## İxtisas: Məktəbəqədər təhsil (qiyabi) ## Fənnin adı: Azərbaycan dili


##num= 6// level= 1// sumtest=27 // name= Əvəzlik, feil və zərf //



Yüklə 430 Kb.
səhifə6/10
tarix30.10.2018
ölçüsü430 Kb.
#76664
1   2   3   4   5   6   7   8   9   10

##num= 6// level= 1// sumtest=27 // name= Əvəzlik, feil və zərf //


1. «O, kimsəyə ağız açmır, hər şeyi özü yoluna qoymaq istəyirdi» cümləsində neçə əvəzli k var?

A) iki

B) dörd

C) üç

D) bir

E) beş

2. Verilmiş şeir parçasında neçə feil işlənmişdir?

Zümrüd gözlərini görsünlər deyə,

Şamlar boy atmışdır, uzanmış göyə.

Keçmişdir onlara qəzəbin niyə?

Düşmüşlərdir səndən aralı, Göy göl.

A) beş

B) üç

C) altı

D) yeddi

E) dörd

3. “Onlar danışa - danışa bizə tərəf gəlirdilər” cümləsində “danışa - danışa” sözü nədir?

A) feli bağlama

B) isim

C) feli sifət

D) sifət

E) zərf

4. “Dahilik təfəkkürün dərinliyi ilə ölçülür” cümləsindəki feil hansı şəkildədir?

A) xəbər

B) əmr

C) arzu

D) lazım

E) vacib

5. “Qaçırmaq” sözündəki - ır şəkilçisinin növünü göstərin.

A) təsirlilik şəkilçisi

B) məchul növ şəkilçisi

C) qayıdış növ şəkilçisi

D) adlardan feil düzəldən leksik şəkilçi

E) indiki zaman şəkilçisi

6. “Rəngləmək” feili hansı leksik məna növündədir?

A) iş feili

B) nitq feili

C) hərəkət feili

D) təfəkkür feili

E) hal - vəziyyət feili

7. Verilmiş şeir parçasında neçə əvəzlik işlənmişdir?

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana.

Hankı səmtə, hankı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən.

A) 8

B) 5

C) 4

D) 7

E) 6

8. Sadə feillər hansılardır?

1 - bağlamaq 2 - sınamaq 3 - itiləmək 4 - ağlamaq 5 - söyləmək

A) 2, 4, 5

B) 1, 3

C) 2, 4

D) 1, 3, 5

E) 2, 3, 5

9. Düzəltmə feiillər hansılardır?

1 - bağlamaq 2 - sınamaq 3 - itiləmək 4 - ağlamaq 5 - söyləmək

A) 2, 4, 5

B) 1, 3

C) 2, 4

D) 1, 3, 5

E) 2, 3, 5

10. Sadə feillər hansılardır?

1 - dağlamaq 2 - saralmaq 3 - geriləmək 4 - saxlamaq 5 - dinləmək

A) 2, 4, 5

B) 1, 3

C) 2, 4

D) 1, 3, 5

E) 2, 3, 5

11. Hansı cümlələrdə feil qeyri - qəti gələcək zamanda işlənmişdir?

1 - Özü yıxılan ağlamaz. 2 - Telefon xətti işləmir.

3 - Qalmaz belə, qalmaz dünya 4 - İndi Sabir də gələcək.

5 - Xoş gəlmişsiniz.

A) 1, 3

B) 2, 4, 5

C) 2, 4

D) 1, 3, 5

E) 2, 3, 5

12. Hansı xüsusiyyətlər feli sifətə aid deyildir?

1 - Zamana və şəxsə görə dəyişir.

2 - Həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyır.

3 - Cümlənin feli xəbəri olur.

4 - Cümlədə, əsasən, təyin vəzifəsində işlənir.

5 - Tərkib əmələ gətirərək bütövlükdə cümlənin mürəkkəb üzvü olur.

A) 1, 3

B) 2, 4, 5

C) 2, 4

D) 1, 3, 5

E) 2, 3, 5

13. Hansı xüsusiyyətlər feli sifətə aiddir?

1 - Zamana və şəxsə görə dəyişir.

2 - Həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyır.

3 - Cümlənin feli xəbəri olur.

4 - Cümlədə, əsasən, təyin vəzifəsində işlənir.

5 - Tərkib əmələ gətirərək bütövlükdə cümlənin mürəkkəb üzvü olur.

6 - Substantivləşə bilmir.

A) 2, 4, 5

B) 1, 3, 6

C) 2, 4, 6

D) 1, 3, 5

E) 2, 3, 5

14. Hansı feillər icbar növdədir?

1 - ölçdürmək

2 - utandırmaq

3 - aldırmaq

4 - yandırmaq

5 - dindirmək

A) 1, 3

B) 2, 4, 5

C) 2, 4

D) 1, 3, 5

E) 2, 3, 5

15. Hansılar əvəzlik deyil?

1 – bəzən 2 – belə 3 – ora 4 – bəzi 5 – özgə

A) 2, 3, 5

B) 2, 4, 5

C) 2, 4

D) 1, 3

E) 1, 3, 5

16. Əvəzliyə aid xüsusiyyətləri ardıcıllıqla göstərin.

1 - Bütün nitq hissələrinin yerində işlənə bilir. 2 - Bütün cümlə üzvləri vəzifəsində işlənə bilir. 3 - Cümlənin mürəkkəb üzvü olur. 4 - İsim, sifət, say və s. nitq hissələrinin yerində işlənir. 5 - Müxtəlif məna növlərinə bölünür.

A) 2, 4, 5

B) 1, 3

C) 2, 4

D) 1, 3, 5

E) 2, 3, 5

17. Təsirli feilləri ardıcıllıqla göstərin.

1 - mənimsəmək

2 - vidalaşmaq

3 - tərifləmək

4 - yerimək

5 - xırdalamaq

A) 1, 3, 5

B) 2, 4

C) 2, 4, 5

D) 1, 3

E) 2, 3, 5

18. Təsirsiz feilləri ardıcıllıqla göstərin.

1 - mənimsəmək 2 - vidalaşmaq 3 - tərifləmək

4 - yerimək 5 - xırdalamaq

A) 2, 4

B) 1, 3, 5

C) 2, 4, 5

D) 1, 3

E) 2, 3, 5

19. Sadə feilləri ardıcıllıqla göstərin.

1 - danlamaq

2 - yorulmaq

3 - saralmaq

4 - dağlamaq

5 - saxlamaq

A) 1, 3, 5

B) 2, 4

C) 2, 4, 5

D) 1, 3

E) 2, 3, 5

20. Əvəzlikləri ardıcıllıqla göstərin.

1 – bəzən 2 – belə 3 – ora 4 – bəzi 5 – özgə

A) 2, 4

B) 2, 4, 5

C) 1, 3, 5

D) 1, 3

E) 2, 3, 5

21. Düzəltmə feilləri ardıcıllıqla göstərin.

1 - danlamaq

2 - yorulmaq

3 - saralmaq

4 - dağlamaq

5 - saxlamaq

A) 2, 4

B) 1, 3, 5

C) 2, 4, 5

D) 1, 3

E) 2, 3, 5

22. Uyğunluğu tapın.

1 – Əvəzlikdir

2 – Zərfdir

A – bəzən

B – belə

C – ora

D – bəzi

E – bura

A) 1 – B, D; 2 – A, C, E

B) 1 – A, C, E; 2 – B, D

C) 1 – A, B, D; 2 – C, E

D) 1 – B, C, D; 2 – A, E

E) 1 – B, E; 2 – A, C. D

23. Uyğunluğu tapın.

1 – Təsirsiz feildir 2 – Təsirli feildir

A – aparmaq B – dayanmaq C – tullamaq D – oturmaq E – silkələmək

A) 1 – B, D; 2 – A, C, E

B) 1 – A, C, E; 2 – B, D

C) 1 – A, B, D; 2 – C, E

D) 1 – B, C, D; 2 – A, E

E) 1 – B, E; 2 – A, C. D

24. Uyğunluğu tapın.

1 – Təsirsiz feildir

2 – Təsirli feildir

A – qaldırmaq

B – ağlamaq

C – qaçırmaq

D – tullanmaq

E – götürmək

A) 1 – B, C, D; 2 – A, E

B) 1 – A, C, E; 2 – B, D

C) 1 – A, B, D; 2 – C, E

D) 1 – B, D; 2 – A, C, E

E) 1 – B, E; 2 – A, C. D

25. Uyğunluğu tapın.

1 – “gecə” sözü zərfdir 2 – “gecə” sözü zərf deyildir

A - Tapşırılan yerə gecə çatdıq.

B - Bu iş üçün gecəni gözləməliyik.

C - Gecə çox pis yuxu görmüşdüm.

D - Qışda gecə gündüzdən uzun olur.

E - Gecə bizi başqa kazarmaya apardılar.

A) 1 – A, C, E; 2 – B, D

B) 1 – B, D; 2 – A, C, E

C) 1 – A, B, D; 2 – C, E

D) 1 – B, C, D; 2 – A, E

E) 1 – B, E; 2 – A, C. D

26. Uyğunluğu tapın. Verilmiş cümlələrdə:

1 – sadə zərf işlənmişdir

2 – düzəltmə zərf işlənmişdir

3 – mürəkkəb zərf işlənmişdir

A - Şəhərimiz gündən - günə gözəlləşir.

B - İndi hər yerdə onu yaxşı qarşılayırdılar.

C - Direktor hərdən sinfə keçərək imtahanların gedişini izləyirdi.

D - Sözü sətirdən - sətrə həmişə hecalarla keçirtmək olar.

E - Sabirov təəccüblə bizə tərəf baxırdı.

A) 1 – B, D; 2 – C, E; 3 – A

B) 1 – C, E; 2 – B, D; 3 – A

C) 1 – A, B; 2 – C, E; 3 – D

D) 1 – D; 2 – C, E; 3 – A, B

E) 1 – B, E; 2 – C. D; 3 – A

27. Uyğunluğu tapın.

1 – sadə zərflər 2 – düzəltmə zərflər 3 – mürəkkəb zərflər

A – hərdənbir B – dərhal C – təsadüfən D – həmişə E – qəsdən

A) 1 – B, E; 2 – C. D; 3 – A

B) 1 – C, E; 2 – B, D; 3 – A

C) 1 – A, B; 2 – C, E; 3 – D

D) 1 – D; 2 – C, E; 3 – A, B

E) 1 – B, D; 2 – C, E; 3 – A

Yüklə 430 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə