Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57044


Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  yanvarın  22-də  Davosda

İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından

məmnunluq ifadə edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların

olduğu bildirilib. Siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, nəqliyyat sahələrində səmərəli

əməkdaşlığın olduğu vurğulanıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin

olunmasında rolundan danışılıb.

*    *    *

Yanvarın  22-də  Davosda  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin

Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub.

*    *    *

Yanvarın  22-də  Davosda  Dünya  İqtisadi  Forumu  çərçivəsində  dünya  iqtisadi

liderlərinin  “2016-cı  il  üçün  mütləq  xarakterli  tövsiyələr”  mövzusunda  qeyri-rəsmi

toplantısı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.



Rəsmi xronika

    Yanvarın 22-də Xəlilli kənd tam orta mək-

təbinin yeni binası istifadəyə verilmişdir.

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri Vasif Talıbov məktəb bina-

sının açılışını bildirən lenti kəsmişdir.

     Açılış tədbirində məktəbin direktoru Əfqan

Vəliyev çıxış edərək demişdir ki, yeni məktəb

binası müəllim və şagirdlərin sevincinə səbəb

olmuşdur. Yaradılan şərait tədrisin səviyyəsini

xeyli yüksəldəcəkdir. Bu şərait pedaqoji kol-

lektivin qarşısında yeni vəzifələr qoyur. Çalı-

şacağıq ki, göstərilən etimadı layiqincə doğrul -

daq, savadlı və vətənpərvər gənclər yetişdirək. 

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin  Sədri  Vasif  Talıbov  Xəlilli  kənd

tam orta məktəbinin istifadəyə verilməsi mü-

nasibətilə kollektivi təbrik edərək demişdir:

Bu gün muxtar respublikanın kəndləri abad-

laşır, yeni yollar çəkilir, məktəb binaları, kənd

və xidmət mərkəzləri, həkim ambulatoriyaları

tikilərək  istifadəyə  verilir.  Həyata  keçirilən

bu  tədbirlər  içərisində  ən  vacibi  məktəb  ti-

kintisidir. Çünki təhsilə, məktəb işinə qoyulan

sərmayə ölkənin gələcəyinə qoyulan sərma-

yədir. Əgər yaxşı mütəxəssis, müəllim, həkim,

əsl vətəndaş hazırlamaq istəyiriksə, ölkəmizin

gələcəyini  düşünürüksə,  onda  məktəb  işinə

xüsusi diqqət yetirməliyik. 

    Ali  Məclisin  Sədri  demişdir:  Ölkəmizdə

həyata  keçirilən  tədbirlər  içərisində  təhsilin

inkişafına,  məktəb  tikintisinə  xüsusi  diqqət

yetirilir, müəllim əməyinə yüksək qiymət ve-

rilir. Bu sahədə görülən işlər artıq öz bəhrəsini

verir. Belə ki, ümumtəhsil məktəblərini bitirən

gənclər ali və orta ixtisas məktəblərinə qəbul

olunur, peşə məktəblərində təhsil alır, ixtisaslı

kadr  kimi  yetişərək  ölkəmizin  inkişafında,

həyata keçirilən quruculuq işlərində yaxından

iştirak edirlər. Bu da vacib məsələdir. Çünki

ölkəmizi gələcəkdə bu gənclər idarə edəcəklər.

Əgər ümummilli liderimiz Heydər Əliyevin

ötən  əsrin  70-ci  illərində  və  müstəqillik

illərində ölkəmizə rəhbərliyi dövründə yetişən

gənclər  Azərbaycanın  bugünkü  inkişafında

iştirak  edirlərsə,  bu  gün  yetişən  gənclər  də

bu inkişafı gələcəkdə davam etdirəcəklər.

    Ulu öndər Heydər Əliyevin “Cəmiyyətdə



hər  şey  məktəbdən,  təhsildən  başlayır”,  –

fikrini xatırladan Ali Məclisin Sədri demişdir

ki,  cəmiyyətdəki  sabitlik,  ölkənin  tərəqqisi

və inkişafı məktəbin fəaliyyətindən, təhsilin

səviyyəsindən  asılıdır.  Bu  gün  Xəlilli  kənd

tam orta məktəbində müasir tədris şəraiti ya-

radılmışdır. Gənclərin savadlı, dünyagörüşlü

və vətənpərvər böyüdülməsi üçün yaradılan

bu şəraitdən düzgün istifadə olunmalıdır. 

    Məktəbin nailiyyətlərinin qənaətləndirici

olduğunu  bildirən  Ali  Məclisin  Sədri  kol-

lektivə təşəkkür etmiş, onlara tədrisdə uğurlar

arzulamışdır. 

    Sonra  Ali  Məclisin  Sədri  Babək  rayon

ümumtəhsil  məktəblərində  əla  qiymətlərlə

oxuyan 26 şagirdə kompüter hədiyyə etmiş,

məktəb  binasında  yaradılan  şəraitlə  tanış

olmuşdur. 

    Məlumat verilmişdir ki, 144 yerlik məktəb

binasında 12 sinif otağı, kimya-biologiya və

fizika laboratoriyaları, hərbi kabinə, 3 elektron

lövhəli sinif, şahmat, kompüter və müəllimlər

otaqları, kitabxana, bufet və idman zalı vardır.

Məktəbin kompüter otağındakı 13 kompüter

internetə qoşulmuşdur. 

    Kitabxanada  1215  dərslik  və  1520  bədii

ədəbiyyat  vardır.  Qeyd  olunmuşdur  ki,  Ali

Məclis Sədrinin tapşırığına əsasən ümumtəhsil

məktəblərində kitabxana işinə xüsusi diqqət

yetirilir. Kitabxana fondları yeni ədəbiyyatlarla

zənginləşdirilir, şagirdlərin kitabxanalara cəlbi

diqqət mərkəzində saxlanılır. Məktəb kitab-

xanaçıları üçün seminarın keçirilməsi də bu

baxımdan mühüm əhəmiyyətə malik olmuş,

onlara  məktəbdə  kitabxana  işinin  təşkili  ilə

bağlı müvafiq təlimatlar verilmişdir. 

    Gənclərin  vətənpərvərlik  hisslərinin  güc-

ləndirilməsi və onların hərb sənətinə marağının

artırılması vacib şərtdir. Hərbi kabinədə çağı-

rışaqədərki hərbi hazırlıq fənninin tədrisi üçün

hərtərəfli şərait yaradılmış, müvafiq əyani və-

saitlər şagirdlərin istifadəsinə verilmişdir. 

    Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının yaşayış

məntəqələrində  də  müasir  infrastruktur  yaradılır,  insanların  sosial  problemləri

həll olunur. 

    Son  illər  kəndlərin  kompleks  abadlaşdırılması  bu  tədbirlər  içərisində  xüsusi

yer tutur. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi

inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən quruculuq tədbirlərindən

Babək rayonunun Xəlilli kəndinə də pay düşmüş, kənddə yeni sosial obyektlər

inşa olunmuşdur.



Ardı 2-ci səhifədə

F.N.Bağırovun Naxçıvan Muxtar Respublikasının 

Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

Sərəncamı

    Naxçıvan  Muxtar  Respublikası  Konstitusiyasının  5-ci  maddəsinin  II  hissəsinin  22-ci  bəndini

rəhbər tutaraq qərara alıram:

    Fariz  Nəriman  oğlu  Bağırov  Naxçıvan  Muxtar  Respublikasının  Xarici  Kəşfiyyat  Xidmətinin

rəisi təyin edilsin. 

    

Naxçıvan Muxtar Respublikası 

   

Ali Məclisinin Sədri 

Vasif  TALIBOV

Naxçıvan şəhəri, 22 yanvar 2016-cı il



2

    Yanvarın  22-də  Azərbaycan  realist  rəs-

samlığının banisi Bəhruz Kəngərlinin doğum

günüdür. Muxtar respublikada görkəmli rəs-

samın  zəngin  irsinin  tədqiqi  və  gənc  nəslə

təbliğ olunması diqqət mərkəzində saxlanılır.

Elektron lövhəli sinfə baxış zamanı məlumat

verilmişdir ki, hazırda Bəhruz Kəngərli Mu-

zeyi  ilə  təhsil  müəssisələri  arasında  distant

dərs  keçirilir,  şagirdlərə  görkəmli  rəssamın

həyat və fəaliyyəti haqqında ətraflı məlumat

verilir.  Distant  dərsi  muxtar  respublikanın

221  təhsil  müəssisəsindən  4  minə  yaxın

şagird izləmişdir.

    Gənc  nəslin  sağlam  həyat  tərzinin  təmin

edilməsində bədən tərbiyəsi və idmanın mü-

hüm rolu vardır. Muxtar respublikada gənc -

lərin idmana marağının artırılması istiqamə-

tində  ardıcıl  tədbirlər  görülür,  məktəblərdə

müasir idman zalları istifadəyə verilir. Xəlilli

kənd  tam  orta  məktəbinin  geniş  idman  zalı

və həyətdə quraşdırılan açıq idman qurğuları

da fiziki tərbiyə dərslərinin səmərəli keçiril-

məsinə imkan verəcəkdir. 

    Ali Məclisin Sədri məktəbdə şahmat fən-

ninin tədrisi ilə maraqlanmış, bu idman nö-

vünün  gənclərin  əqli  inkişafında  və  asudə

vaxtının  səmərəli  təşkilindəki  əhəmiyyətini

qeyd etmişdir. 

    Sonra  məktəbin  müəllimləri  ilə  görüşən

Ali  Məclisin  Sədri  demişdir:  Məktəblərdə

yaradılan şərait ölkəmizin gələcəyinə xidmət

edir.  Ona  görə  də  müəllimlər  şagirdlərə

ölkənin gələcəyi kimi baxmalıdırlar. Muxtar

respublikanın ümumtəhsil məktəblərində ça-

lışan müəllimlər diaqnostik qiymətləndirmə

zamanı  yaxşı  nəticələr  göstərmiş,  onların

əməkhaqları artırılmışdır. Müəllim əməyinə

verilən digər bir qiymət isə məktəblərdə ya-

radılan müasir tədris şəraitidir. Xəlilli kənd

tam  orta  məktəbi  bütün  tədris  imkanlarına

malikdir. Bunun nəticəsidir ki, bu il məktəbdə

şagirdlərin sayı artmışdır. Pedaqoji kollektiv

yaradılan şəraitdən səmərəli istifadə etməli,

qarşıya  qoyulan  vəzifələri  layiqincə  yerinə

yetirməlidir. 

    Müəllim Afaq Cəfərova demişdir ki, mək-

təbin  köhnə  binası  istifadəyə  yararsız  idi.

Lakin dövlətimizin təhsilin inkişafına göstərdiyi

qayğının nəticəsi olaraq bu gün hər cür ava-

danlıqlarla təchiz olunan yeni məktəb binası

kollektivin istifadəsinə verilir. Həmçinin döv-

lətimiz  müəllimlərin  sosial  problemlərinin

həllini də diqqət mərkəzində saxlayır. Müəl-

limlərin  əməkhaqlarının  artırılması  bunun

bariz  nümunəsidir.  Bütün  bunlar  pedaqoji

kollektivin  məsuliyyətini  artırır.  Müəllimlər

göstərilən etimadı doğruldacaq, ölkəmiz üçün

layiqli vətəndaşlar yetişdirəcəklər.

    Məktəbin  həyətində  geniş  abadlıq  işləri

görülmüş, ağac və gül kolları əkilmişdir. 

    Muxtar respublikanın kənd yaşayış məntəqələrində insanların rahat yaşayışı üçün zəruri

infrastruktur qurulur. 

    Yanvarın 22-də Xəlilli Kənd Mərkəzi istifadəyə verilmişdir.

    Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisinin  Sədri Vasif Talıbov  mərkəzin  açılışını

bildirən lenti kəsmiş və binada yaradılan şəraitlə tanış olmuşdur.

    Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan mərkəzdə rabitə evi, feldşer-mama,

polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati

ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kitabxana, klub və 40 yerlik iclas zalı vardır.

Şıxmahmud və Xəlilli kəndlərini əhatə edən baytarlıq məntəqəsində soyuducu qoyulmuş,

zəruri  dərman  vasitələri  ehtiyatı  yaradılmışdır.  Birinci  mərtəbədəki  kitabxanada  8442

kitab vardır.

    Rabitə evində 384 yerlik yeni nəsil ATS quraşdırılmış, abonentlər keyfiyyətli rabitə

xidməti ilə təmin olunmuşlar. Yeni nəsil ATS kənddə “Evədək optika” layihəsinin həyata

keçirilməsinə, sakinlərə İP televiziya, sürətli internet və digər müasir rabitə xidmətlərinin

göstərilməsinə  imkan  verəcəkdir.  Həmçinin  burada  yeni  poçt  bölməsi  də  fəaliyyətə

başlamışdır. 

    Muxtar respublikada səhiyyənin inkişafına xüsusi diqqət yetirilir, insanların sağlamlığı

etibarlı qorunur. Yaşayış məntəqələrində müasir səhiyyə ocaqlarının tikilib istifadəyə

verilməsi  bu  tədbirlərin  davamıdır.  Lazımi  avadanlıqlarla  təchiz  olunan  Xəlilli  kənd

feldşer-mama məntəqəsi müdir, mama və manipulyasiya otaqlarından ibarətdir.

    Həmin gün Naxçıvan Muxtar Respubli-

kası  Ali  Məclisinin  Sədri  Vasif  Talıbov

Xəlillidə yeni xidmət mərkəzinin də açılışını

etmişdir.

    5  nəfərin  daimi  işlə  təmin  olunduğu

xidmət mərkəzində bərbərxana, qadın gözəllik

salonu, ət satışı yeri, ərzaq və sənaye malları

mağazaları fəaliyyət göstərir. Bildirilmişdir

ki,  bu  gün  muxtar  respublikada  sağlamlıq

imkanları məhdud gənclərin məşğulluq prob-

leminin həlli diqqət mərkəzində saxlanılır,

onlar peşə məktəblərinə cəlb olunur. Xidmət

mərkəzində  çalışan  bərbər  də  bu  kateqori-

yadan olan gənclərdəndir. 

    Sonra Ali  Məclisin  Sədri  kənd  sakinləri

ilə görüşmüşdür.

    Ali Məclisin Sədri demişdir: Xəlilli kəndi

muxtar respublikanın müasir kəndlərinin sı-

rasına qoşulmuşdur. Kənddə geniş qurucu luq

işləri  aparılmışdır.  Bu  işlərin  davamı  olaraq

Şıxmahmud və Xəlilli kəndlərində su-kanali-

zasiya  layihəsi  də  həyata  keçiriləcək,  kənd

yollarına asfalt örtük salınacaqdır. Həyata ke-

çirilən kompleks quruculuq işləri kəndlə şəhər

arasındakı fərqin azalmasına, sakinlərin həyat

şəraitinin yaxşılaşmasına və məskunlaşmanın

artmasına  səbəb  olmuşdur.  Bütün  bunlar

ölkəmizdəki sabitliyin, dövlət-xalq birliyinin,

həyata keçirilən davamlı sosial-iqtisadi isla-

hatların nəticəsində mümkün olmuşdur. 

    Kənd sakini Zahid Tağıyev minnətdarlıq

edərək demişdir: Bu gün Xəlilli kəndində

müasir  məktəb  binası,  kənd  və  xidmət

mərkəzləri, feldşer-mama məntəqəsi, rabitə

evi sakinlərin istifadəsinə verilir. Xüsusilə

yeni məktəb binasının tikilməsi sakinlərin

böyük sevincinə səbəb olmuşdur. Təhsilə

bu  qədər  diqqətlə  yanaşılması  hər  kəsdə

gələcəyimizə  böyük  ümidlər  yaradır.



Ardı 3-cü səhifədə


3

Xəlillidə əhalinin rifahı naminə bütün işlər

görülmüş,  mənzillər  daimi  qaz,  elektrik

enerjisi,  televiziya,  rabitə  və  internet  xid-

mətləri  ilə  təmin  olunmuşdur.  Ölkə  Prezi-

dentinin  sərəncamları  ilə  əməkhaqlarımız,

pensiyalarımız artmışdır. Həmçinin dövlə-

timizin kənd təsərrüfatı ilə məşğul olanlara

dəstək  göstərməsi,  güzəştli  kreditlərin  ve-

rilməsi,  texnikalarla  təminat  əkinçiliyə

marağı daha da artırmışdır. İnsanların artıq

heç bir problemi yoxdur, hər kəs öz təsərrüfatı

ilə məşğul olur, kəndində rahat yaşayır. Bu

inkişaf Naxçıvanın bütün kəndlərini əhatə

etmişdir. Göstərilən diqqət və qayğıya, ya-

radılan şəraitə cavab olaraq kənddə əkinçiliyi,

heyvandarlığı  inkişaf  etdirəcək,  bundan

sonra  da  ölkəmizin  inkişafına  töhfələr

verəcəyik.

*   *   * 

    Xəlilli kəndinin yolları abadlaşdırılmış,

1350 metr uzunluğunda beton kanal çəkil-

miş,  67  su  keçidi  qoyulmuşdur.  Rabitə,

elektrik və qaz xətləri də yenilənmiş, 1200

metrlik fiber-optik, 3 kilometr uzunluğunda

elektrik və 450 metr uzunluğunda qaz xətti

çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

   Yanvarın 22-də Naxçıvan Biznes Mərkə-

zində Naxçıvan Muxtar Respublikası Əmək

və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat

nazirliklərinin  və  Sahibkarlar  Konfedera-

siyasının təşkilatçılığı ilə keçirilən “Ən fəal

işəgötürən” nominasiyası üzrə müsabiqənin

qaliblərinə  mükafatların  təqdimetmə  mə-

rasimi olub.

    Tədbiri Naxçıvan Muxtar Respublikasının

iqtisadiyyat  naziri  Famil  Seyidov  açaraq

muxtar respublikada sahibkarlığın inkişafına

göstərilən dövlət dəstəyindən danışıb. Qeyd

olunub ki, 2014-2015-ci illərdə muxtar res-

publikada 39 hüquqi şəxs dövlət qeydiyyatına,

5157  fiziki  şəxs  isə  sahibkarlıq  uçotuna

alınıb. Bəhs olunan dövrdə muxtar respub-

likada  fəaliyyət  göstərən  banklar  və  digər

kredit təşkilatları tərəfindən sahibkarlara 82

milyon  286  min  manat  həcmində  güzəştli

şərtlərlə  kreditlər  verilib.  Həyata  keçirilən

tədbirlər nəticəsində 6364 yeni iş yeri açılıb.

Bununla yanaşı,  muxtar respublika ərazisində

şəxsi vəsaitlər hesabına kiçik və orta  sahib-

karlığın  inkişafı istiqamətində 15 sənaye, 9

kənd təsərrüfatı və 8 xidmət sahəsi  yaradılıb.

Naxçıvan Muxtar Respublikası Sahibkarlığa

Kömək Fondu tərəfindən maliyyələşdirilmiş

sahələr də daxil olmaqla, ümumilikdə, 732

yeni iş yeri açılıb. Fond  tərəfindən maliy-

yələşdirilmiş  digər  layihələrin  icrası  başa

çatdırıldıqdan  sonra  daha  595  yeni  iş  yeri

açılacaqdır.

    Naxçıvan  Muxtar  Respublikası  əmək  və

əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov

bildirib ki, muxtar respublikada dinamik in-

kişafın  ən  mühüm  göstəricilərindən  biri  də

məşğulluğun  inkişaf  səviyyəsidir.  Naxçıvan

Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin

2013-cü  il  18  dekabr  tarixli  Sərəncamı  ilə

“2014-2015-ci illərdə Naxçıvan Muxtar Res-

publikasında əhalinin məşğulluğunun artırılması

üzrə Dövlət Proqramı”nın uğurlu icrası işax-

taranların səmərəli məşğulluğunun təmin edil-

məsinə, peşə hazırlığının əmək bazarının tə-

ləblərinə uyğunlaşmasına, işaxtaran şəxslərin

sosial  müdafiəsinin  güclənməsinə  əlverişli

şərait yaradıb. Ötən iki il ərzində 5537 nəfər

müəssisələrdə mövcud olan vakansiyalar üzrə

işlə  təmin  edilib,  sosial  müdafiəyə  ehtiyacı

olan  158  nəfər  kvota  yerlərinə,  627  nəfər

sosial  əhəmiyyətli  ictimai  işlərə  göndərilib.

Eyni zamanda məşğulluq tədbirləri ilə yanaşı,

işçilərin əmək hüquqlarının müdafiəsi və əmə-

yin mühafizəsi istiqamətində də müxtəlif təd-

birlər həyata keçirilib.

    Sahibkarlar Konfederasiyasının nümayən-

dəsi Azər Cəfərov çıxışında muxtar respubli-

kanın iqtisadi tərəqqisində sahibkarlığın

əhəmiyyətindən, sahibkarlığa yeni baş-

lamaq  istəyən  şəxslər  üçün  məsləhət

xidmətinin göstərilməsindən bəhs edib.

Bildirilib  ki,  İqtisadiyyat  Nazir liyində

yaradılan  “Operativ  əlaqə  sistemi”  va-

sitəsilə 117 sahibkarlıq subyektinə mü-

təmadi olaraq məsləhət, informasiya xid-

mətləri  göstərilib.  Həmçinin  Naxçıvan

Biznes  Mərkəzində  sahibkarlığa  yeni

başlamaq  istəyən  şəxslər  üçün  təkmil-

ləşdirmə kursları təşkil edilib, sahibkarlıq

subyektlərinə  şifahi  konsaltinq  xidməti  gös-

tərilib,  17  müəssisəyə  mütəmadi  olaraq  72

halda iqtisadi yönümlü məlumatlar çatdırılıb. 

    Qeyd olunub ki, muxtar respublikada əha-

linin məşğulluğunun artırılması istiqamətində

həyata  keçirilən  tədbirlərin  davamlılığının

təmin edilməsi məqsədilə qəbul edilmiş “2016-

2020-ci illərdə Naxçıvan Muxtar Respublika-

sında əhalinin məşğulluğunun artırılması üzrə

Dövlət  Proqramı”  önümüzdəki  5  il  ərzində

məşğulluq siyasətinin əsaslarını müəyyən edir.  

     Vurğulanıb  ki,  ötən  ilin  yanvar  ayında

“2014-2015-ci illərdə Naxçıvan Muxtar Res-

publikasında əhalinin məşğulluğunun artırılması

üzrə  Dövlət  Proqramı”nın  icrasına  uyğun

olaraq 2014-cü ilin yekununa görə “Ən fəal

işəgötürən” nominasiyası üzrə müsabiqə ke-

çirilib və qaliblər mükafatlandırılıb. Bu isti-

qamətdə  həyata  keçirilən  tədbirlərin  davamı

olaraq 2015-ci ilin yekununa görə Naxçıvan

Biznes Mərkəzində növbəti müsabiqə keçirilib.

“Ən fəal işəgötürən” nominasiyası üzrə mü-

sabiqənin  qaliblərini  Naxçıvan  Muxtar  Res-

publikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin müvafiq əmri ilə yaradılan Nax-

çıvan Muxtar Respublikası Əmək və Əhalinin

Sosial Müdafiəsi, İqtisadiyyat nazirliklərinin

və Sahibkarlar Konfederasiyasının nümayən-

dələrindən ibarət mükafat komissiyası müəyyən

edib. 


    Sonra komissiyanın sədri, Naxçıvan Muxtar

Respublikası  Əmək  və  Əhalinin  Sosial  Mü-

dafiəsi  Nazirliyi  yanında  Dövlət  Məşğulluq

Xidmətinin rəisi Sevindik Vəliyev müsabiqənin

qaliblərini elan edib. Bildirilib ki, 2015-ci ilin

yekununa görə yeni  istehsal sahəsi yaratmaqla

işaxtaranların  daimi  işlə  təmin  olunmasında

iştirak edən hüquqi və fiziki şəxslərin fəaliy-

yətləri  müqayisəli  qiymətləndirilərək  Uzun -

oba  Su  Anbarı  ətrafında  fəaliyyət  göstərən

sahibkar Azər Nəsirova məxsus “Panaroma”

iaşə obyekti birinci, Babək rayonunun Nehrəm

kəndində  fəaliyyət  göstərən  sahibkar  Rafiq

Əliyevə məxsus süd məhsullarının emalı müəs-

sisəsi ikinci və Culfa rayonunun Dizə kəndində

fəaliyyət göstərən sahibkar Mahmud İbrahim -

ova  məxsus  heyvandarlıq  təsərrüfatı  üçüncü

yerlərə layiq görülüblər. 

    Sonra qaliblərə diplom və plaketlər təqdim

olunub.


    Sahibkarlar adından çıxış edən Azər Nəsirov

onların  fəaliyyətlərinə  yaradılan  hərtərəfli

şəraitə görə minnətdarlığını bildirib, gələcəkdə

də  əhalinin  səmərəli  məşğulluğunun  təmin

olunması istiqamətində fəallıq nümayiş etdi-

rəcəklərini qeyd edib.



Səbuhi HƏSƏNOV

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri yanında Dövlət Qulluğu

Məsələləri  üzrə  Komissiyada  58  dövlət

orqanı nümayəndəsinin iştirakı ilə “Nax-

çıvan Muxtar Respublikasının Dövlət Qul-

luqçularının Reyestrinin aparılması” möv-

zusunda seminar keçirilib.

    Seminarda komissiyanın sədri

İsmayıl Qəribli çıxış edərək bil-

dirib ki, son illər muxtar respub-

likada müasir tələblərə cavab ve-

rən dövlət qulluğu sisteminin for-

malaşdırılması istiqamətində mü-

hüm addımlar atılıb. Dövlət qul-

luqçularının fəaliyyətinin yaxşı-

laşdırılması, onlara lazımi iş şə-

raitinin yaradılması, dövlət ida-

rəetməsində  informasiya  texno-

logiyalarının tətbiqi daim diqqət

mərkəzində  saxlanılıb.  Dövlət

Qulluqçularının  Reyestrinin  aparılması

üçün proqram təminatının hazırlanaraq is-

tifadəyə verilməsi dövlət orqanlarının möv-

cud  kadr  potensialından  səmərəli  istifadə

edilməsini, habelə dövlət qulluğuna kadrların

seçilməsi işinin daha sürətli və keyfiyyətli

həyata keçirilməsini təmin edib. Reyestrin

yaradılmasında məqsəd dövlət qulluqçuları

haqqında  məlumatların  toplanılması,  bu

məlumatların  yenilənməsi  və  təhlil  edil-

məsidir. Bütün bu görülən işlər isə dövlət

qulluqçularının qulluqda yüksəlməsi, yer-

ləşdirilməsi, ixtisas dərəcələrinin artırılması

və digər məsələlərin həllində məlumat ba-

zasından maksimum şəkildə yararlanılma-

sına,  zəruri  hallarda  müvafiq  dövlət  or-

qanlarının həmin məlumatlarla təmin olun-

masına geniş imkanlar yaradır. 

    Komissiya sədri bildirib ki, bəzi hallarda

reyestrin  aparılması  zamanı  bir  sıra  nöq-

sanlara yol verilir. Bu da reyestrdən istifa-

dənin səmərəliliyini azaldır. Seminarın ke-

çirilməsində məqsəd bu nöqsanların ortaya

çıxmasının səbəbləri və onların aradan qal-

dırılması yollarının iştirakçıların diqqətinə

çatdırılmasıdır. 

     Seminarda komissiyanın əməkdaşı Ma-

hir  Abbasov  slayd  vasitəsilə  reyestrin

düzgün  aparılma  qaydaları  haqda  iştirak-

çılara məlumat verib.

    Sonda seminar iştirakçılarını maraqlan-

dıran suallar cavablandırılıb.

-

Səbuhi HÜSEYNOV

    Tikinti materiallarının dövlət standartla-

rının tələblərinə cavab verməsi, həmin sahə

üzrə dövlət nəzarətinin həyata keçirilməsi,

istehsalat müəssisələrində texniki və yanğın

təhlükəsizliyinin  təmin  olunması  ilə  bağlı

Naxçıvan Muxtar Respublikası Fövqəladə

Hallar  Nazirliyinin  Dövlət  Tikintidə  Təh-

lükəsizliyə Nəzarət İdarəsi tərəfindən maa-

rifləndirici tədbir keçirilib. Aidiyyəti tikinti

materialları  istehsalı  müəssisələri  nüma-

yəndələrinin  iştirak  etdiyi  tədbiri  idarənin

rəisi Vüqar Kazımov açıb. 

    Bildirilib  ki,  muxtar  respublikamızda

digər sahələrlə yanaşı, tikinti sahəsinin də

sürətlə inkişaf etdiyi bir dövrdə bu sahədə

təhlükəsizliyin təmin olunması istiqamətində

qanunvericilik  bazası  təkmilləşdirilib,  bir

sıra məqsədyönlü tədbirlər həyata keçirilib. 

    Qeyd  olunub  ki,  ötən  müddət  ərzində

idarə tərəfindən muxtar respublika ərazisində

tikintisi başa çatdırılmış və davam etməkdə

olan 614 sayda bina və qurğunun qeydiyyatı

aparılıb, mühəndis-geoloji işlərin aparılması

ilə  bağlı  116  obyekt  ərazisindən  quyu  və

şurf qazma üsulu ilə götürülən qrunt

nümunələri  analizdən  keçirilib,  mü-

vafiq hesabatlar hazırlanıb. Tikintidə

istifadə  olunan  materialların  dövlət

standartlarının tələblərinə cavab ver-

məsinin yoxlanılması məqsədilə ida-

rənin  Mühəndis-geoloji,  sement  və

beton  laboratoriyasında  1509  sayda

sınaq keçirilib. Keçirilən sınaqlar za-

manı 55 sınaq nəticəsinin standartların

tələblərinə uyğun olmadığı müəyyən

edilib. Aparılmış  tədbirlər  nəticəsində  ça-

tışmazlıqların  aradan  qaldırılmasına  nail

olunub.  Tikinti  dövründə  istifadə  olunan

material  və  konstruksiyaların  laboratoriya

şəraitində  keyfiyyətinin  yoxlanılması  ilə

yanaşı,  səyyar  üsulla  tikinti  obyektlərində

dəmir-beton konstruksiyalarda betonun na-

turada  möhkəmlik  göstəricisi  1479  halda

yoxlanılıb. 230 obyektin tikintisi ilə bağlı

layihə-smeta sənədləri ekspertizadan keçirilib

və  işçi  layihələrə  müvafiq  rəylər  verilib.

Peşə  sahələrinə  aid  işləri  yerinə  yetirən

şəxslərin  müvafiq  peşəkarlıq  sertifikatına

malik olmaları yoxlanılıb. 

    Sonra çıxışlar olub, tədbir iştirakçılarını

maraqlandıran suallar ətraflı cavablandırılıb. 

    Sonda  Dövlət  Tikintidə  Təhlükəsizliyə

Nəzarət  İdarəsinin  rəisi  Vüqar  Kazımov

“Tikintiyə  dövlət  nəzarətinin  həyata  keçi-

rilməsi Qaydaları”nın mahiyyəti və qarşıya

qoyulan vəzifələrin icrası istiqamətində gö-

rüləcək işlər haqqında məlumat verib.



Kərəm HƏSƏNOV



4

    Əvvəlcə naxçıvanlı rəssamlar və sənətsevərlər

Naxçıvan Muxtar Respublikası Rəssamlar Bir-

liyinin Naxçıvan şəhərindəki binasından başla-

yaraq Bəhruz Kəngərlinin şəhərdəki məzarınadək

yürüş etdilər, ilk realist fırça ustasının məzarüstü

abidəsinin önünə gül dəstələri düzdülər. 

    Bəhruz Kəngərli Muzeyində davam etdirilən

tədbiri  giriş  sözü  ilə  açan  Naxçıvan  Muxtar

Respublikasının  mədəniyyət  və  turizm  naziri

Natəvan Qədimova bildirdi ki, qısa həyat yaşa-

masına  baxmayaraq,  rəssam  yaradıcılığı  boyu

çox  zəngin  və  rəngarəng  bir  irs  qoyub.  Onun

istər portret, istər mənzərə, istərsə də natürmort

janrlarında yaratdığı çoxsaylı əsərləri rəssamın

son  dərəcə  həssas  və  dərin  düşüncə  tərzindən

xəbər  verir.  Sənətkarın  2  mindən  çox  əsərinin

mövcudluğu məlumdur. 

    Natəvan Qədimova vurğuladı ki, günümüzdə

muxtar respublikamızda görkəmli şəxsiyyətlərin

xatirələrinin əbədiləşdirilməsi ənənə halını alıb.

Həmyerlimiz olan Bəhruz Kəngərlinin də yara-

dıcılıq irsi dövlətimiz tərəfindən qayğı ilə əhatə

olunaraq  qorunmaqdadır.  2002-ci  ilin  yayında

doğma Naxçıvanımızda ümummilli lider Heydər

Əliyevin iştirakı ilə Bəhruz Kəngərli Muzeyinin

açılışı olub. Ulu öndər rəssamın yaradıcılığına

böyük dəyər verib. Naxçıvanda fəaliyyət göstərən

Rəssamlar  Birliyinin  sərgi  salonuna  Bəhruz

Kəngərlinin adı verilib. 2001-ci ildə Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin Sədri cənab

Vasif  Talıbovun  “Bəhruz  Kəngərlinin  adının

əbədiləşdirilməsi  haqqında”  və  elə  həmin  il

Bəhruz Kəngərli Muzeyinin yaradılması haqqında

sərəncamları bu irsə göstərilən diqqət və qayğının

bariz nümunəsidir. 

    Qeyd olundu ki, Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Əliyevin “Bəhruz Kən-

gərlinin  120  illik  yubileyinin  keçirilməsi  haq-

qında”  Sərəncamı,  həmin  sərəncama  əsasən

muxtar respublika Ali Məclisi Sədrinin sərəncamı

ilə təsdiq edilmiş Tədbirlər Planı, Bəhruz Kəngərli

Muzeyinin binasının əsaslı şəkildə yenidən qu-

rularaq istifadəyə verilməsi, Naxçıvan şəhərində

Bəhruz Kəngərli adına Rəssamlar Parkının ya-

radılması  rəssamın  yaradıcılıq  irsinin  təbliği

üçün geniş imkanlar yaradıb. Onun Azərbaycan

Milli  İncəsənət  Muzeyində  qorunub  saxlanan

195 əsərinin surəti çıxarılaraq muzeyə gətirilib.

İlk dəfə olaraq onun əsərlərindən ibarət albom-

kataloq hazır lanıb, rəssamın məzarüstü abidəsi

abadlaşdırılıb,  poçt  markası  buraxılıb,  onun

adını daşıyan sərgi salonunda əsərlərindən ibarət

sərgi təşkil edilib və digər işlər görülüb. 

    “Düşünürəm ki, rəssamın yaradıcılığı öz ma-

hiyyəti  etibarı  ilə  bu  gün  müasir  gəncliyimiz

üçün  də  nümunədir”,  –  deyən  mədəniyyət  və

turizm  naziri  bildirdi  ki,  Bəhruz  Kəngərli  irsi

daim  yaşayacaq,  onun  bir-birindən  maraqlı

əsərləri öz mahiyyəti və məzmunu ilə insanların

mənəvi aləminə təsir edəcəkdir. 

    “Azərbaycan  rəssamlıq  məktəbində  Bəhruz

Kəngərli yaradıcılığının rolu” mövzusunda çıxış

edən Naxçıvan Muxtar Respublikası Rəssamlar

Birliyinin  sədri  Ülviyyə  Həmzəyeva  dedi  ki,

qısa, lakin mənalı ömür yaşamış Bəhruz Kəngərli

Azərbaycan  boyakarlığında  realizmin  əsasını

qoymaqla  həm  də  onu  yeni  ictimai  məzmun,

yeni janr, yeni təsvir metodu və ifadə vasitələri

ilə zənginləşdirmiş görkəmli sənətkar olub. O,

vaxtilə  Cənubi  Qafqazın  inzibati  və  mədəni

mərkəzlərindən biri olan Tiflis şəhərində təşkil

olunmuş  “İncəsənəti  təşviq  cəmiyyəti”  və  ya

digər mənbələrdəki adı ilə desək, “Rəssamları

həvəsləndirən cəmiyyət”in nəzdindəki rəssamlıq

məktəbini  bitirən  ilk  azərbaycanlıdır.  Yüksək

istedad sahibi olan Bəhruz Kəngərli Azərbaycan

incəsənətində realizmin əsasını qoyan və öz ya-

radıcılığında qabaqcıl ideyaları əks etdirən sə-

nətkarlardan  biri  olub.  Rəssam  sənətkarlığın

əsas  vasitələri  olan  rəsm,  kompozisiya,  rəng

bacarığına böyük diqqət yetirib. Təsviri incəsə-

nətin müxtəlif növlərində yaradıcılıqla məşğul

olan Bəhruz Kəngərli həm boyakarlıq, qrafika,

həm  də  teatr  rəssamlığı  sahəsində  böyük  mü-

vəffəqiyyətlər qazanıb.

    Azərbaycan  Respublikasının  Xalq  rəssamı

Hüseynqulu  Əliyev  “Bəhruz  Kəngərli  yaradı-

cılığında  “Qaçqınlar”  silsiləsi”  mövzusundakı

çıxışında qeyd etdi ki, rəssam 1918-1920-ci il-

lərdə  erməni  daşnaklarının  Azərbaycanda  tö-

rətdikləri  faciələri  təsvir  edən,  öz  dədə-baba

torpaqlarından  zorla  qovulmuş  və  Naxçıvana

pənah  gətirmiş  azərbaycanlı  qaçqınların  por -

tretlərindən  ibarət  silsilə  əsərlər  yaradıb.  Bu

silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaç-

qın  oğlan”,  “Qaçqın  qadın”,  “Yurdsuz  ailə”,

“Ayaqyalın qaçqın oğlan” və sair onlarla qaçqının

portretləri  təkcə  sənətkarlıq  səviyyəsinə  görə

deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret

ustası kimi yaratdığı personajların daxili psixoloji

aləmini açıb göstərə bilib. Rəssam təsvir etdiyi

qaçqın uşaqların hər birinin simasında didərgin

düşdükləri  ata-baba  ocaqlarının  həsrətini,  ke-

çirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş

qüssə və kədəri özünəməxsus ustalıqla əks et-

dirməklə yanaşı, həm də onların böyük mədə-

niyyətin daşıyıcısı olduqlarını diqqətə çatdırmağa

çalışıb.  

    Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə

Əlincəli və Naxçıvan Muxtar Respublikası Rəs-

samlar Birliyinin baş fond mühafizi, sənətşünas

Nizami Alıyev  çıxışlarında  rəssamın  həyat  və

yaradıcılığından ətraflı söhbət açdılar. Bildirildi

ki, görkəmli rəssamın əsərlərində təbiət, tarixi

abidələr və vətənpərvərlik mövzusu əsas yerlərdən

birini  tutur.  O,  dövrünün  görkəmli  şəxslərinin

rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər

yaradıb.

    Sonda tədbir iştirakçıları muzeyin eksponatları

ilə tanış oldular.



Rauf ƏLİYEV



    Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Naxçıvan

Muxtar  Respublikası  Rəssamlar  Birliyinin  birgə  təşkilatçılığı  ilə  Bəhruz  Kəngərli  Muzeyində

Azərbaycanın milli rəsm sənətinin görkəmli simalarından biri olan, ilk realist fırça ustası Bəhruz

Kəngərlinin anadan olmasının 124-cü ildönümü münasibətilə tədbir keçirildi. 

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

     Ərzaq məhsullarının satın alınması.

     Kotirovka 5 fevral 2016-cı il tarixədək

qəbul edilir. Sorğuda aşağı qiymət, yük-

sək keyfiyyət, müqavilənin vaxtında ye-

rinə yetirilməsi, texniki-iqtisadi və ma-

liyyə imkanlarına malik olması göstəri-

cilərinə üstünlük veriləcəkdir. Kotirovka

zərfi  8  fevral  2016-cı  il  tarixdə  saat

14

00



-də  Naxçıvan  Qızlar  Liseyində

açılacaqdır. 

     İddiaçıların  səlahiyyətli  nümayən-

dələri iştirak edə bilərlər.



Əlaqələndirici şəxs: Yusif Xəlilov 

Telefon: 545-03-47

Ünvan: Naxçıvan şəhəri, 

İdris Məmmədov  küçəsi

İtmişdir

Culfa rayonunun Qazançı kəndində yaşa-

mış  Hüseyn ova  Simuzər  Əlimərdan  qızının

adına olan JN-128

A

inventar nömrəli “Torpağın



mülkiyyətə verilməsinə dair şəhadətnamə” itdi-

yindən etibarsız sayılır.

*   *   *

Hacıyev Nuran Zahid oğlunun adına olan

ümumvətəndaşlıq pasportu itdiyindən etibarsız

sayılır.


*   *   *

Naxçıvan şəhərinin Qaraçuq kənd sakini

Abbasov  Elxan  Abbas  oğlunun  adına  olan

JN-371


A

inventar nömrəli “Torpağın mülkiy-

yətə verilməsinə dair şəhadətnamə” itdiyindən

etibarsız sayılır.

*   *   *

Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, ev

42

A

-da yaşayan Səttarov Əbülfəz Eldar oğlunun



adına  olan  evin  MH-0022390  seriya  nömrəli

çıxarışı itdiyindən etibarsız sayılır.

    

Yanvarın  22-də  Naxçıvan  Muxtar

Respublikası  Bəstəkarlar  Təşkilatının

konfransı keçirilmişdir. 

    Tədbiri  giriş  sözü  ilə  açan  Naxçıvan

Muxtar Respublikası Ali Məclisi Apara-

tının Humanitar siyasət məsələləri və ic-

timai  təşkilatlarla  iş  şöbəsinin  müdiri

Rəhman Məmməd ov konfransın gündə-

liyində duran məsələlər barədə məlumat

vermişdir.  Bildirilmişdir  ki,  konfransın

gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar

Respublikası Bəstəkarlar Təşkilatının he-

sabatı dinləniləcək, daha sonra təşkilatın

yeni İdarə Heyətinin üzvləri və qurumun

sədri seçiləcək, Nəzarət-Təftiş Komissi-

yasının tərkibi müəyyənləşəcəkdir. 

    Konfransın gündəliyi yekdilliklə qəbul

olunmuşdur. 

    Naxçıvan  Muxtar  Respublikası  Bəs-

təkarlar Təşkilatının sədri Şəmsəddin Qa-

sımov  çıxış  edərək  bildirmişdir  ki,  bu

gün Naxçıvan Muxtar Respublikası Bəs-

təkarlar Təşkilatına böyük qayğı göstərilir,

bəstəkar və musiqişünasların yaradıcılı-

ğının inkişafı üçün hər cür şərait yaradılır.

2000-ci  ilin  may  ayından  yeni  tələb  və

tapşırıqlarla fəaliyyətə başlayan Naxçıvan

Muxtar Respublikası Bəstəkarlar Təşkilatı

artıq 15 ildir ki, müntəzəm olaraq muxtar

respublikanın  ictimai-mədəni  həyatında

yaxından iştirak edir.

    Qeyd olunmuşdur ki, hesabat dövründə

təşkilat üzvlərinin əsərləri ölkəmizdə ke-

çirilən mötəbər tədbirlərdə səs-

ləndirilmiş və böyük rəğbətlə

qarşılanmışdır. Belə ki, 30 ok -

tyabr – 5 noyabr 2014-cü ildə

keçirilən  Azərbaycan  Bəstə-

karlar İttifaqının musiqi festi-

valında Naxçıvan bəstəkarla-

rının  əsərləri  də  səsləndiril-

mişdir. 


İdarə  Heyətinin  yeni  tər-

kibi  seçildikdən  sonra  çıxış

edən  Naxçıvan  Muxtar  Res-

publikası  Bəstəkarlar  Təşkilatının  üzvü

Günay Məmməd ova təşkilatın sədri və-

zifəsinə tanınmış bəstəkar Yaşar Xəlilovun

namizədliyini irəli sürmüşdür. Təklif yek-

dilliklə dəstəklənmişdir. 

    Naxçıvan Muxtar Respublikası Bəstəkar -

lar Təşkilatının yeni sədri Yaşar Xəlilov

ona göstərilən etimada görə təşkilat üzv-

lərinə minnətdarlığını bildirmiş, etimadı

doğrultmaq üçün səylə çalışacağını qeyd

etmişdir.  

    Konfransın qərar layihəsi oxunmuş və

yekdilliklə qəbul olunmuşdur. 

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisi  Aparatının  Humanitar  siyasət

məsələləri və ictimai təşkilatlarla iş şö-

bəsinin  müdiri  Rəhman  Məmmədov

konfransda çıxış edərək Bəstəkarlar Təş-

kilatının ötən müddət ərzində fəaliyyə-

tində  olan  nöqsanlardan  danışmışdır.

Qeyd etmişdir ki, təşkilat gələcəkdə bu-

raxılan  nöqsanları  aradan  qaldırmalı,

muxtar  respublikada  musiqi  mədəniy-

yətinin inkişafı və təbliği istiqamətində

fəaliyyətini gücləndirməlidir. Naxçıvanı

vəsf edən yeni əsərlər yaradılmalı, iste-

dadlı gənc lərin üzə çıxarılması məqsədilə

müsabiqələr təşkil edilməli, xalq rəqsləri

və yallıların aşkar edilib nota köçürül-

məsi,  hesabat  konsertlərinin,  tanınmış

bəstəkar və musiqiçilərin xatirə gecələ-

rinin, ustad dərslərinin keçirilməsi təmin

olunmalıdır. 



  Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyində ümumtəhsil

məktəblərində kitabxana işinin

təşkilinə həsr edilmiş seminar-

müşavirə  keçirilib.  Məktəb  ki-

tabxanaçılarının iştirakı ilə ke-

çirilən seminar-müşavirəni giriş

sözü ilə təhsil naziri Piri Nağıyev

açaraq muxtar respublikamızda

təhsilin  inkişafı  istiqamətində

həyata  keçirilən  tədbirlərdən

danışıb. 

    Qeyd olunub ki, həyata keçirilən təd-

birlərdən  biri  də  məktəblərdə  yaradılan

zəngin kitabxanalardır. Kitabxanaların ha-

mısı bədii ədəbiyyat və pulsuz dərsliklərlə

təmin edilib. Kitabxanalara  2005-ci ildən

indiyədək 2 milyon 152 min 243 nüsxə

dərslik  verilib  ki,  onların  da  132  min

761  nüsxəsi  2015-ci  ilin  avqust  ayında

gətirilib.  Bundan  başqa,  məktəb  kitab-

xanalarına 627 min 643 nüsxə latın qra-

fikası  ilə  çap  olunmuş  bədii  ədəbiyyat,

jurnal və məcmuə verilib. Vurğulanıb ki,

bu gün hər bir məktəb kitabxanasından

səmərəli istifadə edilməli, şagirdlərin tə-

lim-tərbiyəsində  bədii  ədəbiyyatlardan

istifadə, mütaliə mədəniyyətinin inkişaf

etdirilməsi diqqətdə saxlanılmalıdır. Bu

işdə  məktəb  kitabxanaçılarının  üzərinə

mühüm vəzifələr düşür. 

    Seminar-müşavirədə  M.S.Ordubadi

adına Naxçıvan Muxtar Respublika Ki-

tabxanasının  direktoru  Aytəkin  Qəhrə-

manova, Naxçıvan Muxtar Respublikası

Ali  Məclisinin  Naxçıvanşünaslıq  Mər-

kəzinin direktoru Şahin Əliyarov, Culfa

Rayon Təhsil  Şöbəsinin  metodiki  kabi-

netinin direktoru Qabil Abbasov, Heydər

Əliyev adına tam orta məktəbin kitabxana

müdiri  Elsevər  Həsənov  çıxış  ediblər.

Çıxışlarda qeyd olunub ki, elmi-texniki

tərəqqinin sürətli inkişafı ilə əlaqədar in-

sanların  məşğulluq  və  maraq  dairəsi,

ilbəil təkmilləşən texniki informasiya va-

sitələri ilə məlumatlanmaq imkanları ge-

nişlənsə də, mütaliə inkişafetdirici amillər

arasında öncül mövqeyini saxlamaqdadır.

Bununla  belə,  aparılan  müşahidələr  və

təhlillər göstərir ki, son zamanlar ümum-

təhsil məktəblərində şagirdlərin mütaliəyə

istiqamətləndirilməsi,  onlarda  mütaliə

mədəniyyətinin  formalaşdırılması  üzrə

zəruri tədbirlərin həyata keçirilməsi əv-

vəlki dövrlərlə müqayisədə zəifləyib. Bu-

nunla əlaqədar şagirdlərin mütaliəsi işinin

təşkilindəki  təcrübədə  sınaqdan  çıxmış

ənənələri bərpa etmək, onların mütaliəyə

həvəsini daha da gücləndirmək və mütaliə

vərdişlərini inkişaf etdirmək təhsil sahə-

sində prioritet vəzifələrdən biridir.

    Sonda Naxçıvan Muxtar Respublikası

təhsil nazirinin müavini Məmməd Qəribov

ümumtəhsil məktəbləri kitabxanalarında

elektron vəsaitlərdən istifadə ilə əlaqədar

geniş məlumat verib. 

    Seminar-müşavirədə  rayon  (şəhər)

Təhsil şöbələrinin metodiki kabinetlərinə

kitabxana  işinin  təşkili  ilə  bağlı  lazımi

metodiki vəsaitlər təqdim edilib.  



Sara ƏZİMOVA

     1. Ərzaq məhsullarının satın

alınması.

     2.  Dəftərxana  ləvazimatla-

rının satın alınması.

     Kotirovka  4  fevral  2016-cı

il tarixədək qəbul edilir. Sorğuda

aşağı qiymət, yüksək keyfiyyət,

müqavilənin  vaxtında  yerinə

yetirilməsi,  texniki-iqtisadi  və

maliyyə imkanlarına malik ol-

ması  göstəricilərinə  üstünlük

veriləcəkdir.  Kotirovka  zərfi

5 fevral 2016-cı il tarixdə saat

16

00

-da  Naxçıvan  Şəhər  Peşə



Liseyində açılacaqdır. 

     İddiaçıların  səlahiyyətli  nü-



mayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs:

Həsən Abbasov 

Telefon: 545-25-80

Ünvan: Naxçıvan şəhəri, 

Zərifə Əliyeva küçəsi

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə