## İxtisas: Məktəbəqədər təhsil (qiyabi) ## Fənnin adı: Azərbaycan dili


##num= 5// level= 1// sumtest=30 // name= Morfologiya. İsim, sifət və say //



Yüklə 430 Kb.
səhifə5/10
tarix30.10.2018
ölçüsü430 Kb.
#76664
1   2   3   4   5   6   7   8   9   10

##num= 5// level= 1// sumtest=30 // name= Morfologiya. İsim, sifət və say //


1. “O, bizə bir söz demədi, çünki özü də əhvalatdan bixəbər idi” cümləsində neçə isim vardır?

A) yoxdur

B) bir

C) iki

D) üç

E) dörd

2. Toplu isim hansıdır?

A) taqım

B) salxım

C) dəstək

D) meşə

E) buket

3. Hansı cümlədə səhvə yol verilmişdir?

A) Biz Şəfəq kinoteatrının yanında görüşdük.

B) Sirab müalicə sularından biridir.

C) Gümüş ilk günlərdə Toplanla yola getmirdi.

D) Cəfər Cabbarlı böyük dramaturqdur.

E) O, laləni dərib dəstə bağladı.

4. Verilmiş isimlərdən hansılar mücərrəd mənalı isimlərdir?

A) vuruş, görüş

B) qar, şəkil

C) səma, işıq

D) şüar, çiçək

E) polad, zal

5. Aşağıda mürəkkəb isimlərin əmələgəlmə yolları verilmişdir. Bunlardan hansı səhvdir?

A) “Ba”, “bə” bitişdiriciləri vasitəsilə eyni fel kökünün təkrarından mürəkkəb isim əmələ gəlir.

B) Yaxın mənalı sözlərin birləşməsi ilə mürəkkəb isim əmələ gəlir.

C) Tərəflərindən biri ayrılıqda işlənməyən iki sözün birləşməsi ilə mürəkkəb isim əmələ gəlir.

D) Müxtəlif mənalı iki söz birləşərək mürəkkəb isim əmələ gətirir.

E) Antonim sözlərin birləşməsi ilə mürəkkəb isim əmələ gəlir.

6. Verilmiş misalda neçə sifət işlənmişdir?

Ağ tas, qızıl tas, Birin götür, birin as

A) bir

B) iki

C) üç

D) yoxdur

E) beş

7. Hansılar sıra sayı deyildir?

A) 1, 2, 3, 4

B) əvvəlinci, axırıncı, sonuncu

C) 1. , 2. , 3. , 4.

D) X, XV, CXX, MCMXC

E) 1) , 2) , 3) , 4)

8. Hansı cümlədə səhvə yol verilmişdir?

A) Seminara ancaq on beş nəfər tələbə gəlmişdi.

B) Cibimdəki pul ancaq bir dəst kostyuma çatardı.

C) Mənə on dənə kibrit verin.

D) İndi beş baş adamı saxlamaq çox çətindir.

E) Verilmiş on ədəd kitabı hara qoymusunuz?

9. Hansılar xüsusi isim deyildir?

1 - xalq adları 2 - balıq adları 3 - coğrafi adlar 4 - qəzet və jurnal adları 5 - çay və göl adları

A) 1, 2

B) 2, 4, 5

C) 2, 4

D) 1, 3, 5

E) 2, 5

10. Verilmiş cümlədə buraxılmış şəkilçilər hansılardır?

«Tərəvəz məhsul… insan üçün faydalı qida…, tərkib… çoxlu vitamin - zülal maddələri, üzvi turşular, şəkər və s. qida maddə… vardır»

1 – - ları 2 – - u 3 – - dır 4 – - də 5 – - ində 6 – - ləri

A) 1, 3, 5, 6

B) 2, 3, 5, 6

C) 1, 3, 4, 6

D) 2, 3, 4, 6

E) 1, 3, 4, 5

11. Hansılar xüsusi isimdir?

1 - xalq adları 2 - balıq adları 3 - coğrafi adlar

4 - qəzet və jurnal adları 5 - çay və göl adları

A) 3, 4, 5

B) 2, 4

C) 2, 4, 5

D) 1, 2

E) 1, 3, 5

12. Verilmiş şeir parçasının hansı misralarında isim işlənmişdir?

1 - Ey zərif saplaqlı, yaşıl yarpaqlı,

2 - Zərli saçaqları sarı bənövşəm!

3 - Ey uzun kiprikli, lalə yanaqlı,

4 - Bu şair könlümü sənə vermişəm!

A) 2, 3, 4

B) 3, 4

C) 1, 2, 3, 4

D) 2, 4

E) 1, 3, 4

13. Verilmiş şeir parçasının hansı misralarında isim işlənmişdir?

1 - Sən qüdrətin aşıb - coşan vaxtında,

2 - Mələklərin gülüşündən yarandın.

3 - Çox qüdrətli bir fırçanın əlilə,

4 - Ahuların duruşundan yarandın.

A) 1, 2, 3, 4

B) 3, 4

C) 2, 3, 4

D) 2, 4

E) 1, 3, 4

14. Hansılar düzəltmə sifətdir?

1 - vuruşqan 2 - çalışan

3 - küsəyən 4 - ağlayan

5 - gülməli

A) 1, 3

B) 1, 3, 5

C) 2, 4

D) 1, 3, 4

E) 1, 5

15. Mücərrəd mənalı düzəltmə isimləri göstərin.

1 - duyğu 2 - güldan 3 - sevgi 4 - xoşbəxtlik 5 - arzu

A) 1, 3

B) 2, 4, 5

C) 2, 4

D) 1, 3, 4

E) 2, 5

16. «(1) Qonaq (2) içəri girəndə (3) evdəkilərin (4) hamısı (5) masa (6) arxasında oturub (7) yemək yeyirdi” cümləsində işlənən isimləri ardıcıllıqla göstərin.

A) 1, 5, 7

B) 1, 2, 3, 4, 5, 6, 7

C) 1, 3, 5, 7

D) 1, 2, 3, 5, 6, 7

E) 1, 2, 3, 5, 7

17. “Çalışqanlıq” və “vuruşqanlıq” sözləri haqqında səhv fikirləri ardıcıllıqla göstərin.

1 – Hər ikisində iki leksik şəkilçi işlənmişdir.

2 – Hər ikisinin kökü feildir.

3 – Hər ikisində üç leksik şəkilçi işlənmişdir.

4 – Hər ikisi sifətdən düzəlmişdir.

5 – Hər ikisi feildən düzəlmişdir.

A) 2, 4

B) 1, 3, 5

C) 2, 4, 5

D) 1, 3

E) 2, 3, 5

18. “Çalışqanlıq” və “vuruşqanlıq” sözləri haqqında doğru fikirləri ardıcıllıqla göstərin.

1 – Hər ikisində iki leksik şəkilçi işlənmişdir.

2 – Hər ikisinin kökü feildir.

3 – Hər ikisində üç leksik şəkilçi işlənmişdir.

4 – Hər ikisi sifətdən düzəlmişdir.

5 – Hər ikisi feildən düzəlmişdir.

A) 2, 4

B) 1, 3, 5

C) 2, 5

D) 1, 3, 4

E) 2, 3

19. “Savaşqanlıq” və “dalaşqanlıq” sözləri haqqında səhv fikirləri ardıcıllıqla göstərin.

1 – Hər ikisində iki leksik şəkilçi işlənmişdir. 2 – Hər ikisinin kökü feildir. 3 – Hər ikisində üç leksik şəkilçi işlənmişdir. 4 – Hər ikisi sifətdən düzəlmişdir. 5 – Hər ikisi feildən düzəlmişdir.

A) 1, 3, 5

B) 2, 4

C) 2, 4, 5

D) 1, 3

E) 2, 3, 5

20. Kəsr saylarına aid xüsusiyyətləri ardıcıllıqla göstərin.

1 - Quruluşca sadə və mürəkkəb olur. 2 - Nə qədər? neçə hissə? suallarından birinə cavab olur. 3 - Bütövün və ya tamın hissəsini bildirir. 4 - Qeyri - müəyyən miqdar sayları vasitəsilə əmələ gəlir. 5 - Ən azı iki müəyyən miqdar sayından yaranır.

A) 2, 3, 5

B) 2, 4

C) 2, 4, 5

D) 1, 3

E) 1, 3, 5

21. Kəsr saylarını ardıcıllıqla göstərin.

1 - üçdə iki

2 - on iki

3 - mində bir

4 - birə - on

5 - üçüncü

A) 2, 4

B) 2, 4, 5

C) 1, 3

D) 1, 3, 5

E) 2, 3, 5

22. Sayın quruluşuna görə məntiqi ardıcıllığı tamamlayın.

Çoxlu, azca, ikinci, yüzlərcə…

1 - üçdə iki

2 - onlarla

3 - mində bir

4 - üçüncü

5 - bir az

A) 2, 4

B) 2, 4, 5

C) 1, 3

D) 1, 3, 5

E) 2, 3, 5

23. Uyğunluğu tapın.

I – mücərrəd isimlər II – konkret isimlər

A – dülgərlik B – önlük C – azadlıq

D – qayalıq E – meşəlik

A) I – A, C; II – B, D, E

B) I – B, D, E; II – A, C

C) I – A, C, E; II – B, D

D) I – A, B, C; II – D, E

E) I – A, C, D; II – B, E

24. Uyğunluğu tapın.

I – mücərrəd isimlər II – konkret isimlər

A – mərdlik

B – başlıq

C – azadlıq

D – bataqlıq

E – gözlük

A) I – A, C; II – B, D, E

B) I – B, D, E; II – A, C

C) I – A, C, E; II – B, D

D) I – A, B, C; II – D, E

E) I – A, C, D; II – B, E

25. Uyğunluğu tapın.

I – mücərrəd isimlər

II – konkret isimlər

A – gözəllik B – boyunluq C – dostluq

D – kolluq E – çəmənlik

A) I – A, C; II – B, D, E

B) I – B, D, E; II – A, C

C) I – A, C, E; II – B, D

D) I – A, B, C; II – D, E

E) I – A, C, D; II – B, E

26. Uyğunluğu tapın.

I - Mənsubiyyət şəkilçili isimlərin işləndiyi söz birləşmələri

II - Mənsubiyyət şəkilçili isimlərin işlənmədiyi söz birləşmələri

A - əli qılınclı, gözü yaşlı B - armudu stəkan, gümüşü saç

C - şairin həyatı, burjua inqilabı D - kitabı oxumaq, xörəyi yemək

E - onun oxumağı, Arifin dediyi

A) I – A, C; II – B, D, E

B) I – B, D, E; II – A, C

C) I – A, C, E; II – B, D

D) I – A, B, C; II – D, E

E) I – A, C, D; II – B, E

27. Uyğunluğu tapın.

1 - adi dərəcəli sifət işlənmişdir. 2 - azaltma dərəcəli sifət işlənmişdir. 3 - çoxaltma dərəcəli sifət işlənmişdir.

A - Tutqun havada partizanlar döyüşə girdilər. B - Südabə gözəl, qaraşın bir qız idi. C - Cəmil arıq, ucaboy bir oğlan idi. D - O, qarşıda dimdik vəziyyətdə dayanmışdı. E - Babam mənə körpəcə bir quzu bağışlamışdı.

A) 1 – A, C; 2 – B; 3 – D, E

B) 1 – C; 2 – A, B; 3 – D, E

C) 1 – A, B, C; 2 – D; 3 – E

D) 1 – A; 2 – B, C; 3 – D, E

E) 1 – A, C; 2 – B, E; 3 – D

28. Uyğunluğu tapın.

1 – sadə sifət 2 – düzəltmə sifət 3 – mürəkkəb sifət

A – arıq B – əyri C – gözəl D – enlikürək E - qarma - qarışıq

A) 1 – A, B, C; 2 – D; 3 – E

B) 1 – C; 2 – A, B; 3 – D, E

C) 1 – A, C; 2 – B; 3 – D, E

D) 1 – A; 2 – B, C; 3 – D, E

E) 1 – A, C; 2 – B, E; 3 – D

29. Uyğunluğu tapın.

1 - adi dərəcəli sifət işlənmişdir. 2 - azaltma dərəcəli sifət işlənmişdir. 3 - çoxaltma dərəcəli sifət işlənmişdir.

A - O, qabarlı və kobud əlləri ilə ağzını tutub yavaşca danışırdı. B - Dəlisov uşaqlıq çağları uzaqda qaldı. C - Gəminin yaxınlıqdakı sahilə çatmasına azca qalmışdı. D - Əhmədin zil qara saçları ona yaraşıq verirdi. E - Müstəntiq hadisə haqqında qısaca məlumatı ratsiya ilə şöbəyə xəbər verdi.

A) 1 – A, C; 2 – B; 3 – D, E

B) 1 – C; 2 – A, B; 3 – D, E

C) 1 – A, B, C; 2 – D; 3 – E

D) 1 – A; 2 – B, C; 3 – D, E

E) 1 – A, C; 2 – B, E; 3 – D

30. Uyğunluğu tapın.

1 - adi dərəcəli sifət işlənmişdir. 2 - azaltma dərəcəli sifət işlənmişdir. 3 - çoxaltma dərəcəli sifət işlənmişdir.

A - Əhmədin qara saçları ona xüsusi yaraşıq verirdi. B - Dəlisov uşaqlıq çağları uzaqda qaldı. C - Səmada topa - topa buludlar süzürdü. D - Ən uzaq məsafə belə onların münasibətinə təsir etməmişdi. E - Göyün üzü tərtəmiz və buludsuz idi.

A) 1 – A, C; 2 – B, E; 3 – D

B) 1 – C; 2 – A, B; 3 – D, E

C) 1 – A, B, C; 2 – D; 3 – E

D) 1 – A; 2 – B, C; 3 – D, E

E) 1 – A, C; 2 – B; 3 – D, E

Yüklə 430 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə