расим  М.

1

, Имамвердиев Ядигар Н.

2

, Юсифов Фархад Ф.

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

1

secretary@iit.ab.az, 



2

yadigar@lan.ab.az, 

3

farhadysuifov@gmail.com 



Некоторые

 концептуальные подходы  к информационной безопасности общества 

В  данной  статье  были  исследованы  механизмы    по  обеспечению  информационной 

безопасности  в  мировой  практике,  а  также  рассмотрены  особенности  по  направлению 

формирования  национальной  нормативно-правовой  базы  и  даны  рекомендации  в  этой 

области.  Как  один  из  важных  компонентов  безопасности  общества  были  определены 

основные функции информационной безопасности, выявлены существующие угрозы и их 

цели,  а  также  даны  предложения  и  рекомендации  по  обеспечению  информационной 

безопасности общества. 



Ключевые

 

слова



информационная 

безопасность, 

информационное 

общество, 

электронная наука. 

 

Rasim M. Alguliev

1

, Yadigar N. Imamverdiyev

2

, Farhad F. Yusifov

Institute of Information Technology of ANAS, Baku, Azerbaijan 

1

secretary@iit.ab.az, 



2

yadigar@lan.ab.az, 

3

farhadysuifov@gmail.com 



Some conceptual views on information security of the society 

Mechanisms existing in the international practice on ensuring information security were studied, 

the  work  done  in  the  direction  of  formation  of  a  national  legal  and  regulatory  base  in  this  area 

was investigated and proposals were put forward. As one of the-key component of security of the 

society, the duties of information security were specified, existing threats and their targets were 

investigated, proposals and recommendations to ensure information security of the society were 

put forward. 

Keywords: information security, information society, electronic science 

 

 



 

Yüklə 94,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə