Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü3,19 Mb.
#76858


Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

qapısı

Noyabrın 6-da metronun “İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi

ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların bərpadan sonra təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev retro vaqonlarla tanış olub.

Qeyd edək ki, Mıtişşi maşınqayırma zavodunda istehsal olunan ilk belə retro vaqonlar 

“A” tipli vaqonlar adlandırılıb. Bu vaqonlar 1934-cü ilin sonunda hazırlanıb. Həmin vaqonlarda

oturmaq üçün 52 və ayaq üstə dayanmaq üçün isə 120 yer var idi. Bu tipli vaqonlardan biri

1968-ci ildə yol ölçmək üçün Bakıya göndərilib.

Təqdimatı  olan  “E”  tipli  digər  vaqonların  hazırlanmasına  isə  1956-cı  ildə  başlanılıb.

“E”  tipli  ilk  sınaq  vaqonu  1959-cu  ilin  sonlarında  istehsal  olunub.  Bu  tipli  vaqonlar  Sovet

İttifaqı dövründə beş şəhərin – Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə

göndərilib. Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılıb.

Sonra Prezident İlham Əliyev retro vaqonlardan ibarət qatarla “İçərişəhər” stansiyasından

“Nəriman Nərimanov” stansiyasına gəlib.

Retro  vaqonlarla  tanış  olan  Prezident  İlham  Əliyev  50  illik  yubileyi  münasibətilə  Bakı

Metropoliteninin kollektivini təbrik edib, yeni-yeni uğurlar arzulayıb.

    Noyabrın 6-da Ələkli kənd tam orta mək-

təbinin yeni binasının açılışı olmuşdur.

    Naxçıvan  Muxtar  Respublikası  Ali 

 Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən

lenti kəsmişdir. 

    Şərur Rayon İcra Hakimiyyətinin başçısı

Kamal Cəfərov tədbirdə çıxış edərək demişdir

ki, muxtar respublikanın digər yaşayış mən-

təqələri kimi, Şərur rayonu da yeni inkişaf

mərhələsinə  yüksəlmişdir.  Kəndlərin  abad-

laşması, fərdi təsərrüfatların ge-

nişlənməsi  və  yeni  iş  yerlərinin

açılması insanların rahat yaşayı-

şına və məskunlaşmanın artmasına

səbəb olmuşdur. Bu ilin ötən döv-

ründə Şərur rayonunda 3 məktəb

binası, 3 kənd mərkəzi, 3 xidmət

mərkəzi,  rayon  Mərkəzi  Xəstə-

xanası  tikilərək  və  ya  yenidən

qurularaq  istifadəyə  verilmişdir.

Hazırda Ərəbyengicə kəndində tam orta mək-

təbin, həkim ambulatoriyasının, kənd və xid-

mət mərkəzlərinin tikintisi, Yengicə kəndində

XVIII əsrə aid hamamın bərpası, Şərur şə-

hərində 60 mənzilli yaşayış binasının yenidən

qurulması,  eləcə  də  Şərur  şəhərinin  içməli

su və kanalizasiya xətlərinin çəkilişi davam

etdirilir. 

    Ələkli kənd tam orta məktəbinin direktoru

İsrafil Quliyev demişdir ki, geniş quruculuq

işlərinin  aparılması  Ələkli  kəndini  müasir

kəndlərin sırasına qoşub. Kənddə müasirtipli

məktəb binasının istifadəyə verilməsi təhsilin

inkişafına  göstərilən  qayğının  davamıdır.

İsrafil Quliyev yaradılan hərtərəfli tədris şə-

raitinə görə kollektiv adından minnətdarlıq

etmişdir. 

    Naxçıvan  Muxtar  Respublikası  Ali

 Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış

edərək demişdir: Azərbaycan xalqının ümum-

milli lideri Heydər Əliyev tövsiyə edirdi ki,

“Ölkəmizin gənclərini təhsilli etmək üçün

müasir tələblərə cavab verən məktəb bina-

larının  tikilməsi  ilə  məşğul  olmalıyıq”.

Müasir məktəb binasında tədrisin təşkili üçün

lazımi şərait yaradılır, kitabxana, idman qur-

ğuları,  laboratoriyalar,  fənn  kabinələri  isti-

fadəyə verilir, yeni texnologiyalar və ən son

tədris metodları tətbiq olunur. Bu gün istifa-

dəyə  verilən  Ələkli  kənd  tam  orta  məktəbi

də müasir tədrisin tələblərinə uyğun qurulub. 

    Ali  Məclisin  Sədri  bu  münasibətlə  kol-

lektivi  təbrik  edərək  demişdir:  Məktəbdə

elektron lövhələr, kompüter sinifləri, zəngin

kitabxana, gənclərin sağlam böyüməsi üçün

idman qurğuları və zalı istifadəyə verilmiş,

təhsil ocağı bütün fənlər üzrə ixtisaslı müəl-

limlərlə təmin olunmuşdur. Ona görə də ya-

radılan şəraitdən səmərəli istifadə olunmalı,

təhsilli gənclər yetişdirilməlidir. Orta mək-

təbi bitirən hər bir gənc özünə peşə seçməli,

ölkəmiz  üçün  yararlı  vətəndaş  kimi  yetiş-

məlidir. Təhsilli, vətənpərvər və peşə sahibi

olan gənclərin hazırlanması isə müəllimlərin

qarşısında  duran  əsas  vəzifədir.  Məktəbin

nailiyyətləri onu deməyə əsas verir ki, tədris

düzgün qurulub. Yaradılan şəraitdən səmərəli

istifadə nailiyyətlərin daha da artmasına və

Ələkli kənd tam orta məktəbinin muxtar res-

publikanın qabaqcıl məktəbləri sırasına qo-

şulmasına imkan verəcəkdir. 

    Ali  Məclisin  Sədri  bir  daha  kollektivi

təbrik etmiş, məktəb binasının tikilməsində

əməyi olanlara təşəkkür etmişdir.  

    3 mərtəbəli məktəb binası 234 şagird yer-

likdir. Binada 3-ü elektron lövhəli olmaqla

12 sinif otağı, fizika və kimya-biologiya la-

boratoriyaları,  hərbi  kabinə,  şahmat  sinfi,

kompüter otağı, müəllimlər otağı, psixoloq

otağı, kitabxana və idman zalı vardır.

    Ali Məclisin Sədri kitabxanada, sinif otaq-

larında və fənn kabinələrində olmuş, tədrisin

təşkili ilə maraqlanmışdır.

    Məktəbin kitabxanasında 1030-u dərslik

və 2160-ı bədii ədəbiyyat olmaqla 3190 kitab

müəllim və şagirdlərin istifadəsinə verilmiş,

oxunması zəruri olan kitablardan ibarət guşə

yaradılmışdır.  Kimya-biologiya  və  fizika

    Muxtar respublikanın kəndlərində müasir infrastrukturun

yaradılması və yeni sosial obyektlərin istifadəyə verilməsi

insan amilinə göstərilən dəyərin daha bir ifadəsidir. Aparılan

quruculuq işləri kəndlərdə idarəetmənin səmərəli təşkilinə,

gənc nəslin hərtərəfli təhsil almasına, məskunlaşmanın art-

masına,  sakinlərin  isə  rahat  və  firavan  yaşayışına  xidmət

edir. Muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan

Şərur rayonuna da bu inkişaf və tərəqqidən pay düşmüşdür.

Son  illər  rayonun  kəndlərində  kompleks  quruculuq  işləri

aparılmışdır.

    Noyabrın  6-da  Şərur  rayonunun  Ələkli  kəndində  yeni

sosial obyektlərin açılışı olmuşdur. 

    “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin

inkişafı üzrə Dövlət Proqramı” uğurla icra olunur. Hər il ənənəvi və məhsuldar meyvə sort-

larından ibarət yeni bağlar salınır. Badamçılıq da Naxçıvanda qədim meyvəçilik sahələrindəndir.

İqlim şəraiti və torpaq xüsusiyyətləri muxtar respublikada badamçılığın inkişafına və bu

sahə üzrə məhsul istehsalının artırılmasına imkan verir. 

     Noyabrın 4-də muxtar respublikada növbəti iməcilik keçirilmiş, Naxçıvan-Sədərək avtomobil

yolunun kənarında – Kəngərli rayonunun Xok kəndi ərazisində yeni badam bağı salınmışdır. 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii

Sərvətlər Nazirliyinin, Kəngərli Rayon İcra Hakimiyyətinin kollektivləri badam bağı salınan

ərazidə keçirilən iməcilikdə iştirak etmişlər. 

    Badam bağının sahəsi 6 hektardır. Ərazidə meliorativ və aqrotexniki tədbirlər görülmüş,

torpaq  əkinəyararlı  hala  salınmışdır.  İməcilik  iştirakçıları  ərazidə  3  mindən  artıq  yerli

badam  tingi  əkmişlər.  Ötən  il  ərazidə  qapalı  suvarma  şəbəkəsinin  istifadəyə  verilməsi

badam bağının dayanıqlı su təminatına da imkan verəcəkdir. 

    Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  Vasif  Talıbov  iməcilikdə  iştirak

etmiş,  payız  iməcilikləri  dövründə  yeni  meyvə  bağlarının  salınması  barədə  tapşırıqlar

vermişdir. 




2

 laboratoriyaları tədris planına uyğun təcrübi

avadanlıqlarla təmin olunmuş, dəqiq elmlər

üzrə  elektron  dərslik  bazası  yaradılmışdır.

Tədris prosesində yeni texnologiyaların tət-

biqinə geniş yer verilmiş, 19 kompüter dəsti

quraşdırılmış və internetə qoşulmuşdur. Elek-

tron  lövhəli  sinifdə  muxtar  respublikanın

201 ümumtəhsil məktəbi ilə Hüseyn Cavidin

ev-muzeyi  arasında  keçirilən  distant  dərs

 izlənilmişdir. 

    Məktəbin  müəllimləri  ilə  görüşən  Ali

Məclisin Sədri onları təbrik etmiş, məktəbdə

yaradılan  müasir  şəraitin  tədrisin  hərtərəfli

təşkilinə imkan verəcəyini bildirmiş, kollektivə

işlərində uğurlar arzulamışdır. 

    Gənc müəllim Sahil Əlizadə pedaqoji kol-

lektiv adından minnətdarlıq edərək demişdir:

Bu gün muxtar respublikada gənclərə xüsusi

qayğı göstərilir, onlar səhiyyə, mədəniyyət,

təhsil, dövlət qulluğu və digər sahələrdə işlə

təmin olunurlar. Mən də bu il keçirilən təhsil

yarmarkasında  iştirak  edərək  Ələkli  kənd

tam orta məktəbinə təyinat almışam. Məktəbdə

ingilis dili fənnini tədris edirəm. Fəaliyyətim

üçün hər cür şərait yaradılıb. Müasir məktəb

binasının istifadəyə verilməsi məsuliyyətimizi

daha da artırır. Söz veririk ki, göstərilən eti-

madı doğruldacaq, gənclərin hərtərəfli təhsil

alması üçün səylə çalışacağıq.  

    Binanın həyətində də abadlıq işləri apa-

rılmış, bufet və açıq idman qurğuları istifadəyə

verilmişdir. 

    Muxtar  respublikada  gənc  nəslin  təhsili

ilə yanaşı, onların istedad və bacarıqlarının

üzə çıxarılmasına, eləcə də asudə vaxtlarının

səmərəli  təşkilinə  xüsusi  diqqət  yetirilir.

Məktəbdənkənar təhsil müəssisələrinin fəa-

liyyətinin  təmin  olunması  və  uşaq  musiqi

məktəbləri üçün müasir binaların istifadəyə

verilməsi bu baxımdan mühüm əhəmiyyətə

malikdir. 

    Noyabrın 6-da Ələkli Kənd Uşaq Musiqi

Məktəbinin yeni binası istifadəyə verilmişdir. 

    Naxçıvan  Muxtar  Respublikası  Ali

 Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən

lenti kəsmişdir. 

    Bildirilmişdir  ki,  musiqi  məktəbində  23

sinif otağı, direktor otağı, müəllimlər otağı,

konsert zalı, musiqi alətlərinin təmiri otağı

və kitabxana vardır. Kitabxana musiqi nəzə-

riyyəsinə aid tədris vəsaitləri və ədəbiyyatlarla

təmin olunmuşdur. Müasir inventar və ava-

danlıqlarla təchiz edilmiş məktəbdə şagirdlərin

istifadəsinə 5 pianino verilib. Musiqi mək-

təbində  xalq  çalğı  alətləri,  fortepiano  və

nəzəri fənlər şöbələri fəaliyyət göstərir, tar,

kamança, fortepiano, qarmon, nağara və saz

ixtisasları  üzrə  musiqiçi  kadrlar  hazırlanır.

Həmçinin məktəbdə xalq çalğı alətləri, saz-

çalanlar və nağaraçalanlar ansamblları, xor

kollektivi və uşaqlardan ibarət həvəskar yallı

qrupu da yaradılmışdır. 

    Ali  Məclisin  Sədri  kitabxananın  musiqi

nəzəriyyəsinə  aid  dərslik  və  ədəbiyyatlarla

zənginləşdirilməsi barədə tapşırıqlar vermişdir. 

    Musiqi  alətlərinin  təmiri  otağına  baxış

zamanı  milli  musiqi  alətlərinin  təmiri  və

hazır lanması ilə məşğul olan gənc sənətkar

Rəşad Həsənli minnətdarlıq edərək demişdir

ki,  o,  milli  musiqi  alətlərinin  hazırlanması

üzrə  kurs  keçib.  Bu  sahəyə  böyük  marağı

var. Yaradılan şərait daha səmərəli fəaliyyət

göstərməsinə imkan verəcəkdir. 

    Ali Məclisin Sədri hazırlanan milli musiqi

alətlərinə baxmış, gənc sənətkarların fəaliyyəti

üçün bundan sonra da lazımi şəraitin yara-

dılmasının vacibliyini bildirmişdir.  

    Sonra Ali Məclisin Sədri musiqi məktəbinin

müəllimləri ilə görüşmüş, onları yeni binanın

istifadəyə verilməsi münasibətilə təbrik edərək

demişdir: Bu gün Ələkli Kənd Uşaq Musiqi

Məktəbində  3  şöbədə  6  ixtisas  üzrə  musiqi

dərsləri keçirilir. Ətraf kəndlərdən olan gənclər

də məktəbdə musiqi təhsili alır. Bu da gənclərin

asudə vaxtının səmərəli təşkili, onların iste-

dadının üzə çıxarılması və milli musiqimizin

yaşadılması baxımından mühüm əhəmiyyət

daşıyır. Yaradılan şərait imkan verəcəkdir ki,

məktəbə daha çox gənclər cəlb olunsun, tədris

olunan ixtisasların sayı artırılsın.  

    Ali Məclisin Sədri demişdir: Musiqi du-

yumu olanlar, musiqi alətlərində ifa etməyi

bacaranlar xüsusi istedada malik insanlardır.

Bu  istedadların  üzə  çıxarılması,  qədim  və

zəngin musiqi ənənələrimizin davam etdi-

rilməsi isə kollektivin qarşısında duran əsas

vəzifələrdir. Müəllimlər milli musiqimizlə

yanaşı, dünya musiqisini də gənc nəslə öy-

rətməlidirlər. Naxçıvan Musiqi Kollecində

və Naxçıvan Dövlət Universitetinin İncəsənət

fakültəsində müxtəlif ixtisasların fəaliyyət

göstərməsi musiqi məktəbini bitirən gənclərin

öz  təhsillərini  davam  etdirməsinə  imkan

verəcəkdir. 

    Ali Məclisin Sədri qarşıya qoyulan vəzi-

fələrin  icrasında  kollektivə  uğurlar

 arzulamışdır.   

    Məktəbin müəllimi Aidə Əsgərova min-

nətdarlıq  edərək  demişdir  ki,  muxtar  res-

publikada bütün sahələrdə olduğu kimi, mə-

dəniyyətin inkişafına da daim diqqət və qayğı

göstərilir. Şəhər, qəsəbə və kəndlərdə müasir

mədəniyyət ocaqlarının, o cümlədən musiqi

məktəblərinin tikilib istifadəyə verilməsi bu-

nun  ən  parlaq  nümunəsidir.  Ələkli  Kənd

Uşaq Musiqi Məktəbi üçün müasir binanın

inşa  olunması  kollektivin  sevincinə  səbəb

olmuşdur. Müəllimlər yaradılan şəraitdən sə-

mərəli istifadə etməklə üzərlərinə düşən və-

zifələri daha məsuliyyətlə yerinə yetirəcəklər. 

    Konsert zalında Ələkli Kənd Uşaq Musiqi

Məktəbinin şagirdləri maraqlı musiqi nöm-

rələri təqdim etmişlər.

    Ali Məclisin Sədri musiqi nömrələrini iz-

ləmiş, şagirdləri uğurlu çıxışlarına görə təbrik

etmişdir. 

    Naxçıvan  Muxtar  Respublikası  Ali

 Məclisinin Sədri Vasif Talıbov Ələkli Kənd

Mərkəzinin də açılışını etmiş, binada yaradılan

şəraitlə tanış olmuşdur.

    Məlumat verilmişdir ki, kənd mərkəzinin

birinci mərtəbəsində kitabxana, rabitə evi,

feldşer-mama məntəqəsi, polis sahə və bay-

tarlıq məntəqələri yerləşir. Yeni Azərbaycan

Partiyası  ərazi  ilk  təşkilatı,  inzibati  ərazi

dairəsi üzrə nümayəndəlik, bələdiyyə, sta-

tistika otağı, mədəniyyət evi üçün otaqlar




3

    2016-cı  ilin  sentyabr  ayına  qədər  Nuh

Peyğəmbərin həqiqi vətəni haqqında məlu-

matımız  yox  idi.  Mən  həyat  yoldaşım  ilə

Türkiyənin şərq hissəsinə – İqdır şəhəri isti-

qamətində hərəkət edərkən yolda Naxçıvan

yazılmış lövhə gördük və Naxçıvan barədə

bələdçidən  məlumat  aldıq.  O  bildirdi  ki,

Naxçıvan Türkiyə ilə sərhəddə yerləşir. Həmin

andan mənim diqqətim bu əraziyə yönəldi.

Çox təəssüf ki, həmin vaxt bizim xüsusi bir

tur proqramımız var idi və həmin proqrama

Türkiyə sərhədlərindən kənarda olan bir əra-

zini daxil edə bilməzdik. 

    2017-ci ilin yanvar ayından etibarən mən

internet  üzərindən  və  kitablardan  Naxçıvan

barədə məlumatlar toplamağa başladım. Hər

bir axtarışdan sonra Naxçıvana daha da heyran

oldum. Lakin əldə etdiyim məlumatlar mənə

kifayət etmirdi. Həmçinin bələdçi kitabımda

da Naxçıvan barədə az məlumat var idi. 

    Qərblilər, əsasən, katoliklər və ümumiyyətlə,

xristianların protestantları “Tövrat” kitabı və

Nuh Peyğəmbərin gəmisi haqqında məlumat-

lara malikdirlər. Lakin Nuh Peyğəmbərin gə-

misinin  yeri,  onun  vətəni  və  ailəsi  barədə

dünyada çox az məlumat var. Bu ərazi hara-

dadır? İndi bu suala mən cavab verirəm:  Nax-

çıvan Nuh Peyğəmbərin vətənidir.  

     Naxçıvana  səfərimiz  2017-ci  ilin  oktyabr

ayında reallaşdı. Naxçıvan Avrasiya və Qafqaz

regionunda yerləşən Azərbaycan Respublika-

sının  tərkibində  muxtar  respublikadır.  Bəşə-

riyyətin beşiyi, Nuh Peyğəm-

bərin vətəni  olan Naxçıvan

səyahət  etdiyimiz  ən  təsirli

və maraqlı yerlərdən biridir.

Naxçıvan ağaclarla əhatə olun-

muş  son  dərəcədə  təmiz  və

geniş küçələri olan müasir şə-

hərdir. Eyni zamanda Naxçı-

van Muxtar Respublikası min

ildən artıq tarixi olan abidələri

ilə  seçilir.  Orijinal  formada

yenidən təmir edilən bu abi-

dələr  səyahətçilərin  diqqətini  çox  cəlb  edir.

Naxçıvanda gördüklərim mənim gözləntilərimi

xeyli üstələdi.  Mən və həyat yoldaşım ərazinin

qədim tarixi abidələrinə, xüsusilə də insanların

qonaqpərvərliyinə  və  mehribanlığına  heyran

olduq. Naxçıvanda çəkdiyimiz minlərlə fotoşəkli

ən xoş xatirə kimi saxlamaqla yanaşı, dostla-

rımıza da göstəririk. 

                                           

                                     

    Noyabrın  6-da  Ələkli  kənd  avtomobil

yolu  əsaslı  yenidənqurma  işlərindən  sonra

istifadəyə verilmişdir. 

    Naxçıvan  Muxtar  Respublikası  Ali

 Məclisinin Sədri Vasif Talıbov yolun açılışını

bildirən lenti kəsmişdir. 

     Məlumat verilmişdir ki, 5300 metrlik av-

tomobil yolunun hərəkət hissəsi genişləndirilərək

asfalt  örtük  salınmışdır.  Yolda  tikinti  işləri

mühəndis-texniki  tələblərə  uyğun  aparılmış,

125 su keçidi, 2 su ötürücü qoyulmuş, 2230

metr uzunluğunda beton kanal çəkilmişdir.

* * *


    Ələkli  kəndində  quruculuq  işləri  aparı-

larkən bir sıra abadlıq işləri də görülmüşdür.

Kənddə  rabitə,  elektrik,  qaz  və  su  xətləri

yenilənmiş, 2310 metr fiber-optik kabel, 13

min  580  metr  rabitə,  670  metr  elektrik  və

380 metr qaz xətti çəkilmiş, əhalinin içməli

suya olan tələbatının yaxşılaşdırılması məq-

sədi ilə 1 kilometrlik içməli su xətti bərpa

olunmuşdur.

və   42  yerlik  zal  isə  binanın  ikinci

mərtəbəsindədir. Əhalinin maariflənməsində

və asudə vaxtın səmərəli təşkilində əvəzsiz

rolu olan kənd kitabxanasında oxucular üçün

lazımi  şərait  yaradılmışdır.  Burada  7472

kitab vardır. 

     Baytarlıq məntəqəsi üçün ayrılan iş otağında

lazımi dərman preparatları qoyulmuşdur. Kənd

mərkəzindəki rabitə evində poçt şöbəsinin fəa-

liyyəti təmin olunmuş, 512 yerlik yeni nəsil

Avtomat Telefon Stansiyası quraşdırılmışdır.

    Yeni Azərbaycan Partiyası ərazi ilk təşki-

latının sədri Cavid Hüseynov yaradılan şəraitə

görə minnətdarlıq etmiş, bu şəraitin fəaliy-

yətlərini daha da genişləndirəcəyinə imkan

verəcəyini bildirmişdir.

    Ali Məclisin Sədri kənddə əhaliyə göstərilən

tibbi xidmətin keyfiyyəti ilə maraqlanmışdır.

    Bildirilmişdir ki, feldşer-mama məntəqəsi

lazımi tibbi avadanlıqlar və dərman vasitələri

ilə  təmin  olunmuşdur. Tibb  işçiləri  kənddə

peyvənd işinin vaxtlı-vaxtında aparılmasına

və  gigiyenik  qaydalara  əməl  olunmasına

ciddi diqqət yetirirlər.

    Noyabrın 6-da Ələkli kəndində yeni xidmət

mərkəzi də istifadəyə verilmişdir.

    Naxçıvan  Muxtar  Respublikası  Ali

 Məclisinin  Sədri  Vasif  Talıbov  xidmət

mərkəzinin açılışını bildirən lenti kəsmişdir.

    Məlumat  verilmişdir  ki,  kəndlərdə  bu

cür xidmət obyektlərinin tikilib istifadəyə

verilməsi mühüm əhəmiyyət daşıyır. Xidmət

mərkəzində bərbərxana, qadın gözəllik sa-

lonu, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat

malları  mağazaları  fəaliyyət  göstərir.

Mərkəz in istifadəyə verilməsi həm də kənd-

də yeni iş yerlərinin açılmasına səbəb ol-

muşdur. Hazırda burada 6 nəfər daimi işlə

təmin olunmuşdur.

    Mərkəzlə  tanışlıqdan  sona Ali  Məclisin

Sədri sakinlərlə görüşmüşdür. 

    Ali Məclisin Sədri demişdir: Kəndlərdə

abadlıq-quruculuq işlərinin aparılması, yeni

sosial  obyektlərin  istifadəyə  verilməsi  in-

sanlarda ölkəmizin sabahına inam yaradır.

Bu  gün  Ələkli  kəndində  geniş  quruculuq

işlərinin aparılması, yeni sosial obyektlərin

istifadəyə  verilməsi  müstəqil Azərbaycan

dövləti  tərəfindən  həyata  keçirilmişdir.

Ələkli kəndi müasir Azərbaycan kəndinin

nümunəsidir.  Kənddə  yaradılan  şərait

 sakinlərin  rahat  yaşayışına  xidmət  edir.

Ona  görə  də  sakinlər  uzun  illər  ərzində

formalaşmış  təsərrüfat  ənənələrini  davam

etdirməli, torpaqları əkməli, Ələkli kəndinin

bugünkü  müasir  görkəmini  qoruyub

 saxlamalıdırlar. 

    Kənd sakini Vaqif Bayramov minnətdarlıq

edərək  demişdir: Aparılan  quruculuq  işləri

və yaradılan müasir infrastruktur Ələkli kən-

dinə  qəsəbə  görkəmi  verib.  Kəndin  bütün

sosial problemləri həll olunub. Artıq övlad-

larımız  müasir  məktəbdə  təhsil  alacaqlar.

Kənd  sakinləri  əsasən  əkinçiliklə  məşğul

olurlar. İstehsal etdiyimiz məhsulu bazar və

yarmarkalarda  rahat  şəkildə  satırıq.  Bu  da

imkan  verir  ki,  təsərrüfatlarımızı  daha  da

genişləndirək. 

    Həmin  gün  Ali  Məclisin  Sədri  kənddə 

tikilən yeni mərasim evinə də baxmışdır. 

    Kənd ağsaqqalı Arif Kazımov demişdir:

Bu gün Ələkli kəndinin həyatında əlamətdar

gündür.  Aparılan  quruculuq  işləri  sakinlər

tərəfindən  minnətdarlıqla  qarşılanır.  Yeni

mərasim evinin tikilməsi sakinlərin rahatlığını

təmin etməklə yanaşı, həm də bizim dəyər-

lərimizə hörmətin bariz nümunəsidir. Bütün

bunları  görərkən  bir  daha  əmin  oluruq  ki,

ulu öndərimiz Heydər Əliyevin arzuları re-

allığa çevrilib. 

    Sonra  iki  zal  və  mətbəxdən  ibarət  olan

mərasim  evinə  baxış  olmuşdur.  Binaya  su,

elektrik və qaz xətləri çəkilmiş, mətbəx zəruri

inventarla təchiz edilmişdir. 



5

46 6( ,6 ( .%$" (

6

' /3$ 6 #

!+ # *(

6

' /3$

6.6(

# $ *

- " %" $

,6) *

# $ *

0 6$ "#6

/

+.0* " 23 3&

)  & ,#")

& )


& ,#")

13&)& & ,#")

1

)- & ,#")



3" 3&  & ,#")

3 & ,#")


3 3&3 & ,#")

)+( & & '$)  

"0"

!/3'' '3 *3 (32   (  &0



-13, $

+-* (

)&+ " ! )3 2/(6 6#

)+ + !+

#

+

+

+

& + +

 (

&(

"



(

"

"



"

( (


"

&

# "



( ( (

"

!$% 



'( (

"%'!

 "

 

' &$ + +

*

.

(, & ,0"


( +"

( "3-3&3  0"! % 

+   #  "

!  ,#"


! "  #* ( ' (   (&

" & ' " " 3,3&

!  ,#"

! " ! " ( # !)2 3!



!  ,#"

! "


! " ( *3' ( (#$  "!02 0&

)

'(



3 # )" " " & " " 3,3& " "

- " (32  

&

5

46 6( ,6 ( .%$" (

( "6$ " !*( !

$ (  ) $ $

# '

(3

# $ !,* ) *

" !*( !

$ (  ) $ $

6.6(

# $ # $ *

%&" $ $

,6) *

# $ # $ *

0 6$ "#6

/

)  & ,#")

1

)- & ,#")



3" 3&  & ,#")

& )


& ,#")

+.0* " 23 3&

13&)& & ,#")

3 & ,#")


3 3&3 & ,#")

)+( & & '$)  

"0"

!/3'' '3 *3 (32   (  &0



-13, $

+-* (

)&+ " ! )3 2/(6 6#

4

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

İtmişdir

Babək rayonunun Yuxarı Uzunoba kənd sakini Abdullayev Yusif Salman oğlunun adına olan JN-003

A

inventar nöm-



rəli, 10311048 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” itdiyindən etibarsız sayılır.

    Naxçıvan Muxtar Respublikası

Prokurorluğu Azərbaycan Respub-

likası  Prezidentinin  2001-ci  il  19

iyun tarixli Fərmanı ilə təsdiq edil-

miş “Prokurorluğa işə qəbul olun-

maq  üçün  namizədlərlə  müsabiqə

keçirilməsi qaydaları haqqında Əsas-

namə”yə  uyğun  olaraq  Naxçıvan

Muxtar Respublikası Prokurorluğu

və  Naxçıvan  Muxtar  Respublika-

sının Hərbi Prokurorluğu orqanla-

rında işə qəbul olunmaq arzusunda

olan  şəxslər  üçün  09  ştat  vahidi

üzrə müsabiqə elan edir.

    Prokurorluq orqanlarına işə qəbul

olunmaq istəyən Naxçıvan Muxtar

Respublikasının ərazisində yaşayış

yeri üzrə qeydiyyata alınmış və qa-

nunvericiliklə müəyyən edilmiş tə-

ləblərə cavab verən şəxslər aşağıda

qeyd  edilən  sənədləri  təqdim  et-

məklə Naxçıvan Muxtar Respubli-

kası Prokurorluğuna müraciət edə

bilərlər:

    -  müəyyən  olunmuş  formada

ərizə;

    - şəxsiyyət vəsiqəsinin əsli və no-

tariat  qaydasında  təsdiq  edilmiş

 surəti;

    - ali təhsil haqqında (hüquqşü-

naslıq və ya beynəlxalq hüquq ixti-

sası üzrə) diplomun, diploma əlavə

olunan qiymət cədvəlinin əslləri və

notariat qaydasında təsdiq edilmiş

surətləri;

    -  4x6  santimetr  ölçüdə  4  ədəd

ağ fonda rəngli fotoşəkil.

    Sənədlər Naxçıvan şəhəri, Atatürk

küçəsi  22-də  yerləşən  Naxçıvan

Muxtar Respublikası Prokurorluğu-

nun inzibati binasının qəbul otağında

2017-ci  il  noyabr  ayının  10-dan

2017-ci il dekabr ayının 10-dək hər

gün (istirahət və bayram günləri, iş

günü hesab edilməyən digər günlər

istisna olmaqla) saat 10

00

-dan      18



00

-

dək qəbul olunacaqdır.



    Prokurorluğa işə qəbul olunmaq

üçün sənədləri təqdim etmək istəyən

hər bir namizədin hazırlığının, bilik

səviyyəsinin, ümumi dünyagörüşü-

nün, prokuror və ya müstəntiq və-

zifəsinə yararlılığı və layiqliliyinin

müəyyən  edilməsi  məqsədilə  tam

aşkarlıq şəraitində, şəffaf üsullarla

və beynəlxalq tələblərə uyğun ke-

çirilən  ixtisas  imtahanları  (test  və

yazılı imtahanlar) və müsahibədən

ibarət müsabiqə təşkil ediləcək, test

imtahanı  Azərbaycan  Respublika-

sının Dövlət İmtahan Mərkəzi Publik

Hüquqi  Şəxsin  Naxçıvan  Muxtar

Respublikası Regional Bölməsi ilə

birgə  keçiriləcəkdir.  Müsabiqədə

bərabər  nəticələr  əldə  etmiş  şəxs-

lərdən xarici dilləri bilənlərə üstünlük

veriləcəkdir.

    Prokurorluğa işə qəbul olunmaq

istəyən şəxslərin nəzərinə çatdırılır

ki,  namizədlərin  ali  hüquq  təhsili

Azərbaycan Respublikası ərazisində

müvafiq qaydada tanınan diplomla

təsdiq  edilməli,  onlar Azərbaycan

Respublikasının dövlət dilini sərbəst

bilməli və seçkilərdə iştirak etmək

hüququna malik olmalıdır. Proku-

rorluğa işə 30 yaşınadək olan Azər-

baycan Respublikasının vətəndaşları

qəbul olunurlar.

    “Prokurorluq haqqında” Azər-

baycan Respublikasının Qanununa

əsasən  aşağıdakılar  prokurorluğa

işə qəbul edilmirlər:



    - ikili vətəndaşlığı olan şəxslər;

    -  digər  dövlətlər  qarşısında

 öhdəlikləri olanlar;

    - din xadimləri;

    -  məhkəmə  tərəfindən  fəaliyyət

qabiliyyəti olmayan və ya məhdud

fəaliyyət qabiliyyətli hesab edilmiş,

tibbi  rəyə  əsasən  fiziki  və  ya  əqli

qüsurlarına  görə  prokuror  və  ya

prokurorluğun müstəntiqi vəzifələrini

yerinə  yetirməyə  qadir  olmayan

şəxslər;

    -  alkoqolizm,  narkomaniya,

 toksikomaniya  və  digər  ağır

xəstəliklərə  tutulmuş  şəxslər  (bu

barədə həkim rəyi olduqda);

    - əvvəllər məhkum olunmuş, ha-

belə bəraətverici əsaslar olmadan

barəsində  cinayət  işinin  icraatına

xitam verilmiş şəxslər;

    - əvvəllər yol verdiyi kobud nöq-

sanlara və ya prokuror və müstəntiq

adı  ilə  bir  araya  sığmayan  hərə-

kətlərə görə vəzifədən azad edilmiş

şəxslər;

    - qanunla müəyyən olunmuş müd-

dətli həqiqi hərbi xidmət keçməmiş

(qanuni  əsaslarla  müddətli  həqiqi

hərbi  xidmətə  çağırışdan  möhlət

hüququ olanlar və ya müddətli həqiqi

hərbi xidmətə çağırışdan azad edi-

lənlər istisna olmaqla) çağırışyaşlı

vətəndaşlar.

    Müsabiqənin  test  imtahanının

yekunlarına görə 70 və daha artıq

bal toplamış namizədlər yazılı im-

tahana buraxılırlar.

    Test imtahanının vaxtı, yeri, im-

tahan  suallarının  hazırlanmasında

istifadə edilmiş qanunların siyahısı

və  digər  məlumatlar  barədə  əlavə

məlumat veriləcəkdir.



Əlavə məlumat almaq üçün 

545-03-14, 545-03-15 nömrəli telefonlar

vasitəsilə müraciət etmək olar.

    Naxçıvan şəhərindəki İlham Əliyev adına Olim-

piya-İdman Kompleksində 9 Noyabr – Dövlət Bayrağı

Günü  münasibətilə  yeniyetmə  və  gənclər  arasında

boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

    Naxçıvan Muxtar Respublikası Boks Federasiyası

ilə  Naxçıvan  Şəhər  Gənclər  və  İdman  İdarəsinin

birgə  təşkil  etdiyi  birincilikdə  Naxçıvan  şəhərinin

idmançıları ilə yanaşı, Babək və Kəngərli rayonlarının

idmançıları  da  öz  güclərini  sınayıblar.  Beynəlxalq

Boks  Federasiyasının  qaydalarına  uyğun  keçirilən

birincilikdə  20

çəki  dərəcəsində

60-a  yaxın  dəri

əlcək sahibi rinqə

çıxıb.


    Sonda hər çəki

dərəcəsində  yer

tutan  idmançılar

təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.



    Naxçıvan Dövlət Universiteti və

Naxçıvan Muxtar Respublikası Sə-

hiyyə Nazirliyi tərəfindən “Həkim-

lərin etik davranışları” mövzusunda

konfrans keçirilib. 

    Konfransı giriş sözü ilə univer-

sitetin rektoru, AMEA-nın müxbir

üzvü  Saleh  Məhərrəmov  açaraq

muxtar  respublikada  səhiyyənin

müasir  vəziyyəti  və  inkişafı  isti-

qamətində  görülən  tədbirlərdən

danışıb.


    Naxçıvan  Muxtar  Respublikası

səhiyyə  nazirinin  müavini  Samrat

Gəncəyeva “Tibb fakültəsi: tələbələr

və həkim deontologiyası” mövzu-

sunda məruzəsində bildirib ki, əha-

linin sağlamlığının qorunması döv-

lətin  öz  vətəndaş-

larına göstərdiyi xü-

susi qayğıdan irəli

gəlir. Bunun həyata

keçirilməsində  hə-

kimin peşəkar fəa-

liyyətinin və mənə-

vi mövqeyinin rolu böyükdür. Buna

görə  də  həkimlərin  fəaliyyətinin

səmərəliliyinin  artırılması,  onlara

ictimai etimadın yüksəldilməsi üçün

etik davranış qaydalarının müəyyən

olunması vacib və əhəmiyyətli mə-

sələlərdən biridir. 

    “Həkimlərin etik davranış qay-

daları” mövzusunda məruzə edən

Səhiyyə  Nazirliyinin  şöbə  rəisi

 Səmayə İbrahimova qeyd edib ki,

bu il iyunun 29-da Naxçıvan Mux-

tar Respublikası səhiyyə nazirinin

əmri ilə “Həkimlərin etik davranış

qaydaları” təsdiq edilərək icraya

götürülüb.  Bu  qaydalar  səhiyyə

qanunvericiliyini, insan hüquqla-

rını, demokratik  prinsipləri  və

ümumi  etik  davranışları  rəhbər

 tutur. 

    Konfransda  Naxçıvan  Muxtar

Respublikası Psixi Xəstəliklər Dis-

panserinin baş həkimi Rəşadət Na-

batov “Tibbi etika: qayda və prin-

siplər” və universitetin Müalicə işi

ixtisası üzrə VI kurs tələbəsi Əminə

Seyidzadə “Həkim-xəstə və həkim-

cəmiyyət  arasındakı  etik  münasi-

bətlər” mövzularında məruzə ediblər. 

    Vurğulanıb ki, həkim-xəstə mü-

nasibətləri  həkimlik  etikası  və

 bioetikanın  başlıca  problemidir.

Həkimin  etibarlılığı,  sənətinə  vic-

danla yanaşması, xeyirxahlığı, xəs-

təyə  fərdi  yanaşması  müalicənin

mühüm şərtləri sırasındadır.

    Konfransın sonunda universitet

tərəfindən  Naxçıvan  Muxtar  Res-

publikası Psixi Xəstəliklər Dispan-

serinin baş həkimi Rəşadət Nabatova

və konfransda iştirak edən tələbələrə



sertifikatlar təqdim olunub.

hektarla

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə