02 Mart 2016 proloq Online Dergi



Yüklə 298,56 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü298,56 Kb.
#73518


 

02 Mart 2016     

                                                                     PRoloq Online Dergi 

Azerbaycan’da ilk PR dergisi 

http://www.proloq.az



 

Jurnalistikadan gələn PR-çı… 

…biznes yönümlü olmağa alışa bilmir 

 PR mütəxəssisi və PR laboratoriyanın direktoru Afət Yaqubova ilə müsahibə 

Afət xanım, neçə ildir ki, PR sahəsindəsiniz? 

1997-ci  ildə  üniversiteti  bitirən  kimi  ilk  işim  PR-la  bağlı  olub.   O  zaman  Dövlət 

Əmlak  Komitəsində  dövlət  əmlakının  özəlləşdirilməsi  kampaniyası  başlamışdı. 

Dünya Bankının layihəsi idi. Bu çərçivədə PR qrupu yaradıldı. Mən də bu qrupa 

ictimai əlaqələr üzrə konsultant kimi qəbul olunmuşdum. 

1997-ci ildən bu günə kimi ictimaiyyətlə əlaqələr sahəsində işləmişəm. Amma bu 

illərin 5 ili jurnalistika sahəsində keçib. 

PR-çıların keçmiş jurnalistlər olması işə necə təsir edir? Sizcə, peşəkar PR-çı 

necə olmalıdır?  

Jurnalistika da kommunikasiyadır,  PR-a  media ilə əlaqələr baxımından  yaxındır. 

Müxtəlif  sahələrlə  əlaqəli  olması  insanlarla  ünsiyyəti  öyrədir.  Məsələn,  mən 

jurnalistikada  hər  cür  insanla  ünsiyyətdə  olmağı  öyrənmişəm.  Müxtəlif  şəxslərlə 

söhbət edərək yazılar hazırlamışam. 

İnsanlarla  ünsiyyət   PR-da  da  çox  vacib  amildir.  Hər  kəslə  öz  dilində  danışmağı 

bacarmalısan. Jurnalist kimi PR-çı da  psixoloq olmalı, ictimaiyyəti bilməlidir. 

Amma  jurnalistikadan  gələn  PR-çı  uzun  zaman  biznes  yönümlü  olmağa  alışa 

bilmir.  Məsələn,  xəbər  görəndə  özümü    saxlaya  bilmirəm.  Kimə  xidmət 

etməsindən  asılı  olmadan  onu  yaymağa  maraqlı  oluram.  Amma  PR-çıya  bu 

lazımdırmı? 



PR-çı soyuqqanlı və biznes yönümlü olmalıdır.    

Müxtəlif  sahələri  bilmək,  ünsiyyət  və  yazı  yazmaq  qabiliyyəti,  ətrafdakılarla  xoş 

münasibətdə  olmaq,  dünyagörüş  və  başqa  keyfiyyətlərə  sahiblənmək  peşakarlığa 

gətirib çıxarır. 

Nüfüz qazanmaq istəyirsənsə, yalan danışma və rəqiblərini pisləmə. Bu mənim ilk 

qaydamdır.  İnsanlara  zərbə  vuran  biznesi  dəstəkləmirəm.  Buna  görə  də  zərərli 

məhsulların PR-ı ilə məşğul olmamaq prinsipim var. 

Müştəri maraqlarını geri atıb biznes maraqlarını irəli çəkəndə daha çox şirkət itirir. 



İctimai əlaqələr necə təşkil olunmalıdır? 

Şirkətin  ictimaiyyətə  bağlı  hansı  tərəfləri  varsa,  o  tərəflərində  nüfuz  müsbət 

qurulmalı,  qüsursuzluq  olmalıdır.  İşçi  ilə,  media  ilə,  müxtəlif  insanlarla 

münasibətini düzgün qurmayan müəssisə buna nail ola bilməz. 



Sizcə, niyə PR sahəsi öz imicini formalaşdıra bilmir? 

PR-ı  çox  zaman  peşə  kimi  deyil,  hərəkət  kimi  qəbul  edirlər.  İqtisadçı  belə  PR-la 

məşğul ola bilir. Hətta hər kəs PR-çı ola bilər. 

Məsələn, mən yaxşı övlad, bacı , yaxşı həyat yoldaşı, ana, xala qızı, yaxşı müəllim, 

müdir  olmağa  çalışıram.  Bunların  hamısı  insanın  həyatı  boyu  şəxsən  özü  üçün 

apardığı PR-dır. 

Tələbələr  də  çox  zaman  PR-ı  reklamla  eyniləşdirirlər.  Halbuki  reklam  satış,  PR 

nüfüz instrumentidir. 



Öz  imicini  tam  formalaşdıra  bilməyən  sektor  necə  olur  ki,  başqalarının 

imicini formalaşdırır? 

PR-ın doğru planlanmaması, mesajın doğru çatdırılmaması imicə təsir edir. 

Ona görə də söylədiyiniz problem PR-çıların özündən qaynaqlanır. 

Həm  də  insanlar  PR-a  şübhə  ilə  yanaşırlar.  Onlara   verilən  vəd  yerinə 

yetirilmədikdə bu şübhə daha da artır. 



PP-çıların ən çox yol verdikləri səhvlər hansılardır? 

Şəxsin PR-ı şirkətin PR-ından önə keçməməlidir. 

Bu,  bəzi  PR-çıların  özünə  sərf  edir.  Fikirləşirlər  ki,  işimi  itirsəm,  başqa  şirkət 

  məni  güclü  PR-çı  kimi  işə  götürə  bilər.  Amma  onu  işə  götürən   də  başa 

düşməlidir  ki,  belə  PR-çı  harada  işləyir-işləsin,  orada    daha  çox   özü  gözə 

görünəcək. 



Bəzən rəhbərlər üçün şəxsinin öndə olması maraqlı olur, nəinki şirkətinin. 

Bu  öncədən  planlaşdırılmış  olmalıdır.  Şirkət  özünü  kimin  simasında  görmək 

istəyir? Bu da PR-ın düşünülmüş formalarıdır. 

PR-çını ən yaxşı tanıdan böhran vəziyyətidir. 

İşin  necə  olduğunu  müştəriyə  göstərmək,  insanlarla  dürüst  olmaq  lazımdır. 

Unutmaq olmaz ki, ən böyük biclik  düzlükdür. 



Qlobal problemlərin həllində PR-ın təsiri nə qədərdir? 

İnsanların mariflənməsi, daha çox məlumatlı olması baxımından təsiri böyükdür. 



Bu  şirkətlərə  sərf  edirmi?  Əməyin  mənimsənməsi,  azyaşlı  uşaqların 

işlədilməsi,  zərərli  məhsulların  istehsalı  və  s.  problemlər  hələ  də  var.  Bu 

baxımdan məlumatlı müştəri şirkət üçün nə qədər arzuolunandır? 

Təbii ki, biznes şirkətlərinin öz maraqları var. Öz nüfuzlarını qurmaq və bundan da 

nəsə götürmək istəyirlər. 

Bir də ki, şirkət bütün pulunu paylayası deyil.  Dövlətin, beynəlxalq qurumların da 

marifləndirmə layihələri olmalıdır. 

Biznes maraqları və sosial məsuliyyət arasındakı tarazlığı necə qorumaq olar? 

Bizim cəmiyyət qarşısında müəyyən borcumuz var. Biz cəmiyyətdən qazandığımız 

kimi  öz  töhfəmizi  də  verməliyik.  Korporativ  sosial  məsuliyyət  layihələrinin 

məqsədi budur. 




İstifadə etdiyini yerinə qoymalısan. Yəni, alıcın, əməkdaşların bu insanlardırsa, sən 

bu ərazinin suyundan istifadə edir, havasından udursansa, bunu bir formada bərpa 

etməlisən. 

Necə sosial məsuliyyət layihələrinə üstünlük verirsiniz? 

Məsələn, şirkət avtomobil şirkətidirsə, öz sahəsi ilə bağlı olan problemlərin həllinə 

yönələn  layihələr  gerçəkləşdirsə,  daha  çox  fayda  vermiş  olar.  Qəzaların 

azaldılması,  insanların  yol  hərəkəti  qaydalarına  riayət  etməsi,  təbiətin  mühafizəsi 

belə layihələrin maraq dairəsində olsa, yaxşı olar. 

Ən böyük PR çalışmanız hansı olub? 

Bunu deyə bilmərəm. Ona görə ki, müştəriyə hansısa işin PR olduğunu bildirmək 

yanlışdır. 

Niyə  belə  düşünürsünüz?  Bəlkə  səbəblərdən  biri  odur  ki,   xəbər  tutsalar 

onları zəif PR adlandıracaqlarından ehtiyat edirsiniz?  

Görülən işlər mənim   deyil. Şirkət pul verib bunu məndan alır. Bunu öz işim kimi 

təqdim edə bilmərəm. 

Bu,  şirkətin  adı  ilə   bağlıdır.  Məsələn,  “Səba”  bir  ildə  Bakının  uşaq  evi  və 

bağçalarını toyuq ilə təmin etdi. İl ərzində pulsuz olaraq 500 ton toyuq verdi. İdeya 

və onun çatdırılması PR-çıdan gəlsə də, bunu reallaşdıran şirkətdir. 

Öz  etdiyim  kampaniyalardan  “Hyundai”  ilə  reallaşdırdığımız  “Gələcəyimiz  üçün 

əl-ələ” layihəsini  misal göstərə bilərəm. Bu,  Azərbaycanda ən böyük Korporativ 

Sosial  Məsuliyyət  layihəsi  hesab  olundu.  Ailə  başçısını  avtomobil  qəzasında 

itirmiş ailələrə yardım kampaniyası idi. 



PR strategiyanız  başqalarından nə ilə fərqlənir? 

Yaxşı PR-çı odur ki, müxtəlif taktikalardan istifadə edə bilsin. Bir taktikanı bilmək 

və hər dəfə ondan istifadə etmək yaxşı nəticə vermir. Eyni auditoriya səslənirsənsə, 

taktikaların müxtəlif olmalıdır. 

Xüsusi bir üsulun olduğunu deyə bilmərəm.  Dünya gör-götür dünyasıdır. Kiminsə 

taktikasından istifadə edə və gələn dəfə eyni üsuldan istifadə etməyə bilərəm. 




Həyata  keçirdiyiniz  PR  kampaniyalarının  məqsədə  çatıb-çatmamasını  necə 

ölçürsünüz? 

Səsi-  sorağı  gəlir.  Zamanla  nəyi  düzgün  qurub,  qurmadığımızı  hiss  edirik.  Hətta 

addımlarımızı təkar edənlər də olur. 

Hər hansı hadisənin PR olub-olmamasını necə bilmək olar? 

Niyə  hanısa  hadisənin  PR  olub  olmamasını  öyrənmək  istəyirik  ki?  Bu  özü  PR-a 

şübhə ilə yanaşmaq deyilmi? 

Söhbət  nəyinsə  PR  kampaniyası  olub-olmamasından  yox,  ödənişli  olub-

olmamasından gedə bilər. İnformasiyanı alan bunun ödəniş müqabilində olduğunu 

biləndə bunu başqa cür qəbul edəcək. 



PR-ın gələcəyini necə görürsünüz? 

Məncə, PR daha da şaxələnəcək. İnsan var olduğu müddətcə PR da var olacaq. 



PRoloq.az 

 

Yüklə 298,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə