Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix01.09.2018
ölçüsü1,32 Mb.
#66315
1   2   3   4

2

    1919-cu ilin yayında Naxçıvanda

olan amerikalı polkovnik Rey Nax-

çıvan Milli Şurasının sədri Cəfərqulu

xanla  danışıqlar  apardı.  Polkovnik

V.Haskel Naxçıvan, Şərur və Dərə-

ləyəz  qəzalarında  xüsusi  zona  və

bu ərazidə Amerika general-quber-

natorluğu  yaratmaq  istəyirdi.  Bu-

nunla əlaqədar V.Haskel öz layihəsini

N.Yusifbəyliyə  təqdim  etdi.  Bunu

eşidən cənub-qərbi Azərbaycan mü-

səlmanlarının ümumi iclasının sədri

Əli Səbri Qasımov, yerlilər cəmiy-

yətinin sədri Z.Məmmədov və nü-

mayəndə heyətinin üzvü A.Nəcəfov

hazırladıqları 10 maddəlik tələbna-

məni N.Yusifbəyliyə təqdim etdilər.

Bu  tələblərin  əsasında  Naxçıvanı

Azərbaycanın tərkibində saxlamaq

fikri dayanırdı.

    1919-cu il sentyabrın əvvəllərində

Naxçıvan  nümayəndələri  Ə.S.Qa-

sımov  və  K.M.Əsgərov  polkovnik

V.Haskelə 10 bəndlik memorandum

təqdim etdilər. Görüş zamanı V.Has-

kel  Ə.S.Qasımovdan  soruşmuşdur

ki, Naxçıvanın və digər regionların

əhalisi bu regionların erməni höku-

mətinə verilməsinə necə baxar? Əli

Səbri Qasımov bildirmişdir ki, əldə

silah ləyaqətli ölümü üstün tutaraq

bu  hökuməti  bütün  qüvvələri  ilə

rədd edərlər.

    Naxçıvan əhalisi polkovnik Reyə

bildirmişdir  ki,  onlar  azərbaycanlı

general-qubernatordan  başqa,  heç

kimi tanımaq istəmir. Əhalisi Azər-

baycan türkləri olan Naxçıvan, Şərur,

Dərələyəz  rayonları,  Vedibasar  və

Milistan  Azərbaycanın  ayrılmaz

hissəsidir.

    Delli və Reyin missiyası süquta

uğramış, amerikalıların Naxçıvanda

möhkəmlənmək  cəhdi  baş  tutma-

mışdır.


    1920-ci ilin martında türk hərbi

dəstələri  Naxçıvana  gəldi.  Kalbalı

xan Türkiyənin yüksək hərbi ordeni

ilə  təltif  edildi.  Azərbaycan  Xalq

Cümhuriyyətinin  hərbi  idarəsi  isə

daşnaklarla  döyüşlərdə  göstərdiyi

igidliyə görə ona general-mayor rüt-

bəsi verdi.

    1920-ci ilin aprelində Azərbaycan

XI  Qırmızı  Ordu  tərəfindən  işğal

edildi,  Azərbaycan  Xalq  Cümhu-

riyyəti  devrildi  və  Azərbaycanda

Sovet hakimiyyəti bərqərar olundu.

Naxçıvanda Sovet hakimiyyəti iyu-

lun 28-də elan edildi və Hərbi İnqilab

Komitəsi yaradıldı. Bir neçə gündən

sonra  – avqustun  10-da  Naxçıvan

İnqilab Komitəsinin sədri M.Bektaş -

ov Azərbaycan  SSR  Xalq  Komis-

sarları Sovetinin sədri N.Nərimanova

məktubla müraciət etdi: “Naxçıvan

xalqının böyük əksəriyyətinin qərarı

ilə Naxçıvan ölkəsi özünü Azərbay-

can Sovet Sosialist Respublikasının

ayrılmaz hissəsi hesab edir”.

    Çox  qəribədir  ki,  Naxçıvanda

olan bolşevik ordusu Ermənistanla

müharibə aparır, həm də onlarla si-

yasi və diplomatik danışıqları davam

etdirirdi. Bu danışıqlarda Azərbay-

canın hətta mübahisəsiz torpaqlarının

Ermənistana verilməsi məsələsi mü-

zakirə olunurdu. Bunu bilən N.Nə-

rimanov V.İ.Leninə göndərdiyi mək-

tubda  yazırdı:  “Dəhşətli  vəziyyət

yaranmışdır.  Mərkəz  Gürcüstanın

və Ermənistanın müstəqilliyini, Azər-

baycanın istiqlaliyyətini tanımış, la-

kin  eyni  zamanda  həmin  mərkəz

Azərbaycanın tamamilə mübahisəsiz

ərazilərini Ermənistana verir...”

    Naxçıvanın əhalisinin qətiyyətli

mövqeyi və mübarizəsi ermənilərin

Naxçıvan barəsindəki planlarını po-

zur. Bu işdə iri dövlətlər də onlara

kömək göstərə bilmirlər. Məkrli niy-

yətlərini, hələlik, pərdələyən ermə-

nilər və Ermənistan İnqilab Komitəsi

1920-ci il dekabrın 28-də Naxçıvanı

müstəqil (Azərbaycanın tərkibində

yox – İ.H.) Sovet Respublikası kimi

tanımış və bu diyar ilə əlaqədar id-

dialarından imtina etmişdir.

    Beləliklə,  bölgə  əhalisi  1918-

1920-ci illərdə misilsiz çətinliklərə,

təqiblərə, müsibətlərə sinə gərərək

milli ləyaqəti uca tutmuş, diz çökmə -

miş, erməni silahlı quldur dəstələrinə

layiqli cavab vermişdir. Bu məsələ-

dən bəhs edən Ermənistanın birinci

baş naziri O.Kaçaznuni 1923-cü ildə

etiraf edirdi ki, “Müsəlman Naxçı-

vanı və Şərurunda,... müsəlman ra-

yonlarında inzibati tədbirlərlə qay-

da-qanun yarada bilmədik, silaha əl

atmağa, qoşun yeritməyə, dağıtmağa

və qırğın törətməyə məcbur olduq.

Vedibasar,  Şərur,  Naxçıvan  kimi

mühüm yerlərdə öz hakimiyyətimizi

hətta  silah  gücünə  qura  bilmədik,

məğlub olduq və geri çəkildik”.

     Naxçıvan  diyarının  əhalisi  heç

vaxt özünü Azərbaycandan ayrı tə-

səvvür  etməmişdir.  Naxçıvanlılar

hələ  o  vaxt  öz  qəti  fikirlərini  belə

ifadə  etmişdilər:  “Bu  xalq  mədəni



dövlətlərin alovlarında məhv olmağa

razı  olar,  amma  Azərbaycandan

ayrılmaz”.

    1921-ci ilin yanvarında Azərbay-

can,  Ermənistan  və  Rusiya  nüma-

yəndələrinin keçirdikləri rəy sorğu-

sunda  Naxçıvanın  90  faiz  əhalisi

mahalın  muxtar  respublika  hüqu-

qunda Azərbaycanın tərkibində qal-

masına səs verdi. 

    Naxçıvanın Azərbaycanın tərki-

bində qalmasında B.Şahtaxtinskinin

də  böyük  əməyi  və  tarixi  xidməti

olmuşdur. O, 1921-ci il martın 1-də

V.İ.Leninə göndərdiyi məktubunda

Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ

ərazilərinin  gələcəyindən  duyulan

narahatlığı bildirmiş, bu mahalların

milli  tərkibi  və  coğrafiyasına  dair

arayışları  da  əlavə  etmiş,  Güney

Qafqazda sərhəd məsələləri və xü-

susilə də Naxçıvan bölgəsi ilə bağlı

faydalı təkliflər vermişdir. Bu zaman

Türkiyə  nümayəndələrinin  Rusiya

ilə  apardığı  danışıqlarda  Naxçıvan

məsələsinə də önəm verilirdi. Belə-

liklə, referendumun nəticəsi, B.Şah-

taxtinskinin təklifi, Türkiyə tərəfinin

tələbi ilə Naxçıvan üzərində Azər-

baycanın suverenliyinin təmin edil-

məsinə  və  ən  nəhayət,  Naxçıvan

əhalisinin neçə illər apardığı inadlı

mübarizə Naxçıvanın Azərbaycanın

tərkibində  qalmasına  səbəb  oldu.

1921-ci il martın 16-da Siyasi Büro

Azərbaycanın himayəsində Naxçıvan

Sovet Sosialist Respublikasının təş-

kili barədə qərar qəbul etdi və həmin

gün  imzalanan  Moskva  müqavilə-

sinin 3-cü maddəsində də bu cəhət

öz əksini tapdı: “Naxçıvan vilayəti

bu  müqavilənin  I  (B)  əlavəsində

göstərilən sərhədlərdə Azərbaycanın

himayəsi altında həmin protektoratı

Azərbaycanın heç bir üçüncü dövlətə

güzəştə getməməsi şərti ilə muxtar

ərazi təşkil edir”.

    Güney Qafqaz respublikaları ilə

Türkiyə  arasında  imzalanan  Qars

müqaviləsi (1921, 13 oktyabr) Nax-

çıvanın ərazi mənsubiyyəti məsələsini

bir daha təsdiqlədi və onun sərhəd-

lərini qəti surətdə müəyyənləşdirdi.

    Beləliklə, 1917-ci ildən mübarizə

aparan naxçıvanlıların arzuları ger-

çəkləşdi, bölgənin ərazi mənsubiyyəti

məsələsi  Azərbaycan  üçün  qanuni

qaydada həll olundu.

    1921-ci ildən 1924-cü ilədək, yəni

muxtariyyət statusundan muxtar res-

publikanın təşkilinə kimi xeyli mü-

zakirələr getmişdir. Bu müzakirələrdə

bir cəhət aydın idi ki, Azərbaycanın

daxilində  Naxçıvanın  muxtariyyət

təşkil etməsi bölgənin spesifik ərazi

vəziyyəti  – geosiyasi şəraiti ilə bağlı

idi. Naxçıvanın Azərbaycandan aralı

düşməsi, heç bir sərhədə malik olma -

ması onun inzibati idarəçiliyini qəza

və ya rayon hüquqlarında təşkil et-

məyə imkan vermirdi.

    1923-cü il iyunun 16-da Naxçıvan

muxtar  diyar  (ölkə)  adlandırıldı.

1924-cü il yanvarın 4-də Zaqafqaziya

MİK  Naxçıvan  diyarını  Naxçıvan

MSSR elan etdi. 1924-cü il fevralın

9-da Azərbaycan MİK-nın Rəyasət

Heyəti Naxçıvan diyarının Naxçıvan

MSSR-ə çevrilməsi haqqında dekret

qəbul etdi. 

    Naxçıvanın muxtariyyət statusu-

nun  hüquqi  bazasının  yaradılması

1924-cü ilin aprelində təsdiq edilmiş

Əsasnamə  və  1926-cı  il  aprelin

18-də qəbul edilmiş Naxçıvan Mux-

tar Sovet Sosialist Respublikasının

birinci Konstitusiyası ilə təsbit edildi.

Naxçıvan  Muxtar  Sovet  Sosialist

Respublikasının sonrakı konstitusi-

yalarında da Naxçıvan Azərbaycan

Sovet  Sosialist  Respublikasının

tərkibində  muxtar  respublika  kimi

göstərilmişdir. 

    Naxçıvanın muxtariyyət statusu-

nun  hüquqi  cəhətdən  möhkəmlən -

diril mə sində  müstəqil  Azərbaycan

Respublikası Konstitusiyasının mü-

hüm rolu olmuşdur. Konstitusiyanın

134-cü maddəsinin ilk bəndində de-

yilir: “Naxçıvan Muxtar Respublikası



Azərbaycan  Respublikasının  tərki-

bində  muxtar  dövlətdir.  Naxçıvan

Muxtar Respublikasının statusu bu

Konstitusiya ilə müəyyən edilir. Nax-

çıvan  Muxtar  Respublikası  Azər-

baycan  Respublikasının  ayrılmaz

tərkib hissəsidir”. 

    Naxçıvan Muxtar Respublikasının

yeni  Konstitusiyasında  Naxçıvan

muxtar  dövlət  kimi  göstərilmiş  və

onun Azərbaycan Respublikası tər-

kibində demokratik, hüquqi, dünyəvi

muxtar  respublika  olduğu  təsbit

edilmişdir. 

     Müxtəlif dövrlərdə Naxçıvan Mux-

tar Respublikasının təşkil olunmasının

ildönümləri  dövlət  səviyyəsində

qeyd olunmuş, 1949-cu ildə muxtar

respublikanın  25,  1964-cü  ildə  40,

1974-cü ildə 50 illik yubileyləri ke-

çirilmişdir. Ölkəmiz müstəqillik əldə

etdikdən  sonra  ulu  öndər  Heydər

Əliyevin  1999-cu  il  4  fevral  tarixli

Fərmanı ilə Naxçıvan Muxtar Res-

publikasının  75  illik  yubileyi  qeyd

edilmişdir. Yubiley tədbirlərində iştirak

edən  və  təntənəli  yubiley  iclasında

nitq söyləyən ümummilli lider Heydər

Əliyev demişdir: “Naxçıvanın_mux-___tariyyəti_tarixi_hadisə_olubdur._Bu,___çətin_bir_dövrdə_böyük_bir_mübari'>“Naxçıvanın mux-

tariyyəti tarixi hadisə olubdur. Bu,

çətin bir dövrdə böyük bir mübari-

zənin nəticəsi olubdur. Naxçıvanın

statusunu qoruyub saxlamaq üçün

xüsusən Moskva müqaviləsinin və

Türkiyə Cümhuriyyətinin imzaladığı

Qars müqaviləsinin burada böyük

əhəmiyyəti  vardır.  Naxçıvan Azər-

baycanın əsas torpağından ayrı düş-

düyünə  görə  Naxçıvanın  bütövlü-

yünü, təhlükəsizliyini, dövlətçiliyini,

muxtariyyətini  gələcəkdə  də  təmin

etmək üçün Qars müqaviləsi bizim

üçün çox böyük, əvəzi olmayan bir

sənəddir”.

    Ulu öndər Heydər Əliyevin Nax-

çıvanın muxtariyyət statusunun qo-

runması, muxtar respublikanın yu-

bileylərinin keçirilməsi istiqamətində

həyata keçirdiyi tədbirlər bu gün də

uğurla davam etdirilir. Azərbaycan

Prezidenti cənab İlham Əliyevin 9

fevral 2004-cü il tarixli Sərəncamı

ilə Naxçıvan Muxtar Respublikasının

80  illik,  6  fevral  2009-cu  il  tarixli

Sərəncamı ilə 85 illik yubileylərinin

ölkəmizdə geniş qeyd olunması bu-

nun bariz ifadəsidir. Naxçıvan Mux-

tar Respublikasının 90 illik yubile-

yinin  keçirilməsi  haqqında  Azər-

baycan  Respublikası  Prezidentinin

14 yanvar 2014-cü il tarixli Sərən-

camında  göstərilir  ki,  Naxçıvan

Muxtar Respublikasının yaradılması

Azərbaycanın siyasi tarixinin mühüm

əhəmiyyətli hadisəsidir.

    Naxçıvan Muxtar Respublikasının

85 illik yubileyi tədbirlərində Nax-

çıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri cənab Vasif Talıbov

Naxçıvanın muxtariyyət statusunun

ölkəmizin müstəqillik tarixində mü-

hüm  əhəmiyyətə  malik  olduğunu

bildirərək  demişdir:  “Naxçıvanın



muxtariyyət  statusu  ötən  əsrin

90-cı illərində Azərbaycanın müs-

təqillik uğrunda apardığı mübarizə

dövründə  mühüm  mərhələ  təşkil

etmişdir.  Bu  status  imkan  verirdi

ki, ulu öndər Heydər Əliyevin 1990-

1993-cü  illərdəki  siyasi  fəaliyyəti

dövründə Naxçıvan xalqımızın su-

veren hüquqlarının təmin edilməsi

uğrunda gedən mübarizənin mər-

kəzinə çevrilsin”.

    Bu gün muxtar respublikanın sta-

tusunun və sərhədlərinin beynəlxalq

təşkilatlar səviyyəsində tanıdılması

istiqamətində də ardıcıl tədbirlər hə-

yata  keçirilir.  2012-ci  il  oktyabrın

16-18-də Avropa Şurasının Yerli və

Regional Hakimiyyətlər Konqresinin

Strasburqda  keçirilən  23-cü  plenar

sessiyasında qəbul olunan sənədlərin

birində Naxçıvan Muxtar Respubli-

kası ilə bağlı çox mühüm və tarixi

əhəmiyyət daşıyan məqam əks olun-

muşdur.  Həmin  hissə  Ali  Məclis

Sədrinin tövsiyəsi ilə hazırlanmış və

nümayəndə  heyəti  tərəfindən  Me-

moranduma daxil edilmişdir. Sənəddə

qeyd  olunur  ki,  Naxçıvan  Muxtar

Respublikasının konstitusion-hüquqi

statusu Azərbaycan Respublikası və

Naxçıvan  Muxtar  Respublikasının

konstitusiyalarına,  habelə  hazırda

qüvvədə olan 2 beynəlxalq müqavi-

ləyə əsaslanır. Bundan başqa, qeyd

olunmuşdur ki, muxtar respublikanın

statusu  həm  milli  qanunvericilik,

həm  də  beynəlxalq  müqavilələrlə

müəyyən olunmuşdur. Maddənin sə-

nədə salınması Azərbaycan, xüsusilə

Naxçıvan Muxtar Respublikası üçün

böyuk  siyasi  əhəmiyyət  kəsb  edir.

İlk dəfədir ki, Naxçıvan Muxtar Res-

publikasının statusunu, sərhədlərini

müəyyən edən və 1921-ci ildə im-

zalanan Moskva və Qars beynəlxalq

müqavilələri  beynəlxalq  təşkilatın

sənədlərində  hazırda  qüvvədə  olan

hüquqi sənəd kimi qiymətləndirilir.

Ölkəmiz,  o  cümlədən  muxtar  res-

publikamız üçün mühüm olan bey-

nəlxalq müqavilənın hüquqi qüvvə-

sinin  Avropa  Şurası  kimi  nüfuzlu

bir beynəlxalq təşkilat tərəfindən ta-

nınması, şübhəsiz ki, ölkə və muxtar

respublika rəhbərinin bu sahədə apar-

dığı fəal diplomatik fəaliyyətin mən-

tiqi nəticəsidir.

    Ümummilli  liderimiz  Heydər

Əliyevin Azərbaycana rəhbərlik et-

diyi dövrdə Naxçıvanla bağlı verdiyi

sərəncamlar, bu diyara tarixi səfərləri,

ərazi  bütövlüyü  və  təhlükəsizliyi

üçün gördüyü tədbirlər, muxtariyyət

statusunun  hüquqi  cəhətdən  möh-

kəmləndirilməsi və həlli vacib olan

digər məsələlərin həyata keçirilməsi

Naxçıvanın hərtərəfli inkişafını təmin

etmiş, regionu çiçəklənən diyara çe-

virmişdir.  Naxçıvan  Muxtar  Res-

publikası Ali Məclisinin Sədri cənab

Vasif Talıbovun rəhbərliyi ilə Nax-

çıvan Muxtar Respublikası son 18

il  ərzində  hərtərəfli  inkişaf  etmiş,

əsl  intibah  dövrünü  yaşamaqdadır.



Əhalinin qətiyyətli mövqeyi 

E

rmənilər  general-qubernatorluq  elan  etsələr  də,  nə  ingilis  nüma-

yəndələri, nə də general-qubernator şəhərdə yerləşə bilməmiş, onlar

şəhərdən  3  kilometr  uzaqda  hərbi  kazarmada  yerləşmişdilər.  Kalbalı

xanın başçılığı ilə Naxçıvan xalq qoşunu daşnak qüvvələrini darmadağın

edib Naxçıvan və onun ətraflarından qovdular. Bu zaman ermənilər bir

neçə min adam, iki top, səkkiz pulemyot və bir zirehli qatar itirdilər. 800

erməni əsgəri və 8 zabiti əsir alınmışdı. Bundan istifadə edən respublika

hökuməti  öz  nümayəndəsi  Səməd  bəy  Cəmillinskini  buranın  müvəqqəti

general-qubernatoru  təyin  etdi.  Bundan  sonra  diyarı  idarə  etmək  üçün

zəruri olan dövlət idarələri yaradıldı. S.Cəmillinskinin əmri ilə Xəlil bəy

diyar qoşunlarının baş komandanı, Kalbalı xan isə onun köməkçisi (eyni

zamanda Naxçıvan qoşun dəstəsinin komandiri) təyin olundu.

N

axçıvanın  muxtar  respublika  statusu  bu  bölgənin  90  illik  tarixi

taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin

təmin  edilməsində  çox  mühüm  rola  malik  olmuşdur.  Bu  illərdə  Naxçıvan

Muxtar  Respublikası  Azərbaycanın  iqtisadi  qüdrətinin  yüksəlməsinə  və

hərtərəfli  inkişafına  da  öz  layiqli  töhfəsini  vermişdir.  Ölkə  Prezidentinin

dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar

bütün  Azərbaycan  xalqı  tərəfindən  rəğbətlə  qarşılanmış,  respublikada

cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini gös-

tərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu

prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və

intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.

İsmayıl HACIYEV

AMEA Naxçıvan Bölməsinin sədri, akademik 

(Əvvəli qəzetimizin 25 yanvar 2014-cü il tarixli sayında)

Naxçıvan Muxtar Respublikası – 90

diyarını 

xilas etdi


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə