1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə22/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   18   19   20   21   22   23   24   25   ...   128

 

 

65 



Dil  daxili  qanunları  ilə  tənzimlənir,  yeni  milli  sintaktik 

konstruksiyalar yaranır, köhnə formaların bir qismi dilin passiv 

fondunda  keçir,  digər  qismi  isə  dildən  çıxır.  Cəmiyyətdə  baş 

verən  dəyişikliklər  dilə  də  təsir  göstərir.  Dilin  vəzifəsi  fikir 

mübadiləsi aparmağa, informasiyanı ötürmək və qəbul etməyə 

hesablanmış nitq axınına söz və ifadələri toplamaqdır. Əgər dil 

olmasaydı,  bəşəriyyətin  mənəvi  ruhu  sayılan  şifahi  və  yazılı 

ədəbiyyat  xəzinəsi,  bütün  dünyəvi  və  dini  ədəbiyyat  nümu-

nələri  yaranmaz,  təbiətin,  elmin,  texnikanın  sirləri  hər  xalqda, 

hər  əsrdə  yenidən  tədqiq  olunardı,  inkişaf  yerində  sayardı.  Bu 

xüsusiyyətinə  görə  dili  təbiətinə  görə  bəşəri,  xidmətinə  görə 

milli adlandırmaq yerinə düşür.  

Fikir  nitqlə  ifadə  olunur,  nitqdə  formalaşır.  Dil  və  nitq 

arasında əlaqə obyektiv zərurətdir, çünki dil öz varlığını nitqdə, 

nitq  isə  öz  mənbəyini  dildə  tapır.  Nitq  prosesi  olmasa  dil,  dil 

olmasa nitq prosesi təzahür edə bilməz. Nitq dilin inkişafı üçün 

zəmin  yaradır.  Dilin  lüğət  tərkibində  və  qrammatik  qurulu-

şunda  baş  verən  yeniləşmə  nitqdə  özünü  göstərir.  Nitqdə  baş 

verən  dəyişikliklər  dildəki  köhnə  sxemləri,  modelləri 

yeniləşdirir və bu yeniliklər dildə də öz əksini tapır. Hər hansı 

bir nitq bir şəxs tərəfindən söylənilir, başqaları tərəfindən din-

lənilir. Yazıçının, alimin, jurnalistin, radio-televiziya aparıcısı-

nın  nitqi  minlərlə,  milyonlarla  oxucunun,  dinləyicinin  mara-

ğında olur. Nitq prosesində hər kəs bacardığı şəkildə yazır, da-

nışır,  informasiya  verir.  Axı  nitqin  funksiyası  ünsiyyət  yarat-

maq;  məlumatı  çatdırmaq,  həmsöhbət  tapmaqdır.  Nitq  yalnız 

dil vasitəsilə ünsiyyətə xidmət edir.  

M.Füzuli  sözü,  nitq  qabiliyyətini  insana  verilmiş  misilsiz 

sərvət  adlandırmışdır.  Onun  adı  İbrahim,  ləqəbi  Əfzələddin, 

təxəllüsü  Xaqani,  nisbəsi  Şirvani  olan  şairin  “Qəsideyi-Şiniy-

yə”  (“şin”  hərfi  ilə  bitən)  qəsidəsinə  cavab  şəklində  yazdığı 

“Ənisül-qəlb”  (“Ürək  dostu”)  qəsidəsində  əxlaqi-tərbiyəvi  fi-

kirləri  öz  əksini  tapmışdır.  O  yazır  ki,  insanları  bir-birindən 

yalnız  dilləri  ilə  fərqləndirirlər.  Nitqlə  təfəkkür  arasında  sıx 




 

 

66 



əlaqə  görən,  nitqi  insanın  şüurlu  fəaliyyətinin  nəticəsi  sayan 

şair  dilin  ictimai  mahiyəti  barədəki  fikrini  bir  beytdə  belə 

ümumiləşdirmişdir: 

 

Eyləsən tutiyə təlim ədayi-kəlimat



Nitqi insan olur, amma özü insan olmaz. 

 

Başqa  bir  yerdə  “Heyvan  da  danışmazsa,  ona  insan 



deməzlər” misrasından da anlaşılır ki, dil insanı bütün canlılar-

dan  fərqləndirən  mühüm  ictimai-sosial  səbəbdir.  Şair  insan 

nitqinə şüurlu fəaliyyət kimi yanaşır.  

Bütün  bu  deyilənləri  ümumiləşdirib  demək  olar  ki,  dil  və 

nitq bir-biri ilə dialektik vəhdətdə olub bir-birini tamamlasa da, 

aralarında  müəyyən  fərqlər  də  vardır:  1)  Dil  həcmcə  nitqdən 

genişdir;  2)  Dil  ümumxalq,  nitq  fərdi  səciyyə  daşıyır;  3)  Nitq 

insan  fikrinin  ifadəçisidir,  təfəkkürü  formalaşdırır;  4)  Nitqin 

əsas  cəhəti  məzmunlu,  aydın,  mənalı,  təsirli  və  dəqiqliyidir;    

5) Dil işarələr sistemidir; 6) Dil ictimai-tarixi təcrübənin möv-

cudluğu,  nitq  fərdlərin  ünsiyyət  vasitəsi  kimi  dilin  hər  dəfə 

yenidən  işlədilməsidir,  saxlanması  və  verilməsidir.  Nitqə  ad-

landırmaq,  ümumiləşdirmək  və  kommunikativ  funksionallıq 

xasdır;  7)  Dil  ictimai,  ümumi,  nitq  isə  fərdi  hadisədir.  Nitq 

fərdin öz fikrini ifadə etmə, anlama və qavrama aktıdır; 8) Dil 

nitqə  nisbətən  sabit,  nitq  dilə  nisbətdə  dinamikdir;  9)  Dil  dil-

çiliyin, nitq psixologiyanın tədqiqat obyektidir (35, səh. 40). 

Nitq  milli  səciyyəlidir,  hər  bir  xalqın,  millətin  özünə-

məxsus nitqi, danışığı, tələffüz forması vardır. Xalqın psixoloji 

xarakteri, maddi yaşayış tərzi və mədəniyyəti dil ümumiliyi ilə 

bağlıdır.  Məhz  bu  cəhət  hər  bir  xalqı,  o  cümlədən  də  bizim 

xalqımızı,  onun  mədəniyyətini,  eləcə  də  nitq  mədəniyyətini 

başqa  xalqlardakından  fərqləndirir.  Azərbaycan  dili  nəinki 

Hind-Avropa  dillərindən,  eləcə  də  türk  dillərindən,  hətta  oğuz 

qrupuna  daxil  olan  Türkiyə  türkcəsindən,  türkmən  və  qaqauz 

dillərindən də fərqlənir. Dilimizin lüğət tərkibi, fonetik sistemi 




 

 

67 



və  qrammatik  quruluşu  min  ildən  artıqdır  ki,  müstəqil  inkişaf 

yoluna qədəm qoymuşdur.  

Azərbaycan  xalqı  öz  varlığını  ortaya  qoyandan  formalaş-

mağa başlamış və öz dilini də formalaşdırmışdır. Dövrdən asılı 

olaraq ərəb-fars sözləri ilə nə qədər yüklənsə də, VII-XI əsrlər-

də  yazıya  alınan  “Kitab-Dədə  Qorqud”,  XIII  əsrdə  Həsən-

oğlunun məlum qəzəlləri göstərir ki, ortaq əlifbadan, ərəb-fars 

söz və izafət tərkiblərindən istifadə etsək də, fərq özünü bütün 

dil qatlarında göstərir, nitqin ahəngi, ritmi, tempi, intensivliyi, 

məntiqi  vurğusu,  tembri,  sintaksisə  xidmət  edən  intonasiyası 

dilimizin  özünəməxsusluğunu  bütün  dünyaya  nümayiş  etdirir. 

Nitq  mədəniyyətinin  bu  xüsusiyyətləri  gənclərimiz  tərəfindən 

gözlənilir  və  uşaq  bağçasından  başlanan  təhsil  məktəbdə  da-

vam etdirilir, şagirdlər, sonralar tələbələr dilimizin normalarını 

mənimsəyir,  qəzet,  jurnal  səhifələrində,  internet  saytlarında, 

radio-televiziya  verilişlərində,  müxtəlif  dərslik,  dərs  vəsaitlə-

rində,  siyasi,  elmi,  bədii  kitablardan  dilimizin  qrammatik 

qaydalarını  mənimsəyirlər.  Sözlərin  fonetik  tərkibi,  düzgün 

orfoepiya və orfoqrafiyası, leksik-semantik mənası və cümlədə 

müəyyən  ardıcıllıqla  düzülüşü  hamı  üçün  eynidir.  Bu  da  tə-

biidir,  çünki  belə  olmasaydı,  dil  öz  əsas  vəzifəsini  –  ünsiyyət 

vasitəsi olmaq funksiyasını icra edə bilməzdi.  

Dilin leksik-semantik və sintaktik yaruslarında fərqli cəhət-

lərə  üslubla  bağlı  məqamlarda  yol  verilir.  Dram  əsərlərində 

dialoqlarda, şeirlərdə heca, qafiyə və vəzn xatirinə misranı təşkil 

edən cümlələrdə söz sırasının pozulması fərdi səciyyə daşıyır: 

 

Uyma hər zülfü qara sevgili cananə, könül, 



Bu vəfasızlar edərlər səni divanə, könül. 

...Vahidin ömrü bütün nazlı gözəllərlə keçib, 

Bu həqiqət sözü zənn eyləmə əfsanə, könül.  

 

Nəzmin  əsas  şərtinin  sözlərin  özünəməxsus  nizamla  dü-



zülməsi təşkil etdiyindən bu şeir parçasında ahəngdarlıq, ölçü 

(vəzn),  qafiyə  və  misradaxili  bölgü  gözlənilmişdir.  Şeirdə 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə