## Fakültə: Biologiya ## İxtisas: Kimya və Biologiya ##Bölmə: Azərbaycan



Yüklə 141,82 Kb.
səhifə1/9
tarix15.10.2018
ölçüsü141,82 Kb.
#74389
  1   2   3   4   5   6   7   8   9

## Fakültə: Biologiya

## İxtisas: Kimya və Biologiya

##Bölmə: Azərbaycan

## Şöbə: Əyani

## Qrup: 401,402,403,404,405

## Fənnin adı: Mərkəzi sinir sisteminin fiziologiyası və sensor sistem

## Tərtib edən: dos. M.Ə.Orucova

## Kafedranın adı: İnsan və heyvan fiziologiyası

## Kafedra müdiri:Mehdizadə N.M.



## //Summalltest = 300//

## 1.Neyronun quruluşu və funksiyası 2- 9

## 2.Qlial hüceyrələrin növləri, funksiyası 9- 16

## 3.Sinir sisteminin təkamül inkişafı 16- 25

## 4.Sinapsların quruluşu, növləri. Mediatorların təsir mexanizmi 25- 32

## 5.Erkən ontogenezdə sinir sisteminin formalaşması 32- 38

## 6.Onurğa beynin ontogenetik inkişafı, funksiyaları 39- 47

## 7. Uzunsov beyin və beyin körpüsünün fərdi inkişafı, funksiyası 47- 53

## 8.Orta beynin fərdi inkişafı, funksiyası 53- 59

## 9. Aralıq beynin fərdi inkişafı, funksiyası 60- 67

## 10.Beyinciyin fərdi inkişafı, funksiyası 67- 74

## 11.Qabıqaltı mərkəzlərin morfo-funksional xüsusiyyətləri 74- 80

## 12.Limbik system və retikulyar formasiyanın funksiyaları 81- 86

## 13.Baş beyin yarımkürələrinin fərdi inkişafı, funksiyaları 86- 95

## 14. Sensor sistemin fiziologiyası 95-102

## 15. Eşitmə və gömə resepsiyasının fizioloji xüsusiyyətləri 102-109

##num=1// level= 1// sumtest= 20// name=Neyronun quruluşu, funksiyası//

1. Neyronlar çıxıntılarına görə necə təsnif olunur?

A) bir çıxıntılı və çoxçıxıntılı multipolyar neyronlar

B) unipolyar, bipolyar və multipolyar neyronlar

C) üç, dörd çıxıntılı və multipolyar neyronlar

D) bir çıxıntılı bipolyar neyronlar

E) bipolyar, multipolyar və çoxçıxıntılı neyronlar



2. Hansı neyronlar sinir mərkəzinin əsas tərkib hissəsini təşkil edir?

A) afferent neyronlar

B) reseptorlar

C) interoneyronlar

D) sensor neyronlar

E) effektor neyronlar



3. Sinir hüceyrəsində sintez olunan bütün zülalların ilkin quruluşu –zülal molekulunda aminturşu qalıqlarının yerləşmə ardıcıllığı haqqında irsi məlumat hansı orqonoiddə saxlanılır?

A) nüvədə

B) Holci kompleksndə

C) ribosomlarda

D) mitoxondrilərdə

E) lizosomlarda



4. Efferent neyronlaraşağıda qeyd olunan hansı funksiyaların icrasında iştirak edir?

A) inferoreseptorlardan məlumatın ötürülməsində

B) ağrı haqqında məlumatın ötürülməsində

C) dərinin qıcıqlandırılması haqqında məlumatın ötürülməsində

D) ekstroreseptorlardan məlumatın ötürülməsində

E) vəzilərə məlumatın ötürülməsində



5. Neyronun hansı sahəsindəNissel maddəsinə təsadüf olunur?

A) sitoplazmada

B) neyron səthində

C) nüvəcikdə

D) nüvədə

E) mielin qişada



6. Neyron cisminin və onun çıxıntılarının forma və ölçüləri nədən asılıdır?

A) xüsusi orqanoidlərdən

B) ümumi orqanoidlərdən

C) neyronların tipindən

D) aksonun uzunluğundan

E) dendritlərin miqdarından


7.Neyronda olan bazofil maddə (tiqroid maddə) hansı spesifik xüsusiyyətlərə malikdir?
1- fermentlərlə zəngindir

2- RNT-yə malikdir

3- hüceyrədaxili proseslərin gedişini stimullaşdırır

4- hüceyrədə neyrosekretor maddələrin sintezində iştirak edir

5- neyronun energetik tələbatını yerinə yetirir

6- hüceyrənin zülal komponentlərinin sintezində iştirak edir

  1. 2; 6

  2. 1; 4

  3. 2; 5

  4. 1; 3

  5. 1; 2

8.Neyron uzun müddət oyanmış vəziyyətdə qaldıqda, onda hansı dəyişikliklər baş verir ?

1-hüceyrədə bazofil maddə itir

2-hüceyrədə bazofil maddənin miqdarı artır

3- hüceyrədə neyrosekretor maddələrin sintezi pozulur

4-neyronun energetik tələbatnın təmin edilməsi pozulur

5- hüceyrədaxili proseslərin gedişi pozulur

6- spesifik zülalın sintezi pozulur

  1. 2, 5

  2. 1, 4

  3. 1, 3

  4. 2, 3

  5. 1, 6

9.Dendritlərin əsas səciyyəvi xüsusiyyətlərini müəyyən edən əlamətlər hansılardır?

1-neyronun əsas reseptiv sahəsidir

2-qısa və şaxələnəndir

3-mielinləşmiş olur

4-Ranvye keçidə malik olur

5- çox sayda olur

6-neyronda işlənmiş informasiyanın ötürülməsində iştirak edir

  1. 2, 3, 6

  2. 2, 3, 4

  3. 2, 5, 6

  4. 4, 5, 6

  5. 1, 2, 5

10. Aksonlarin əsas səciyyəvi xüsusiyyətlərini müəyyən edən əlamətlər hansılardır?

1-neyronun əsas reseptiv sahəsidir

2-qısa və şaxələnəndir

3-mielin qişa ilə örtülü olur

4-şaxələnmiş uclarla qurtarır

5-üzəri cox saylı, çıxıntılarla örtülüdür

6-neyronda işlənmiş informasiyanın ötürülməsində iştirak edir

7-cox sayda olur

  1. 1, 3, 5

  2. 1, 4, 7

  3. 3, 4, 6

  4. 3, 4, 5

  5. 5, 6, 7

11. Neyrona xas olan əsas səciyyəvi xüsusiyyətləri müəyyənləşdirin.

1-Sinir hüceyrəsinin cismi və dendritləri membran qişa ilə örtülür

2- Sinir hüceyrəsinin dendritləri mielin qişa ilə örtülür

3-Sakit halda o K ionlarını, oyanma dövründə isə Na ionlarını asan keçirir

4- Sakit halda o Na ionlarını, oyanma dövründə isə K ionlarını asan keçirir

5- Sakit halda o Na ionlarını, oyanma dövründə isə Cl ionlarını asan keçirir

6-Sinir hüceyrələrinin cismi onların çıxıntılarına nisbətən trofik funksiyaya malikdir

7- Sinir hüceyrələrinin cismi onların çıxıntılarına nisbətən keçiricilik funksiyasına malikdir

  1. 1, 4, 7

  2. 1, 5, 7

  3. 2, 3, 7

  4. 2, 4, 6

  5. 1, 3, 6

12. Neyronun cisminə aid olan əsas səciyyəvi xüsusiyyətləri müəyyənləşdirin.

1-somanın membranı dendritlərlə birlikdə neyronun qəbuledici sahəsini əmələ gətirir

2-soma trofik funksiya daşıyır

3- somanın membranı mielinləşmiş olur

4-somanın membranında cox sayda çıxıntəlar vardır

5-soma informason funksiya daşıyır

6- akson təpəciyi ilə birlikdə neyronun ötürücü hissəsini əmələ gətirir.

  1. 2, 3, 4, 6

  2. 1,2,3,5

  3. 1, 2, 4, 5

  4. 3, 4, 5, 6

  5. 2,3,5,6

13.Qıcığlayıcının təsirinə qarşı həssaslığına görə neyronların hansı növləri ayırd edilir? Ardicilliqla müəyyənləşdirin

1. monosensor

2. bisensor

3. polisensor

4. unipolyar

5. bipolyar

6. multipolyar

7. monomodal

8. bimodal

9. polimodal

10. afferent

11. efferent

12. interneyronlar


  1. 4, 5, 6

  2. 7, 8, 9

  3. 10, 11, 12

  4. 5, 6, 7

  5. 1, 2, 3

14. Aşağıda qeyd olunan neyronları hissi,hərəki və ara neyronlar olmaqla ardıcıllıqla müəyyənləşdirin.

1. afferent

2. multisensor

3. monopolyar

4. unipolyar

5. bipolyar

6. multipolyar

7. monomodal

8. efferent

9. polimodal

10. monosensor

11. bisensor

12. interoneyronlar

  1. 7, 8, 9

  2. 4, 7, 10

  3. 1, 8, 12

  4. 10,11, 12

  5. 5, 9, 11

15.Sinir mərkəzlərinin tonusunun yaranmasında hansı neyronlar iştirak edir?

1-fonoaktiv neyronlar

2-polisensor neyronlar

3-polimodal neyronlar

4- arasıkəsilməz-aritmik aktivlikli neyronlar

5- qrup aktivlikli neyronlar

  1. 3; 5

  2. 2; 5

  3. 2; 4

  4. 1; 4

  5. 3; 2

16. Afferent neyronların əsas səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirin.

1- neyronların inteqrasiyasını təmin edirlər

2-kiçik ölçülü cismə malikdirlər

3- çox sayda və çox şaxələnmiş çıxıntılara malikdirlər

4-iri ölçülü cismə malikdirlər

5- qalın və az şaxələnmiş çıxıntılara malikdirlər

6- informasiyanı qəbul edirlər

7- aksonlarındakı kollaterallarının sayı ilə fərqlənirlər

  1. 1 ,2 ,3

  2. 4, 5, 6

  3. 1, 4, 5

  4. 1, 4, 6

  5. 2, 3, 6


17.Neyronun membranında yerləşən zülalların funksiyaları hansı variantda düzgün verilmişdir?

1- “nasos “ zülalları-

2- reseptor zülallar-

3- kanal zülalları-

4- ferment zülallar-

a- membranda yerləşərək lazım olan molekulları tanıyır , onları membranda fiksə edir və neyronun səthində kimyəvi reaksiyaların gedişini yüngülləşdirir

b- membranın seçici keçiriciliyini təmin edirlər

c- lazım olan molekulları tanıyır və onları membranda fiksə edir

d-membranda yerləşərək neyronun səthində kimyəvi reaksiyaların gedişini yüngülləşdirir

e- hüceyrədə ion və molekulların qatılıq qradienti əleyhinə yerini dəyişməsini təmin edirlər

f- aktiv nəqliyyatı təmin edirlər

  1. 1 -c; 2 –e, f; 3 - b; 4- d

  2. 1- b; 2 - e; 3 - d; 4 - c, f

  3. 1- d; 2 – e; 3 -b; 4- c, f

  4. 1 -e; 2 - b; 3- c, f; 4- d

  5. 1 –e, f ; 2 -c; 3 - b; 4 – d

18.Qeyd olunan neyronlarn yerləşdikləri nahiyyələr ardıcıllıqla hansı sırada düzgün verilmişdir?

1- monosensor neyronlar-

2 - bisensor neyronlar-

3 - polisensor neyronlar-

a--beyin qabığının ikincili zonalarında yerləşirlər

b--beynin assosiativ zonalarında yerləşirlər

c--beyin qabığının ilkin proeksion zonalarında yerləşirlər

  1. 1 - b; 2 - a; 3 – c

  2. 1 - c; 2 – a; 3 - b

  3. 1 - a; 2 - b; 3 - c

  4. 1 - b; 2 – c; 3 – a

  5. 1 – c ; 2 - b; 3 - a

19. Qeyd olunan sensor neyronları təsir mexanizminə əsasən müəyyənləşdirin

1 - monosensor neyronlar-

2 - bisensor neyronlar-

3 - polisensor neyronlar-

a.- yalnız öz sensor siqnallarına reaksiya göstərir

b- öz sensor siqnallarından başqa digər sensor siqnala da reaksiya göstərir

c- müxtəlif reseptiv sistemlərin qıcıqlarına reaksiya göstərir

d- bir qıcığlayicinin yalnız bir tezliyinə reaksiya göstərir

e- bir qıcığlayicinin iki müxtəlif tezliyinə reaksiya göstərir

f- bir qıcığlayicinin üç və daha çox tezliyinə reaksiya göstərir

  1. 1 - a; 2 - e; 3 – f

  2. 1 - d; 2 – c; 3 - f

  3. 1 - a; 2 - b; 3 – c

  4. 1 - a; 2 - e; 3 - b

  5. 1 - d; 2 - b; 3 – c

20. Monomodal, bimodal və polimodal neyronların funksiyalarını düzgün ifadə edən cavab variantları hansılardır?

1- monomodal neyronlar-

2 - bimodal neyronlar-

3 - polimodal neyronlar-

a- yalnız öz sensor siqnallarına reaksiya göstərir

b- öz sensor siqnallarından başqa digər sensor siqnala da reaksiya göstərir

c- müxtəlif reseptiv sistemlərin qıcıqlarına reaksiya göstərir

d- bir qıcığlayicinin yalnız bir tezliyinə reaksiya göstərir

e- bir qıcığlayicinin iki müxtəlif tezliyinə reaksiya göstərir

f- bir qıcığlayicinin üç və daha çox tezliyinə reaksiya göstərir

  1. 1 - a; 2 - b; 3 – c

  2. 1 - a; 2 - e; 3 – f

  3. 1 - d; 2 - b; 3 – c

  4. 1 - a; 2 - e; 3 – d

  5. 1 - d; 2 - e; 3 – f


##num=2// Level=1// sumtest = 20 // name = Qlial hüceyrələrin növləri, funksiyaları //

1. Beyin toxumasında qlial hüceyrələrin varlığı nə vaxt və hansı alim

tərəfindən kəşf olunmuşdur?

A) XX əsrin əvvəllərində A.A.Uxtomski tərəfindən

B) XIX əsrin əvvəllərində İ.M.Seçenov tərəfindən

C) XIX əsrin əvvəllərində A.A.Uxtomski tərəfindən

D) XX əsrin əvvəllərində E.Vvedenski tərəfindən

E) XIX əsrin I yarısında R.Virxov tərəfindən



2. Neyroqlial hüceyrələrinin yerləşdikləri nahiyyələr və təmas yerləri hansı cavabda düzgün verilmişdir?

A). onlar öz çıxıntıları ilə birlikdə neyronlara uzaq məsafədə toplaşırlar və bir tərəfdən neyron cisimləri, digər tərəfdən beyin kapilyarları ilə müəyyən təmaslar əmələ gətirirlər

B). onlar öz çıxıntıları ilə birlikdə neyronlardan yaxın məsafədə toplaşırlar və bir tərəfdən neyron cisimləri, digər tərəfdən beyin kapilyarları ilə müəyyən təmaslar əmələ gətirirlər

C). onlar öz çıxıntıları ilə birlikdə neyronlara yaxın məsafədə toplaşırlar və bir tərəfdən aksonlarla, digər tərəfdən beyin mayesi ilə müəyyən təmaslar əmələ gətirirlər

D). onlar öz çıxıntıları ilə birlikdə neyronlardan uzaq məsafədə toplaşırlar və bir tərəfdən dendritlərlə, digər tərəfdən kəlləbeyin sinirləri ilə müəyyən təmaslar əmələ gətirirlər

E) onlar öz çıxıntıları ilə birlikdə neyronlara yaxın məsafədə toplaşırlar və bir tərəfdən soma ilə, digər tərəfdən kəllə beyin sinirləri ilə müəyyən təmaslar əmələ gətirirlər



3. Oliqodendrositlərin uzun müddət normal fəaliyyətdə olması ehtimalı nəyə əsaslanır?

  1. onlarda lizosomal fermentlərin aktivliyi azdır

  2. onlarda lizosomal fermentlərin aktivliyi yüksəkdir

  3. lizosomal fermentlərin aktivliyi yox dərəcəsindədir

  4. onlarda heç bir fermentativ aktivlik müşahidə olunmur

  5. onlar yüksək oyanıcılıq aktivliyinə malikdir

4. Qlial hüceyrələrin əsas funksiyaları hansı cavabda düzgün verilmişdir?

  1. dayaq, trofik, ixtisaslaşdırıcı, izoləedici, mielinogen, müdafiə

  2. dayaq, trofik, tənzimləyici, müdafiə, izoləedici, mielinogen

  3. dayaq, trofik,fərqləndirici, müdafiə, izoləedici, mielinogen

  4. dayaq, trofik, impuls yaradıcı, izoləedici, nəqledici, müdafiə

  5. dayaq, trofik, əlaqələndirici, formalaşdırıcı, mielinogen

5.Astositlər formaca hansı quruluşa malikdirlər?

A) çıxıntısız, parlaq sitoplazmaya, kiçik nüvəyə malikdirlər

B) çoxlu çıxıntılara, parlaq sitoplazmaya, kiçik nüvəyə malikdirlər

C) çıxıntılı, parlaq sitoplazmaya, iri nüvəyə malikdirlər

D) çoxlu çıxıntılara, parlaq sitoplazmaya malik, nüvəsiz hüceyrələrdir

E) çıxıntılı, tutqun rəngli sitoplazmaya. Iuri nüvəyə malikdir



6. Hansı qliya hüceyrələri su-duz mübadiləsinin və balansının müxtəlif pataloji

pozğunluqları zamanı digər hüceyrələrə nisbətən daha da fəallaşırlar?

A) ependim hüceyrələri

B) oliqodendrositlər

C)astrositlər

D) mikroqliya hüceyrələri

E) şvan hüceyrələri



7. Qlial hüceyrələrin əsas xüsusiyyətləri hansı cavabda düzgün verilmişdir?

1. qlial hüceyrələr insan və heyvan orqanizminin bütün ömrü boyu bölünmə qabiliyyətini itirmir

2. qlial hüceyrələr insan və heyvan orqanizminin bütün ömrü boyu bölünmə qabiliyyətini itirir

3. qlial hüceyrələr zədələnmiş beyin toxumasının neyronlardan azad olmuş yerlərini doldururlar

4. qlial hüceyrələr zədələnəndə vəya qocalandan sonra itib yox olurlar

5. qlial hüceyrələr informasiyaların ötürülməsində mühüm rol oynayırlar

  1. 2, 3,

  2. 1; 3

  3. 3; 4

  4. 4; 5

  5. 1; 4

8. Oliqodendrositlər haqqında qeyd olunanların hansı düzgün cavabdır?

1. astrositlərə nisbətən daha təkminləşmiş qliya növüdür

2. astrositlərə nisbətən az təkminləşmiş qliya növüdür

3. beynin həm boz,həm də ağ maddəsində çox təsadüf olunur

4.. beynin yalnız boz maddəsində təsadüf olunur

5. beynin yalnız ağ maddəsində təsadüf olunur

6. çıxıntıları sinirlərin mielin qişalarının yaranmasında iştirak edir

7. sinirlərin mielin qişalarının yaranmasında iştirak etmir

  1. 1, 5, 6

  2. 2, 4, 6

  3. 2, 3, 7

  4. 1, 3, 6

  5. 3, 7, 2

9.Oliqodendrositlərin quruluşu hansı cavabda düzgün verilmişdir?

1. sinir hüceyrələrinə yaxın quruluşdadırlar

2. quruluşca sinir hüceyrələrindən çox fərqlənirlər

3. çoxlu qısa, uzun çıxıntılara və iri hüceyrə cisminə malikdir

4. çoxlu qısa, uzun çıxıntılara və kiçik ölçülü hüceyrə cisminə malikdir

5. onların sitoplazması neyronların sitoplazmasına nisbətən az sıxlığa malikdir

6. onların sitoplazması neyronların sitoplazmasına nisbətən yüksək sıxlığa malikdir

  1. 2, 3, 6

  2. 2, 3, 5

  3. 1, 4, 6

  4. 2, 4, 5

  5. 1, 3, 6

10.Oliqodendrositlər histokimyəvi baxımdan hansı xüsusiyyətləri ilə səciyyələnirlər?

1. oliqodendrositlərin sitoplazması yüksək oksidativ aktivliyi ilə seçilir

2. oliqodendrositlərin çıxıntıları yüksək oksidativ aktivliyi ilə seçilir

3. oliqodendrositlərin sitoplazması oksidativ aktivliyə malik deyildir

4. oliqodendrositlərin çıxıntıları oksidativ aktivliyə malik deyildir

5. onlarda tənəffüs fermentləri daha fəaldır

6. onlarda lizosomal fermentlər çox aktivdir

  1. 1, 4, 6

  2. 2, 4, 5

  3. 1, 2, 5

  4. 3, 4, 5

  5. 2, 3, 5

11. Astrositləri səciyyələndirən əsas xüsusiyyətlər hansılardır?

1. onlarda çıxıntıların miqdarı azdır

2. onlar çoxlu çıxıntılara malikdir

3. parlaq sitoplazmaya malikdir

4. solğun sitoplazmaya malikdir

5. nüvəsinin həcmi böyükdür

6. kiçik nüvəyə malikdir

  1. 2, 4, 6

  2. 1, 3, 6

  3. 2, 4, 5

  4. 2, 3, 6

  5. 1, 4, 5

12. Şvann hüceyrələrinin funksional xüsusiyyətlərini müəyyənləşdirən düzgün cavab hansıdır?

1. sinirlər üçün bir növ izoləedici örtük funksiyasını daşıyır

2. baş beyin mədəciklərinin daxili divarının səthini örtür

3. mielinləşmə proseslərində iştirak edir

4. mielin təbəqənin tərkibinə daxildir

5. müəyyən dərəcədə faqositoz qabiliyyətə malikdir

6. sekresiya prosesində iştirak edirlər

7. perineyronal elementlər kimi fəaliyyət göstərirlər

8. sinaptik ötürmələrdə iştirak edir

9. beyin kanalının daxili səthini örtür

  1. 2, 3, 4, 8

  2. 1, 3, 4, 5

  3. 1, 5, 8, 9

  4. 3, 4, 6, 7

  5. 6, 7, 8, 9

13. A. Virxovun və Ramon de Kahalın neyroqlial hüceyrələr haqqındakı fikirləri xronoloji ardıcıllıqla hansı sırada düzgün verilmişdir?

1. qlial hüceyrələr neyronlarətrafı kimyəvi mühitin təmsilçiləridirlər

2. neyroqliya hüceyrələri beyin törəmələri və strukturları arasında yerləşir və müəyyən mənada onlar üçün dayaq rolu oynayır

3. neyroqlial hüceyrələr sinirlərdən sinir impulsları keçərkən cərəyanın arzuolunmaz kənar axınına mane olurlar

4. qlial hüceyrələr beyində bəzi maddələrin məkanda yayılmasına qarşı sədd rolunu oynayır

5. qlial hüceyrələr sekresiya prosesində mühüm rol oynayırlar.

  1. 3; 4

  2. 1; 2

  3. 2 ; 3

  4. 4; 5

  5. 3; 5

14. Astrositləri səciyyələndirən əsas xüsusiyyətləri ardıcıllıqla müəyyənləşdirin.

1.. çoxlu çıxıntılara, parlaq sitoplazmaya, böyük nüvəyə malik tam ulduza bənzər hüceyrələrdir

2. çoxlu çıxıntılara, parlaq sitoplazmaya, kiçik nüvəyə malik tam ulduza bənzər hüceyrələrdir

3. çoxlu çıxıntılara, solğun sitoplazmaya, böyük nüvəyə malik tam ulduza bənzər hüceyrələrdir

4. çoxlu çıxıntılara, solğun sitoplazmaya, kiçik nüvəyə malik tam ulduza bənzər hüceyrələrdir

5. çıxıntıları kiçik qan kapilyarlarının divarlarını əhatəyə alırlar

6. çıxıntıları sinirlərin mielin qişasının formalaşmasında iştirak edir

7. onlarda mübadilə prosesləri və müxtəlif fermentlərin fəaliyyəti zəif gedir

8. onlarda mübadilə prosesləri və müxtəlif fermentlərin fəaliyyəti yüksək səviyyədə gedir

  1. 2, 6, 8

  2. 1, 6, 7

  3. 2, 5, 8

  4. 3, 5, 7

  5. 4, 6, 7

15. MSS-də astrositlərin yayılmasının əsas xarakterik xüsusiyyətlərini ardıcıllıqla müəyyənləşdirin.

1. beyin toxumasında qeyri bərabər yayılmışdır

2. beyin toxumasında bərabər yayılmışdır

3. boz maddə daxilində onlara az təsadüf edilir

4. boz maddə daxilində onlara daha çox təsadüf edilir

5. ağ maddə daxilində onlara daha çox təsadüf edilir

6. ağ maddə daxilində onlar seyrək yerləşmişdir

7. onurğa beyin köklərində onlara rast gəlinmir

8. onurğa beyin köklərində də onlara təsadüf edilir

  1. 2, 3, 5, 8

  2. 1, 3, 5, 7

  3. 1, 4, 6, 7

  4. 2, 3, 5, 7

  5. 2, 4, 6, 8

16.Neyroqliya hüceyrələri beynin həcminin necə faizini təşkil edir və ölçüsünə görə neyronlardan neçə dəfə kiçikdir ? Ardıcıllıqla müəyyənləşdirin.

Yüklə 141,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə