Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 232,73 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix04.11.2017
ölçüsü232,73 Kb.
#8574
1   2   3   4

4

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Əli Cabbarov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və

Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 1000. Sifariş № 142

Baş redaktor:

TURAL SƏFƏROV

    Dünən Culfa Rayon Mədəniyyət

Evində Naxçıvan Dövlət Filarmo-

niyasının  təşkilatçılığı  ilə  “Rast

dəstgahı” muğam məclisi olub. 

    Tədbirin  aparıcısı  bildirib  ki,

muğam sənəti musiqi mədəniyyə-

timizin tükənməz xəzinəsidir. Mu-

ğam hər bir azərbaycanlının mənəvi

aləmini zənginləşdirir, estetik zöv-

qümüzün formalaşmasında mühüm

rol oynayır.

    “Rast  dəstgahı”  muğam  məcli-

sində  xanəndə  və  müğənnilərdən

Azərbaycan Respublikasının Əmək-

dar artistləri Qurban Qasımov, Vi-

layət İsmayılov, Naxçı-

van  Muxtar  Respubli-

kasının Əməkdar artist-

ləri Hünər Əliyev, Xa-

tirə Səfərova, Zülfüqar

Mahmudov,  müğənni-

lərdən  Qəribə  Həsən -

ova, Nərmin Hüseynova

“Rast”ın şöbə və guşə-

lərindən ibarət dəstgah

ifa ediblər.

    Muğam ifaçılarını Azərbaycan

Respublikasının  Əməkdar  artisti

Elman  Əliyev  (tarda),  Naxçıvan

Muxtar Respublikasının Əməkdar

artistləri Aqib Seyidov (kamança-

da),  Qasım  Bağırov  (balabanda),

Məmmədəli  Babayev  (nağarada),

həmçinin  Sevinc  Babayeva  (qa-

nunda), Sərxan Abdullayev (udda),

Nihad Quliyev (balabanda) müşa-

yiət ediblər.

    “Rast dəstgahı” rayon ictimaiy-

yəti tərəfindən maraqla qarşılanıb.



Əli rZayEV

Culfa Rayon Mədəniyyət Evində

“Rast dəstgahı”

“Rast dəstgahı” muğam məclisi olub

    Tədbiri Naxçıvan

Muxtar Respublikası

Mədəniyyət  və  Tu-

rizm  Nazirliyi Apa-

ratının  aparıcı  məs-

ləhətçisi  Leyla  Əli-

mərdanova  açaraq

bildirib  ki,  keçilən

ustad dərsləri zamanı

istedadı  və  qabiliy-

yəti  olan  uşaq  və

gənclər üzə çıxarılır,

onların yaradıcılığının inkişaf etdirilməsi üçün dəyərli məsləhətlər verilir.

Ona görə də ustad dərslərinin əhəmiyyəti böyükdür. 

    Qeyd  olunub  ki,  milli  dəyərləri  şagirdlərə  aşılamaq,  tarixi-mədəni

irsimizi  gənc  nəslə  çatdırmaq  üçün  də  bu  dərslərin  rolundan  istifadə

etmək  lazımdır.  Təcrübəli  rəssamlarımızın  keçdikləri  dərslərə  gənc

istedadlar böyük maraq göstərirlər.

    Sonra  Naxçıvan  Dövlət  Rəsm  Qalereyasının  direktoru,  Naxçıvan

Muxtar  Respublikası  Rəssamlar  Birliyinin  üzvü  Hökümə  Məmmədli,

qalereyanın bərpaçı-rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar

Birliyinin üzvü Cəlal Rzayev ustad dərsi keçiblər. Ustad dərsində rəs-

samlıqda rəng çalarlarının seçilməsi, kompozisiya qurulması, təsviri in-

cəsənətin  janrları  və  başqa  məsələlər  şagirdlərə  geniş  izah  olunub  və

suallar cavablandırılıb.



Ustad dərsləri davam etdirilir

    Əslində,  bu  mövzuya  müraciət

etməyimin  bir  çox  səbəbləri  var.

Dünyada  baş  verən  bu  hadisələri,

gedən prosesləri izlərkən  bir daha

əmin oldum ki, biz xoşbəxt məm-

ləkətdə, xoşbəxt bir bölgədə yaşa-

yırıq, fəaliyyət göstəririk. Bu xoş-

bəxtliyimizi  bir  neçə  sözlə  ifadə

etmək istəyirəm. Yenə sözümün əv-

vəlinə, uşaqlara qayıdıram. Deyirlər,

uşaq gülürsə, demək bəşəriyyət  gü-

lür. Bizim uşaqların gülüşü və ra-

hatlığı elə bizim xoşbəxtliyimizdir... 

    Uşaqların xoşbəxt yaşamalarını,

hərtərəfli böyümələrini təmin etmək

üçün muxtar respublikamızda həyata

keçirilən tədbirlərdən saatlarla da-

nışmaq olar. Ancaq buna da ehtiyac

duymuram. Çünki hamımızın evin-

də,  qonşusunda,  qohumunda  belə

qayğı  ilə  əhatə  olunmuş  uşaqlar

var. Onların timsalında hər bir oxu-

cum bunu görə bilir. Sözümün canı

isə başqadır. Blokada şəraitində ya-

şayan Naxçıvan və qonşu dövlətlə-

rimiz. Yerləşdiyimiz coğrafi mövqe

heç  də  hamıya  adi  gəlməsin.  Bu

məsələnin  ayrı  bir  tərəfi.  Ancaq

mənim məmləkətimdə terror yoxdur.

Mənim məmləkətimdə uşaqlar öl-

mür. Mənim məmləkətimdə uşaqlar

dilənmir.  Mənim  məmləkətimdə

uşaqlar pis vərdişlərə yiyələnmir. 

    Hər  səhər  dərsə  gedəndə  onları

izləyirəm. Gözəl və səliqəli məktəbli

formasında  dərsə  tələsən  uşaqlar.

Valideyninin əlindən tutub anası və

ya atasını suallarla yoran balaca fi-

danlar.  Çöhrələri  təbəssümlə  dolu

bu uşaqlar gələcəyin müəllimi, hə-

kimi, jurnalisti və başqa peşəyə yi-

yələnən insanlar olacaqlar. Onların

üzündəki  xoş  təbəssüm  elə  bizim

gələcək xoşbəxtliyimizin ifadəsidir.

    Bəli, mənim məmləkətimdə uşaq-

lar sevincimiz, xoşbəxtliyimiz, gə-

ləcəyimiz, varlığımız və ən qiymətli

sərvətimiz kimi dəyərləndirilir. Onlar

bizim yaşam qaynağımızdır. Uşaqsız

cəmiyyətin,  dövlətin  gələcəyi  ola

bilməz.  Dövlətimizin  sabahı  bu-

günkü uşaqlarımızdan asılıdır.  Odur

ki,  bu  gün  onlar  həm  dövlətimiz,

həm  də  cəmiyyətimiz  tərəfindən

hərtərəfli qayğı ilə əhatə olunublar.

Bizim  uşaqlar  belə  bir  şəraitdə

böyüyürlər. 



Sara ƏZiMOVa

Bizim uşaqlar 

Onlar hərtərəfli qayğı ilə əhatə olunublar

Müsabiqə üzrə əsas istiqamətlər

Şəhər mühitinin 

abadlaşdırılması üzrə:

     1. Müasir yüngül konstruksiyalı, ənə-

nəvi memarlıq üslubları əsasında dayanacaq

və pavilyonların model dizaynı.

     2. Yeni forma və müxtəlif üslublarda

işıq  dirəkləri  və  digər  işıqlandırma  ava-

danlıqlarının model dizaynı. 

     3. Yol kənarı təmizlik qutularının model

dizaynı. 

Landşaft memarlığı üzrə:

     1. Park-bağ skamyaları və avadanlıq-

larının model dizaynı.

     2. Üzlük və döşəmə daşlarının müxtəlif

ornamentlərlə kompozisiya eskizləri. 

Müsabiqənin şərtləri və keçirilmə

qaydaları

      1. Müsabiqə Naxçıvan Muxtar Respub-

likasında fəaliyyət göstərən ali və orta ixtisas

təhsili müəssisələrinin tələbələri və müstəqil

iştirakçılar arasında keçiriləcəkdir.

     2. Müsabiqədə iştirak etmək üçün işti-

rakçılar 17 mart 2016-cı il tarixədək Nax-

çıvan Muxtar Respublikasının Gənclər və

İdman  Nazirliyinə  müraciət  etməlidirlər.

     3.  Eskizlər  minimum  A4  formatında

layihələndirilməlidir. Eskizlər sərbəst texnika

və müxtəlif qrafik proqramlarda işlənə bilər,

eskiz saylarına məhdudiyyət qoyulmur.

     4.  Eskizlər  müsabiqə  mövzusunu  bi-

lavasitə əhatə etməlidir.

     5. Eskizlər  müsabiqəyə həm də elektron

variantda təqdim olunmalıdır.

     6. Müsabiqə zamanı iştirakçılar mün-

siflər  heyətinə  eskizlər  haqqında  ətraflı

məlumat verməlidirlər.



                Müraciətlər eskizlərlə birlikdə

17.02.2016-17.03.2016 tarixləri 

arasında Naxçıvan Muxtar 

Respublikası Gənclər və İdman

Nazirliyi Aparatının Gənclərlə iş 

şöbəsində qəbul olunacaqdır.

      Müsabiqənin nəticələri 29 mart 2016-cı

il tarixdə, saat 15

00

-də elan ediləcəkdir.

  Adətim  üzrə  bu  gün  də  inter-

netə girib ilk olaraq gün ərzində

sosial şəbəkələrdə paylaşılan fo-

tolar, xəbərlər axtardım. Ürək -

açan bir mənzərə ilə rastlaşma-

dım. Onu da deyim ki,  uşaqların

yer  aldığı  fotolara,  onlardan

bəhs edən yazılara daha çox nə-

zər yetirirəm. Küçələrdə dilənən

və öldürülən uşaqları gördükcə

insanın  içi  qan  ağlayır.    Aylar

öncə vurularaq cəsədləri dəniz

sahilinə atılmış  uşaqların faciəli

taleyi,    elə  bilirəm  ki,  mənim

kimi digər internet istifadəçilə-

rinin də yaddaşından uzun müd-

dət silinməyəcək.  

    İdman edərkən daim işlək vəziy-

yətində olan oynaqlar zədə ilə tez-

tez  üzləşə  bilər.  Məhz  bunun  nəti-

cəsidir  ki,  idman  edənlərdə  oynaq

xəstəliklərinə təsadüf edilir. Bu xəstə -

liklər oynaqlarda ağrılara, şişkinliyə,

oynaqda hərəkətliliyin pozulmasına

səbəb  olur.  Bəzən  idmanla  hobbi

kimi maraqlananlar buna elə də əhə-

miyyət vermirlər. Lakin bilmək va-

cibdir ki, müalicə edilməmiş oynaq

xəstəlikləri iş qabiliyyətinin kəskin

məhdudlaşmasına  və  hətta  əlilliyə

səbəb ola bilər.

    Avropalı alimlərin apardığı araş-

dırmalara görə, qadınlarda bu xəstə -

liklər kişilərlə müqayisədə daha tez-

tez inkişaf edir. Əslində, oynaqların

sağlamlığını  cavanlıqda  –  məşqə

yeni  başlarkən  qorumaq  lazımdır.

Bu,  olduqca  vacibdir.  Hal-hazırda

tibdə oynaq xəstəliklərini tam müa-

licə  edən  metodlar  mövcud  deyil.

Əgər  oynaqda  dağılma  prosesləri

başlayıbsa, bu prosesləri yalnız bir

qədər ləngitmək mümkündür. Ona

görə oynaq xəstəliklərinin gecikmiş

mərhələlərində yeganə müalicə üsulu

cərrahi  əməliyyatdır.  Belə  əməliy-

yatlar çox travmatik olur və uzun-

müddətli bərpa dövrü tələb edir.

    Bəs  məşq  edərkən  oynaqların

sağlamlığını  necə  qorumaq  olar?

Həkimlərin qənaətinə görə, oynaq

xəstəliklərinin inkişafında irsiyyət

böyük rol oynayır. Bu halda müəy-

yən  qaydalara  əməl  etdikdə  oy-

naqları ömürün sonuna kimi sağlam

saxlamaq mümkündür. 

     Natamam qidalanma, arıqlamaq

məqsədilə tutulan pəhrizlər insanın

sağlamlığına ciddi zərbə vurur. İn-

sanın gündəlik qidalanmasına onun

orqanizminin normal fəaliyyəti üçün

lazım olan bütün əsas maddələr daxil

olmalıdır  –  zülallar,  yağlar,  karbo-

hidratlar, vitamin və mikro elementlər.

A, C, E vitaminləri, kalsium, fosfor

kimi minerallar oynaqların sağlamlığı

üçün xüsusilə vacibdir.

    Oynaqların bərpası və sağlamlı-

ğında hərəkətlilik əsas şərtlərdəndir.

Oynaqlar öz sağlamlığı üçün vacib

olan  maddələri  ətrafdakı  toxuma-

lardan alır ki, onlar da qidalı mad-

dələri qandan alır. Beləliklə, qidalı

maddələri lazım olan miqdarda al-

maq üçün insanın qan dövranı yaxşı

olmalıdır. İnsan hərəkət etmədikdə

qan  dövranının  fəaliyyəti  pozulur,

hərəkətlilik isə əksinə, qan dövranını

yaxşılaşdırır. Nəticədə, orqanizmin

hər bir hüceyrəsi ona lazım olan qi-

danı və oksigeni ala bilir. Buna görə

oynaqları sağlam saxlamaq istəyən

insanlara  daim  bədən  tərbiyəsi  ilə

məşğul  olmaq  tövsiyə  edilir.  Oy-

naqlar üçün ən faydalı idman növü

isə üzgüçülükdür.

    Qayıdaq  oynaqlarda  yaranan

problemlərə.  Bu  problemin  yaran-

masında başlıca səbəb elə məhz in-

sanların  idmanın  bəzi  qaydalarına

riayət etməmələridir. Məsələn, sağ-

lamlıq üçün qaçışla məşğul olan in-

sanlar asfalt üzərində qaçmaqla oy-

naqlarda böyük problem yaradırlar.

Əslində isə onlar yumşaq səthlərin –

torpaq,  qum,  ot  üzərində  qaçmalı-

dırlar.  Asfaltın  üzərində  qaçdıqda

insanın diz və bud-çanaq oynaqları

həddən artıq yüklənir və bu da on-

larda  pozulmalara  gətirib  çıxarır.

Digər  tərəfdən  ağır  fiziki  yüklən-

mələr oynaqlar üçün ziyanlıdır.

    İdman  gözəllik,  sağlamlıqdır.

Gözəliyimizi və sağlamlığımızı qo-

rumaq öz əlimizdədir. Gəlin onları

qoruyaq.



Ceyhun MƏMMƏDOV



İdman edərkən zədələnmədən necə qorunaq?

Sağlam həyat

     İdmanla yaxından maraqlananlar bu sahənin insan həyatını müsbət

yöndə  dəyişdiyini  dəfələrlə  müşahidə  ediblər.  Lakin  bu  sahə  eyni

zamanda  insan  orqanizmində  bəzi  fəsadlar  da  ortaya  çıxarır.  Bu  isə

insanların naşılığından yaranır: düzgün edilməyən idman o idmançıya

xeyir yox, ziyan gətirə bilər. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Naxçıvan Şəhər İcra

Hakimiyyəti şəhər mühitinin abadlaşdırılması və landşaft memarlığı mövzusunda



  Dünən Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq Musiqi

və Bədii Sənətkarlıq Məktəbində rəssamlıq ixtisası üzrə təhsil alan

şagirdlər üçün ustad dərsi keçilib.

Yüklə 232,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə