## İxtisas: Məktəbəqədər təhsil (qiyabi) ## Fənnin adı: Azərbaycan dili


##num= 4// level= 1// sumtest=29 // name= Leksikologiya və semasiologiya //



Yüklə 430 Kb.
səhifə4/10
tarix30.10.2018
ölçüsü430 Kb.
#76664
1   2   3   4   5   6   7   8   9   10

##num= 4// level= 1// sumtest=29 // name= Leksikologiya və semasiologiya //


1. Verilmiş şeir parçasındakı sözlərin leksik təhlili ilə bağlı fikirlərdən hansı yanlışdır?

Kasıb komacığım özümə yetər,

Burda yazılmışdır yüzlərlə əsər.

A) Şeirdəki sözlərin hamısı tammənalı sözlərdir.

B) «Kasıb» sözü əlamət bildirir, «yoxsul» sözü ilə sinonim, «varlı» sözü ilə antonimdir, omonimliyi yoxdur.

C) «Burda» sözü məkan anlayışı bildirsə də, əşya xarakteri daşımır.

D) «Əsər» sözü təkmənalı sözdür, sinonimi kimi «kitab» sözünü götürmək olar, antonimii yoxdur.

E) Şeirdə hərəkət bildirən iki söz işlənmişdir.

2. «Yad» sözünün leksik təhlili ilə bağlı fikirlərdən yalnız biri doğrudur:

A) Həm leksik, həm də qrammatik mənası var.

B) «Gələn» sözü ilə sinonimdir.

C) Omonim kimi işlənə bilmir.

D) Ümumişlək olmayan sözdür.

E) Antonimii yoxdur.

3. «Qonaq» sözü ilə bağlı səhv fikir hansıdır?

A) Quruluşca düzəltmə sözdür. «qon» sözünə - aq şəkilçisinin qoşulması ilə yaranmışdır.

B) Təkmənalı sözdür.

C) Ümumişlək sözdür.

D) Omonim kimi işlənə bilmir.

E) Əsl Azərbaycan sözüdür.

4. Hansı sözün leksik mənası düz verilməmişdir?

A) alabaxta - qartal cinsindən olan iri quş

B) aktual - hal - hazır üçün ən mühüm, ən vacib olan

C) aqrar - torpağa, əkinçiliyə aid olan

D) aqreqat - müxtəlif tipli maşınların birləşməsindən ibarət olan mürəkkəb qurğu

E) aqronom - kənd təsərrüfatı mütəxəssisi

5. Hansı fikir səhvdir?

A) Mücərrəd sözlərin böyük əksəriyyəti təqlidi əsasda yaranmışdır.

B) Əşyaların çıxardığı səslərin, təbiət hadisələri zamanı çıxan səslərin təqlidi əsasında yaranan sözlərə təqlidi sözlər deyilir.

C) Təqlidi sözlər çox müxtəlif hadisələri əks etdirir.

D) Dilimizdə bəzi canlıların adları da səs təqlidi əsasında yaranmışdır.

E) Təqlidi sözlərin dilin lüğət tərkibinin zənginləşməsində xüsusi rolu vardır.

6. «Bir azdan bayaqdan əsən külək yatdı, iri dalğalar yumşaldı» cümləsindəki məcazi mənalı sözləri göstərin.

A) yatdı, yumşaldı

B) yatdı, iri

C) yatdı, dalğalar

D) iri, yumşaldı

E) yatdı, iri, yumşaldı

7. Verilmiş şer parçalarından hansında antonim sözlər yoxdur?

A) Yenə canlandı əski xatirələr

B) Bizim əhdimizin, ilqarımızın

Ulduzlu gecələr oldu şahidi

Yeni olaylardan ayırdı bizi.

C) Ölümdür sizlərin nəsibi ancaq,

Sizə biganədir bizim bu həyat.



D) Yaddır mənə qüssə, kədər,

Sevincdənsə üzüm gülər.



E) Yerdə məhbus kimi yaşamaqdansa,

Göydə azad qanad çalmaq gözəldir.



8. Omonim olub, həm ümumişlək söz kimi, həm də dialekt sözü kimi işlənən sözləri ardıcıllıqla göstərin.

1 - avara 2 - ağı

3 - balaq 4 - qala

5 - aşıq

A) 1, 3

B) 2, 4

C) 3, 5

D) 1, 4

E) 2, 3

9. Fikirlərdən hansılar yanlışdır?

1 - Fonetik sistemə və qrammatik quruluşa nisbətən, leksika daha az dəyişir.

2 - Dildə olan bütün sözlərin və sabit birləşmələrin məcmusuna leksika deyilir.

3 - Dilimizin lüğət tərkibi formalaşmağa başladığı dövrdən zəngin olmuşdur.

4 - Müəyyən mənada leksika sözü dilin lüğət tərkibi termini ilə üst - üstə düşür.

5 - Dilin ən kiçik vahidi sözlər və sabit birləşmələrdir.

A) 1, 3, 5

B) 2, 4, 5

C) 1, 4, 5

D) 2, 3, 5

E) 3, 4, 5

10. Dilin lüğət tərkibinin əlavə hissəsinə daxil olan söz hansı qrupları səhv verilmişdir?

1 - ekspressiv sözlər

2 - dialektizmlər

3 - loru sözlər

4 - vulqarizmlər

5 - kommunikativ sözlər

A) 1, 5

B) 2, 3, 4

C) 2, 4

D) 1, 3, 5

E) 1, 2, 5

11. Hansı sözlərin leksik mənası düz verilməmişdir?

1 - alaqapı - dar, kiçik həyət qapısı

2 - alaf - heyvanlara verilən yem (ot, saman, küləş və s. )

3 - alaq - faydalı bitkilərin inkişafına mane olan yabanı bitki

4 - alana - çərəz, içi şəkər və qozlu meyvə qurusu

5 - alaşa - uzunboğazlı qaza oxşar quş

A) 1, 5

B) 2, 3, 4

C) 2, 4

D) 1, 3, 5

E) 1, 2, 5

12. Hansı sözlərin leksik mənası düz verilməmişdir?

1 - alternativ - bir - biri ilə oxşar vəziyyətlər

2 - aludə - vurğun, məftun

3 - alunit - zəy daşı, mineral

4 - alyans - ittifaq, birləşmə

5 - amac - fürsət, imkan

A) 1, 5

B) 2, 3, 4

C) 2, 4

D) 1, 3, 5

E) 1, 2, 5

13. Hansı fikirlər səhvdir?

1 - Dilin lüğət tərkibi yalnız yeni sözlərin hesabına dəyişir.

2 - Dilin lüğət tərkibindəki dəyişikliklər xalqımızın həyatı, mədəniyyəti və inkişafı ilə əlaqədardır.

3 - Dilin lüğət tərkibindəki sözlərin miqdarı köhnəlmiş sözlərin sayından qat - qat çoxdur.

4 - Dilin lüğət tərkibi əsas və əlavə hissələrdən ibarət olur.

5 - Hər bir dilin zənginliyi onun qrammatik quruluşunun zənginliyi ilə müəyyən edilir.

A) 1, 5

B) 2, 3, 4

C) 2, 4

D) 1, 3, 5

E) 1, 2, 5

14. Hansı sözlərin leksik mənası düz verilməmişdir?

1 - alliterasiya - bədii əsərdə, şeirlərdə məcazilik, sətiraltı məna

2 - alleqoriya - insanlara məxsus münasibətləri heyvanlar və cansız əşyalar üzərində göstərmə, əks etdirmə

3 - almanax - müxtəlif yazıçıların əsərlərindən ibarət qeyri - dövri məcmuə

4 - almaz - son dərəcə bərk, rəngsiz, şəffaf qiymətli daş

5 - alunit - müalicə əhəmiyyətli çoxillik bitki cinsi

A) 1, 5

B) 2, 3, 4

C) 2, 4

D) 1, 3, 5

E) 1, 2, 5

15. Səhv fikirləri ardıcıllıqla göstərin.

1 - Ümumi məqbul sözlər və ifadələr dilin lüğət tərkibinin əlavə hissəsinə daxildir.

2 - Dilimizdə elmə, sənaye və iqtisadiyyatın ayrı - ayrı sahələrinə aid çox müxtəlif söz və ifadələr vardır.

3 - Dilin lüğət tərkibi əsas və əlavə hissələrdən ibarət olur.

4 - Dilin lüğət tərkibi ancaq yeni sözlərin deyil, köhnəlmiş sözlərin hesabına da dəyişir.

5 - Dilin lüğət tərkibindəki sözlərin miqdarı köhnəlmiş sözlərin sayından qat - qat azdır.

A) 2, 4

B) 2, 3, 4

C) 1, 5

D) 1, 3, 5

E) 1, 2, 5

16. Doğru fikirləri ardıcıllıqla göstərin.

1 - Fonetik sistemə və qrammatik quruluşa nisbətən, leksika daha az dəyişir.

2 - Dildə olan bütün sözlərin və sabit birləşmələrin məcmusuna leksika deyilir.

3 - Dilimizin lüğət tərkibi formalaşmağa başladığı dövrdən zəngin olmuşdur.

4 - Müəyyən mənada leksika sözü dilin lüğət tərkibi termini ilə üst - üstə düşür.

5 - Dilin ən kiçik vahidi sözlər və sabit birləşmələrdir.

A) 2, 4

B) 1, 3, 5

C) 1, 4

D) 2, 3, 5

E) 3, 4, 5

17. Doğru fikirləri ardıcıllıqla göstərin.

1 - Fonetik sistemə və qrammatik quruluşa nisbətən, leksika daha az dəyişir.

2 - Dildə olan bütün sözlərin və sabit birləşmələrin məcmusuna leksika deyilir.

3 - Dilimizin lüğət tərkibi formalaşmağa başladığı dövrdən zəngin olmuşdur.

4 - Müəyyən mənada leksika sözü dilin lüğət tərkibi termini ilə üst - üstə düşür.

5 - Dilin ən kiçik vahidi sözlər və sabit birləşmələrdir.

A) 2, 4

B) 1, 3, 5

C) 1, 4

D) 2, 3, 5

E) 3, 4, 5

18. Leksik mənası düz verilməyən sözləri ardıcıllıqla göstərin.

1 - absurd - əks, tamamilə əksinə

2 - adaptasiya - şəraitə uyğunlaşma, orqanizmin şəraitə uyğunlaşması

3 - abunə - qabaqcadan pul verməklə alınan ixtiyar

4 - abzas - sətirbaşı

5 - adaq - alaq otu, yabanı bitki

A) 1, 5

B) 2, 3, 4

C) 2, 4

D) 1, 3, 5

E) 1, 2, 5

19. Sinonimliyin pozulduğu cərgələri ardıcıllıqla göstərin.

1 - duyğu - təsəvvür 2 - sütül - yetişmiş 3 - zindan - qazamat

4 - sakit - əmin - amanlıq 5 - sakit - dinc

A) 1, 2, 4

B) 2, 4

C) 3, 4, 5

D) 1, 4

E) 2, 3, 4

20. Səhv fikirləri ardıcıllıqla göstərin.

1 - Dildə çoxmənalılıq ən çox xüsusi sözlərdə olur.

2 - Dildə bütün sözlərin çoxmənalılığı eyni dərəcədə olmur.

3 - İki və daha artıq əşyanın yaxınlığı, əlaqəsi əsasında yaranan məcazlara bədii təzad deyilir.

4 - Əşya və hadisələrin oxşarlığı əsasında yaranan məcazlara metafora deyilir.

5 - Məcazların digər növlərinə nisbətən dildə simvollara daha çox təsadüf edilir.

A) 1, 3, 5

B) 1, 2, 5

C) 2, 3, 4, 5

D) 2, 3

E) 3, 4, 5

21. Omonimlərə aid verilmiş xüsusiyyətlərdən hansılar səhvdir? Ardıcıllıqla göstərin.

1 - Dildə yazılış və deyilişcə tam eyni, mənaca müxtəlif sözlər leksik omonimlər, yazılış və deyilişi az - çox fərqlənən, mənaca müxtəlif sözlər isə leksik - semantik omonimlər hesab olunur.

2 - Omonimlər bədii yaradıcılıqda geniş istifadə edilən bədii ifadə vasitələrindən biridir.

3 - Omonimləri çoxmənalı sözlərdən fərqləndirmək üçün dəqiq meyar müəyyən etmək olduqca çətindir.

4 - Dildə omonimlərin bir qismi çoxmənalı sözlərin ifadə etdyi mənalardan birinin əsas mənadan uzaqlaşması nəticəsində yaranır.

5 - Omonimlər həmişə eyni nitq hissəsinə aid olur.

A) 1, 5

B) 2, 3, 4

C) 2, 4

D) 3, 4, 5

E) 1, 2, 5

22. Hansı cərgədəki sözlərin hamısı omonimdir?

Ardıcıllıqla göstərin.

1 - yel, çal, qurd, qız, yal, yarı

2 - yol, diş, qat, göy, bez, qırx

3 - bel, bağ, çay, qarı, saz, qaz

4 - yar, dolu, lay, tək, aşıq, yaz

5 - dil, əqrəb, yarı, bar, inci, at

6 - sağ, şal, yara, boz, dam, pul

A) 1, 3, 5

B) 2, 3, 4

C) 2, 4, 6

D) 3, 4, 5

E) 1, 2, 6

23. Uyğunluğu tapın.

Hansı sözün leksik mənası:

I - düz verilmişdir

II - düz verilməmişdir

A - abqora - turşuya qoyulmuş meyvə

B - abituriyent - ali və ya orta ixtisas məktəblərinə daxil olmaq istəyən şəxs

C - abonent - abonomentdən istifadə edən şəxs

D - abonement - müəyyən bir şeydən istifadə hüququ və buna aid sənəd

E - abordaj - hava gəmilərində döyüş üsulu

A) I – B, C, D; II – A, E

B) I – A, B, C; II – D, E

C) I – A, E; II – B, C, D

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

24. Uyğunluğu tapın.

Hansı sözün leksik mənası:

I - düz verilmişdir

II - düz verilməmişdir

A - alliterasiya - bədii əsərdə, şeirlərdə məcazilik, sətiraltı məna

B - alleqoriya - insanlara məxsus münasibətləri heyvanlar və cansız əşyalar üzərində göstərmə, əks etdirmə

C - almanax - müxtəlif yazıçıların əsərlərindən ibarət qeyri - dövri məcmuə

D - almaz - son dərəcə bərk, rəngsiz, şəffaf qiymətli daş

E - alunit - müalicə əhəmiyyətli çoxillik bitki cinsi

A) I – B, C, D; II – A, E

B) I – A, B, C; II – D, E

C) I – A, E; II – B, C, D

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

25. Uyğunluğu tapın.

Hansı sözün leksik mənası:

I - düz verilmişdir II - düz verilməmişdir

A - absurd - doğru, düzgün

B - adaptasiya - şəraitə uyğunlaşma, orqanizmin şəraitə uyğunlaşması

C - abunə - qabaqcadan pul verməklə alınan ixtiyar

D - abzas - sətirbaşı

E - adaq - alaq otu, yabanı bitki

A) I – B, C, D; II – A, E

B) I – A, B, C; II – D, E

C) I – A, E; II – B, C, D

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

26. Uyğunluğu tapın. Hansı sözün leksik mənası:

I - düz verilmişdir

II - düz verilməmişdir

A - abreviatura - sənədlər toplusu

B - aborigen - ölkənin, ərazinin ilk sakinləri, yerli əhali

C - adaptasiya - şəraitə uyğunlaşma, orqanizmin şəraitə uyğunlaşması

D - absis - koordinat sistemində üfqi ox

E - abstraksiya - konkretlik

A) I – B, C, D; II – A, E

B) I – A, B, C; II – D, E

C) I – A, E; II – B, C, D

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

27. Uyğunluğu tapın:

1 - omonim frazeoloji vahidlər 2 - sinonim frazeoloji vahidlər 3 - antonim frazeoloji vahidlər

A - əl qaldırmaq, söz vermək

B - ürəyi yanmaq, səs vermək

C - əldən düşmək, taqəti kəsilmək

D - cana doymaq, canı boğazına yığılmaq

E - gözdən salmaq, hörmətə mindirmək

A) 1 - A, C; 2 - B, D; 3 - E

B) 1 - A, B; 2 - C, D; 3 - E

C) 1 - B, C; 2 - A, D; 3 - E

D) 1 - A, E; 2 - C, D; 3 - B

E) 1 - C, D; 2 - A, E; 3 - B

28. Uyğunluğu tapın:

1 - omonim frazeoloji vahidlər 2 - sinonim frazeoloji vahidlər 3 - antonim frazeoloji vahidlər

A - əl qaldırmaq, söz vermək

B - ürəyi yanmaq, səs vermək

C - əldən düşmək, taqəti kəsilmək

D - cana doymaq, canı boğazına yığılmaq

E - can vermək, cana gəlmək

A) 1 - A, B, E; 2 - C, D; 3 - E

B) 1 - A, C; 2 - B, D; 3 - E

C) 1 - B, C; 2 - A, D; 3 - E

D) 1 - A, E; 2 - C, D; 3 - B

E) 1 - C, D; 2 - A, E; 3 - B

29. Uyğunluğu tapın.

I - Fikirlərdən hansılar doğrudur? II - Fikirlərdən hansılar yanlışdır?

1 - Sifət, say və əvəzliklərdə qohum sözlər daha çox müşahidə olunur.

2 - Dildə yaxın zamanlarda təşəkkül tapmış sözlər müasir sözlər adlanır.

3 - Lüğət tərkibi dil üçün ikinci dərəcəli materialdır.

4 - Dilin leksik tərkibində törəmə - düzəltmə sözlər ilkin sözlərə nisbətən daha çoxdur.

5 - Dilimizin lüğət tərkibi formalaşmağa başladığı dövrdən zəngin olmuşdur.

A) I – 3, 5; II – 1, 2, 4

B) I – 1, 3, 5; II – 2, 4

C) I – 1, 4; II – 2, 3, 5

D) I – 2, 3, 5; II – 1, 4

E) I – 2, 4; II – 1, 3, 5

Yüklə 430 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə