~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
49 
 
də  küçədə  görmədik.  Onların  əvəzinə  rus  əsgərləri  əli 
avtomatlı küçələrdə addımlayırdılar. Atışma səsləri yenə də 
eşidilirdi, O dəhşətü gecədən sonra da ölən və yaralananlar 
olmuşdu. Harda dəstə ilə gedən görəndə rus əsgərləri atəş 
açırdılar.  Ona  görə  də  dəstə  ilə  gedənlərə  deyirdim 
dağılışın.  2,  ya  da  3  nəfərdən  artıq  bir  yerdə  getməməyi 
məsləhət görürdüm».  
Bir  gecənin  içində  xaiqımızın  igid  övladlarını  qırdılar. 
Azərbaycan bayrağını qana boyadılar. Ruxsarə xanım üçün 
bu  sözləri  söyləmək  nə  qədər  çətin  olsa  da,  «Bundan  hər 
birimiz,  xüsusən  də  gənclər  örnək  götürməlidir.  Şəhidiər 
bizim  güvənc  yerimiz,  qürur  mənbəyimizdir.  Onları 
unutmaq  olmaz.  Onları  yalnız  20  Yanvar  günündə  yada 
salmamahyıq»  —  deyir  Azərbaycanın  mərd  qızı:  «Bir  çox 
orta  məktəblərdə  görüşlərimiz  olub.  Azərbaycanın 
təxminən 2533 orduya getmiş qadını var. Bu, az say deyil. 
Təbii ki, çox demək də olmaz. Onlar gücləri nəyə çatmışdısa, 
onu  etməyə  getmişdilər.  Bu  gün  də  inanıram  ki,  döyüş 
olarsa,  yenə  gedərlər.  Biz,  müharibədə  iştirak  edən 
xanımlar  şagirdlərlə  söhbət  edərkən  igid  övladlarımızın 
şücaətlərindən  danışırıq.  Onlar  bizim  söhbətlərimizdən 
ruhlanaraq  torpaqlarımızı  müdafiə  etməyə  hər  an  hazır 
olduqlarını  söyləyirlər.  Bu,  əlbəttə  ki,  bizi  sevindirir. 
Onların  Şəhidlər  Xiyabanına  tez-tez  getdiklərini  eşidərkən 
belə  vətənpərvər  gənclərin  olması  ilə  fəxr  edirik. 
Şəhidlərimiz  ölməyib,  onlar  bizim  qəlbimizdə  hər  zaman 
yaşayacaq. Bu qəhrəman övladları yaşatmaq hər bir gəncin 
borcudur,  Çünki  onlar  məhz  bu  gənclərin  parlaq  gələcəyi 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
50 
 
naminə canlarından keçiblər. Uşaqlarla söhbət edərkən hər 
zaman deyirəm ki, ölümün gözünə dik baxmalıyıq. Onsuz da 
biz  torpaqdan  yoğrulmuşuq,  bu  torpağa  da  qovuşacağıq. 
Sadəcə  ağılla  hərəkət  etmək  lazımdır.  Hamımız  Preziden-
timizin ətrafında birləşməliyik. Güc birlikdədir. O zaman da 
biz  gücümüzü  bir  yerə  toplayaraq  müstəqilliyimizə 
qovuşduq.  Bu  gün  də  hamımızı  bir  amal  birləşdirməlidir. 
Torpaqlarımızı mənfur düşməndən azad etmək».  
Bu  gün  gənclərimizdə  vətənpərvərlik  hissinin  güclü 
olduğunu  deyən  həmsöhbətim  bu  istiqamətdə  aparılan 
təbliğatın  təşkilindən  razı  qaldığını  söyləyir.  Qeyd  edir  ki, 
orta  məktəblərdə  keçirilən  hərbi  idman  oyunları,  bundan 
başqa  gənclər  üçün  təşkil  olunan  hərbi  düşərgələr  bu 
mənada  böyük  önəm  daşıyır:  «Biz  gənclərə  düzgün  yol 
göstərməliyik. Tərbiyə əsasən ailədən başlamalıdır. Bu gün 
hər bir evdə Koroğlu, Həcər yetişir. Sadəcə tərbiyə düzgün 
istiqamətə  yönəldilməlidir.  Hər  şeyi  gənclərə  də  şamil 
etmək  olmaz.  Valideynlərin  də  üzərinə  böyük  məsuliyyət 
düşür. Şagirdlərlə söhbətlər apararkən bizə diqqətlə qulaq 
asırlar.  Onlarda  vətənpərvərlik  mövzusunda  aparılan 
söhbətlərə maraq gördükdə qəlbim fərəhlə döyünür. Bəzən 
onlar  mənə  deyir  ki,  müharibəyə  gedəndə  qorxmurdu-
nuzmu?  Ola  bilər  məndə  də  qorxu  hissləri  olsun,  amma 
vətənpərvərlik  hissi  o  qədər  məni  üstələmişdi  ki,  qorxu 
yadıma düşmürdü, içimdə yalnız intiqam hissi var idi».  
Erməni  mənfurları  Qarabağ  torpaqlarına  hücuma 
keçəndə  Ruxsarə  də  növbəti  dəfə  baş  verən  faciələrimizə 
biganə qala bilmir. 20 Yanvar günü şəhid olan yoldaşlarının 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
51 
 
məzarını  ziyarət  edib  müharibəyə  yollanır.  Deyir  ki,  şəhid 
bacı-qardaşlarının  qəhrəmanlığından  ruhlanıb,  odun-alo-
vun içinə yenidən getdim. Əgər müharibə olarsa, bir an da 
olsun düşünmədən yenə də gedərəm.  
Əziz  oxucularımız,  sizinlə  mərd  Azərbaycan  qadınının 
xatirələrini  bölüşdüm.  Gəncliyindən  həyatını  odun-alovun 
içinə  atan,  vətən  yolunda  canını  əsirgəməyən  Ruxsarə 
xanım  heç  bir  vaxt  bu  yoldan  dönməyəcəyini  söyləyir. 
Deyir,  biz  qəhrəman  xalqıq,  ölərik,  amma  öz  əqidəmizdən 
dönmərik.  Bu  gün  bizim  güclü  ordumuz  var,  Ali  Baş 
Komandan  hücum  əmri  verərsə,  Azərbaycan  Ordusunun 
mərd  oğulları  torpaqlarımızı  azad  edəcək.  Elə  yazını  da 
Ruxsarə xanımın bu sözlərinə son olaraq ulu öndər Heydər 
Əliyevin  bir  fikri  ilə  tamamlayıram:  «Xalqımız  əsrlər  boyu 
həmişə öz torpağını qoruyub, öz milli azadlığını, qürurunu 
müdafiə edib və bu gün də müdafiə etməyə qadirdir».  
Roza  Əliqızı  ”Vətən  üçün  doğulanlar”(Xatirələr, 
hekayələr, məqalələr) B. 2011, s. 98-102 
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
52 
 
NÜŞABƏ ƏHMƏDOVA 
 
ONUN CƏSUR ÜRƏYİ 
 
üxsarə Cumayeva: - “Çiynimdəki avtomatdan başqa 
üstümdə  bir  pistolet  gəzdirirdim.  İşdir  əsir 
düşsəydim. . . ” 
“Əgər  Ali  Baş  Komandan  əmr  verərsə,  yenə  də  döyüşə 
getməyə hazıram”. 
Rüxsarə  xanımla  Ədalət  Partiyasının  keçirdiyi  bir 
tədbirdə  tanış  olmuşdum.  Əvvəlcə  bilməmişdim  ki,  bu 
qadın cəb hədə olub. Sonra ona söz veriləndə, o danışanda 
mən  bildim  ki,  bu  belədir.  O  çıxıb,  gedəndə  isə  tədbir 
iştirakçılarından  üzr  istəyib  ardınca  çıxdım,  telefon 
nömrəsini  alaraq  haqqında  məqalə  yazacağımı  özünə 
bildirdim.  
Cumayeva Rüxsarə Bayraməli qızı 1968-cı il iyun ayının 
18-də  Zaqatala  rayonunun  Bəhmədli  kəndində  anadan 
olub.  Doğma  kəndlərindəki  məktəbdə  orta  təhsil  almışdır. 
Orta  məktəbi  bitirdikdən  sonra  Bakı  2  saylı  Baza  Tibb 
Məktəbində  təhsilini  davam  etdirmişdir.  Orta  ixtisas 
təhsilinə yiyələnən Rüxsarə bununla kifayətlənməmiş, Bakı 
Dövlət Universitetinin “Nəcib xanımlar” fakültəsinə (1989-
cu  ildə  BDU-da  belə  bir  fakültə  mövcud  idi-N.  Ə)  daxil 
olmuş,  daha  sonra  isə  xahişi  nəzərə  alınaraq, 
universitetinin filologiya fakültəsinə keçirilmişdir.  
Rüxsarə  xanımın  tələbəlik  illəri,  ali  təhsilini  bitirib, 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə