1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

31
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
zəif olduğu 1991-1994-cü illərdə Cavaxetiya üzərində nəzarət zəifləyib.
34
Sovet İttifaqından sonra Gürcüstanın Cavaxetiya bölgəsində yerləşən 62-
ci rus hərbi bazası burada yaşayan ermənilər üçün iqtisadi və təhlükəsizlik 
baxımından  olduqca  əhəmiyyətli  idi.  Bu  səbəbdən  bölgə  erməniləri  rus 
hərbi bazasının Gürcüstandan çıxarılma qərarına, Gürcüstan hökumətinin 
Türkiyə  və  Qərb  dövlətləri  ilə  münasibətlərini  möhkəmləndirməsinə, 
Türkiyə  və Azərbaycanın  Gürcüstanda  mövqeyini  gücləndirəcək  hər  cür 
addıma qarşı çıxıblar. 
35
Gürcüstan  ermənilərindən  başqa  Ermənistan  dövləti  də  bir  tərəfdən 
Rusiyadan  asılı  dövlət  kimi,
36
  digər  tərəfdən  isə  Gürcüstanda  yaşayan 
erməniləri dəstəkləmək yolu ilə Gürcüstan üçün təhlükə qaynağıdır. Türkiyə 
və Azərbaycanla sərhədləri bağlı olan və Rusiya ilə quru əlaqəsini Gürcüstan 
üzərindən təmin edən Ermənistan rəsmi şəkildə Gürcüstana qarşı irredantist 
siyasət  izləyə  bilmədi.  Lakin  Ermənistandakı  bəzi  radikal  partiyalar  və 
QHT-lər Gürcüstandakı ermənilərə dəstək verdi. Həm Gürcüstan, həm də 
Ermənistan qarşılıqlı olaraq bir-birindən asılı vəziyyətdə yaşayır. Türkiyə-
Ermənistan  sərhədlərinin  açılması  Ermənistanın  Gürcüstandan  asılılığını 
azaldacaq və bu isə Ermənistanın Gürcüstana qarşı siyasətinin dəyişməsinə 
səbəb ola bilər. 
37
Azərbaycan  və  Türkiyə  Rusiya  və  Ermənistan  təzyiqlərinə  qarşı 
Gürcüstanı qorumaqda birgə əməkdaşlıq edirlər. Hər iki dövlətin Gürcüstanı 
dəstəkləməsi  onu  regional  layihələrə  daxil  etməklə  başlayıb.  Regional 
balansı  dəyişən  və  tranzit  ölkələrə  xarici  təzyiqlərə  qarşı  ciddi  üstünlük 
verən BTC və BTƏ kimi enerji layihələri Gürcüstan ərazisindən keçir. 2008-
ci ildə Gürcüstanın ərazisini bombalayan Rusiya hava qüvvələri BTC-yə 
toxunmayıb və bu xətt Gürcüstanın Rusiya tərəfindən təkrar işğalına qarşı 
bir qarant olub. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ, ingiliscə SOCAR) 
Gürcüstana 470 milyon dollar sərmayə yatırıb, bir çox qazpaylayıcı şəbəkə 
SOCAR-ın əlindədir. Bu şirkət Kulevi neft terminalının sahibidir və onun 
Gürcüstanda 60-a yaxın yanacaqdoldurma məntəqəsi var.
38
Azərbaycan  və  Türkiyənin  ortaq  dəstəyi  ilə  Gürcüstan  ərazisindən 
keçən  Bakı-Tbilisi-Axalkələk-Qars  (BTAQ)  dəmiryolu  layihəsi  qərb-şərq 
nəqliyyat strukturunda Gürcüstana mühüm rol verir. Azərbaycan və Türkiyə 
34   Kamil Ağacan, göstərilən əsəri.  
35   Mamuka Komakia, Armenian Population in Georgia, United Nations Association of Georgia,  january-
february 2003. S. 22.
36   2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı Ermənistanda Gümrüdə yerləşən rus hərbi 
bazasından qalxan təyyarələrin Gürcüstanı vurduğu iddia olundu. 
37   Cavid Vəliyev, Türkiyə-Ermənistan protokolları: udan kim, uduzan kim?, göstərilən əsər, s. 31-32. 
38   Trend, 26 iyul 2010.


32
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
etiraz etdiyindən sözügedən layihə Ermənistandan keçməyib, bu səbəbdən 
erməni diasporunun fəaliyyəti nəticəsində Avropa və ABŞ bankları layihəyə 
maliyyə  dəstəyi  verməkdən  imtina  edib.  Maddi  problemlər  yaşayan 
Gürcüstan  ABŞ  və  Avropa  banklarının  verəcəyi  kreditlərdən  məhrum 
olsa  da,  dəmiryolunun  Gürcüstan  hissəsinin  tikilməsi  üçün  Azərbaycan 
bu  ölkəyə  200  milyon  dollar  kredit  verib.  Bundan  başqa,  Azərbaycan 
köhnə  dəmiryolunun  bərpası  üçün  Gürcüstana  illik  5%-lik  dərəcə  ilə  25 
il  müddətinə  575  milyon  dollar  kredit  də  ayırıb.  Layihənin  2013-cü  ildə 
fəaliyyətə  başlaması  planlaşdırılır.
39
  2006-cı  ildə  Rusiya  Gürcüstan  kənd 
təsərrüfatı malları və mineral sularına embarqo tətbiq etsə də, buna qarşılıq 
olaraq Türkiyə Gürcüstanla imzaladığı “Sərbəst ticarət haqqında” Müqavilə 
ilə bazarını bu mallara açıb.
40
Türkiyə gürcü ordusunun təliminə dəstək verir, lojistik və texniki kömək 
göstərir, Tbilisidə Hərbi Akademiya yaradıb, Marneuli hərbi hava limanını 
və rus ordusunun tərk etdiyi Vaziani hərbi bazasını müasirləşdirib.
41
 2008-
ci il Rusiya-Gürcüstan müharibəsində rus mətbuatı gürcülərin silahları və 
cəsarəti Türkiyədən aldığını yazırdı. 
Rusiya-Gürcüstan müharibəsi regionda hərbi və siyasi güc balansında 
yeni dəyişikliklər edib. Cənubi Qafqazda 1991-ci ildən başlayan geosiyasi 
hakimiyyət uğrundakı mübarizənin ikinci mərhələsi kimi qəbul edilən bu 
müharibə  Türkiyə  və  Azərbaycanın  regiona  siyasətinə  də  təsir  göstərib. 
Müttəfiqləri Gürcüstanın Rusiyanın hücumuna məruz qalması Türkiyə və 
Azərbaycan  üçün  imtahan  xarakteri  daşıyırdı.  Beynəlxalq  aləmdə  Qərb 
ilə  Rusiyanın  qarşı-qarşıya  gəldiyi  müharibə  olaraq  bilinən  bu  hadisədə 
Türkiyənin tərəf olmaması Rusiya ilə münasibətlərinə müsbət təsir göstərib.  
Bu müharibə Azərbaycan üçün də imtahan xarakteri daşıyırdı. Çünki bir 
tərəfdə müttəfiqi Gürcüstan və onun separatçı regiona qarşı gücdən istifadə 
etməsi var idi. Gürcüstan güc vasitəsilə ərazi bütövlüyünü təmin etsə və 
buna  Rusiya  razılaşsaydı,  Azərbaycan  üçün  müsbət  presedent  meydana 
gələcəkdi.  Lakin  Gürcüstana  açıq  şəkildə  dəstək  verməyin  Azərbaycan-
Rusiya  münasibətlərinə  zərər  verəcəyini  düşünən  Bakı  dolayı  yolla 
Gürcüstanı dəstəklədi.  
Bu müharibə regionda balansı dəyişdiyi kimi Türkiyə ilə Azərbaycan 
arasında  iki  mühüm  problem  yaratdı.  Müharibədən  sonra  Türkiyə 
39   http://1news.com.tr/azerbaycan/ekonomi/20111110065053324.html, 10.11.2011. 
40   İvane Chikhikvadze, “Zero Problems With Neighbors: The Case of Georgia”, Turksih Policy Quarterly,  
Summer 2011 Vol.10 No.2. pp. 1-9 p.6.
41   İvane Chikhikvadze, “ Zero Problems With Neighbors: The Case of Georgia”, Turksih Policy Quar-
terly,  Summer 2011 Vol.10 No.2. pp. 1-9 p. 3. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə